Azərbaycan Respublikası Təhsil Nazirliyi
<language>az</language><item id="11055">
<![CDATA[ Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.
Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir.  Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır. 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini qiymətləndirən nazir deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir. Assosiasiyanın fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün onlayn platformanın istifadəyə veriləcəyini deyən nazir müəllimlərin bu platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklərini qeyd edib. 
Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb.
Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. ]]>
<![CDATA[ Dekabrın 25-də Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı  məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır.
Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib. ]]>
<![CDATA[ Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. ]]>
<![CDATA[ Martın 3-də Təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyası Elm və Ali Təhsil nazirinin müavini Qriqoriy Trubnikov ilə görüşüb.
Görüşdə Azərbaycan və Rusiya arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  ]]>
<![CDATA[ Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.
Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az)   müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. ]]>
<![CDATA[ Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.
Müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir.
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.
Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır.
Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycan məktəblilərinin Beynəlxalq Qlobal Biznes Yarışlarında uğurla çıxış etməsini yüksək dəyərləndirən təhsil naziri ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan təşkilatının ötən illər ərzində ölkəmizin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyinin bu işi dəstəklədiyini diqqətə çatdıraraq proqramın təşkilatçılarına öz təşəkkürünü bildirib, müvafiq istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir eyni zamanda qeyd olunan yarışın finalına vəsiqə qazanmış Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdləri təbrik edib, onlara son mərhələdə də uğurla çıxış etməyi arzulayıb. 
Sonra nazir sözü Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Vüsal Xanlarova verib.
V.Xanlarov “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” mövzusunda təqdimat-məruzə edib. Proqramın mahiyyəti, vəzifələri, həyata keçirilən layihələr barədə məlumat verən V.Xanlarov qeyd edib ki, burada əsas məqsəd yuxarı sinif şagirdlərinə iqtisadiyyat və biznesin inkişafı üzrə nəzəri və praktiki biliklər öyrətmək, onlarda işə hazırlıq, maliyyə savadı, sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. İcraçı direktor bildirib ki, ölkəmizdə Beynəlxalq Qlobal Biznes Yarışı StatoilHydro Azərbaycan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” çərçivəsində təşkil olunur və yarışın final görüşü cari ilin 16-20 avqust tarixlərində Braziliyanın San Paolo şəhərində baş tutacaq.
Tədbirdə iştirak edən bir sıra beynəlxalq təşkilatların rəhbərləri bu layihəni birgə qazanılan uğur adlandıraraq müvafiq istiqamətdə fəaliyyətin və əməkdaşlığın davamlı olacağına inamlarını ifadə ediblər.
Sonda yarışın final mərhələsinə vəsiqə qazanan qaliblərə sertifikatlar təqdim olunub. ]]>
<![CDATA[ Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird və 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat yerləşdirilib. Təqdirəlayiq haldır ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin (Təhsil şöbələrinin) özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yenilənib.
Ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə görə şagirdlərə verilən şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına daxil edilib.
Görülmüş işlərin nəticəsi olaraq yeni dərs ilindən statistik hesabatların proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçirilməsi və 11-ci sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində işlər gedir. ]]>
<![CDATA[ Bu sıraya II siniflər üçün kurikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik daxildir.
Prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayan dərslik komplektləri çapa verilib. Yeni dərs ilinə qədər dərsliklər bütün ümumtəhsil məktəblərinə çatdırılacaqdır. ]]>
<![CDATA[ Təlimin məqsədi təhsil islahatları proqramına uyğun olaraq ümumtəhsil məktəblərinin X-XI siniflərində “İqtisadiyyata giriş” fənninin tədris keyfiyyətinin artırılmasını təmin etməkdən ibarətdir.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı 2005-ci ildən bu proqram çərçivəsində respublikamızın 260 məktəbinə tədris-metodiki və texniki köməklik göstərib, 300-dən çox müəllimə “İqtisadiyyta giriş” fənni üzrə təlimlər keçib, həmin fənn üzrə 30.000-dən artıq dərs vəsaiti çap etdirərək məktəblilərə pulsuz paylayıb.
Təlimlərdə Bakı məktəblərinin pedaqoji kollektivlərinin üzvləri ilə yanaşı, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy məktəblərinin müəllimləri də iştirak ediblər.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. ]]>
Avqustun 20-dən 22-dək Masallı rayonunda Valideyn–Müəllim Milli Assosiasiyasının növbəti seminarı keçirilib. Seminarda orta məktəblərdə yaradılmış Valideyn-Müəllim Assosiasiyalarının (VMA) konsepsiyasının və strategiyasının layihələrinin hazırlanması və strukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
<![CDATA[ Seminarda Bakı şəhərinin 20, 28, 181, 276 nömrəli, Quba rayonu 1 nömrəli, Lənkəran rayonu 4, 8 nömrəli və Haftoni kənd məktəblərinin direktorları, Gəncə şəhər 4 nömrəli, Bakı şəhəri 46 və 16 nömrəli məktəblərin və “Avropa” liseyinin müəllimləri, “Resurs” gənclər təşkilatının sədri, bir sıra məktəblərin Valideyn–Müəllim Assosiasiyalarının prezidentləri, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru və Təhsil Nazirliyinin əməkdaşı iştirak ediblər.
Seminarın gedişində işçi qrupu yaradılıb və VMA-nın yeni strukturu, strategiya və konsepsiyasının layihələri hazırlanaraq müzakirəyə çıxarılıb.
Seminarin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. ]]>
Belə ki, Dövlət Proqramı çərçivəsində yaradılan, geniş funksionallığı ilə fərqlənən Məlumat və Resurs Mərkəzi ən müasir texnologi standartlara cavab verir. Təhsil Portalının yaradılması üzrə işlərin birinci mərhələsi artıq başa çatıb.
Azərbaycanda indiyədək 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak edib. “Elektron məktəb” pilot layihəsinə əsasən 20 məktəb nümunəsində informasiya-kommunikasiya texnologiyalarının orta təhsil sistemində sistemli tətbiqi nəzərdə tutulur. Hələlik “Elektron məktəb” layihəsində Bakı və Sumqayıt şəhərlərinin orta təhsil müəssisələri iştirak edir. “Elektron məktəb” layihəsinin reallaşdırılması ilə kompüterlər nəinki informatika dərslərində, həmçinin digər dərslərdə də geniş istifadə ediləcəkdir.
Avqustun 21-də təhsil naziri Misir Mərdanov Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında fəaliyyət göstərən yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.
<![CDATA[ Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya fənləri üzrə münsiflər heyətlərinin sədrləri, tanınmış alimlər, professorlar Vaqif Abbasov, Ədalət Fərəcov, Təhsil Nazirliyinin tabeliyindəki bəzi liseylərin direktorları və KİV nümayəndələri iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov şagirdləri salamlayaraq bildirib ki, hazırda onların dincəldikləri yay təlim-istirahət düşərgəsi təhsilə, istedadlı uşaq və gənclərə daim xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nın icrası ilə bağlı Təhsil Nazirliyinin qəbul etdiyi Fəaliyyət Planına əsasən təşkil olunub. Həmin plana uyğun olaraq xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması üçün artıq ikinci ildir ki, bölgələrdə və paytaxtda bir neçə mərhələdə seçim aparıldığını qeyd edən nazir deyib ki, builki seçimlərin son mərhələsinə 600-dən çox şagird qatılsa da, onların arasından ən istedadlı 50 şagird seçilib.
İstedadlı şagirdlərin gələcək uğurlarının izlənilməsinin vacibliyini vurğulayan Misir Mərdanov bildirib ki, onların inkişafı üçün hər cür şərait yaradılmalı, istedadlı uşaqların potensialı ölkənin ümumi inkişafına yönəldilməlidir. Bu baxımdan proqram çərçivəsində 2006-cı ildən bəri görülmüş işlərə toxunan Misir Mərdanov bir sıra rayonlarda 50 məktəbdə liseylərin, lisey siniflərinin yaradıldığını, həmin məktəblərin dövlət vəsaiti hesabına təmir olunaraq avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb.
Sonra nəfis şəkildə çap edilmiş «Elementar-riyaziyyatın əlavə fəsilləri və olimpiadalar», «Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant», «Kimyadan olimpiada məsələləri» adlı kitablar şagirdlərə paylanıb. Nazir istedadlı şagirdlərlə səmimi söhbət edib, onların istirahətinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş, istirahətlərinin mənalı keçdiyini, gündəlik idmanla məşğul olduqlarını, kitabxanada mütaliə etdiklərini, kompüterlə işlədiklərini, vaxtaşırı gəzintiyə çıxdıqlarını bildirən şagirdlər onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını söyləyiblər.
Daha sonra təhsil naziri istedadlı şagirdlərin nə kimi problemlərinin, hansı arzu və istəklərinin olması ilə maraqlanıb, onları düşündürən sualları ətraflı cavablandırıb. Düşərgədə yaradılmış nümunəvi şəraitə görə 16 nömrəli internat məktəbin rəhbərliyinə və bu işdə əməyi olan digər şəxslərə təşəkkür edən nazir istedadlı şagirdlərlə xatirə şəkli çəkdirib. ]]>
Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib.
<![CDATA[ Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Nazir deyib ki, mövcud intellektual potensialın zənginləşdirilməsi zərurəti Azərbaycanın elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları sahəsində bilikləri mənimsəyən və beynəlxalq diplomatik təcrübəyə yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən uğurla həyata keçirildiyini söyləyən Misir Mərdanov proqramın əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, 2007-ci ildə xaricə 74 tələbə, 2008-ci ildə 120 tələbə göndərilmişdisə, 2009-2010-cu dərs ilində bu göstəricinin 250 nəfərə çatacağı gözlənilir. Növbəti tədris ilində azərbaycanlı tələbələrin Dövlət Proqramı çərçivəsində 20-dən artıq ölkədə təhsil alacağını qeyd edən təhsil naziri Dövlət Proqramına uyğun olaraq xaricə göndərilən tələbələrin ümumi sayının 450-yə çatacağını, ötən 2 il ərzində göndərilən tələbələrdən artıq 8-nin məzun olduğunu, 35 nəfərin isə bu il təhsillərini başa vuracağını söyləyib.
Təhsil naziri Misir Mərdanov onu da bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və idarə olunan xaricdə təhsil proqramları ilə 1000-dən çox azərbaycanlı gənc xaricdə təhsil alır və onlardan 832 nəfəri Təhsil Nazirliyinin bir sıra ölkələrlə imzaladığı ikitərəfli müqavilə və sazişlər çərçivsində təhsillərini davam etdirir.
Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, xalq yazıçısı Çingiz Abdullayev, Almaniyada yaşayan tanınmış azərbaycanlı professor Məsud Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onlara göstərilən dövlət qayğısının əhəmiyyətindən, hər bir ölkədə Azərbaycanı layiqincə təmsil etmələrinin zəruriliyindən söz açıblar. Qeyd olunub ki, neft kapitalının insan kapitalına çevrilməsi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunduğu Azərbaycanda gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.
Onlara göstərilən diqqət və qayğıdan, ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin ən ümdə arzularının reallaşmasına xidmət edən siyasətindən razılıqla bəhs edən xaricdə təhsil alan tələbələr yaxşı bir mütəxəssis kimi yetişmək üçün var qüvvələrini sərf edəcəklərini bildirib, gələcəkdə Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafına layiqli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.   ]]>
<![CDATA[ “Təhsilin əsasları” fənninin mütəxəssislərin iştirakı ilə ilk müzakirəsindən ötən müddətdə bir çox təklif və tövsiyələrin nəzərə alındığını qeyd edən təhsil naziri Misir Mərdanov dərsliyin məzmun xətləri və dərs saatlarının bölgüsü barədə fikirlərini bildirib. İlk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini söyləyən nazir ayrı-ayrı dərs materiallarının daha da təkmilləşdirilməsinin, ali məktəb müəllimləri üçün nəzərdə tutulan 10 günlük treninqlərə ciddi yanaşılmasının zəruri olduğunu vurğulayıb. Təhsil naziri deyib ki, “Təhsilin əsasları”nı tədris edəcək müəllimlər üçün keçiriləcək treninqlər fənnin məzmununun əsas istiqamətlərinin və müasir təlim texnologiyalarından istifadə vərdişlərinin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonra dərs vəsaitinin məzmun xətlərinin praktik xarakter alması üçün müvafiq işçi qrupunun apardığı dəyişikliklərdən bəhs edən təqdimat məruzəsi ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislərin dərs vəsaitinin müxtəlif cəhətləri haqqında təklif və tövsiyələri dinlənilib. ]]>
«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq 2009-cu ildə 11000 şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin və uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi uğurla icra edilir. 
<![CDATA[ «Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir.
Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilir. ]]>
Kurikulum İslahatı alt-kompanenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.
<![CDATA[ Cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub.
Bundan əlavə, müasir kurikulumlar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və treninq-məşğələlərin aparılmasının təmin edilməsi məqsədilə Kurikulum Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir qrup əməkdaşından ibarət təlimçi-məşqçilər hazırlanıb.
Standartların reallaşdırılması istiqamətində yaradıcı müəllimlərin peşəkarlığını stimullaşdırmaq məqsədilə “Standartlardan real təlim nəticələrinə doğru” layihə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Əhalinin kurikulumların tətbiqi sahəsində maarifləndirilməsinə kömək etmək üçün 2009-2010-cu dərs ilini əhatə edən “Kurikulum” adlı təqvim hazırlanıb.
İnternet şəbəkəsində yaradılmış www.kurikulum.az saytı əhalinin bütün təbəqələrinin maarifləndirilməsinə xidmət etməklə yanaşı, həm də istifadəçilər üçün resurs rolunu oynayır. Bundan əlavə, kurikulumların tətbiqi məsələləri ilə əlaqədar metodik vəsaitlərin çap edilərək hər bir ibtidai sinif müəlliminə çatdırılması təmin olunub.
Geniş ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması, kurikulum islahatlarının səmərəliliyinin daha da artırılması məqsədilə 2008-ci iln yanvarından nəşrinə başlanmış “Kurikulum” jurnalı öz fəaliyyətini uğurla davam etdirir. ]]>
Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri və Bakının 95 nömrəli orta məktəbinin şagirdləri Tətbiqi iqtasadiyyat və biznes üzrə 14-cü beynəlxalq olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.
<![CDATA[ Final görüşü avqustun 16-dan 20-dək Braziliyanın San-Paolo şəhərində keçiriləcək.
Hər il təşkil olunan Tətbiqi iqtasadiyyat və biznes üzrə (HPGBC) olimpiada Ümumdünya Gənclərinin Nailiyyəti Təşkilatı tərəfindən keçirilir. Azərbaycanda isə HPGBC yarışının təşkilini öz üzərinə götürən Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı 10 ildir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq edir.
Gənclərin Nailiyyəti proqramının iştirakçısı olan Azərbaycan məktəbliləri HPGBC yarışında 2005-ci ildən bir sıra uğurlara imza atıblar. Dünya üzrə keçirilən bu yarışda Azərbaycan məktəbliləri 2005-ci ildə 8-ci, 2006-cı ildə 3-cü, 2007-ci ildə 1-ci və 2008-ci ildə 6-cı yeri tutublar.
Dünyanın müxtəlif ölkələrini təmsil edən 300 komandanın qoşulduğu builki yarışda da Azərbaycanlı tələbə və şagirdlərin uğur qazanacağına, öz bilik və bacarıqlarını layiqincə nümayiş etdirə biləcəklərinə əminik. ]]>
<![CDATA[ Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır.
“Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, “Təhsilin əsasları” fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar.
Daha sonra “Təhsilin əsasları” fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti bir daha müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən bir daha dəyərləndirilsin. ]]>
Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.
<![CDATA[ Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb.  
Nazir Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə imzalanmış “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlərdən bəhs edib.  
Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkəmizin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, daha sonra yerlərdə təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.  
Yeni tədris ilindən etibarən Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsinin nəzərdə tutulduğunu söyləyən nazir işə qəbul olunmaq istəyən müəllimlərin elektron ərizə ilə müraciət etməsinin qərara alındığını diqqətə çatdırıb.  
Müşavirədə Təhsil Nazirliyi ilə beynəlxalq qurumların həyata keçirdiyi birgə layihələr, tədris prosesində keyfiyyətin daha da yüksəldilməsi, dünyada tanınmış azərbaycanlı elm adamları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb. ]]>
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə peşə təhsili siyasətinin formalaşdırılması üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər.
<![CDATA[ Beynəlxalq seminara Cənubi Koreyanın müxtəlif peşə təhsili müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin Qırğızıstan, İndoneziya, Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola və s. ölkələrin peşə təhsili sahəsinə rəhbərlik edən şəxslər qatılıblar. Seminarın təşkilində əsas məqsəd Koreyada peşə hazırlığı sisteminin təşkili, peşə təhsili siyasətinin formalaşdırılması prinsipləri və təhsil müəssisələrinin fəaliyyətləri ilə tanış olmaq, Cənubi Koreya hökumətinin dəstəyi ilə peşə təhsili sistemini yenidən quran ölkələrdə həyata keçirilən layihələr barədə məlumat toplamaq idi.
Məlumat üçün qeyd edək ki, Cənubi Koreya Respublikasının inkişafında texniki peşə təhsili mühüm rol oynayır. Belə ki, ötən əsrin 50-ci illərində adambaşına düşən milli gəlir 200 dollar təşkil etdiyi halda, hazırda Cənubi Koreyada bu göstərici 20 min dollardan çoxdur. Qısa müddət ərzində Cənubi Koreyanın dünyada iqtisadi inkişaf baxımından lider ölkələrdən birinə çevrilməsində əmək bazarının tələblərinə müvafiq olaraq ixtisaslı kadr hazırlığını həyata keçirə bilən peşə təhsili sisteminin formalaşması xüsusi əhəmiyyət kəsb edir.
Səfər zamanı Koreya Politexnik Kollecində, İnsan Resursları İnkişaf Xidmətində, Koreyanın iri sənaye şirkətləri olan Hyundai və POSCO-nun bir sıra istehsal müəssisələrində görüşlər keçirilib.
Təhsil Nazirliyinin nümayəndələri ilə Bakıda “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi”nin yaradılması təşəbbüsü ilə çıxış edən “DEU İnternational” və “ED Corporation”un təmsilçilərinin görüşləri də yaddaqalan olub. Görüşlərdə layihənin Azərbaycan höküməti ilə razılaşdırılması və həyata keçirilməsi üçün səylərin gücləndirilməsi məsələləri müzakirə edilib. ]]>
<![CDATA[ Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Günel Mirzəyeva Yaponiyadan təcrübə kursundan qayıtmışdır.
BDU-dan AzərTAc-a bildirmişlər ki, G.Mirzəyeva Osaka şəhərindəki Yapon Dili Mərkəzində bir il müddətində təcrübə kursu keçmişdir. ]]>
<![CDATA[ AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı azərbaycandilli məktəblərin 12 müəllimi Gürcüstan Prezidenti təqaüdünə təqdim olunmaq üçün keçirilən seçkilərdən qalib çıxmışdır.
Seçkilərdə rayon üzrə ayrılmış 15 yerə sahib olmaq uğrunda orta məktəblərin 80 müəllimi mübarizə aparmışdır. Rayonun Sadaxlı kəndindəki 2 nömrəli orta məktəbin müəllimi Leyla Paşayeva, Sabirkənd orta məktəbindən Tamilla Məmmədova, Əzizkənd orta məktəbinin təmsilçisi Amil Əhmədov, Birinci Kosalı orta məktəbinin müəllimi Osman Əliyev, Qasımlı orta məktəbindən Rüstəm Əliyev, Marneuli şəhərindəki 2 nömrəli orta məktəbin nümayəndəsi Dilarə Əlizadə, Kürdlər orta məktəbinin müəllimi Tükəzban İlyasova, Yuxarı Saral orta məktəbindən Məhəbbət Piriyev, Ağməmmədli orta məktəbinin müəllimi Şahbəddin Əliyev, Təzəkənd orta məktəbindən Esmira Muradova, Araplı orta məktəbindən Məhəmmədəli Xəlilov, Qaçağan kənd 1 nömrəli orta məktəbin müəllimi Xəzəngül Orucova daha çox səs toplayaraq bu şərəfli ada layiq görülmüşlər. Qalan yerləri isə rayondakı gürcü orta məktəblərinin müəllimləri tutmuşlar.
Xatırladaq ki, bu tədris ilində ölkənin 500 müəllimi prezident təqaüdü alacaqdır. Onların hər birinə ayda 200 lari (1 dollar 1,63 laridir) məbləğində pul veriləcəkdir.
AzərTAc  ]]>
<![CDATA[ AzərTAc xəbər verir ki, Azərbaycan Təhsil Şurası (ATŞ) “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” layihəsinin icrasını başa çatdırmışdır.
 Bu münasibətlə ATŞ dekabrın 2-də “Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. ATŞ-nın sədri, professor Əjdər Ağayev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən müvafiq layihə və onun nəticələri barədə ətraflı məlumat vermişdir.
Son üç ayda layihə çərçivəsində yaradılmış müvafiq mərkəz Bakının 271, 312 nömrəli ümumtəhsil müəssisələrində və İsmayıllı rayonundakı Talıstan kənd orta məktəbində ibtidai sinif şagirdlərinin valideynləri üçün əhəmiyyətli tədbirlər keçirmişdir.
Layihə çərçivəsində “Uşaqların sağlamlığını qorumağın şərtləri”, “Ailədə uşaqlara iqtisadi, hüquqi, ekoloji tərbiyənin aşılanması yolları” və digər mövzularda seminarlar təşkil olunmuş, geniş müzakirələr aparılmış, valideynlərə uşaqların təhsili ilə bağlı faydalı məsləhətlər verilmişdir. Eyni zamanda, “Uşağınızın dünyasına bələdsinizmi ?“ və “Uşağınız məktəbə hazırlaşırsa...” adlı kitabçalar nəşr edilmişdir.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc 
<![CDATA[ AzərTAc xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) memarlıq fakültəsi İtaliyanın Romualdo del Bianko Fondu və Florensiya Universiteti ilə birgə dekabrın 1-dən 5- dək həmin ölkənin Florensiya şəhərində İslam memarlıq irsinin qorunması və bərpası problemlərinə həsr edilmiş elmi konfrans keçirir.
Türkiyə, İran, Qazaxıstan, Rusiya, Suriya, Misir, İtaliya və Fransa alimlərinin iştirak etdikləri konfransda ölkəmizi AMİU-nun rektoru, professor G.Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor G.Baxşəliyeva, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun direktor müavini, professor E.Salamzadə təmsil edirlər.
AzərTAc 
Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib
   Tədbidə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Dəyirmi masa”nın keçirilməsində əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını müzakirə edib müəyyənləşdirməkdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun əvəzsiz olduğunu bildirib.
    Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə, bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir bildirib ki, büdcədən təhsilə ayrılan vəsait 2008-ci ildə 1,1 milyard manat olub, investisiya xərcləri isə 220 milyon manata çatıb. Təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirildiyini söyləyib. Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını, son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəblilərinin 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazandığını bildirib.
    Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən Misir Mərdanov diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir, 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır.
     Misir Mərdanov bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verildiyini, pedaqoji kadr təminatı üzrə Dövlət Proqramına müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayının 4788 nəfərə çatdığını bildirib.  
    "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq 100 nəfərdən çox azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərildiyini qeyd edən nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsilinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
      Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri  xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri, ali məktəb rektorları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib, mövzu ilə bağlı fikir və mülahizələrini açıqlayıb, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulayıblar. ]]>
<![CDATA[ AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramının növbəti mərhələsi çərçivəsində İmişli şəhərində 300 yerlik yeni məktəb binası tikilir. Təhsil ocağında 15 sinif otağı, idman zalı, kitabxana, kompyuter kabineti, istilik sistemi və nasosxana olacaqdır.
Sentyabrın 15-dək istifadəyə veriləcək məktəbdə müasir tələblərə cavab verən maddi-texniki baza yaradılacaqdır.
AzərTAc ]]>
<![CDATA[ AzərTAc xəbər verir ki, Saatlı rayonunun Bəylər kəndində dövlət vəsaiti ilə inşa olunmuş 200 yerlik müasir tipli yeni məktəb binası istifadəyə hazırlanır. 10 sinif otağı, kitabxanası, kompyuter kabineti, nasosxanası və istilik sistemi olacaq bu təhsil ocağı sentyabrın 15-də öz qapılarını şagirdlərin üzünə açacaqdır.
AzərTAc
<![CDATA[ Artıq bu obyektdə layihədə nəzərdə tutulan işlərin 90 faizi yerinə yetirilmişdir. 9 sinif otağı və kompyuter kabinetindən ibarət olacaq təhsil ocağı təzə avadanlıqla təmin ediləcəkdir.
Məktəbin əvvəlki binası şagirdlərin sayının xeyli artması ilə əlaqədar təhsilin müasir inkişaf tələblərinə cavab vermirdi.
AzərTAc
<![CDATA[ Dövlət vəsaiti hesabına ucaldılan bina 10 sinif otağı, kitabxana və kompyuter kabinetindən ibarətdir. Təhsil ocağının nasosxana və istilikxanası da olacaqdır. Yeni məktəb üçün kifayət qədər müasir avadanlıq alınmışdır.
Məktəb binasının sentyabrın 15-dək təntənəli mərasimlə şagirdlərin ixtiyarına verilməsi planlaşdırılır.
AzərTAc ]]>
Müsabiqədən keçən tələbələr dövlət proqramı çərçivəsində Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər
<![CDATA[ “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müvafiq müsabiqədən keçən azərbaycanlı tələbələr dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər.
Qeyd edilən proqram çərçivəsində artıq 80-dən çox azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alır.
AzərTAc ]]>
Ölkə Prezidenti cənab İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı Sərəncama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Fransa Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.
 Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində təhsil alan və 1 sentyabr 2008-ci il tarixinədək 18 yaşı tamam olmuş bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan tələbələr, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008 və 2008/2009-cu tədris illəri üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplayanlar, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
 Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ərizə-əsaslandırma;
2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir);
3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur);
4. ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış (xarici ali məktəblərə özləri qəbul olunanlara aid deyildir);
5. ali məktəb tərəfindən verilən qiymət kitabçasından çıxarışın notariat qaydada təsdiq edilmiş surəti;
6. Ali məktəbin müvafiq təhsil pilləsində birbaşa (dil hazırlığı keçmədən) təhsil alacaq namizədlər üçün Fransiz dilini bilmək haqqında TCF imtahanının nəticələri (ixtisaslara uyğun müvafiq olaraq 350 və 400 baldan yuxarı). Namizədlərin müəyyən olunması üçün seçim prosesində üstünlük Fransız dilini bilənlərə veriləcəkdir;
7. tərcümeyi-hal (CV); 8. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil.
Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir.
Sənədlərin təqdim edilməsi üçün son müddət 30 iyul 2008-ci il.
Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 164; 260).  ]]>
<![CDATA[ Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni dərs ilindən üç pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) «Təhsiin əsasları» fənni tədris olunacaq. Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb.
Sonda kursu bitirən müəllimlərə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim edilib. ]]>
Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.
<![CDATA[        Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak ediblər.
       İştirakçılar əvvəlcə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxıblar.
       Aparıcıları uşaq parlamentinin üzvləri olan konfransda məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. 
       "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub. Ölkə Prezidentinin bu yaxınlarda imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında Sərəncamından söz açan Misir Mərdanov qeyd edib ki, dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlayıb, bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilib. Nazir deyib ki, dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illə müqayisədə 238 milyon manat çox vəsait ayırıb, 2008-2009-cu illərdə 247 nəfər təhsil işçisi müxtəlif fəxri adlara, o cümlədən 154 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülüb.
       Ötən il YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə ölkəmizdə keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransından söz açan nazir tədbirdə dünyanın 150-dən çox ölkəsini təmsil edən ekspertlərin iştirak etdiyini bildirib.
       "Təhsil haqqında" Qanunun qəbul olunmasından, məktəbəqədər təhsildən, orta təhsilin vəziyyətindən, məktəb tikintisindən, Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətlərindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlərdən, vahid məktəbli formasının tətbiqindən, tədris ocaqlarının dərsliklərlə təminatıdan, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, azərbaycanlı gəncılərin xaricdə təhsil almasına göstərilən dövlət qayğısından və digər vacib məsələlərdən geniş şəkildə bəhs edən nazir çıxışını təhsil sisteminin ayrı –ayrı sahələrinə dair konkret rəqəmlərlə əsaslandırıb.
       Daha sonra çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Mərkəzi Bankın departament direktoru Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva Azərbaycan təhsilinin keçdiyi inkişaf yoluna nəzər salıb, mövcud problemlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, təklif və tövsiyyələrini nəzərə çatdırıblar.
       Sonda 2008-2009-cu dərs ilində ilk dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı nominantlara təqdim edilib. ]]>
İyulun 24-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib.
<![CDATA[ Görüşü giriş sözü ilə təhsil nazirinin müavini Elmar Qasımov açaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. E.Qasımov mühüm əhəmiyyətə malik olan bu proqramın Azərbaycan gənclərinin müasir tələblər səviyyəsində ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində prioritet ixtisaslar üzrə təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini və həmin siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, dövlət başçısının təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
E.Qasımov 2007-2008-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin artıq məzun olaraq Azərbaycana dönüb iş fəaliyyətinə başlaması, ölkəmizdə ehtiyac duyulan ixtisaslar üzrə 2008-2009-cu tədris ilində dünyanın yüksək reytinqə malik olan 81 ali məktəbində təhsilin müxtəlif pillələrində 186 nəfər azərbaycanlı gəncin təhsil alması və başa çatan tədris ilində onlardan 35 nəfərinin məzun olacağı barədə görüş iştirakçılarına məlumat verib. Nazir müavini həmçinin 2009-2010-cu tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artırılmasının nəzərdə tutulduğunu, gənclərin xaricdə təhsilinin təşkilində Təhsil Nazirliyi ilə birgə İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görüldüyünü də diqqətə çatdırıb.
Çıxışının sonunda E. Qasımov tələbələrə təhsil aldıqları ölkələrdə respublikamızı layiqincə təmsil etməyi tövsiyə edib, onları azərbaycançılıq ideyalarının, Azərbaycan həqiqətlərinin dünyada yayılması işində fəal olmağa səsləyib, gənclərin təhsildə uğur qazanacaqlarına əminliyini bildirib.
Görüşdə iştirak edən İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanan tələbələrə, onların valideynlərinə xoş arzularını çatdırıb və ölkəmizin gələcək inkişafında layiqli kadr kimi onların mühüm rol oynayacağından söz açıblar.
Sonda xarici ölkələrin ali məktəblərindən məzun olmuş və Dövlət Proqramı çərçivəsində qəbul edilmiş tələbələr yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər. ]]>
<![CDATA[ Onlardan 7-si sorğu xarakterlidir.
Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir.
Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib.
“Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1 müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7 müraciətdə tələbələrin semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu).
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb. ]]>
<![CDATA[  İclası giriş sözü ilə açan təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib.
Nəzərə çatdırılıb ki, 2007-ci ildə respublikanın peşə liseylərinin son kursunda oxuyan 4191 şagirddən 4088 nəfəri, 2008-ci ildə 4244 şagirddən 3451 nəfəri təhsillərini müvəffəqiyyətlə başa vursalar da, bu il peşə liseylərində təhsil alan 4479 şagirddən mərkəzləşdirilmiş sınaq test imtahanlarında 4073-ü (90.94%) iştirak edib və onlardan yalnız 163 (4%) nəfəri müvəffəq qiymət alıb. Mərkəzləşdirilmiş sınaq test imtahanlarına qatılan şagirdlərdən 334 nəfəri (8.2%) 1 fəndən, 432 (10.61%) nəfəri 2 fəndən, 3144 (77.19%) nəfəri isə 3 və daha çox fəndən qeyri-müvəffəq qiymət alıblar. Lakin görülmüş əməli tədbirlər nəticəsində yekun mərkəzləşdirilmiş test imtahanlarında iştirak edən 4052 nəfərdən 1730-u (42,7%) müvəffəq, 2322-i (57,3%) isə qeyri-müvəffəq qiymət alıblar.
Aparılmış təhlil nəticəsində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarında iştirak etmiş şagirdlərin ayrı-ayrı fənlərdən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 6, 11, 12, 16 saylı Bakı peşə liseyləri, eləcə də Şirvan, Gəncə 1 və 3 saylı, Saatlı, Biləsuvar, Qazax, Bərdə, Binə peşə liseylərində ümumtəhsil fənlərinin tədrisinin gücləndirilməsinə ehtiyac var. Əvvəlki illərdə ümumtəhsil fənlərindən şagirdlərin böyük əksəriyyətinin qiymətləri yüksək olduğu halda, cari ildə keçirilmış mərkəzləşdirilmiş test imtahanında ana dilindən 13, riyaziyyatdan 1, Azərbaycan tarixindən 16, fizikadan 16, kimyadan 11, biologiyadan 14, coğrafiyadan 8, xarici dildən isə cəmi 18 nəfər əla qiymətlər alıblar.
İclasda mövcud problemlərin həlli məqsədilə fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, peşə liseylərinə qəbulun aparılmasında dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması və digər təkliflər irəli sürülüb. ]]>
<![CDATA[ Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirildiyini qeyd edib. Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib.
Tədbirdə qeyd olunub ki, şimal bölgəsi üzrə 65 mərkəzdə 21930 şagirddən 21292-si, yəni 97,09%-i iştirak edib. Onlardan 16368 şagird, yəni 76,87% müvəffəq olanlardır. Qərb bölgəsi üzrə 69 mərkəzdə 22168 şagirddən 21386- sı, yəni 96,47%-i iştirak edib. Bu bölgədə müvəffəq olanlar 15531 nəfər, yəni 72,62%-dir. Cənub bölgəsindəki 72 mərkəzdə 23771 şagirdin 22399-u iştirak edib, bu da 94,23% təşkil edir. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, 71,91%-i müsbət nəticə göstərib.
Bakı və Sumqayıtda təşkil olunan 87 mərkəzdə 28355 şagirddən 28168 nəfərin (99,34%) imtahan verdiyindən söz açan Misir Mərdanov hər iki şəhər üzrə şagirdlərin müvəffəqiyyət göstəricisinin 91,84% (25870 nəfər)olduğu barədə məlumat verib. Eyni zamanda nazir respublika üzrə 293 mərkəzdə 99630 şagirddən 96595-i imtahan verdiyini, onların 96,95%-nin imtahanda iştirak etdiyi bildirib. Təhsil naziri onu da vurğulayıb ki, respublika üzrə müvəffəqiyyət göstəricisi 77,11% -dir ( 76825 nəfər).
Konfransda respublika üzrə illiklərində qeyri-kafi qiymətlər aldıqları üçün 5067 şagirdin imtahana buraxılmaması, olimpiada qalibi olan 6, xəstəliyə görə isə 419 nəfər şagirdin buraxılış imtahanlarından azad edilməsi haqqında məlumat verilib.
Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. ]]>
<![CDATA[ Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib.
Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər, eləcə də ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını söyləyib.
Qonaqların ölkəmizin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirməsinin əhəmiyyətini qeyd edən Misir Mərdanov universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, müəllim mübadiləsinin aparılması, birgə elmi konfransların təşkili, müvafiq proqramların uyğunlaşdırılması və bu kimi digər məsələlər haqqında fikirlərini bildirib, müvafiq təkliflərini qonaqların nəzərinə çatdırıb.
Ankara Universitetinin rektoru Cemal Taluğ səmimi qəbul üçün Misir Mərdanova təşəkkür edib və nazirin irəli sürdüyü təkliflərlə həmrəy olduğunu bildirib. Birgə əməkdaşlığın, səmərəli əlaqələrin qurulmasında bu görüşün xüsusi əhəmiyyət daşıyacağına əminliyini ifadə edən qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, rəhbəri olduğu universitet haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ]]>
<![CDATA[ 03-16 iyun tarixlərində keçirilmiş orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər iyunun 21-dək Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az)yerləşdiriləcək və yerlərə göndəriləcək.
Onu da qeyd edək ki, apellyasiya komissiyası iyunun 22-dən 30-dək fəaliyyət göstərəcək. ]]>
İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb
<![CDATA[ Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yaradılması üzrə keçirdiyi görüşlər barədə məlumat verib.
Sonra nazir qarşılıqlı əlaqələrin qurulması istiqamətlərindən danışıb, Bakı şəhərindəki bir və ya iki məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili, peşə təhsili üzrə əməkdaşlığın yaradılması məsələlərinə toxunub. Nazir həmçinin qonağa ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən və qarşıda duran işlər haqqında məlumat verib. Eyni zamanda nazir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı üzrə təhsil sahəsinə dair həyata keçirilən tədbirlərə görə təşəkkür edib.
Cənab Masamitsu Oki nazirin qeyd etdiyi məsələlərə münasibət bildirib. Yapon dilinin orta məktəblərdə tədris olunması məsələsini yüksək dəyərləndirən səfir azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəflər Azərbaycan ilə Yaponiya universitetləri arasında əməkdaşlığın yaradılması, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr ediblər. ]]>
<![CDATA[ Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların rəhbərləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Konfransda ölkənin təhsil siyasətində tətbiq edilən müasir təlim texnologiyalarından bəhs edən film nümayiş etdirilib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Dövlət Proqramı çərçivəsində bir il müddətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla çıxış edib. Konfrans iştirakçıları Dövlət Proqramı çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasında yaxından iştirak edən AZEDUNET, Mədəd Humanitar təşkilatları, ULTRA və Microsoft şirkətləri, İntel korporasiyası rəhbərlərinin təqdimatları ilə tanış olublar.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Tədbir iştirakçılarını salamlayan nazir öz çıxışında ölkənin təhsil sisteminin informasiyalaşdırılması sahəsində irəliləyiş olduğunu vurğulayıb. Dövlət Proqramı çərçivəsində bir il ərzində xüsusi əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsindən bəhs edən nazir yaxın gələcəkdə bu işdə daha böyük uğurların qazanılacağına inandığını bildirib.
Konfransda çıxış edənlər Dövlət Proqramının icrası istiqamətində görülmüş işləri yüksək qiymətləndiriblər. ]]>
<![CDATA[ Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Adminstrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri və İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
Təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəmzi açılış bildirən qırmızı lenti kəsərək mərasim iştirakçılarını açılış münasibəti ilə təbrik ediblər.
Sonra yüksək səviyyədə təmir olunmuş ikimərtəbəli binada yerləşən mərkəzlə tanışlıq başlayıb. Qonaqlar mərkəzi gəzərək server otağına, konfrans zalına, təlim mərkəzinə baxıblar. Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov nazirə və mərasim iştirakçılarına mərkəz haqqında məlumat verib. Məlumatdan aydın olub ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (DATA) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Mərkəzin funksiyası olduqca genişdir və ən müasir texnologi standartlara cavab verir.
Mərkəz Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, həm də bu sahəyə aid informasiya resurslarının toplanacağı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb.
Mərkəzin yaradılmasında “ULTRA” şirkəti və AZEDUNET təşkilatı yaxından iştirak edib.Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dörd nüvəli serverlər quraşdırılıb. Bu serverlər eyni zamanda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Burada Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır.
Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək.Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirə və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.
Tədbirdə videotelefoniya sistemi mərkəzinə baxış zamanı tədbir iştirakçılarına məlumat verilib ki, DATA Mərkəzi ilə bu mərkəzə qoşulmuş 10 məktəb arasında videotelefon əlaqəsi yaratmaq mümkündür. Bakı Avropa liseyi və “İntellekt” məktəb-liseyi ilə canlı videobağlantı yaradılıb. Təhsil naziri Misir Mərdanov həmin təhsil ocaqlarının rəhbərlər ilə diaoloq aparıb.
Sonra Məlumat və Resurs Mərkəzinin konfrans zalnda jurnalistlər üçün brifinq keçirilib. ]]>
<![CDATA[ İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı durumu araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub.
İyunun 5-də Təhsil Nazirliyi “Dünyaya baxış” humanitar təşkilatı ilə birlikdə Y. Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)”nın tələblərinə uyğun olaraq texniki-peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri ilə birgə seminar kecirib.
Görüşdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsinin rəhbəri Zülfiyyə Mustafayeva mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, görəcəkləri işlərin istiqamətləri haqqında təqdimat ediblər.
Sonra peşə təhsilinin mövcud məqsədinə bir daha nəzər salınıb, geniş müzakirələr aparılıb. Təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyaclarına uyğun olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək məqsədi ilə “Elektrik qaz qaynaqçısı” və “Təmirci, çilingər–qaynaqçı” peşələri üzrə işci qrupları yaradılıb.
İşçi qruplarının məqsədyönlü fəaliyyəti ücün ayda iki dəfə görüşərək zəruri məsələlər haqqında müzakirələr aparmaq qərara alınıb. ]]>
<![CDATA[ Bu treninqlər “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı Proqramı (2005-2007)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır.
Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn- “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” və İntel - “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir. Təlimlərin əsas məqsədi müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməklə XXI əsrin təhsil metodlarına yiyələnməsinə və bu metodların tədrisdə tətbiqinə nail olmaqdan ibarətdir.
Təlimlərin ilkin mərhələsində ABŞ-dan və digər ölkələrdən müvafiq təlim vəsaitlərinin yaradıcıları ölkəmizə dəvət olunub. Onlar tərəfindən təlimlərin keçirilməsi üçün təlimçi heyət hazırlanıb. Hazırda ölkə üzrə 150-yə yaxın təlimçi fəaliyyət göstərir.
Dövlət büdcəsi hesabına keçirilən treninqlərin digər əsas məqsədi gündəlik pedaqoji fəaliyyət çərçivəsində kompüterdən, proqram təminatından və müvafiq avadanlıqlardan istifadə etməklə tədrisin daha effektiv təşkilinə nail olmaqdır. Treninqlərin effektivliyinin qiymətləndirilməsi beynəlxalq səviyyədə də öz əksini tapıb. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən İnnovativ müəllimlərin Avropa Forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin işləri 60 layihə arasında ilk onluğa daxil olub. Onların təqdim etdiyi layihələr Xorvatiya və Bolqarıstan nümayəndə heyətləri tərəfindən xüsusi maraqla qarşılanıb. Müvafiq razılığa əsasən 2009-2010-cu tədris ilində Azərbaycan müəllimlərinin layihələri həmin ölkələrin ümumtəhsil məktəblərində istifadə olunacaqdır.
Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” pilot layihəsində iştirak edən 20 məktəbin müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha dərin biliklərə yiyələnirlər. “Elektron məktəb” konsepsiyası əsasında həmin məktəblərdə əlavə olaraq təhsil portalının ayrılmaz bir hissəsi olan elektron cədvəl, elektron qiymət jurnalı və digər elektron resurslar geniş tətbiq ediləcəkdir. Treninqlər bütün bu resurslarla işləmək üçün praktik bacarıqların aşılanmasına yönəlib. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də təhsil portalının resurslarından istifadə edəcək və həmin tədris ocaqlarının müəllimləri xüsusi treninqlərə cəlb olunacaqdır.
Ümumiyyətlə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas məqsədi təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və müəllim kollektivlərinə həmin alətlərdən gündəlik tədrisdə istifadə üçün biliklər verməkdir. Məlumdur ki, müasir dövrdə yalnız informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran müəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün müəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər.
Treninqlərdən keçmiş bütün müəllimlər İKT-dən istifadə bacarıqlarını eyni səviyyədə mənimsəmirlər. Treninqlərdən keçən müəllimlər həm elektron tədris resurslarını hazırlaya bilməli, həm də şagirdlərə informasiya texnologiyalarının yeni imkanlarından istifadə etməyi öyrətməlidirlər. Treninqlərdən sonra təşkil olunan sınaqlar orta hesabla “normadan yuxarı” bir səviyyəni göstərsə də, yaşlı müəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə biliklərə yiyələnməkdə çətinlik çəkirlər. Praktika göstərir ki, cavan müəllimlər yeni bilikləri daha effektiv əxz edirlər. Lakin təqdirəlayiq haldır ki, yaşlı nəslin nümayəndələri də İKT bilikləri sahəsindəki boşluğu doldurmağa səy göstərirlər. Çünki müasir təhsil sistemi müəllimlərdən İKT sahəsində yüksək bilik səviyyəsi tələb edir və sözsüz ki, tədricən bütün müəllimlər həmin tələblərə cavab verməlidirlər.
Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb edilməsi çox mühüm amildir. Yeniliklərə daha həssas yanaşan məktəb direktorları məktəbin bütün müəllim heyətinin müvafiq treninqlərə cəlb olunması üçün müraciət edirlər. Lakin bəzi hallarda direktorlar bu məsələyə etinasız yanaşırlar. Odur ki, Təhsil Nazirliyi müəllimlər üçün treninqlərlə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə başlayıb. Treninqin iştirakçılarına təhsildə informasiya texnologiyalarının imkanları haqqında ümumi məlumat verilir, tədris prosesində İKT-nin tətbiqinin üstün cəhətləri izah olunur. Təcrübə göstərir ki, bir məktəbdə 2-3 müəllim tədrisdə informasiya texnologiyalarının tətbiqinə başlayırsa, həmin təhsil ocağının digər müəllimləri də müvafiq bilikləri əldə etməyə çalışırlar. ]]>
İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin müvafiq əməkdaşları ilə görüşüb
<![CDATA[ Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib.
Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda qeyd olunan ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir Fransa universitetləri ilə qurulan sıx əməkdaşlıqdan, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiqindən sonra əlaqələrin daha da inkişafına əlverişli şərait yaranmasından, bu ölkənin KNOUS təşkilatı ilə imzalanan müqavilədən də söz açıb. Nazir həmçinin 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığından bəhs edib.
Görüşdə Misir Mərdanov Fransa universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkəmizin orta məktəblərində fransız dilinin xarici dil kimi tədrisinin yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.
Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat səmimi qəbul üçün nazirə təşəkkür edib. Rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verən qonaq öz çıxışında səmərəli əməkdaşlığın qurulması üzrə məsələlərə də toxunub.
Sonra cənab Bereziat kənd təsərrüfatı və texniki ixtisaslar üzrə tələbə seçimi, təbiət elmləri və tibb sahəsində əlaqələrin qurulması, eləcə də ölkəmizdə fəaliyyət göstərən Fransız dili Tədrisi Mərkəzində müəllimlərin sayının artırılmasından da söz açıb.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tələbə mübadiləsinin aparılması, müxtəlif mövzular əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi və ikitərəfli təhsil əlaqələrinin qurulması məsələləri də müzakirə olunub. ]]>
<![CDATA[ Təhsildə korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun hazırladığı layihə şagirdlərə müvafiq biliklər verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan ünsiyyət bacarıqlarını inkişaf etdirmək və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaq baxımından da mühüm təsirə malikdir. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya problemi ilə tanış etməyə, azərbaycanlı ailəsində və təhsil müəssisələrində korrupsiyaya qarşı barışmaz münasibət formalaşdırmağa yönəlib.
İlk dərslər Bakının Nəsimi rayonundakı 8 saylı orta məktəbdə həftədə bir dəfə olmaqla 4 dərs keçirilib. Dərslərdə məktəbin X-XI sinif şagirdləri iştirak ediblər. Dərslərin gedişi bir daha deməyə əsas verir ki, yeniyetmələr korrupsiya və rüşvətə etiraz edir, onlarda korrupsiyaya qarşı mübarizə aparmaq əzmi formalaşmağa başlayır. Şagirdlərə antikorrupsion maarifləndirmə vəsaitləri, o cümlədən Fondun kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” təqdim edilib.
Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu yeni dərs ilindən başlayaraq orta məktəblərdə antikorrupsion maarifləndirmə dərslərinin keçirilməsini davam etdirməyə qərar verib. Bundan əlavə, Fond kitabça şəklində nəşr etdirdiyi “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya”nı yay imtahan sessiyası dövründə ali təhsil müəssisələrində kompaniya şəklində yaymağı nəzərdə tutub. ]]>
<![CDATA[ 23 minə yaxın şagirdin iştirak etdiyi imtahanda davamiyyət 90 % təşkil edib.
Onu da bildirək ki, həmin bölgələr üzrə ötən dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən şəxslər də imtahan veriblər.
Qeyd edək ki, imtahanların nəticələri iyunun 4-də məlum olacaq.
İmtahanların növbəti mərhələsi iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək. ]]>
<![CDATA[ Öncə qonaqları səmimi salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında mövcud olan ikitərəfli əlaqələrdən söz açıb.
Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov öz ölkəsinin təhsil sistemi, onun strukturu  və rəhbərlik etdiyi təhsil müəssisəsi barədə geniş məlumat verib. Qonaq həmçinin Bolqarıstandan kənarda təhsil alan gənclər, orta məktəblərin mövcud vəziyyəti və ümumilikdə təhsil sahəsi üzrə görülən işlərdən də bəhs edib.
Nazir də öz növbəsində ölkəmizin ali və orta təhsil sistemi, aparılan islahatlar, dərsliklərlə təminat, yeni tikilən məktəblər haqqında danışıb, müvafiq statistikanı qonağın diqqətinə çatdırıb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin qurulması, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi konfransların keçirilməsi, eləcə də digər məsələlər müzakirə edilib. ]]>
      Öncə nazir ölkə Prezidenti cənab İlham Əliyevin “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladığını və bu sənədin xüsusi əhəmiyyət daşıdığını bildirib. Misir Mərdanov qeyd olunan proqramda nəzərdə tutulan məsələlər, ali təhsil sahəsi üzrə görüləcək işlər haqqında media nümayəndələrinə ətraflı məlumat verib.
Mətbuat konfransında 2008-2009-cu tədris ilinin yekunlarından söz açan nazir orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, yeni məktəb və əlavə korpusların tikintisi, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri, burada təhsil alan tələbələrin sayı və digər mühüm istiqamətlər üzrə ümumi statistikanı iştirakçıların diqqətinə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin suallarını cavablandırıb. ]]>
<![CDATA[ Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərkəzləşdirilmiş buraxılış imtahanlarının ölkəmizin müxtəlif bölgələri üzrə keçirilmə vaxtı, bu istiqamətdə aparılan hazırlıq barədə iştirakçılara məlumat verib. Qeyd olunan sahə üzrə aparılan işlərə ciddi yanaşmağın vacibliyini diqqətə çatdıran nazir eyni zamanda imtahan rəhbəri təyin olunan şəxslərə öz tövsiyələrini verib.
Sonra Misir Mərdanov PİSA-2009, beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə proqramları üzrə həyata keçirilən tədbirlərdən də söz açıb.
Müşavirədə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə dair bir sıra məsələlərə də toxunulub. ]]>
<![CDATA[ Müşavirə təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar real vəziyyət və qarışda duran vəzifələrə həsr olunub.
Müşavirələrdə 2008-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə yanaşı, həmin zonalarda yerləşən təhsil müəssisələrinin ötən ilin hesabatları təhlil edilib, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
 Tədbirdə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanun”una uyğun olaraq, təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidi ilə əlaqədar yaranmış real vəziyyət və qarşıda duran vəzifələr barədə çıxışlar edilib, müəssisə rəhbərlərinə, eləcə də baş mühasiblərə müvafiq tapşırıqlar verilib. ]]>
<![CDATA[ Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin uşaqları çox sevdiyini, onların problemlərini hər zaman önə çəkdiyini qeyd ediblər.
Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib, 2009-cu ilin ümumilikdə “Uşaq ili” elan edilməsini onlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Sonra “Uşaq ili” çərçivəsində yuxarıda adları qeyd olunan dövlət qurumları tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb.
 Qeyd edək ki, tədbirdə mükafat alanlar arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş rəsm və foto müsabiqələrinin qalibləri də olub.
Mərasim incəsənət ustalarının və uşaq bədii kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin 2009- cu ili “Uşaq ili” elan etməsi haqqında Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və foto müsabiqələri keçirilib. Müsabiqənin respublika mərhələsində 400-ə yaxın rəsm və foto şəkillər təqdim edilib. 4 yaş qrupu üzrə keçirilən müsabiqələrdə 24 nəfər I-II-III yerlərə layiq görülüb. ]]>
<![CDATA[ Müqayisə üçün qeyd edək ki, bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il 117.535 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda, 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib.
2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119.600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116.958, 2007-ci ildə isə 117.921 nəfər təşkil edib. 2009-2010-cu dərs ilində isə I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır. ]]>
<![CDATA[ Qeyd edək ki, respublika baxış müsabiqəsi 7 bölmə üzrə təşkil edilib. Bizim irs, doğma diyara yürüş, səyahət və ekskursiya bölmələrində iştirak edən uşaq və yeniyetmələr xalqımızın zəngin mədəni irsini dərindən öyrənməyə cəlb olunub, qədim adət-ənənələrimiz və bayramlarımız haqqında əhatəli məlumatlar toplayıblar.
Müsabiqənin mayın 22-də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində təşkil olunan final mərhələsində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A. İbrahimov, həmin şöbənin baş məsləhətçisi A. Qarayev, böyük məsləhətçi E. Əlizadə iştirak ediblər. Tədbirə paytaxtın ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Şahbuz rayonlarının, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin tədris ocaqları da qatılıb. Final mərhələsində qalib gəlmiş işlər Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. ]]>
<![CDATA[ Müsabiqə uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Texniki yaradıcılığın 5 növü-aviamodel, kosmik raket, gəmi modelçiliyi, avtomodel və radiotexnika üzrə 15 nominasiyada keçirilən müsabiqənin rayon və zona mərhələsində respublikanın 70 rayonundan 8-18 yaşlarında 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib.
Müsabiqənin respublika mərhələsində isə 62 şəhər və rayondan 240 məktəbli iştirak edib. Bu mərhələdə hər nominasiya üzrə I, II və III yerlərə sahib olan məktəblilər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. ]]>
<![CDATA[ Konfransa Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) üzvləri ilə birgə ingilis dili üzrə mütəxəssislər və digər müəllimlər də qatılıblar.
İngilis dili üzrə mütəxəssislər tərəfindən ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda çıxışlar və maraqlı təqdimatlar dinlənilib.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ABŞ səfirliyinin və British Council təşkilatının əməkdaşları da iştirak edib. ]]>
<![CDATA[ Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi ABA-CEELİ təşkilatı ilə birgə 2004-cü ildən “Canlı hüquq” proqramını həyata keçirir. Bu proqram çərçivəsində 2004-2009-cu illərdə 250 çox tələbəyə 2500-dən çox şagirdə hüquq dərsləri keçirilib.
Təntənəli yubiley mərasimində layihəni həyata keçirən proqram rəhbəri və tələbələr 5 illik fəaliyyət barədə maraqlı təqdimat ediblər. Proqramda iştirakçısı olan tələbələr, proqramı həyata keçirən məktəb rəhbərləri mərasimdə iştirak ediblər. Həmçinin, ABA-CEELİ təşkilatının ölkə üzrə direktoru, şöbə müdiri, ”Hüquqi təhsil” proqramının hüquqşünası, proqramın koordinatoru, Təhsil Nazirliyinin və bir sıra səfirliklərin nümayəndələri də yubiley tədbirinə qatılıblar.
Mərasimin sonunda proqramda uğur qazanan məkəblərə, tələbələrə və digər iştirakçılara sertifikatlar təqdim olunub. ]]>
<![CDATA[ Tədbirdə uşaqların sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə əldə olunan təcrübənin iştirakçı ölkələr və təşkilatlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunub. Forumda Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan), eləcə də Azərbaycan və Türkiyənin nümayəndə heyətləri, YUNİCEF-in regional ofisinin və ölkələr üzrə ofislərinin nümayəndələri, o cümlədən İngiltərə, Rusiya, Xorvatiya, Bolqarıstan, Hollandiya və Moldovadan olan beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Nazirlər Kabinetinin elm, xalq təhsili, mədəniyyət və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov “Uşaq Müdafiəsi Sisteminin İslahatı–Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plan” adlı təqdimatla çıxış edib. Bir sıra ölkələrin və YUNİCEF-in nümayəndələrinin, beynəlxalq ekspertlərin çıxışlarında Azərbaycanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb, transformasiya planının bir model olaraq digər ölkələrdə də tətbiq edilməsi, müvafiq planın işlənilməsi üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi tövsiyə olunub.
“Dövlət uşaq müəssisələri nəzdində günərzi mərkəzlərin yaradılması, alternativ qayğı xidmətlərinin təşkili üzrə Azərbaycan təcrübəsi” adlı təqdimatla çıxış edən Dövlət Proqramının İdarəolunması üzrə İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva QHT-lər və dövlət tərəfindən təşkil edilən sosial xidmət mərkəzləri və əldə olunan müsbət nəticələr barədə fikirlərini bildirib. Daha sonra “Region üzrə islahat çərçivəsində uşaq qayğı sisteminin maliyyələşdirilmə prinsipləri üzrə təcrübə” mövzusunda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məruzə edib. ]]>
<![CDATA[ Təhsil sahəsində zəngin hadisələrlə əlamətdar olan 2008-2009-cu dərs ili başa çatmaq üzrədir. Bu tədris ilində ümumtəhsil müəssisələrində dərs məşğələləri 30 may 2009-cu il tarixdə sona yetir. Ənənəyə görə dərs məşğələlərinin başa çatması bir qayda olaraq son zəng mərasimi ilə yekunlaşdırılır.
Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək. Qərara alınıb ki, ümumtəhsil müəssisələrində keçirilən son zəng tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin.
Təhsil nazirinin müvafiq əmrində qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və bütün rayon (şəhər) təhsil şöbələri son zəngin məzmunlu və yaddaqalan keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, son zəngi məzunların həyatında ən əlamətdar hadisələrdən birinə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olmalıdırlar. ]]>
Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.
<![CDATA[ Belarusiya Respublikası təhsil nazirinin təşəbbüsü və MDB ölkələrinin təhsil nazirlərinin birgə razılığı ilə təşkil edilən konfransda YUNESKO-nun Moskvadakı təşkilatı, Avropa Təhsil Fondu (ATF), Almaniya “İnWent” təşkilatı, Alman Xalq Universitetləri Assosasiyası, Beynəlxalq Texniki-Peşə Təhsili Mərkəzi (YUNESKO-UNEVOK), YUNESKO-nun təhsildə İnformasiya Texnologiyaları İnstitutu, MDB ölkələrinin icra komitələri, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, təhsil nazirlikləri və elmi institutların əməkdaşlarının iştirakı ilə “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də, konfransda texniki-peşə təhsilinə ehtiyacların ödənilməsi, inkişafın effektiv formalarının və yollarının axtarılması, iqtisadi və sosial sferanın kadrlara olan tələbatının ödənilməsi, eyni zamanda MDB məkanında ixtisaslı fəhlə kadrların hazırlanmasında regional əməkdaşlığın möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi E. Cəfərov, Təhsil Problemləri İnstitutunun direktoru professor A. Mehrabov, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova Azərbaycanda texniki-peşə təhsilinin vəziyyəti, problemləri və inkişaf yolları haqqında təqdimat ediblər.
Konfrans plenar iclasdan sonra altı bölmədə öz işini davam etdirib. Birinci bölmədə Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov “Yeniləşdirici təcrübə və istiqamətlər”, üçüncü bölmədə Təhsil Problemləri İnstitutunun direktoru A. Mehrabov “Azərbaycanda texniki-peşə təhsilinin inkişafının əsas istiqamətləri”, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova “Peşə təhsili və məşğulluq siyasəti–dayanıqlı iqtisadi inkişaf”, beşinci bölmədə Texniki-Peşə Təhsili şöbəsinin aparıcı məsləhətçisi E. Cəfərov “Texniki-peşə təhsilində İKT-dən istifadə” mövzularında təqdimatlar ediblər. Bölmələrdə müvafiq mövzular ətrafında geniş müzakirələr aparılıb, MDB ölkələrində texniki-peşə təhsili, təhsilin davamlı inkişafı və ixtisaslı fəhlə kadrlarının hazırlanmasının təkmilləşdirilməsi uzrə təkliflər qəbul olunub. ]]>
<![CDATA[ AzETA-nın rəhbəri Rəqsanə Məmmədova konfransın açılış mərasimində çıxış edərək Azərbaycanda ingilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə daha yaxşı nəticələrin əldə olunmasında belə konfransların əhəmiyyətindən söz açıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ingilis dili müəllimləri üçün yaratdığı əlverişli şəraitdən və bu konfransın təşkilinə göstərdiyi dəstəkdən bəhs edib.
4 gün davam edən konfransda Azərbaycan nümayəndələrindən H. Hüseynova, Q. Rüstəmova, R. Əliyeva, A. Musayeva, F. Səfərova, J. Əliyeva, S. Süleymanova, V. Mustafayeva, S. Əliverdiyeva, V. Abdullayeva və V. Hüseynova ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda maraqlı çıxışlar və təqdimatlar ediblər.
Konfransa Cənubi Qafqaz respublikaları İngilis dili müəllimləri birliklərinin üzvləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Belarus, Moldova və Ukraynanın ingilis dili mütəxəssisləri də qatılıblar.
Konfransın yekununda iştirakçılara sertifikatlar və müxtəlif mükafatlar təqdim olunub. Regionun ən qabaqcıl və aparıcı təşkilatı olan AzETA rəhbərinə isə kompüter (noutbuk) hədiyyə edilib. ]]>
<![CDATA[ Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. Qeyd edək ki, “Baker Tilly Azerbaijan” MMC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb.
Auditorlar Layihənin maliyyə göstəricilərini və xüsusilə də Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin, eləcə də Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər. “Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 31 mart 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan 15 aylıq dövr üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair aşağıdakı kimi Auditor rəyi verib:
“Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 31 mart 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir”. ]]>
Mayın 19-da Təhsil Nazirliyində “Xaricdə təhsil-Dövlət Proqramı” İnternet səhifəsinin təqdimat mərasimi keçirilib.
<![CDATA[ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Dövlət Proqramının icrası üzrə tədbirlər planına müvafiq olaraq layihə çərçivəsində təhsil alanlar və xaricə göndəriləcək gənclərin seçim qaydaları haqqında ictimaiyyətə daha operativ məlumatlar vermək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Xaricdə təhsil- Dövlət Proqramı” İnternet səhifəsi yaradılıb.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq təqdimat üçün sözü səhifəni yaradan ABŞ-ın “Silver Texnoloji” şirkətinin nümayəndəsi Fərid İsmayılzadəyə verib.
Geniş təqdimatla çıxış edən F. İsmayılzadə nəzərə çatdırıb ki, İnternet səhifəsində Dövlət Proqramına aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul haqqında seçim qaydaları, müvafiq elanlar, təhsil alanların oxuduqları ölkə, ali məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama tarixi və məzunlar haqqında ətraflı məlumatlar əks olunub və yaxın müddətdə məzun olacaq şəxslər barədə materiallar yerləşdirilib. İnternet səhifəsinin ayrı-ayrı bölmələrini tədbir iştirakçılarına təqdim edən şirkət nümayəndəsi müvafiq Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlərə istənilən məlumatı rahat şəkildə əldə etmək imkanının yaradıldığını bildirib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verən təhsil naziri Misir Mərdanov qeyd edib ki, Dövlət Proqramının icrası Təhsil Nazirliyinə tapşırıldıqdan sonra bununla bağlı xüsusi sektor yaradılıb. Nazir deyib ki, proqramın əsas məqsədi Azərbaycanda rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün ölkənin yüksək səviyyəli kadrlara ehtiyacının ödənilməsi, azərbaycanlı gənclərin ümumbəşəri dəyərlər əsasında ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Dövlət Proqramından əlavə, azərbaycanlı gənclərin xaricdə öz imkanları, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri və dövlət xəttilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına təhsil aldıqlarını söyləyən təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytində malik olan 81 ali məktəbində bakalavr, magistratura, rezidentura, aspirantura və doktorantura pillələrində prioritet ixtisaslar üzrə 186 nəfər azərbaycanlı tələbənin təhsilini müvəffəqiyyətlə davam etdirdiyini vurğulayıb. Bu il dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil almağa ən qabiliyyətli gənclərin arasından seçilən 200 nəfərin göndərilməsinin nəzərdə tutulduğunu, artıq bir neçə nəfərin Dövlət Proqramı çərçivəsində təhsillərini başa vuraraq Azərbaycana qayıtdığını deyən nazir məzunların işlə təminatı ilə bağlı xüsusu proqramın da hazırlanacağını və gələcəkdə bu işin müəyyən mexanizm əsasında həyata keçiriləcəyini bildirib.
Misir Mərdanov xaricdə təhsil alan gənclərdən həmin ölkələrdə qalmaq arzusunda olanların qarşısında heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan bu qaydanın həmin ölkələrdəki diasporumuzun daha da güclənməsində mühüm rol oynayacağını qeyd edib.
Nazir deyib ki, xaricdə təhsil alan gənclər ilk növbədə Azərbaycan xalqının təmsilçisi, zəngin və qədim mədəniyyətimizin, adət və ənənələrimizin təbliğatçılarıdır. Xarici ölkələrə göndəriləcək tələbələrin seçilməsində obyektivliyin və şəffaflığın başlıca amil olduğunu nəzərə çatdıran təhsil naziri bildirib ki, ixtisasların müəyyənləşdirilməsi və gənclərin təhsili üçün lazımi şəraitin yaradılması məsələləri də çox böyük əhəmiyyət kəsb edir.
Sonda təhsil naziri Misir Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. ]]>
<![CDATA[ Azərbaycanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, mərkəzləşdirilmiş buraxılış imtahanlarının vaxtı və imtahan götürüləcək fənlər Təhsil Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilib. Belə ki, respublikamızın orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ana dili və riyaziyyat, XI sinif şagirdləri isə ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən buraxılış imtahanları verəcəklər. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq ediləcək.
Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 (üç) saat vaxt ərzində bölgələr üzrə aşağıdakı qrafik əsasında keçiriləcək:
3 iyun 2009-cu il
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları; 
8 iyun 2009-cu il
Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları; 
12 iyun 2009-cu il
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları; 
16 iyun 2009-cu il
Bakı və Sumqayıt şəhərləri. 
Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) saat vaxt verilməklə 5 iyun, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 saylı məktəbdə keçiriləcək. 
Onu da qeyd edək ki, peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 24 aprel 2009-cu il tarixdə keçirilib. ]]>
<![CDATA[ Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali məktəbləri 20.092 bakalavr, 2.564 magistr başa vuracaq.
2009-cu il Təhsil Nazirliyinin tabeliyindəki dövlət ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu planına uyğun olaraq 3.785 yer təklif edilib. Bunların 1.822-si dövlət hesabına, 1.963-ü ödənişlidir. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinə MBA proqramı üzrə 450, Azərbaycan Dövlət Neft Akademiyasına MBA proqramı çərçivisində 100, Tempus proqramı üzrə isə 16 magistr yeri ayrılıb. Müvafiq ali məktəblərin bakalavr pilləsinə isə 21.290 nəfərin qəbul olunması nəzərdə tutulub. Onların 9.275-i dövlət hesabına, 12.015 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. ]]>
<![CDATA[ Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sıra orta məktəblərinin rəhbərləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açıb.
Liseyin direktoru, respublikanın əməkdar müəllimi Həlimə Mehdiyeva liseyin yaranma tarixi, keçdiyi yol barədə məruzə edib.
Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov 10 yaşı qeyd olunan liseyin yubileyi ilə Azərbaycan elminin görkəmli nümayəndəsi Azad Mirzəcanzadənin 80 illiyinin birgə qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Akademik Azad Mirzəcanzadənin böyük alim, əsil vətəndaş olduğunu söyləyən nazir onun hər bir alimin öz məktəbini yaratması ideyasının təşəbbüskarı kimi çıxış etdiyini və bu baxımdan bir nümunə olduğunu nəzərə çatdırıb.
Daha sonra nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının ölkəmizdə böyük uğurla həyata keçməsindən, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun təhsillə bağlı təşəbbüslərindən danışaraq qeyd edib ki, son 5 ildə ölkəmizdə 283 məktəb, uşaq bağçası və digər tədris ocaqları tikilib istifadəyə verilib.
10 illik yubileyi qeyd olunan liseydə qısa müddət ərzində çox böyük işlərin görüldüyünü vurğulayan Misir Mərdanov möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tədris ocağının «İlin ən yaxşı məktəbi» seçildiyini, direktor Həlimə Mehdiyevanın əməyinin layiqincə qiymətləndirilərək ona «Əməkdar müəllim» fəxri adının verildiyini bildirib.
Çıxışının sonunda məktəbin kollektivinə ünvanlanmış təbrikini direktora çatdıran nazir liseyin bir qrup müəlliminə Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 nəfər müəllimə isə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanını təqdim edib.
Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professorlar Eldar Şahbazov, Sudeyif İmamverdiyev, Paşa Qəlbinur, Elmira Ramazanova, T.Salavatov, xalq şairi Zəlimxan Yaqub, liseyin məzunları Validə Qafarova, T.Şükürova, Milli Aerokosmik Agentliyinin direktoru A.Şirinzadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və başqaları Azad Mirzəcanzadə ilə bağlı xatirələrini söyləyib və liseyin kollektivinə yeni-yeni uğurlar arzu ediblər. ]]>
<![CDATA[ Yığıncaqda təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın tanınmış alim və pedaqoqları, ali məktəblərin prorektorları, paytaxtın bir sıra orta məktəblərinin direktorları iştirak ediblər.
Görkəmli professor Yəhya Kərimovun bir alim kimi Azərbaycan təhsilində özünəməxsus rolundan söz açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkəmizdə ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı onun adı ilə bağlıdır. Nazir 67 ildir ki, müəllimliklə yanaşı, həm də elmi-tədqiqat işləri ilə məşğul olan Yəhya Kərimovun qələmindən çıxan «Əlifba» kitabının 45 il ərzində dərslik kimi istifadə olunduğunu, onun təkcə dərsliklər tərtib etməklə kifayətlənmədiyini, müvafiq metodik göstərişlərə də müəlliflik etdiyini nəzərə çatdırıb. Görkəmli alimin kifayət qədər yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etdiyini, onlarla gəncin alim kimi formalaşmasına istiqamət verdiyini söyləyən Misir Mərdanov onun nəcib insani keyfiyyətlərindən, zəngin elmi yaradıcılıq fəaliyyətindən ətraflı söhbət açıb.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışan təhsil naziri mütamadi olaraq təhsil işçilərinin fəxri ad, medal və fərdi təqaüdlərə layiq görülməsinin buna bariz nümunə olduğunu bildirib. Nazir qeyd edib ki, dövlət rəhbəri cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunub, Prezidentin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Çıxışıının sonunda tanınmış alimi öz adından, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın təhsil ictimaiyyəti adından təbrik edən təhsil naziri Yəhya Kərimova möhkəm cansağlığı, elmi pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb, son illər təhsillə bağlı nəşr olunmuş kitabları və xüsusi hədiyyəni ona təqdim edib.
Yəhya Kərimovun keçdiyi mənalı ömür yolu, zəngin, çoxşaxəli elmi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov onun ibtidai təlim sahəsində respublikamızda ilk axtarışlar aparan və fəaliyyətini elmi-nəzəri əsaslar üzərində quran yenilikçi alim olmasından söz açıb. Abdulla Mehrabov deyib ki, Azərbaycanda savad təliminin nəzəri və praktik məsələləri ilə məşğul olan, onun sistemini işləyən yeganə mütəxəssis kimi Yəhya Kərimov 1958-ci ildən etibarən məktəb islahatlarının hazırlanmasında və həyata keçirilməsində müstəsna rol oynayıb. Təhsil Problemləri İnstitutunun direktor müavini, institutun «Elmi-nəzəri tədqiqatlar» mərkəzinin rəhbəri Yəhya Kərimov haqqında tədbir iştirakçılarına əhatəli məlumat verən professor Abdulla Mehrabov tanınmış alimi Təhsil Problemləri İnstitutunun kollektivi adından təbrik edib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Hüseyn Əhmədov, akademik Budaq Budaqov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Nurəddin Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və başqaları çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətinin ayrı-ayrı məqamlarından, onun Azərbaycan təhsilinin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıblar. 82 yaşlı alim-pedaqoqun gənc nəslə örnək olduğunu vurğulayan natiqlər ona uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzu ediblər.
Tədbirin sonunda Yəhya Kərimov ünvanına deyilən xoş sözlər üçün həmkarlarına, dostlarına təşəkkürünü çatdırıb, sevincli gününü onlarla paylaşmasından məmnunluq hissi keçirdiyini söyləyib. Görkəmli alim anadan olmasının 82 illiyi münasibətilə təşkil olunan belə yüksək səviyyəli tədbirə görə təhsil naziri Misir Mərdanova və Təhsil Nazirliyinin bütün əməkdaşlarına minnətdarlığını bildirib. ]]>
Mayın 8-də «Gülüstan» sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında təşkil edilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
<![CDATA[ Müsabiqə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil edilib.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikamızın hər yerində, bütün idarə və müəssisələrdə, dövlət qurumlarında, həmçinin təhsil ocaqlarında müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Nazir deyib ki, Təhsil Nazirliyinin «Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında» 26 fevral 2009-cu il tarixli 222 nömrəli əmrinə uyğun olaraq gerçəkləşdirilən kompleks tədbirlər çərçivəsində ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqə haqqında mərasim iştirakçılarına məlumat verən təhsil naziri bildirib ki, ümumtəhsil məktəblərinin 700 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdən ibarət olub. Müsabiqənin respublika mərhələsinə vəsiqə qazanmış 88 məktəblinin aprelin 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə «Ulu öndər Heydər Əliyevi düşünərkən...» mövzusunda inşa yazdığını vurğulayan Misir Mərdanov onlardan 5 nəfərinin I, 5 nəfərinin II, 10 nəfərinin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildiyini bildirib. Təhsil naziri eyni şərtlərlə Naxçıvan Muxtar Respublikasında keçirilmiş müsabiqədə fərqlənən 10 nəfərin işi də daxil olmaqla, qaliblərin inşa yazılarının «Heydər Əliyev məktəblilərin gözü ilə» adlı topluda dərc edildiyini söyləyib.
Bu müsabiqənin artıq bir ənənəyə çevrildiyini qeyd edən təhsil naziri Misir Mərdanov məktəblilərin ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunu, ümummilli lider haqqında fikir və düşüncələrini uşaq təbiətinə xas olan səmimi hisslərlə, dərin hörmət və sonsuz ehtiram duyğuları ilə dolğun şəkildə ifadə etdiklərini bildirib. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını vurğulayan nazir ölməz şəxsiyyətin təhsillə bağlı söylədiyi dəyərli fikirləri bir daha mərasim iştirakçılarının nəzərinə çatdırıb, onun parlaq ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Çıxışında Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan Misir Mərdanov Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərinə dair konkret faktlarla fikirlərini tamamlayıb.
Daha sonra Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülən 56 şagirdin, I, II və III yerlərə sahib olan məktəblilərin adları açıqlanıb. Fəxri Fərmanla təltif olunanlara xatirə hədiyyələri, I, II və III yerləri qazanan 20 məktəbliyə isə noutbuklar təqdim olunub.
Bütün qalibləri təbrik edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş şagirdlərdən gələcəkdə ali məktəblərə qəbul olunanlara YAP tərəfindən aylıq təqaüdlərin verilməsinin qərara alındığını bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov müsabiqə qaliblərinin pulla mükafatlandırılacağını nəzərə çatdırıb, uğur qazanan məktəblilərin hər birinin gələcəyinə böyük ümidlər bəslədiklərini söyləyiblər.
Sonda müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov qalibləri, şagirdlərin valideynlərini və təhsil aldıqları məktəblərin pedaqoji kollektivlərini təbrik edib, onlara ən xoş istək və arzularını çatdırıb. ]]>
<![CDATA[ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi müsabiqənin yekun konfransı məktəblilərdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ölkəmizdə istedadlı uşaqların və gənclərin üzə çıxarılması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini və onların daim xüsusi qayğı ilə əhatə olunduğunu qeyd edib. Müsabiqə haqqında məlumat verən N.Rzaquliyeva bildirib ki, VIII-XI sinif şagirdlərini əhatə edən 3 layihə üzrə (ədəbi-bədii, elmi-tədqiqat, kompüter layihələri) keçirilən istedad yarışında 45 mindən artıq şagird iştirak edib, onlardan 74 nəfəri qalib adını qazanıb.
Sonra hər 3 layihənin ayrı-ayrı nominasiyalar üzrə qalibləri səhnəyə dəvət edilib və onlara mükafatlar təqdim olunub.
Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bu müsabiqənin xüsusi qabiliyyətə malik uşaq və gənclərin inkişafındakı əhəmiyyətindən söz açıb, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib və bu ənənənin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, istedadlı uşaqları aşkara çıxarmaqla yanaşı, onların yaradıcılıq qabiliyyətinin inkişafına daha əlverişli şərait yaratmaq və xüsusi qabiliyyəti ilə fərqlənən uşaqları daimi qayğı ilə əhatə etmək də mühüm şərtdir. Minlərlə iştirakçı arasından ən layiqlilərinin seçilməsinin çox məsuliyyətli bir iş olduğunu deyən təhsil naziri bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşlarına, müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvlərinə, müəllim və valideynlərə öz təşəkkürünü bildirib.
Qaliblər gənclərə öz xüsusi istedad və qabiliyyətlərini nümayiş etdirmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və tədbirdə iştirak edən qonaqlarla xatirə şəkli çəkdiriblər.
Mərasimin sonunda yaradıcılıq müsabiqəsinin qaliblərinin ifasında maraqlı bədii proqram təqdim olunub. ]]>
<![CDATA[ Müşavirədə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən və Təhsil Nazirliyi tərəfindən maliyyələşən təhsil müəssisələrinin baş mühasibləri iştirak ediblər.
Müşavirənin əsas mövzusu Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 2008-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə 01.01.2009-cu ilə təsdiq olunmuş balans hesabat göstəricilərinin təhlili, büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının təsdiq edilməsi məsələləri və müvafiq standartlara keçidlə bağlı mövcud vəziyyət barədə müzakirələrdən ibarət olub. ]]>
<![CDATA[ İlk öncə təhsil naziri rayon rəhbərliyi ilə birlikdə Heydər Əliyev adına parka gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Misir Mərdanov Zaqataladakı akademik Zərifə Əliyeva adına liseyə baş çəkib, tədris ocağının pedaqoji kollektivi ilə görüşüb. Həmin gün nazir Zaqatala şəhərində 320, Mazıx kəndində 220 şagird yerlik yeni inşa edilmiş orta məktəblərin və Mamrux kəndində 40 yerlik uşaq bağçasının açılış mərasimində iştirak edib.
Sonda rayonun Suvagil kənd mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsindən, bu sahəyə göstərilən dövlət qayğısından və təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açılıb. ]]>
<![CDATA[ Öncə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Nazir rayon rəhbərliyini, təhsil ocağının pedaqoji və şagird kollektivini təbrik edib, rayonda həyata keçirilən bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda təhsilə gösərdiyi diqqət və qayğı sayəsində mümkün olduğunu nəzərə çatdırıb.
Həmin gün təhsil naziri rayonun Mərkəzi Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş «Heydər Əliyev- müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda elmi-praktik konfransda və Heydər Əliyev adına sarayda təhsil işçilərinin müşavirəsində iştirak edib.
Daha sonra təhsil naziri Misir Mərdanov mərasimdə iştirak edən ölkə ziyalıları ilə birlikdə Heydər Əliyev muzeyində olub və xatirə kitabına ürək sözlərini yazıb. ]]>
<![CDATA[ Fondun zəngin ekspozisiyası, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir mərhələsi barədə geniş təsəvvür yaradan dəyərli materiallar maraqla qarşılanıb. Ümummilli liderin Bakıda, Naxçıvanda və Moskvada ayrı-ayrı vəzifələrdə işlədiyi illər ərzində ölkə həyatının müxtəlif sahələrində həyata keçirdiyi layihələr, qazanılan uğurlar haqda məlumatlar qonaqlarda böyük maraq doğurub. Təhsil işçiləri ulu öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, bu sahələrdə çalışan insanlara diqqət və qayğısı, dünyanın müxtəlif bölgələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən stend və guşələrlə tanış olublar.
Fondun fəaliyyətindən bəhs edən videofilm təhsil işçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Filmdə Heydər Əliyev Fondunun son illərdə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələr əksini tapıb.
Sonra təhsil naziri Misir Mərdanov Fondun 5 illik yubileyi ilə bağlı təhsil işçilərinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları təbriki, ən xoş istək və arzularını çatdırıb. Nazir qeyd edib ki, ölkəmizin təhsil ictimaiyyəti ulu öndər Heydər Əliyevin nəcib və xeyirxah əməllərini yaşadan Fondun bütün istiqamətlərdə, xüsusilə də təhsil sahəsində həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayır. ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialının inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyinin məqsədyönlü fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, respublika səviyyəsində ilk dəfə həyata keçirilən “Gənc kompüter istedadları” müsabiqəsinə 2007-ci ildə yalnız Bakı şəhərinin məktəbliləri qatılıb, 2008-ci ildə isə müsabiqə Sumqayıt şəhərində təşkil olunub.
Müsabiqəyə marağı, eləcə də ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə 1-ci Dövlət Proqramının icrasının yaratdığı imkanları nəzərə alaraq “Gənc kompüter istedadları” müsabiqəsinin respublika səviyyəsində keçirilməsinin əhəmiyyətindən bəhs edən Misir Mərdanov müsabiqənin əsasnaməsinə uyğun olaraq İKT ilə bağlı dövlət və özəl qurumlardan ibarət Təşkilat Komitəsi və Münsiflər Heyəti yaradıldığını nəzərə çatdırıb. Təhsil naziri Təşkilat Komitəsinə AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları İnstitutlarının, Bakı Dövlət Universitetinin, “Delta Telekom” şirkətinin, “Bakı” nəşriyyatının, Münsiflər Heyətinin tərkibinə isə “HP”, “Microsoft Azerbaijan”, “İntel”, “Delta Telekom”, “Ultra” kimi şirkətlərin və “Multimedia” mərkəzinin nümayəndələrinin daxil edildiyini söyləyib.
Müsabiqədə iştirak etmək üçün məktəblilərin 114 ərizə verdiyini, müxtəlif nominasiyalar üzrə 70 layihənin təqdim edildiyini nəzərə çatdıran nazir deyib ki, dörd nominasiya üzrə 42 layihə yekun turuna buraxılıb və yekun turda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini, Zaqatala və Şəki rayonlarını təmsil edən məktəblilər fərqləniblər. Təhsil naziri Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “Zəngi” liseyinin, Bakı şəhərindəki 134, 286, 313, 56 saylı, Sumqayıt şəhərindəki 21, 23, 25 saylı, Zaqatala rayonundakı 3 saylı, Şəki şəhərindəki 11 saylı məktəblərin şagirdlərinin də yüksək nəticələr əldə etiyini bildirib.
Sonra akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi Rəsul Axundovun “Məktəblinin kalkulyatoru”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi Vüsal Həsənovun və Ceyhun Yusifovun “Qoğal” nağılı, Sumqayıt şəhər 25 saylı orta məktəbin şagirdləri Ömürtay Şükürlünün və Orxan Şükürlünün “İdiomlar” mövzularında hazırladıqları təqdimatlar olub.
Daha sonra məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb, I, II və III yeri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələri (kompüter, LCD-Monitor (TV) və ya videokamera, DVD Player) təqdim edilib.
Onu da qeyd edək ki, final mərhələsinin bütün iştirakçılarına müvafiq sertifikatlar verilib, “Ən orijinal layihə” və “Ən gənc iştirakçı” müəyyənləşdirilib.
Mərasimin sonunda təhsil naziri Misir Mərdanov bütün qalibləri təbrik edib, onlara uğurlar diləyib və ən xoş arzularını bildirib. ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə «British Council» un proqramlar üzrə meneceri Gülşən Hüseynova acaraq bildirib ki, bu təşkilat Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirən beynəlxalq bir qurumdur. Təşkilatın Təhsil Nazirliyi ilə birgə ilk dəfə müəllimlər üçün yeni və dinamik ingilis dili təlim kursu hazırladığını qeyd edən G. Hüseynova kursun birinci mərhələsinin artıq 2008-ci ilin iyul ayında kecirildiyini nəzərə çatdırıb. O deyib ki, «British Council» təşkilatının trenerləri tərəfindən paytaxtın 23, 134, 6, 7 saylı orta məktəblərində, Ankara və Pişəvəri adına humanitar liseylərdə çalışan 55 müəllimin I və V siniflərdə tədris etdikləri ingilis dili dərslərinin müşahidələri aparılıb. Növbəti tədris ilində II və VI siniflər üçün yeni proqramın təqdim olunması məqsədilə aprelin 27-dən mayın 1-dək ikinci mərhələnin həyata keçirildiyini söyləyən Gülşən Hüseynova bu işdə Böyük Britaniyadan dəvət edilmiş tanınmış ingilis dili mütəxəssisi Julietta Schoenmannın xüsusi rolunun olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən söz açıb və yeni olan bu təşəbbüs sayəsində qabaqcıl təlim metodlarının təqdim olunduğunu qeyd edib. Təməli qoyulmuş bu işin yaxın gələcəkdə bütün məktəbləri əhatə etməsinin vacibliyini vurğulayan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin tədrisində də müasir təlim metodlarının tətbiqinə ehtiyac olduğunu nəzərə çatdırıb. Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir səmərəli əməkdaşlığa görə «British Council» beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirib.
Sonda 7 pilot məktəbin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və Julietta Schoenmann tərəfindən sertifikatlar təqdim olunub. ]]>
<![CDATA[ Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın «Yaşlıların təhsili XXI əsrin açarıdır» şüarı altında keçirildiyini bildirib. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verib.
Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir qeyd edib ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsilinin insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşüldüyünü vurğulayan Misir Mərdanov bildirib ki, son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Nazir qeyd edib ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə 30-a yaxın tədbir həyata keçirib.
Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən, yaşlıların təhsili kontingentinə aid olunan sosial-demoqrafik qruplardan söz açaraq deyib ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Hər bir insanın cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etməsi üçün öz peşə, bilik və bacarığını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsinin vacibliyini önə çəkən nazir yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərdən, bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs edib. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxunub, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açıb. Çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təkliflərini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfransın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasının müdiri Ramiz Məmmədzadə «Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri», ADPU-nun kompüter mərkəzinin direktoru İlham Əhmədov «Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri» mövzularında məruzələr ediblər.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söyləyib və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə edib.
Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirib. ]]>
<![CDATA[ Hər iki ölkənin təhsil nazilrikləri arasında mövcud olan əməkdaşlıq nəticəsində Rusiya tərəfi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini qəbul edərək azərbaycanlı gənclərin təhsil almaları üçün prioritet ixtisaslar üzrə ən nüfuzlu universitetlərin adlarını açıqlayıb. Bu ali məktəblər arasında N.E. Bauman adına Moskva Dövlət Texnologiya Universiteti, Moskva Aviasiya İnstitutu, Dövlət İdarəçilik Akademiyası, Rusiya Dövlət Turizm və Xidmət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, “Stankin” Moskva Dövlət Texnologiya Universiteti, Sankt-Peterburq Dövlət Politexnik Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Kazan Dövlət Texniki Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti və digər universitetləri qeyd etmək olar.
Ayrılan kvota çərçivəsində Rusiya ali məktəblərində təhsil ödənişsizdir. Yataqxana və digər xərcələrin ödənilməsi məsələləri isə qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarına aiddir. Tələbənin illik tibbi sığortalanması məcburidir (250 ABŞ dollarından yuxarı). Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunacaq və ildə bir dəfə yay tətili müddətində onların təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ödəniləcəkdir.
Rusiya ali məktəblərinə qəbul Təhsil Nazirliyinin müvafiq sifarişinə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
Bu günlərdə TQDK tərəfindən qəbul ilə bağlı müvafiq elan veriləcəkdir. ]]>
<![CDATA[ Azərbaycanla Rusiya Federasiyası arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, səmərəli əməkdaşlıq ənənələrindən bəhs edən təhsil naziri respublikamızda rus dilinin tədrisi barədə fikirlərini bildirib. Ölkəmizin orta məktəblərində oxuyan şagirdlərin 8 faizinin rus dilində təhsil aldığını, ali məktəblərdə isə bu göstəricinin daha yüksək olduğunu nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda Rusiya Federasiyasının iki ali məktəbinin filialının fəaliyyət göstərdiyini qeyd edib. Nazir deyib ki, cari ilin fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimində şəxsən iştirak etməsi dövlətlərarası münasibətlərimizin yüksək səviyyədə təşəkkül tapmasının və respublikamızda təhsil sahəsinin inkişafına göstərilən həssas münasibətin təzahürüdür. Son illər ərzində Azərbaycanda yeni tikilən və əsaslı təmir edilən tədris ocaqlarının sayının 3000-dən artıq olduğunu vurğulayan nazir bu baxımdan Heydər Əliyev Fondunun səmərəli fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinə layiqli töhfələr verdiyini söyləyib.
Orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məsələlərə toxunan nazir hələ keçmiş sovetlər dövründən bu sahədə bəzi nöqsanların olduğunu, onların aradan qaldırılması üçün müvafiq tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. Müzakirələr əsnasında qərara alınıb ki, bununla bağlı gələn ayın sonlarında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasından olan həmkarları ilə müzakirələr aparmaq üçün Moskvaya səfər etsinlər. Azərbaycanın Rusiya Federasiyası ilə tələbə və magistr mübadiləsi sahəsində də yaxından əməkdaşlıq etdiyini söyləyən Misir Mərdanov 198 rusiyalı gəncin Azərbaycan universitetlərində, 200-dən çox azərbaycanlı tələbənin isə dövlət xətti ilə Rusiya ali məktəblərində təhsil aldığını bildirib.
Fəaliyyəti dövründə hər zaman təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını, tədrisin müxtəlif dillərdə aparılmasına yaradılan sərbəst şəraiti yüksək dəyərləndirib. Səfir bildirib ki, Rusiya tərəfi digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlığın genişləndirilməsi xəttinə sadiqdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib, təhsil sahəsindəki əlaqələrin inkişafından razılıq ifadə olunub. ]]>
<![CDATA[ Müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin I və II kursunda təhsil alan, ali məktəblərə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə isə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə), doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyindən əldə edilir), 2 ədəd tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor müəllim heyəti tərəfindən verilir, ərizə formasını http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək mümkündür), xüsusi anket forması (http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), ali məktəbə qəbul zamanı topladığı bal haqqında TQDK tərəfindən verilmiş arayış, tələbənin ali məktəbdə təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın surətləri (notarial qaydada təsdiq olunmuş və ingilis dilində tərcüməsi ilə), tərcümeyi-hal (CV, 2 dildə-Azərbaycan və xarici dildə), 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 santımetr ölçüdə) və şəxsiyyət vəsiqəsinin surətini 10 may 2009-cu il tarixinə kimi Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Müsabiqədə uğur qazanan tələbələr Koreyanın KAİST Universitetində nanotexnologiya, bio mühəndislik, mexaniki, aerokosmik və sistem mühəndisliyi, mülki və ekoloji mühəndisliyi, sənaye dizaynı, kimya və biomolekulyar mühəndisliyi, materialşünaslıq və mühəndislik, nüvə və kvant mühəndisliyi, elektrik mühəndisliyi, kompüter elmləri, sənaye və sistemlər mühəndisliyi kimi ixtisaslar üzrə təhsil almaq imkanı qazanacaqlar. ]]>
<![CDATA[ Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən Misir Mərdanov qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli qarşılıqlı əlaqələrin inkişafına nail olunub. Respublikamızda təhsilin bütün pillələrində müşahidə edilən müsbət dəyişikliklərə toxunan təhsil naziri xarici ölkələrlə qarşılıqlı tələbə mübadiləsi istiqamətində görülən işlərdən, 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarında yaxından iştirak etməkdən ibarət olduğunu söyləyən nazir 2008-2009-cu tədris ilində ölkəmizdə 7000-dən artıq əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanın ali məktəblərində oxuyan çinli tələbələrin sayının 228 nəfər olduğunu bildirib və təhsil sahəsində Çin Xalq Respublikası ilə əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.
Təmsil etdiyi ölkənin təhsil sisteminin strukturu haqqında ətraflı məlumat verən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etməsi, müvafiq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini bildirib. Səfir qeyd edib ki, Çin Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə maraq göstərir.
Görüşdə hər iki ölkə arasında təhsil sahəsinə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, gələcək əməkdaşlığın əsas istiqamətlərindən söhbət açılıb. ]]>
<![CDATA[ Öncə Fəхri хiyаbаnı ziyаrət еdən tədbir iştirakçıları daha sоnrа акаdеmiк Zərifə Əliyеvа аdınа məкtəblə tаnış оlublаr. «Хаtirələrdə yаşаyаn» аdlı tədbirdə təhsil nаziri Misir Mərdаnоv, rаbitə və infоrmаsiyа tехnоlоgiyаlаrı nаziri Əli Аbbаsоv, Dövlət Pеdаqоji Коllеcin dirекtоru, YАP Qаdınlаr Şurаsının sədri Nurlаnа хаnım Əliyеvа, millət vəкilləri və digər qоnаqlаr iştirак еdiblər.
Məкtəbin dirекtоru Məhəbbət Vəliyеvа tədbiri giriş sözü ilə аçaraq sоn bir ildə tədris ocağında görülən işlər, qаzаnılan nаiliyyətlər və nəzərdə tutulan məsələlər hаqqındа gеniş məlumаt vеrib. O, qeyd edib ki, görkəmli akаdеmikin аdını dаşıyаn məкtəbdə təhsil аlаn şаgirdlər Zərifə хаnımın həyаt və fəаliyyətini dərindən öyrənir, оnun hаqqındа müvafiq araşdırmalar аpаrırlar.
«Tədris prоsеsində müаsir pеdаqоji tехnоlоgiyаlаr: zənginliк və müхtəlifliк, məqsədyönlülüк və еffекtivliк» mövzusundа nümunəvi dərslərin intеrnеtdə nümаyişi maraqla qarşılanıb və məкtəbin sаytının аçılışındаn sоnrа şаgirdlərin ifаsındа «Zərifə Əliyеvа – аnа, qаdın və аlim» mövzusundа təqdimаt кеçirilib.
Zərifə xanım Əliyеvаnın аdını dаşıyаn оrtа məкtəbin fəаliyyətini müsbət qiymətləndirən təhsil nаziri Misir Mərdаnоv bütün sаhələrə, о cümlədən də təhsilə göstərilən dövlət qаyğısından söz açıb, bu məкtəbdə çаlışаn müəllimlərin və təhsil аlаn şаgirdlərin məsuliyyətinin dаhа böyüк olduğunu vurğulayıb. Nazir bildirib ki, onlаrın qаzаndıqlаrı uğurlаr digər təhsil müəssisələrinə nümunə оlmаlı, bu təhsil ocağı hər cəhətdən müasir dövrün tələblərinə cavab verməlidir. Misir Mərdаnоv çıхışındа müəllim nüfuzunun аrtırılmаsının vаcibliyini və bu işdə vаlidеynlərin fəаllığının əhəmiyyətini хüsusi qеyd еdib.
Кеçirilən nümunəvi dərslərin intеrnеt vаsitəsilə nümаyiş еtdirilməsindən məmnun qаlаn nаzir həlli vаcib оlаn digər məsələlərə də diqqət çəкib, müvafiq tövsiyələrini vеrib. Misir Mərdanov əmin оlduğunu bildirib кi, акаdеmiк Zərifə Əliyеvа аdınа оrtа məкtəbin yеtirmələri bundan sonra dаhа böyüк uğurlаrа imzа аtаcаqlаr.
Sоndа tədbir iştirakçıları nümunəvi dərslər кеçirilən оtаqlаrа bаş çəкib, məкtəbin həyətində ümummilli lidеr Hеydər Əliyеvin və Zərifə хаnım Əliyеvаnın хаtirəsini əbədiləşdirməк məqsədilə 2 çinаr аğаcı əкiblər. ]]>
<![CDATA[ İlk öncə ulu öndər Hеydər Əliyеvin Gəncə Şəhər İcrа Hаkimiyyətinin qаrşısındа ucаldılmış büstü önünə gül dəstələri qоyulub və Аzərbаycаn Rеspublikasının Dövlət Himni səsləndirilib.
Yubiley tədbirində təhsil nаziri Misir Mərdаnоv, nаzirliyin şöbə müdirləri, аli məktəb rеktоrlаrı, Gürcüstаndan gəlmiş аli məktəb müəllimləri, millət vəkilləri və digər qоnаqlаr iştirаk еdiblər.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcrа Hаkimiyyətinin bаşçısı Еldаr Əzizоv univеrsitеtin 70 illik yubilеyi münаsibətilə təhsil оcаğının bütün əməkdаşlаrını təbrik еdib, ölkəmizin ali məktəbləri arasında Gəncə Dövlət Universitetinin özünəməxsus yerinin olduğunu bildirib.
Görülmüş işlərdən və qаzаnılmış uğurlаrdаn dаnışan Gəncə Dövlət Univеrsitеtinin rеktоru Еlmаn Məmmədоv hаzırdа univеrsitеtdə 8 fаkültə və 10 şöbənin fəаliyyət göstərdiyini nəzərə çаtdırıb.
Azərbaycan Respublikasının təhsil nаziri Misir Mərdаnоv Gəncə Dövlət Univеrsitеtinin еlmi tədqiqаtlаrın təşkili və tətbiqi istiqаmətində gеniş təcrübə qаzаndığını bildirib. Nazir univеrsitеtin 70 illik yubilеyi ilə əlаqədаr Аzərbаycаndа təhsilin inkişаfındаkı хitmətlərinə görə ölkə Prеzidеnti cənab İlhаm Əliyеvin Sərаncаmı ilə Gəncə Dövlət Univеrsitеtinin əməkdаşlаrınа vеrilən mükаfаtlаrı təqdim еdib və kollektivə gələcək işlərində uğurlаr аrzulаyıb.
Yubilеyə gəlmiş digər qоnаqlаr dа Gəncə Dövlət Univеrsitеtinin səmərəli fəaliyyətindən söz açıb, öz hədiyyələrini tədris ocağının kollektivinə təqdim ediblər.
Daha sоnrа yubileyə qatılmış qоnаqlаrlа birlikdə Nizаmi Gəncəvinin və Cаvаdхаnın məqbərələrini ziyаrət еdən təhsil naziri Misir Mərdаnоv M.C.Pаşаyеv аdınа 39 və C.Cаbbаrlı аdınа 6 saylı оrtа məktəblərdə də оlub.
Günün ikinci yаrısındа Gəncə Dövlət Univеrsitеtində “dəyirmi mаsа” kеçirilib. Təhsil nаziri univеrsitеtin 13 əməkdаşını Аzərbаycаnın Qаbаqcıl Təhsil İşçisi döş nişаnı ilə təltif еdib.
Yubiley tədbiri M.C Pаşаyеv muzеyində Cəncə Dövlət Univеrsitеtinin 70 illik yubilеyinə həsr оlunmuş kоnsеrt proqramı ilə başa çatıb. ]]>
<![CDATA[ Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan Misir Mərdanov ümummili lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək şagirdlərin bu tədbirlərdə böyük maraq və həvəslə iştirak etməsini əlamətdar hal kimi dəyərləndirib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə haqqında məlumat verən təhsil naziri diqqətə çatdırıb ki, hər il olduğu kimi bu il də rayon ( şəhər) mərhələsində minlərlə VII-XI sinif şagirdi iştirak edib. Hər bir rayon və şəhərdən yalnız bir nəfərin yekun mərhələyə vəsiqə qazandığını qeyd edən nazir ümumilikdə 89 şagirdin buna nail olduğunu, iştirakçıların hər birinə xüsusi nümunədə hazırlanmış dəftər, qələm və üzərində ulu öndər Heydər Əliyevin şəkli olan döş nişanı verildiyini bildirib.
İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini söyləyən Misir Mərdanov qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini və ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını bildirib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və şagirdlər “Ulu öndər Heydər Əliyevi düşünərkən …” adlı inşa yazmağa başladılar. ]]>
<![CDATA[ Kitab Şərqi Avropa və Mərkəzi Asiyada keçid dövrünü yaşayan ölkələrdə ailə və uşaqların sosial müdafiəsi sahəsində yaranan problemlərin aradan qaldırılması ilə məşğul olan məsul şəxslərə və mütəxəssislərə vacib məlumatların çatdırılmasına xidmət edir. Uşaqların müdafiəsinin gücləndirilməsi sahəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələr üçün “Qeytkipinq” xidmətləri, uşaqların müdafiəsi xidmətləri üzrə standartların təkmilləşdirilməsi və De-institutlaşma, uşaqlar üçün xidmətlərin transformasiyası məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi üzrə təlimatlar da kitabda yer alıb. Hər üç cild Dövlət Proqramına ayrılan vəsait hesabına ingilis dilindən tərcümə olunub.
Kitab əlaqədar dövlət qurumlarına, bu sahədə çalışan QHT-lərə, 55 dövlət uşaq müəssisəsinə paylanılıb. ]]>
<![CDATA[ Türkiyə tərəfi Təhsil Nazirliyinin sifarişini qəbul edərək Azərbaycan gənclərinin təhsil almaları üçün 24 prioritet ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə, molekulyar biologiya, genetika və s.) Türkiyənin 12 ən nüfuzlu universitetində yer ayırıb. Bu ali məktəblər arasında Ankara, İstanbul, Boğaziçi, Orta Doğu Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki, Mərmərə kimi universitetlərin adlarını xüsusi qeyd etmək olar.
Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında mövcud olan razılaşmaya əsasən Türkiyənin ali məktəblərinin magistratura pilləsində Azərbaycan Respublikası üçün müvafiq prioritet ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması məqsədilə Türkiyə tərəfi 12 təqaüd ayırıb. Bakalavr pilləsini Azərbaycanda bitirən və təhsillərini Türkiyədə davam etdirmək arzusunda olan gənclər də müvafiq qaydalara uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər.
Türkiyə ali məktəbələrində təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşlarının təhsili, qeydiyyatı və yataqxana ilə təmin olunması pulsuzdur. Bununla yanaşı, həmin tələbələrə həm Türkiyə, həm də Azərbaycan hökuməti tərəfindən aylıq təqaüd verilir və ildə bir dəfə yay tətili müddətində təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilir. ]]>
Respublikamıza lazım olan kadr potensialının gücləndirilməsi məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələr üzrə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.
<![CDATA[ Dövlət Proqramının icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrin ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanıb.
2007-ci ildə Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində 13, 2008-ci ildə isə 27 tələbə Fransa ali məktəblərinə göndərilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulub. Beləliklə, bu gün Fransanın ali məktəblərində 40 nəfər azərbaycanlı tələbə Dövlət Proqramı çərçivəsində təhsil alır. Onu da qeyd edək ki, növbəti tədris ilində Fransanın ali məktəblərinə göndəriləcək azərbaycanlı tələbələri müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Ötən il Rusiya ali məktəblərinə müstəqil şəkildə qəbul olunan 8 azərbaycanlı gəncin adı da Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilib. Onlardan 4-ü aspirantura, 2-si mütəxəssis və 2-si bakalavr pilləsində təhsil alır. Beləliklə, bu ölkədə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayı 27 nəfərə çatıb.
2007-ci ildə əksəriyyəti tibb, xüsusilə də diplomdan sonrakı tibb ixtisasları olmaqla Dövlət Proqramı çərçivəsində Türkyəyə göndərilən 9 tələbə ilə yanaşı, 2008-ci ildə daha 15 azərbaycanlı gənc qardaş ölkənin ən nüfuzlu ali məktəblərində mühəndislik, idarəetmə, tibb və s. ixtisaslar üzrə təhsil almaq imkanı əldə edib.
Ötən il Cənubi Koreyada təhsil almaq üçün elan olunmuş müsabiqənin nəticələrinə uyğun olaraq 3 nəfər azərbaycanlı gənc KAİST universitetində oxumaq hüququ qazanıb. Hazırda bu ölkədə 8 gəncimiz Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirir. Növbəti tədris ilində daha 10 nəfər azərbaycanlı gəncin bu ölkədə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Hazırda Koreyanın KAİST universitetində təhsil alacaq gənclərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Dövlət Proqramının icrasının ilk ilində Almaniya ali məktəblərinin tələbəsi adına layiq görülən gənclərin sayı 5 nəfər olub. 2008-ci ildə isə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində Almaniyaya 12 nəfər azərbaycanlı göndərilib. Bununla yanaşı, Alamaniyanın ali məktəblərinə ötən il müstəqil şəkildə 9 nəfər tələbə müxtəlif ixtisaslar üzrə qəbul olunub. Beləliklə, 2007-ci ildən bu günə qədər beynəlxalq münasibətlər, tibb, mühəndislik, iqtisadiyyat ixtisasları üzrə 26 gənc bu ölkədə təhsillərini uğurla davam etdirir. Növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün bu ilin mart ayında DAAD-ın Almaniyadan gəlmiş ekspertləri tərəfindən ilkin seçim aparılıb. Müvafiq prosedurlar yekunlaşdıqdan sonra qaliblərin siyahısı elan olunacaq.
Hazırda dövlət hesabına ABŞ-da 10 nəfər azərbaycanlı gənc təhsil alır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fulbright proqramı ilə əməkdaşlıq nəticəsində növbəti tədris ili üçün keçirilmiş müsabiqədə uğur qazanmış 7 nəfərin də yaxın zamanlarda ABŞ ali məktəblərinin magistraturasında təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Bunlarla yanaşı, Kanadada 1, Avstraliyada 3, Avstriyada 1, Böyük Britaniyada 30, Yeni Zellandiyada 1, İsveçdə 3, Belçikada 1, İsveçrədə 2, Yaponiyada 1, Niderlandda 8, Çexiyada 1 azərbaycanlı tələbə təhsil alır.
Dövlət Proqramının icrasına başlandığı müddətdə ilk dəfə növbəti tədris ili üçün Niderland Krallığı Maastrixt İdarəçilik Məktəbinin Menecment , MBA (Biznesin İdarəçiliyi üzrə Magistr) ixtisaslarının magistratura pilləsində təhsil alacaq azərbaycanlı gənclərin seçimi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub.
Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində hal-hazırda 187 nəfər azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Artıq Dövlət Proqramına uyğun olaraq xaricdə təhsil alan 7 nəfər azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərini uğurla başa vurub. ]]>
<![CDATA[ Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, müsabiqə ötən ilin 16-17 dekabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin bazasında keçirilmiş ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilib. Nazir müavini konfransın 16 bölməsində 320 tələbənin məruzə ilə çıxış etdiyini və tələbələrin məruzələrində əks olunmuş elmi-tədqiqat işilərinin bölmə sədrləri və ekspertlər tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirildiyini nəzərə çatdırıb. İ.Hüseynova həmin qiymətlər əsasında təşkilat komitəsi tərəfindən orta balların müəyyənləşdirildiyini, konfrans iştirakçılarının reytinq cədvəlinin tərtib olunduğunu və hər bölmənin qalibi ilə yanaşı, reytinq cədvəlinin 2-ci və 3-cü pillələrində qərarlaşan tələbələrin də yüksək bilik və hazırlıq səviyyəsi ilə fərqləndiyini qeyd edib.
 Qeyd edək ki, müsabiqə cari ilin fevral-mart aylarında keçirilib. Müsabiqəyə konfrans iştirakçılarının reytinq cədvəlində ilk üç yerə sahib olan tələbələr buraxılıb. Həmin tələbələr arasından müsabiqə qaliblərini seçmək məqsədilə Təhsil Nazirliyinin yaratdığı münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirilib.Qaliblərin adları təhsil nazirinin 9 aprel 2009-cu il tarixli 397 nömrəli əmri ilə elan olunub.
Təhsil Nazirliyinin hər il keçirdiyi “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin ali məktəb tələbələrinin elmə olan marağını daha da artırdığını vurğulayan Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, ADPU-nun dekanı, professor Mirzəli Murquzov və Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, dosent Məmməd Əliyev ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili istiqamətində əldə olunan uğurlardan söz açdılar, bu sahənin işinin yaxşılaşdırılmasına dair təkliflərini bildirdilər.
Sonda “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinə Təhsil Nazirliyinin diplomları təqdim olundu, onlara təhsildə və gələcək elmi axtarış yollarında uğurlar arzulandı. Müsabiqədə uğur qazanmış tələbələrin ali məktəb rəhbərləri tərəfindən rəğbətləndirilməsi məsələsinin vacibliyi önə çəkildi. Qeyd edildi ki, konfrans iştirakçılarının reytinq cədvəli əsasında ali məktəb rəhbərləri tələbə elmi-tədqiqat işinin təşkili sahəsində mövcud olan nailiyyətləri və nöqsanları da müəyyənləşdirə biləcəklər . ]]>
<![CDATA[ Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından danışan nazir, həmçinin son illər İsmayıllı rayonunda təhsil sahəsinqə qazanılan nailiyyətləri müsbət qiymətləndirib.
Sonra rayon mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, son beş ildə rayonda 12 yeni məktəb binası tikilib, 23 məktəb Təhsil Nazirliyinin hesabına əsaslı təmir edilib və builki məzunların 242-si müxtəlif ali məktəblərə qəbul olunub.
Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov tədris ili ərzində rayonun iki müəlliminə ölkə Prezidenti tərəfindən “Əməkdar müəllim” adının verilməsini, İsmayıllının pilot rayonlarından biri seçildiyini, burada məktəblərin təchizatının xeyli yaxşılaşmasını, şagirdlərin dərslik və dərs vəsaitləri ilə təminatının qənaətbəxş olmasını qeyd edib və keçirilən sınaq imtahanlarının nəticələri barədə məlumat verib. Misir Mərdanov eyni zamanda İsmayıllı rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən də danışıb.
Açılış mərasimində millət vəkilləri Ərəstun Cavadov, Novruzəli Aslanov, Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, müəllim və valideynlər də iştirak ediblər. ]]>
<![CDATA[ Nazir qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin əhəmiyyətli olacağını vurğulayıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin səmərəliliyindən söz açıb və kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini qeyd edib.
Sonra çıxış edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno səfərin qısa müddətli olmasına baxmayaraq, səmərəli keçdiyini bildirib. Layihə İdarəetmə Qrupunun, komponent və alt komponent koordinatorlarının işindən razılığını ifadə edən cənab Moreno Azərbaycanda təhsil sektorunun statistikası üzrə hazırlanan hesabatı da olduqca maraqlı və uğurlu sənəd kimi qiymətləndirib. Eyni zamanda qonaq əlavə təhsil sahəsində xeyli irəliləyiş əldə olunmasını, məktəbəqədər təhsil sahəsində uğurlu addımlar atılmasını, qiymətləndirmə və təhsilin idarəolunmasının məlumat sistemləri üzrə aparılan islahatları yüksək dəyərləndirib.
Misir Mərdanov qonaqlara ölkəmizdə təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində aparılan işlər, bununla bağlı yaradılan yeni qurum barədə məlumat verib. Nazir bildirib ki, ölkənin təhsil sistemi ilə bağlı bütün resurslar həmin qurumda yerləşəcək, burada DATA sistemi yaradılacaq. Bu ilin sonunadək 500 məktəbin geniş zolaqlı internet şəbəkəsinə qoşulacağını vurğulayan nazir hələlik bu məsələnin 200 məktəbdə öz həllini tapmasından da söz açıb.Misir Mərdanov eləcə də məktəbəqədər və əlavə təhsil sahəsi üzrə mövcud olan problemlərə də toxunub.
 Sonda nazir birgə əməkdaşlıqdan razılığını ifadə edərək Dünya Bankının nüməyəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Litva Respublikasının məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatları üzrə təcrübəsi ilə yaxından tanış olub.
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Litva Respublikasının təhsil sisteminin öyrənilməsi ilə bağlı 30 mart-6 aprel 2009-cu il tarixlərində həmin ölkəyə olan tədris səfərinin hesabatı” mövzusunda təqdimat-məruzə edib.O öz təqdimatında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) “Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatlarının qiymətləndirilməsi” alt komponenti çərçivəsində Litva Respublikasının təcrübəsinin öyrənilməsindən söz açıb, bu ölkənin təhsil sistemi,ümumtəhsil məktəbləri, məktəb şəbəkəsinin optimallaşdırılmasının strateji prinsipləri haqqında məlumat verib. O.Kərimov eləcə də Litva Respublikasının Şilut rayonu üzrə məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsindən və bu barədə görülmüş işlərdən bəhs edib.
Görüşdə iştirak edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno məktəblərin rasionallaşdırılması tədbirlərinə uyğun olaraq öz təkliflərini irəli sürüb, rasionallaşdırma nəticəsində qənaət edilmiş vəsaitin xərclənmə istiqamətlərindən söz açıb.
Sonda iştirakçılar məruzə ətrafında müzakirələr aparıblar. ]]>
Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb
<![CDATA[ Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib.
Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib.
 Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb. ]]>
<![CDATA[ Çempionatda ümumilikdə ölkəmizin 46 şəhər və rayonundan 110 oğlan və 44 qız şahmatçı iştirak edib. 9 turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən yarışda iştirakçılar üç yaş qrupunda mübarizə aparıblar.Hər yaş qrupunda oğlanlar və qızlar arasından ayrı-ayrılıqda 4 qalib müəyyənləşdirilib.Həmçinin, bütün yaş qrupları üzrə fərdi qarşılaşmaların ümumi nəticələrinə görə iştirakçı şəhər və rayonların komandaları müvafiq yerlərə layiq görülüb.Onlardan paytaxtı təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin,Gəncə şəhərinin,Neftçala rayonunun və Bakı şəhərinin I komandaları daha yüksək nəticələrə nail olublar.
Qaliblər Təhsil Nazirliyi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif edilib. ]]>
<![CDATA[ Müşavirəni giriş sözü ilə açan nazir dövlət başçısının 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini qeyd edib. Ötən il olduğu kimi, bu il də müsabiqələrlə əlaqədar Təhsil Nazirliyində Təşkilat Komitəsinin yaradıldığını bildirən Misir Mərdanov iştirak üçün 450 nəfərin ərizəsinin həmin komitəyə daxil olduğunu nəzərə çatdırıb. Nazir əlavə edib ki, müvafiq ekspertiza 4 nəfərin sənədinin müəyyən şərtlərə uyğun gəlmədiyini aşkarlayıb. Misir Mərdanov sənədləri qəbul olunmuş müəllimlərin göstəricilərinin müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə qiymətləndirildiyini və 10 ballıq sistemə uyğunlaşdırıldığını, habelə 217 nəfərin növbəti mərhələyə buraxıldığını bildirib.
Müşavirədə Misir Mərdanov II mərhələdə iştirak edən müəllimlərin sınaq dərsləri keçməsi üçün hər fənn üzrə ayrı-ayrı məktəblərin, ümumilikdə bu məqsədlə Bakı şəhərində 35 orta təhsil müəssisəsinin müəyyənləşdirildiyini vurğulayıb. Nazir dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarını, fənn komissiyalarının tərkibinə ötən il keçirilmiş müsabiqə qaliblərindən 31 nəfərin daxil ediləcəyini və II mərhələyə keçən müəllimlərlə görüş təşkil olunacağını iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda nazir bu işdə obyektivliyin və ədalətliliyin təmin olunmasının, məsul şəxslərin işə daha ciddi yanaşmasının xüsusilə əhəmiyyətli olduğundan söz açıb.
 Tədbirdə o da məlum olub ki, iştirakçılar arasında ibtidai sinif müəllimlərinin sayı 46 nəfərdir. Digər fənlər üzrə müəllimlərin sayı– ingilis dili 44, tarix 27, riyaziyyat 19, Azərbaycan dili və ədəbiyyat 18, biologiya 15, fizika və kimya fənlərinin hər biri 10, coğrafiya 8, informatika 6, rus dili 4, alman və fransız dilləri, musiqi, fiziki tərbiyə və iqtisadiyyatın əsasları üzrə hər biri 2 nəfərdən ibarətdir.
Müsabiqədə 40 rayon və şəhərin, Təhsil Nazirliyinin nəzdindəki lisey və gimnaziyaların, universitetlərin nəzdindəki məktəblərin və 1 özəl məktəbin müəllimləri təmsil olunurlar.
Sonda ən yaxşı müəllim müsabiqəsinin II mərhələsi üzrə sınaq dərslərinin aprelin 20-dən etibarən dinlənilməsinə başlanılacağı qeyd olunub. ]]>
<![CDATA[ Qonaqları səmimi salamlayan nazir Təhsil Sektorunun İnkişafı üzrə I layihə çərçivəsində fəaliyyət istiqamətləri və bu layihənin müddətinin uzadılması məsələsindən söz açıb. Nazir ilkin layihədə qeyd olunan tapşırıqların həyata keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər, müəllim və peşə hazırlığı, yeni kurikuluma keçid və bununla bağlı dərslik komplektlərinin hazırlanması, qiymətləndirmə üzrə aparılan işlər barədə qonağa məlumat verib. Eyni zamanda nazir 2009-2010-cu tədris ili üzrə orta məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın sonunadək nəzərdə tutulan komplektlərin hazır olacağını bildirib. Nazir, həmçinin əlavə təhsil, adambaşına maliyyələşdirmə və rasionallaşdırma üzrə tədbirlərin də diqqət mərkəzində olduğunu qeyd edib.
Missiyanın rəhbəri, Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno nazirə görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün təşəkkür edib.X.Moreno II layihədə nəzərdə tutulan məsələlər üzrə nazirliyin müvafiq şöbələrində görüşlər keçirdiklərini və səmərəli müzakirələr apardıqlarını qeyd edib. Qonaq, həmçinin təhsil statistikası üzrə nazirliyin onlara təqdim etdiyi hesabatdan razılığını ifadə edib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə II layihədə nəzərdə tutulan digər məsələlər ətrafında müzakirələr aparılıb. ]]>
<![CDATA[ Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinin lisenziyalı proqramlarla təchiz olunmuş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə Azərbaycan hökümətinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 aylıq pilot layihə icra ediləcəkdir. Bu müddət ərzində müəllimlər layihə çərçivəsində güzəştli şərtlərlə ilk ayda 500, növbəti ayda isə 3 min kompüter əldə edə biləcəklər. Gələcəkdə layihənin daha da təkmilləşdirilərək digər sosial qruplar üçün (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) həyata keçirilməsi də nəzərdə tutulur.
Təhsil naziri Misir Mərdanov bu layihənin insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etməsi baxımından və informasiya cəmiyyətinə keçid mərhələsində mühüm rol oynayacağını bildirib. Nazir qeyd edib ki, təhsil sahəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən dövlət siyasətinin davamı olan bu layihə “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı( 2008-2012-ci illər)”nın əsas hissəsini təşkil edir. Hazırda ölkədə 170 minə yaxın müəllim olduğunu deyən təhsil naziri ilkin mərhələdə məhz müəllimlərə layihədə iştirak etmək hüququ verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
 Çıxışının sonunda təhsil naziri layihənin Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərən və bu vacib addımın atılmasında xidmətləri olan qurumlara ölkənin təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həyata keçirilən təhsil islahatları sırasında son illər informasiyalaşdırmanın xüsusi önəm daşıdığını vurğulayaraq bu layihənin uğurla icra olunmasını arzulayıb və bütün iştirakçıları ilk mərhələnin başlanması münasibəti ilə təbrik edib.
 Mərasimdə layihənin əhəmiyyəti, həyata keçirilməsi istiqamətində görülmüş işlər, icra mexanizmi və s. haqqında ətraflı məlumat verilib.
Sonra “Xalq kompüteri” layihəsinin icrasına başlanmasına dair dördtərəfli niyyət protokolu imzalanıb. ]]>
Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
<![CDATA[ Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Sarayının qarşısına gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun, Milli Məclis üzvlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, paytaxtın rayon icra hakimiyyəti başçılarının, müxtəlif dövlət qurumları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və ümumtəhsil müəssisələri rəhbərlərinin qatıldıqları konfransda ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyi, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə daim diqqət və qayğı göstərdiyi qeyd olunub.
Bakının ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, paytaxtın təhsil müəssisələri artıq yeni tədris ilinə hazırdır. Belə ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində 330 mindən artıq şagirdi və onların təlim-tərbiyəsi ilə məşğul olan 34 minə yaxın müəllimi qarşılamaq üçün bütün zəruri tədbirlər həyata keçirilib. Konfransda cəmiyyətin tərəqqisində təhsilin mühüm rolu bir daha vurğulanıb, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulanıb. ]]>
<![CDATA[ İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbə və struktur rəhbərləri, paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb. Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələrini verib.
Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Təranə Hacıyeva bildirib ki, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı 20 qayda nəzərdə tutulub. Məruzəçi çıxışında məktəbdaxili qiymətləndirmədən, şagird nailiyyətlərinin qiymətləndirilməsindən (monitorinqi), kurikulum üzrə qiymətləndirmədən (təhsil idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ətraflı söz açıb, həmçinin digər qaydaları şərh edib.
İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması məsələsinə münasibətini bildirib, bununla bağlı müvafiq təkliflərini nəzərə çatdırıb. ]]>
<![CDATA[ Konfransın məqsədi layihəyə qoşulan ümumtəhsil məktəb rəhbərlərinin və digər partnyorların insan alverinə qarşı mübarizə üzrə biliklərini artırmaq, təhsil vasitəsi ilə insan alverinə qarşı mübarizə üçün milli çərçivə haqqında ümumi razılığa gəlmək, layihənin həyata keçirilməsi istiqamətində müvafiq beynəlxalq təcrübənin öyrənilməsi olub.
Beynəlxalq mütəxəssis İlya Dementiyev insan alverinə qarşı mübarizə üzrə Rusiya Federasiyasının Kalininqrad vilayətinin təcrübəsi ilə konfrans iştirakçılarını tanış edib.
Çıxış və təqdimatlardan sonra ətraflı müzakirələr keçirilib.
Konfransda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri, Milli idarəetmə komitəsinin üzvləri, layihənin koordinatoru və meneceri, layihə iştirakçıları olan Bakının 94, 149, 193, 158, 257, Xırdalan şəhər 3 və Sumqayıt şəhər 3 saylı məktəblərin rəhbərləri iştirak ediblər. ]]>
<![CDATA[ Yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə təşkil olunan bu seminarda Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin əməkdaşları, texniki peşə təhsili müəssisələrinin rəhbərləri, istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri iştirak edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru Rəsul Əsgərov mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, qarşıda duran məsələlər haqqında məruzə ilə çıxış ediblər.
Sonra seminar iştirakçıları peşə təhsilinin mövcud durumuna bir daha nəzər salaraq, faydalı məsələləri qəbul etməklə geniş müzakirələr aparıblar. Seminarda təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla qiymətləndirilməli olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək də planlaşdırıldı. ]]>
<![CDATA[ Qeyd edək ki, Azərbaycan hökumətinə mövcud peşə təhsili və təlimi sistemində islahatlar aparılması işində dəstək göstərəcək bu layihənin məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, texniki- peşə təhsili məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir.
Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl təcrübəsindən, təhsil sistemində peşə təhsili müəssisələrinin nüfuzundan söz açan nazir həyata keçirilmiş bir çox tədbirlər, eləcə də bu layihənin uğurlu icrasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye bu layihənin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsində önəmli rolundan və müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında maraqlı olduqlarından bəhs ediblər.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi” adlı məruzəsində son zamanlar peşə təhsili sahəsinə artırılan diqqət və qayğıdan, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası layihəsi” ilə bağlı görülmüş işlərdən danışıb.
Mərasimdə layihənin rəhbəri Nils Kristensen “Peşə təhsili, təlimin müasirləşdirilməsi layihəsi, məqsədlər, layihənin icrası və gözlənilən nəticələr” mövzusunda məlumat verib, həmçinin bir sıra qurumların əməkdaşları qeyd olunan istiqamətdə çıxış edərək layihənin texniki-peşə təhsili sahəsinin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar. ]]>
<![CDATA[ İclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Qeyri-hökumət təşkilatı forumunun nümayəndələri iştirak edib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq son illər bu sahəyə göstərilən dövlət qayğısından, qəbul edilən Dövlət Proqramından danışıb.Nazir müxtəlif qurumların nümayəndələrinin daxil olduğu Əlaqələndirmə Şurasının yaradılmasına böyük önəm verdiyini və müvafiq istiqamətdə mövcud olan problemlərin həllində şuranın xüsusi rol oynayacağını diqqətə çatdırıb. Sonra Misir Mərdanov Dövlət Proqramı qəbul edildikdən sonra görülən işlər və gələcək perspektivlər haqqında ətraflı məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib.
N.Məmmədov “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişafı üzrə Dövlət Proqramı(2007-2012-ci llər)nın yerinə yetirilməsi vəziyyəti barədə” təqdimat-məruzə edib, peşə təhsili müəssisələrinin illər üzrə əsas göstəriciləri, onların avadanlıqlarla təminatı vəziyyəti, tədris-maddi bazası barədə statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Mövcud sahə üzrə bu günün reallığından söz açan məruzəçi hazırda ölkəmizdə 107 texniki-peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini, həmin müəssisələrdə isə 23 453 şagirdin təhsil aldığını qeyd edib. N.Məmmədov Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərdən, bir sıra beynəlxalq təşkilatlarla birgə görülən işlərdən, eləcə də perspektiv planlardan danışıb.
İclasda cari ilin yanvarında Təhsil Problemləri İnstitutunda “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, mərkəzin əsas funksiyalarından da söz açılıb.
Tədbirdə iştirakçıların məruzə ilə əlaqədar suallarına cavab verilib, bir sıra məsələlərə dair rəy və təkliflər səslənib.
Sonda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə təhsili müəssisələrindən birində keçirilməsi qərara alınıb. ]]>
<![CDATA[ Artıq üçüncü ildir ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqların müəssisələrdən bioloji və alternativ ailələrə verilməsini və onlara yaşadıqları ərazidə icmaəsaslı sosial xidmətlərin təşkil edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” həyata keçirilir. Qeyd olunan proqramın icrası istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılıb, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilib, məlumat bazası yaradılıb və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb. Plana əsasən Bakı şəhər 2 saylı uşaq evi nəzdində “Günərzi Qayğı Mərkəzi” adlı alternativ xidmət növü təşkil olunub.
Bundan əlavə, 7 internat tipli müəssisənin transformasiya edilməsi, onlardan 4-nün gimnaziya, 2-nin ümumtəhsil, 1-nin inkluziv komponentli məktəbə çevrilməsi istiqamətində işlər görülür.
2009-cu ildə 3 internat tipli müəssisə ümumtəhsil məktəb, gimnaziya, idman təmayüllü liseyə çevriləcək. Hazırda ölkəmizdə “Uşaq müdafiəsi sistemi”nin yaradılması üzrə iş gedir. Bununla əlaqədar pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması nəzərdə tutulub. ]]>
<![CDATA[ “Mənim ana dilim” mövzusunda təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə qarşı sevgi və hörmət hissini daha da artırmaqdan ibarət olub.
Tədbirdə Azərbaycan Dillər Universitetinin kafedra müdiri, filologiya elmlər doktoru Adil Babayev çıxış edərək ana dilinin əsrarəngiz gözəlliyindən, səlisliyindən və s. danışıb.
Sonra şagirdlər ana dilində şer və monoloq söyləyib, mahnılar oxuyublar, eyni zamanda Azərbaycanın görkəmli yazıçı və şairlərinin foto albomundan ibarət təqdimat olub.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird, müəllim və valideynlər iştirak ediblər. ]]>
<![CDATA[ Qonaqlar məktəbi gəzərək burada yaradılmış şəraitlə tanış olublar.
 Misir Mərdanov qonağa məlumat verərək bildirib ki, ötən ildən fəaliyyət göstərən bu təhsil ocağı IX-XI sinifləri əhatə edir və burada istedadlı şagirdlərə informatika, xarici dil və riyaziyyat istiqamətləri üzrə dərinləşdirilmiş təhsil verilir.
 Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları, idman zalı, müəllimlər otağına baş çəkən qonaqlar gördüklərindən məmnun qaldıqlarını bildiriblər.
Sonda cənab Əbdüləziz bin Osman əl-Tüveycri məktəbin xatirə kitabına öz ürək sözlərini yazıb. ]]>
<![CDATA[ İclasda İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin məsul işçiləri, Avropa İttifaqının Azərbaycan Respublikasında Beynəlxalq Texniki Yardımı Üzrə Koordinasiya Şurasının, Respublika Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Layihənin rəhbəri Nils Kristensen müvafiq sənəd barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Məlumat üçün bildirək ki, layihənin fəaliyyət planının əsas istiqaməti peşə təhsili və təliminin (PTT) modernləşdirilməsi üçün siyasətin hazırlanması bacarıqlarının, strategiyanın və müvafiq proqramın təkmilləşdirilməsidir. Bu sənədin hazırlanması “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na və Təhsil Nazirliyinin 30 iyul 2007-ci il tarixli 940 nömrəli əmrinə əsasən məsləhətləşmələr aparmaqla həyata keçiriləcək.
Qeyd edək ki, layihəyə əsasən turizm sektorunda səriştəyə əsaslanan peşə təliminin həyata keçirilməsi üçün milli, regional və yerli səviyyələrdə səmərəli tərəfdaşlığın qurulması nəzərdə tutulur. Bundan əlavə bütün maraqlı tərəflərin iştirakı ilə turizm sahəsi ilə bağlı peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə işçi qrupunun yaradılması planlaşdırılır. Fəaliyyətə başladığı dövrdən layihənin texniki tərəfdaşı olan Britaniya Şurasının mütəxəssisləri İsmayıllı, Gəncə, Mingəçevir şəhərlərinə səfər edib, yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirib. ]]>
<![CDATA[ Əmrə əsasən Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub.
Tədbirlər planında fevralın 26-da ali, orta ixtisas, ümumtəhsil, texniki-peşə, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatının Xocalı soyqırımına həsr edilməsi, bu təhsil müəssisələrinin internet saytlarına soyqırımla bağlı məlumatların daxil edilməsi, rəsm sərgiləri, matəm mitinqləri, bədii və xatirə gecələrinin keçirilməsi, tamaşalar hazırlanması, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi, soyqırımın şahidi olan şəxslərlə görüşlər keçirilməsi barədə təhsil müəssisələrinin rəhbərlərinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib. ]]>
<![CDATA[ Qeyd edək ki, bu müsabiqə “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafı üzrə atılan müsbət addımlar barədə məlumat verib. Bu işin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən nazir ölkə Prezidentinin mövcud sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Misir Mərdanov Azərbaycanda idman sahəsi üzrə qazanılan qələbələrdən, Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə gördüyü işlərdən və nəzərdə tutulan digər tədbirlərdən danışıb.
 Sonra nazir əlavə edib ki, qeyd olunan müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Eyni zamanda nazir müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalibin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir.Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir.
157 idman məktəbində 27 idman növü inkişaf etdirilir. 421 bölmədə 8079 qrupda 100511 uşaq, yeniyetmə və gənc gündəlik olaraq idmanla məşğul olurlar. İdman məktəblərində 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimlərdir.
Tədbirdə 6 nominasiya üzrə keçirilmiş müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Millət vəkillərinin və müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında idmanın böyük rolu olduğunu və qazanılan nailiyyətləri xüsusi qeyd ediblər.
Mərasimdə həmçinin Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov şahmat sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. ]]>
<![CDATA[ Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir.
Qeyd edək ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkəmizdə təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bu isə milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək. Eyni zamanda təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqlarının internetə çıxışı mütəmadi təmin olunacaq. Qeyd olunan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək.
Hazırda Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, direktor və müəllimlər otağını birləşdirəcək.
Məlumat üçün bildirək ki, bu təhsil şəbəkəsinə ölkənin 200 təhsil müəssisəsinin qoşulması prosesi yekunlaşmaqdadır. ]]>
<![CDATA[ Saziş 460 min ABŞ dolları dəyərindədir. Qrant Sazişinin əsas məqsədi Ali Təhsil Layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması, icra planlarının hazırlanması, maraqlı tərəflər arasında məsləhətləşmələrin, ölkə daxili təlimlərin, tədqiqatların, seminarların və sorğuların təşkili, texniki məsləhət xidmətlərinin təmin edilməsidir.
Bu layihəyə əsasən ali təhsildə keyfiyyətin təminatı və bununla bağlı mərkəzin, müəssisələrdə isə qurumların yaradılması, ali təhsildə maliyyə islahatları, islahatların idarə olunması və icrası üçün potensialın gücləndirilməsi, eləcə də digər komponent və alt komponentlər üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. ]]>
<![CDATA[ Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2008-ci ilin yekunlarına dair təqdimat edib. O öz təqdimatında Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” nın icrasının ilk ilində əldə edilmiş nəticələr barədə iclas iştirakçılarına məlumat verib.
N. Məmmədov bildirib ki, 2008-ci ildə bu sahədə müəyyən dəyişikliklər aparılıb. Belə ki, son 20 ildə yeni bir peşə təhsili kompleksi- “Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” istifadəyə verilib, Avstriyanın Hilsferk təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində Cəbrayıl rayonu 131 saylı peşə məktəbinin fəaliyyəti bərpa edilib. Eyni zamanda N.Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələri 5 günlük iş rejiminə keçib və bununla əlaqədar olaraq tədris planları yeniləşdirilib.
İclasda şöbə müdiri ötən il peşə təhsili müəssisələrindən olan 10 nəfər gənc mütəxəssisin Türkiyənin İzmir şəhərində yerləşən peşə təhsili müəssisəsinə 1 aylıq ixtisasartırma kursuna göndərilməsi, 9 məktəbin əsaslı təmir və müasir avadanlıqlarla təchiz edilməsi, peşə təhsili müəssisələrinin əyani vəsaitlərlə təmin edilməsi və s. kimi nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcud olduğundan da söz açıb.
Sonra 2009-cu ildə qarşıya qoyulan məqsədlər haqqında danışan şöbə müdiri Təhsil nazirinin müvafiq əmri ilə yaradılmış “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi” barədə də iclas iştirakçılarına məlumat verib.
Daha sonra məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb və belə iclasların mütəmadi olaraq keçirilməsi qərara alınıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, tanınmış alimlər, ekspertlər, məktəb direktorları və müəllimlər tədbirdə iştirak edib.
 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva çıxış edərək 2007-2008-ci tədris ilində paytaxt məktəblərinin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələrdən söz açıb.
Sonra TQDK-nın sədri M. Abbaszadə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda təqdimat edib, 2009-cu ildə ali məktəblərə qəbulda aparılacaq yeniliklər barədə danışıb.
Tədbirdə əlaçı məzunların illər üzrə göstərdiyi nəticələr müqayisəli təhlil olunub, şagird biliyinin qiymətləndirilməsindən söz açılıb, habelə bununla bağlı statistik rəqəmlər diqqətə çatdırılıb.
Təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından danışıb. Nazir verilən məlumatların vacib və əhəmiyyətli olduğunu, qeyd edilən məsələlərin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda hər bir təhsil işçisinə işlərində daha ciddi və məsuliyyətli olmağı tövsiyə edib. ]]>
<![CDATA[ Tədbirin əsas məqsədi məktəb rəhbərlərinə proqramın gedişi və növbəti mərhələ barədə bu layihəyə yeni qoşulan məktəblərə istiqamət vermək, beş il ərzində əldə edilmiş təcrübə haqqında məlumat çatdırmaqdan ibarət olub. ABA-CEELİ təşkilatının əməkdaşlarının təqdimatından sonra görülən işlərlə bağlı diskussiya keçirilib.
Məlumat üçün qeyd edək ki, “Canlı hüquq” proqramı 2004-cü ildən Təhsil Nazirliyi ilə birgə ABA-CEELİ təşkilatı tərəfindən ümumtəhsil məktəblərində həyata keçirilir.
Proqramın yeni mərhələsinin cari il fevralın 16-dan başlanması nəzərdə tutulub. Qeyd edək ki, proqramın əhatə dairəsi daha da genişləndirilib və daha bir neçə məktəb bu layihəyə qoşulub.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və bir sıra bölgələrin təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları və direktor müavinləri, ABA/CEELİ təşkilatının və “Hüquqi təhsil” proqramının nümayəndələri iştirak edib. ]]>
<![CDATA[ Qeyd edək ki, metodik vəsaitlər, nümayişetdirici materiallar, uşaqlar üçün masaüstü oyunlar, illüstrasiyalı nağıl kitabları Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”çərçivəsində Təhsil Nazirliyinin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən hazırlanıb.
 Mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodist və tərbiyəçiləri iştirak edib.
Mərasimdə öncə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemləri və eyni zamanda müvafiq Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir nümayiş etdirilən təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işin gələcəkdə də davam etdiriləcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Misir Mərdanov bir il ərzində hazırlanmış materialların artıq məktəbəqədər təhsil müəssisələrinə çatdırıldığını, tərbiyəçilər və uşaqlar tərəfindən bəyənildiyini deyərək bu layihədə əməyi olan hər kəsə, alim və mütəxəssislərə təşəkkür edib.
Təqdimat mərasimində hazırlanmış təlim vəsaitləri haqqında reklam çarxı nümayiş etdirilib.
Çıxış üçün söz alan millət vəkillərindən Şəmsəddin Hacıyev, Nizami Cəfərov, Qənirə Paşayeva, Gülər Əhmədova, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, uşaq bağçalarının müdirləri bu təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün böyük töhfə olduğunu xüsusi qeyd ediblər.
Tədbirin rəsmi hissəsindən sonra Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri xalq oyunları və mahnılardan ibarət bədii proqramla çıxış ediblər. ]]>
<![CDATA[ İmtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları digər bölgələrdə istifadə olunmayacaq, yəni test sual kitabçaları hər bölgə üzrə müxtəlif olacaqdır.
Hər bir şagirdin cavab kartı üzərində onun şəkli çap olunacaq.
Cari tədris ilindən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil məktəblərinə test bankı paylanmışdır, keçən illərdən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında iştirak edən məktəblər isə ötən tədris ilində onlara verilmiş test bankından istifadə edə bilərlər.
Bölgələr üzrə mərkəzləşdirilmiş qaydada  yoxlama imtahanları aşağıdakı qaydada keçiriləcəkdir:
- 22.02.2009-cu il tarixində peşə liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird;
- 01.03.2009-cu il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları üzrə 78 imtahan mərkəzində 30579 şagird;
- 15.03.2009-cu il tarixində Quba, Qusar, Xızı, Siyəzən və Dəvəçi rayonları üzrə 15 imtahan mərkəzində 5847 şagird;
- 29.03.2009-cu il tarixində ölkənin mərkəzi aran və cənub rayonları üzrə 76 imtahan mərkəzində 24952 şagird;
- 05.04.2009-cu il tarixində ölkənin şimal-qərb rayonları üzrə 40 imtahan mərkəzində 14046 şagird;
- 12.04.2009-cu il tarixində qərb rayonları üzrə 55 imtahan mərkəzində 20997 şagird;
Müvafiq təlimata uyğun olaraq, şagird imtahana gələrkən mobil telefon gətirməməlidir, əks halda o, imtahan otağından kənarlaşdırılacaq və imtahan nəticələri ləğv olunacaqdır. ]]>
<![CDATA[ Məlumat üçün bildirək ki, Beynəlxalq Miqrasiya Təşkilatı, Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihəyə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir.
Seminarda insan alverinin qarşısının alınması məqsədilə orta məktəblərdə şagirdlər, onların müəllim və valideynləri tərəfindən insan alveri təhlükələrinin, miqrasiya reallıqlarının qarşısı alınma təşəbbüslərinin dəstəklənməsi üçün hazırlanacaq mexanizmlər və dərs vəsaitləri vasitəsilə maarifləndirmə tədbirlərinin keçirilməsi müzakirə olunub.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov seminarı giriş sözü ilə açaraq qeyd olunan layihə üzrə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İ. Pirməmmədov ölkəmizdə insan alverinin qarşısının alınması, bu problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılmasının vacibliyini qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin birgə həyata keçirilən “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsində nəzərdə tutulan məsələlərdən söz açıb. Qeyd olunub ki, 2 il müddətində həyata keçiriləcək bu layihə çərçivəsində ümumtəhsil məktəblərində şagird, müəllim və valideynlərlə maarifləndirmə işinin aparılması, təlim və seminarların keçirilməsi, dərs vəsaitinin hazırlanması, eyni zamanda bu mövzunun orta təhsil üzrə tədris proqramına daxil edilməsi və digər məsələlər planlaşdırılır.
Sonra çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin milli proqram rəhbəri Oqtay Gülmalıyev, eləcə də digər aidiyyəti qurumları təmsil edən şəxslər qeyd olunan layihə ilə əlaqədar rəy və təkliflərini bildiriblər.
Seminardan sonra Təşkilat Komitəsinin iclası keçirilib. ]]>
<![CDATA[ Müvafiq iş Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-20012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Təqdim olunmuş avadanlıq dəstində noutbuk, proyektorla yanaşı elektron löhvə də vardır. Müasir texnologiyaların təhsildə istifadəsini genişləndirən elektron lövhə, tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır.
Onu da qeyd edək ki, İKT avadanlığı Avropa liseyinə “Elektron məktəb” pilot layihəyə əsasən təqdim olunub.
Yaxın müddət ərzində pilot layihədə iştirak edən daha 9 Bakı məktəbi İKT avadanlığı ilə təchiz olunacaq. Pilot layihə 20, 6, 60, 160, 134, 8, 23, 7 saylı və Z.Əliyeva adına orta məktəbləri, həmçinin Avropa liseyini əhatə edir. Layihə çərçivəsində həmin məktəblər fiberoptik kabel vasitəsi ilə yüksək sürətli internetə, Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcəkdir. ]]>
<![CDATA[ Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçılıq etdikləri tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirib. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verib.
Təhsil naziri Misir Mərdanov sərgi haqqında məlumat verərək bildirib ki, 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisində dünyanın 12 ölkəsindən 53 təşkilat və şirkət təmsil olunacaq ki, bu da ötənilki iştirakçıların sayından 25 faiz çoxdur. Nazir qeyd edib ki, sərgiyə Azərbaycan təhsil sistemindən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Peşə Liseyi və digərləri qatılacaqlar.
Nazir deyib ki, ilk dəfə olaraq qeyri-hökumət gənclər təşkilatlarının və birliklərinin iştirak edəcəyini sərgidə orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələr təqdim ediləcək. "Təhsil və karyera-2009" sərgisinin ekspozisiyasına yeni sektorların əlavə olunacağını nəzərə çatdıran Misir Mərdanov ilk dəfə olaraq sərgidə məktəbli forması, orta məktəbə hazırlıq proqramları və testlər nümayiş etdirilən sektorun yer alacağını vurğulayıb.
Builki sərginin fərqli məqamlarından söz açan Misir Mərdanov karyera sektorunun geniş ekspozisiyasına Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların daxil olacağını qeyd edib. İlk dəfə olaraq "Təhsil və karyera" sərgisində İsveçrə tərəfindən mehmanxana işinin idarəolunması üzrə ali məktəbin və mövcud əmək bazarının müasir tələblərə uyğunlaşması üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkətlərin iştirak edəcəyini söyləyən nazir onu da bildirib ki, üç gün ərzində onlayn rejimində tədris proqramları, treninqlər, kurslar reallaşdırılacaq, aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna dair təkmilləşdirmə məşğələləri təşkil olunacaq, "Uşaq ili"nə həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyası keçiriləcək.
Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. ]]>
<![CDATA[ Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, keçirilən tədbirin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, sərgiyə əvvəlki illərdən fərqli olaraq orta və texniki peşə məktəblərinin nümayəndələri də qatılıb. "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan təhsil naziri Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin, Ticarət və Sənaye Palatasının, "İteca Caspian" şirkətinin nümayəndələri və digər şəxslər çıxış edərək sərginin işinə uğurlar arzulayıblar.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən təhsil müəssisələrinin nümayəndələri iştirakçılara əhatəli məlumatlar veriblər. ]]>
<![CDATA[ Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq.
Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub.
Növbəti tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır. ]]>
<![CDATA[ Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin başçısının Koreya ilə əlaqələrin yaradılmasına böyük önəm verdiyini açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin Koreyada təhsili məsələsinə də toxunub və bu sahədə görülən işlərdən danışıb.
Cənab Jun Yeonq Choi qəbul üçün nazirə minnətdarlıq edib.İki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışan qonaq bu istiqamətdə lazımi işlər həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.
Rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə qarşılıqlı əlaqələrindən söz açan universitet rəhbəri ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihə haqqında məlumat verib. Qonaq son illər ölkəmizin inkişaf yolunda müsbət addımlar atdığını nəzərə alaraq bildirib ki, onlar Bakı və ona yaxın ərazidə elm, eləcə də sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə aparılan işlər, mövcud təcrübə barədə təqdimat edib.
Bu təklif üçün qonaqlara təşəkkür edən Misir Mərdanov layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi arzusunda olduğunu bildirib. Eyni zamanda nazir bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmağın vacibliyini qeyd edib.
Sonra Misir Mərdanov Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə qonaqlara məlumat verib.
Görüşdə tərəflər layihə sənədinin daha da təkmilləşdirilməsini və bununla bağlı yenidən görüşərək müzakirə aparmağın vacibliyini qeyd ediblər. ]]>
<![CDATA[ Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi və çap formatları təsdiq olunub.
Ümumtəhsil məktəblərinin II sinifləri üçün nəzərdə tutulan 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və çapına dair dövri mətbuatda verilmiş elana uyğun olaraq nəşriyyatlar öz tender təkliflərini bu ilin mayında Təhsil Nazirliyinə təqdim edəcəklər. Dərslik komplektlərinin qiymətləndirilməsindən sonra mövcud qanunvericiliyə uyğun olaraq çap işləri təşkil olunacaqdır.
Nəşri nəzərdə tutulan 87 adda dərslik və müəllim üçün vəsaitdən 47 adda dərslik V-XI siniflərin şagirdləri üçün çap olunacaqdır. Artıq həmin dərsliklər orta məktəblərin qabaqcıl müəllimlərindən yaradılmış işçi qrupları tərəfindən oxunur, onların təqdim edəcəkləri rəy və təkliflər müəllif və nəşriyyatlar tərəfindən baxılaraq nəzərə alınacaqdır. ]]>
<![CDATA[ Belə ki, 2008-ci ildə 350 məktəbin istilik sistemi bərpa edilib. Həmin təhsil müəssisələrinin 206-da bərpa işləri Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına aparılıb.
Cari ildə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək. Bu sahədə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. ]]>
<![CDATA[ Proqram çərçivəsində indiyədək yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə 506 məktəb Təhsil Nazirliyi tərəfindən müasir avadanlıqlarla təmin olunub. Təkcə ötən ildə 180 məktəbə şagird masası, yazı lövhəsi, müəllim stolu və stulları verilib.
Bu il daha 200 məktəbin müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. ]]>
<![CDATA[ Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər.
Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada 1 yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. Ölkə üzrə 5 bölgə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, şimal, şimal-qərb, qərb və cənub bölgələridir.
Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz biliklərini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə yoxlama imtahanlarına isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə artıq ikiillik təcrübəsinin olması nəzərə alınaraq ilk imtahan martın 1-də məhz bu bölgə üzrə keçiriləcək.
Sonra şimal bölgəsinə daxil olan rayonların ümumtəhsil məktəblərinin XI sinif şagirdləri sınaq imtahanlarına qatılacaqlar. Bu bölgə üzrə yoxlama imtahanı martın 15-də aparılacaq.
İmtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında keçiriləcək. ]]>
<![CDATA[ Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edib.
Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilib.
Məktəbin sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçirilən dərslərdə iştirak edən nazir şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış olub. Misir Mərdanov qeyd edib ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli iş görülüb və müvafiq Dövlət Proqramı çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulub. Nazir əlavə edib ki, həyata keçirilən layihələrdən biri də “Elektron məktəb” layihəsidir və Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə bu layihənin icrasına başlanılıb. Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin də həmin məktəblər sırasında olduğunu diqqətə çatdırıb. Eyni zamanda nazir təhsil müəssisəsində quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadəsi üçün texniki baxımdan hər cür şərait yaradıldığını vurğulayıb.
 Onu da qeyd edək ki, hazırda Zərifə Əliyeva adına məktəbdə İKT avadanlıqları ilə bərabər yüksək sürətlə internet və internet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibrooptik kabel çəkilməkdədir. Bu işlər “Elektron məktəb” layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə video bağlantılar yaratmaq imkanı əldə edə biləcək.
Sonda məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan işlər barədə təhsil naziri Misir Mərdanova məlumat verib. ]]>
<![CDATA[ Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib. Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi-Açıq Cəmiyyət İnstitutunun birgə keçirdiyi ikigünlük seminar fevralın 6-dan öz işinə başlayıb.
Tədbirdə bir sıra qabaqcıl məktəblərin direktorları iştirak edib. Seminarı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq məktəb liderliyinin inkişafı ilə bağlı öz fikir və mülahizələrini iştirakçılarla bölüşüb, məktəb direktorlarının üzərinə düşən vəzifələrə toxunub. Çıxış üçün söz alan ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru Ketrin Maqno seminarın keçirilməsinin əsas məqsədindən danışıb. Xanım Ketrin məktəb liderliyinin inkişafından, bu sahədə dünya təcrübəsindən söz açıb.
Seminarda liderlik nədir, liderlik və idarəetmə, liderliyin növü, liderlik və dəyişiklik, eləcə də digər məsələlər mövzusunda iştirakçılar tərəfindən geniş müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonra T.İsmayılov adına “İntellekt” məktəb-liseyin direktoru Ceyran Kuliyeva, Sumqayıt şəhərindəki 11 saylı məktəbin direktoru Ofeliya Babayeva və Bakıdakı 220 saylı məktəbin direktoru Almaz Ələsgərovanın rəhbərlik etdikləri təhsil müəssisələrində gördükləri işlərə həsr olunan təqdimatlar keçirilib.
Təqdimatlardan sonra seminar iştirakçıları tərəfindən liderlik yanaşmaları mövzusunda müzakirələr davam etdirilib.
Seminarın birinci iş günü iştirakçılara özünü qiymətləndirmənin təhlili mövzusunda tapşırıqlar verilib.
Fevralın 7-də seminar öz işini davam etdirib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov belə bir mövzuda keçirilən seminarın aktuallığına toxunub və məktəb direktorları üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil naziri “Məktəb liderliyinin inkişafı” mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Cəmiyyətin inkişafında təhsilin rolundan söz açan nazir seminar iştirakçılarına ilk öncə son illər bu sahədə ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini bildirən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artığını qeyd edib. Təhsilin maliyyələşdirilməsinin inkişaf dinamikasını əks etdirən cədvəllər, statistik rəqəmlər iştirakçıların diqqətinə çatdırılıb.
Ölkədə təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının həyata keçirildiyini söyləyən nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, perspektivlər haqqında ətraflı məlumat verib, təhsilin son illər uğurla inkişaf etdiyini, onun məzmununun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nazir çıxışında ölkəmizdə geniş vüsət tapmış məktəb tikintisindən və onların müasir avadınlaqlarla təchiz edilməsindən danışıb, İKT ilə təminatı vəziyyətinə toxunaraq bu istiqamətdə görülən işlərdən söz açıb.
 Təhsil naziri daha sonra orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklərdən, əlavə tədris materiallarından, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılmasından, şagird nailiyyətlərinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılmasından, bu sahədə tətbiq edilən yeniliklərdən və digər məsələlərdən ətraflı danışıb.
Təhsil müəssisələrində əlverişli mühitin yarandığını qeyd edən nazir təhsil işçilərinin üzərinə düşən vəzifələrə toxunub, təhsilin keyfiyyətinə təsir edən amilləri diqqətə çatdırıb. Təhsil müəssisələrinə rəhbərlik edənlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarının, yüksək idarəçilik və hərtərəfli dünyagörüşünə malik olmalarının vacibliyinə toxunan nazir bununla bağlı seminar iştirakçılarına bir sıra tövsiyələr verib.
Məruzə-təqdimat başa çatdıqdan sonra nazir Misir Mərdanov seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb. ]]>
<![CDATA[ Qonaqları salamlayan nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin nəzərdə tutulan qrafik üzrə uğurla reallaşdırıldığını qeyd edib. Misir Mərdanov artıq imzalanmaq ərəfəsində olan Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək zəruri tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.
Aparılan danışıqların uğurla başa çatdığını, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin Dünya Bankının Direktorlar Şurası tərəfindən iyun ayının sonlarında təsdiq edildiyini bildirən Elizabet Vanq layihənin başlanması ilə əlaqədar seminar keçirməyi planlaşdırdıqlarını nəzərə çatdırıb. Layihə çərçivəsində görüləcək işlərdən söhbət açan qonaq qarşıdakı müddət üçün kifayət qədər zəngin tədbirlər proqramının olmasına baxmayaraq nəticənin uğurlu olacağına əminliyini ifadə edib. ]]>
<![CDATA[ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəliblər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim ediblər.
Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış olublar.
Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb və təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənib. Ölkə Prezidentinin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış gimnaziyada tədris üçün hər cür şərait yaradıldığını qeyd edən nazir burada 70-ə yaxın sinif otağının olduğunu nəzərə çatdırıb. 1000 şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəblinin təhsil alacağını söyləyən Misir Mərdanov onların təlim-tərbiyəsi ilə 93 müəllimin məşğul olacağını vurğulayıb.
Onu da qeyd edək ki, 2007-2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak edib, onlardan 70-i tələbə adını qazanıb. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb.
Gimnaziya binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb.
Dövlətimizin başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. Yeni kompüterlərlə təmin olunub kompüter otağında dərs keçən V sinfin 24 şagirdinə ölkə rəhbəri tərəfindən fərdi noutbuklar hədiyyə edilib. Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izləyib.
Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra gimnaziyanın kitabxanası, kimya kabineti, idman salonu və həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya, pedaqoq əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edən müəllimlər bildiriblər ki, bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə xidmət edir. ]]>
<![CDATA[ Qurumun əsas məqsədi təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əlaqələndirəcək.
Şuranın tərkibinə valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları daxildir.
Qurumun əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır.
Bu prosesi təmin etmək üçün şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın və Estoniyanın təcrübəsindən geniş istifadə edəcək.
Qeyd edək ki, hazırda ABŞ-da geniş tətbiq olunan veb-senz Filtrasiya Şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. ]]>
<![CDATA[ 79 müraciətdən 36-sı ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı olub. Onlardan 24-ü dövlət, 12-si özəl ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. Ali və orta ixtisas təhsili müəssisələrinə dair müraciətlərin 15-i anonim xarakterlidir.
Müraciətlər məzmunca şikayət, təklif və sorğu xarakterli olub. Bütün müraciətlər araşdırılıb, sorğular cavablandırılıb, təkliflər isə müraciətlər ümumiləşdirilərkən təhlil olunaraq nəzərə alınacaq.
Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt”ə daxil olan müraciətlər və görülmüş tədbirlər barədə məlumatlar cari ilin fevralında ictimaiyyətə çatdırılacaq. ]]>
<![CDATA[ İştirakçılar Milli idarəetmə komitəsinin əsasnaməsi və təşkilati işlərlə tanış olub, eləcə də layihənin uğurla həyata keçirilməsi üçün səmərəli əməkdaşlığı və qarşıda duran növbəti tədbirləri müzakirə ediblər.
İclasda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri və bu sahə ilə məşğul olan digər şəxslər iştirak edib. ]]>
<![CDATA[ Görüşdə ölkəmizdə texniki-peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması və peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olunub.
Onu da qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlığın əhəmiyyətli nəticələrini diqqətə çatdıran nazir peşə təhsili üzrə də əlaqələrin qurulmasına böyük önəm verdiyini açıqlayıb.
 Azərbaycanda son illər texniki-peşə təhsilinin inkişafı istiqamətində atılan müsbət addımlar, bu sahə üzrə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı barədə qonaqlara məlumat verən təhsil naziri aparılan digər islahatlardan da söz açıb.
Sonra çıxış edən Sadəttin Sabaz bu görüşdən məmnunluq duyduğunu bildirib və peşə təhsili sahəsi üzrə qarşılıqlı əlaqələrin yaradılmasında lazımi dəstək göstərməyə hazır olduqlarını qeyd edib. S.Sabaz öz çıxışında Türkiyənin milli təhsil sistemi, onun strukturu, peşə təhsili müəssisələrinin mövcud vəziyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda qonaq ölkəmizin bir neçə peşə təhsili müəssisəsində olduqlarını da diqqətə çatdırıb və bir sıra təkliflərini bildirib.
Görüşdə nümayəndə heyətinin digər üzvləri rəhbəri olduqları müəssisələr haqqında təqdimat-məruzə ilə çıxış ediblər. ]]>
Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır.
<![CDATA[ Onlardan 895 nəfəri dövlət hesabına oxuyur .
Onu da qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir.
Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir. ]]>
<![CDATA[ Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək.
Onu da qeyd edək ki, oktyabrın ilk günündə qeyd olunan tədbir çərçivəsində “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək. ]]>
<![CDATA[ Müraciətlərdən 5-i sorğu xarakterlidir.
Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub.
Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX və XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması və digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb və vətəndaşlara müvafiq cavablar verilib. ]]>
<![CDATA[ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.01.2008-ci il tarixli Kollegiya qərarına, Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin «Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi» altkomponentinin icra planına əsasən 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, ilk növbədə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilib, elektron ərizə forması, hər bir müəllimin müvafiq göstəriciləri və onların qiymətləndirilmə meyarları hazırlanıb, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunub.
Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılıb. Nazirliyin internet saytında açılan «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması və müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilib.
Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2 147 müəllim elektron ərizə verib. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili və ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olub.
Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib. Bu mərhələdə ixtisası, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin sentyabrın 10-u, 11-i, 16-sı və 18-də keçirilən ikinci mərhələsində 1044 nəfər iştirak edib. İxtisaslardan və iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilən keçid balını toplayan müəllimlər ixtisasları üzrə seçdikləri məktəblərə işə qəbul olunublar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən bir saat sonra namizədlərə elan edilib.
Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında və Azərbaycan təhsil portalında yerləşdirilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Nazirliyin müvafiq məktubları göndərilib.
Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə yeni müsabiqə elan ediləcəkdir.
2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edib. Nazir layihənin ölkəmizin təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, aşağı sinif şagirdlərinə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə daha effektiv təhsil almalarına yaxından kömək edəcək.
Sonra nazir liseydə “Elektron məktəb” layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallar ilə yaxından tanış olub.
Mərasimdə liseyin 5-6-cı sinif şagirdlərinin bu noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə biləcəkləri barədə məlumat verilib.
Onu da qeyd edək ki, “1 şagird-1 kompüter” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Cari ildə mövcud layihəyə uyğun olaraq, Elitar Gimnaziyaya, Avropa Liseyinə, 23 və 6 saylı orta məktəblərə 400 noutbukun verilməsi planlaşdırılır. Noutbukların 300-ü Təhsil Nazirliyi, 100-ü isə “İntel” Korporasiyası tərəfindən veriləcək.
Artıq Elitar Gimnaziya şagirdlərinə yeni noutbuklar verilib. 2010-cü ilin sonunadək bu layihə çərçivəsində Azərbaycan məktəblilərinə Təhsil Nazirliyi 3000, “İntel” 1000 noutbuk təqdim edəcək. ]]>
<![CDATA[ Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları səmimi salamlayıb.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ilk növbədə mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıb.
Misir Mərdanov öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafındakı əhəmiyyətindən bəhs edib. Artıq ölkəmizdə təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd edib.
Tədbirdə Misir Mərdanov təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb.
Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub.
Sonra tədbir iştirakçılarına uşaq xorunun ifasında konsert proqramı təqdim olunub.
Tədbirin sonunda canlı debat keçirilib və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edilib. ]]>
Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb.
<![CDATA[ Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub.
Qonağı səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreya arasında son illər inkişaf edən əlaqələrdən, təhsil sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini bildirən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23, ümumilikdə isə 60-dan artıq azərbaycanlı gəncin hazırda Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb.
Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkətinin Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində atdığı addımlardan da söz açıb və bu sahədə konkret nəticəyə nail olunacağına inamını ifadə edib.
Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq Çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib.
Lyu Kvanq Çul səmimi qəbula görə nazirə minnətdarlıq edib. Ölkələr arasında elm və təhsil sahəsində sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayan səfir koreyalı gənclərin Azərbaycan universitetlərində təhsil almaq marağından və tələbə mübadiləsi aparılmasının ikitərəfli əlaqələrin daha da inkişafında müsbət rolundan danışıb.
Sonra qonaq Koreyanın Hankuk Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili kafedrasında yeni açılan Azərbaycan dili bölməsi və bu dilin tədrisi barədə nazirə məlumat verib.
Görüşdə tərəflər mövcud istiqamət üzrə əməkdaşlığın davam etdirilməsinin labüdlüyünü qeyd ediblər. ]]>
Sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış mərasimi olub.
<![CDATA[ Mərasimlərdə təhsil naziri Misir Mərdanov, Sabunçu və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra nazir və onu müşayiət edən rəsmi şəxslər günərzi inkişaf və reabilitasiya mərkəzlərində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, oyun və yataq otaqlarına baxıblar. 
Təhsil naziri hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və qayğı mərkəzlərinin yaradılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirib. Nazir yaradılan şəraitdən razı qaldığını söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. Misir Mərdanov yeni mərkəzlərin yaradılmasına yaxından kömək göstərdiklərinə görə beynəlxalq təşkilatlara, xüsusən də “Uşaqların Xilası” təşkilatına minnətdarlığını bildirib, gələcəkdə Bərdə və Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. 
Qeyd olunub ki, mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən tikilib, Dövlət Proqramına ayrılan vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqlarla təchiz edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması və fəaliyyətin səmərəli təşkili üçün müəssisələrin işçi heyətinə inkluziv təhsil və sosial iş üzrə müxtəlif mövzularda treninqlər keçirilib. Mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə, oyunlar vasitəsilə onların əqli və fiziki inkişafına nail olmaqdan, keçirilən reabilitasiya proqramlarına valideynləri cəlb etməkdən, valideynlərə uşaqların hüquqları ilə bağlı hüquqi müvəkkillik xidmətləri göstərməkdən və digər müvafiq xidmətlərdən ibarət olacaqdır. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacaqdır. 
Məlumat üçün bildirək ki, göstərilən qayğı nəticəsində hər bir uşağın cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını qarşıya qoyan mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflər) dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub. Uşaqların günün sonunda evlərinə aparılması məqsədlə Təhsil Nazirliyi tərəfindən mərkəzlərə mini avtobus verilib.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir. Nazir qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Təhsil naziri layihədə fəaliyyət istiqamətlərinin əsasını təşkil edən müvafiq sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması, treninqlərin keçirilməsi, bacarıqların qiymətləndirilməsi, müvafiq dövrdə inkişafın izlənilməsi barədə danışıb, ümumi dəyəri 10 milyon ABŞ dolları olan bu layihənin 4 komponentdən ibarət olması, onun iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə etməsi haqqında məlumat verib. Misir Mərdanov bildirib ki, həmin vəsaitdən 8 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına verdiyi uzunmüddətli kreditin, 2 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payına düşür.
Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm öncə təmsil olunduğu qurumla Təhsil Nazirliyi arasında yüksək əlaqələrin qurulmasından, birgə reallaşdırılan tədbirlərdən söz açıb. Qonaq, həmçinin imzalanacaq layihənin mahiyyəti, onun əhatə etdiyi əsas sahələrdən də danışıb, nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar. ]]>
<![CDATA[ Görüşdə təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edərək bildirib ki, təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) gördüyü işlər böyük önəm daşıyır. Almaniya ilə ölkəmiz arasında təhsil əlaqələrinin tarixindən söz açan nazir Zigen və Köln Tətbiqi Elmlər universitetləri ilə mövcud olan əməkdaşlığı buna misal göstərib. 
Azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün DAAD-ın hər il 70-dən çox təqaüd ayırdığını vurğulayan təhsil naziri bu rəqəmin daha da artırılması arzusunu ifadə edib və alman dilinin orta məktəblərdə tədrisi, universitetlərdə yaradılan alman dili mərkəzlərinin artırılması məsələsinə toxunub. DAAD-ın Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius oktyabrın 1-dən 3-dək Bakıda keçirilən “Azərbaycan-Almaniya Ali Təhsil Günləri” çərçivəsindəki tədbirlərin mühüm əhəmiyyət daşıdığını və ikitərəfli təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri, müvafiq istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verən qonaq təmsil etdiyi təşkilatın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini açıqlayıb. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 
DAAD-ın Bakı İnformasiya Mərkəzi üzrə direktoru Andrey Hötze görüşdə iştirak edib. ]]>
<![CDATA[ Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov ölkələrimiz arasında mövcud olan çoxtərəfli əlaqələrin son illər daha da inkişaf etdiyi nəzərə çatdırıb və bu sərginin keçirilməsini respublikamızın təhsil həyatında mühüm hadisə kimi dəyərləndirib. Nazir sərgidə Almaniyanın 22 ali məktəbinin 30-a yaxın nümayəndəsi ilə birgə həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrin bir qisminin də iştirak etdiyini bildirib. Təhsil naziri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda həyata keçirdiyi layihələrdən, təşkilatın ayırdığı təqaüdlərdən söz açaraq bu istiqamətdə görülən işlərdən danışıb. 
Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərini xüsusi qeyd edib və iştirakçılara uğurlar arzulayıb. 
Alman Akademik Mübadilə Xidməti təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlıq sayəsində reallaşan «Azərbaycan-Almaniya ali təhsil günləri» mövzusunda keçirilən beynəlxalq konfransın məqsədlərindən söz açıb. Nazir bildirib ki, 3 gün davam edəcək konfransda Almaniyanın 22 universitetindən 30-dan çox nümayəndə iştirak edir. 
Bu ilin aprel ayında Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyada olarkən «Azərbaycan-Almaniya ali təhsil günləri»nin keçirilməsinin qərara alındığını söyləyən Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək deyib ki, bu təşkilatdan dəstək alan bir çox tələbə, müəllim, tədqiqatçı və alim xaricdə olduqca dəyərli təcrübə əldə etmək imkanı qazanıblar. 
Açılış mərasimində çıxış edən DAAD-ın Şimal bölməsinin Baş direktoru xanım Anet Julius, Almaniyanın Azərbaycandakı səfiri Kristofer Stankina beynəlxalq konfransın işinə uğurlar arzulayıblar. 
Sonra plenar iclas keçirilib. Köln Tətbiqi Elmlər İnstitutunun TEMPUS üzrə koordinatoru professor Rza Talebinin «Köln Tətbiqi Elmlər İnstitutu ilə Azərbaycan universitetləri arasında 1992-2009-cu illər ərzində uğurlu əməkdaşlığın nəticələri», ADNA-nın professoru Ramiz Hümbətovun «TEMPUS proqramı çərçivəsində müasir biliklərin və tədris texnologiyalarının Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) yayılması (uğurlar, yanaşmalar və çətinliklər)» mövzularında məruzələri dinlənilib. 
Beynəlxalq konfrans öz işini davam etdirir.  ]]>
<![CDATA[ Öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. 
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara cansağlığı, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından söz açan nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib. Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son Sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri bildirib ki, son illər ölkə Prezidentinin Sərəncamı ilə 1300-dək müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir həmçinin Heydər Əliyev Fondunun müvafiq sahənin inkişafı üçün gördüyü mühüm tədbirləri də xüsusi qeyd edib. 
Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunan təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, 72 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adlarına, 58 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. 
Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib. 
Tədbirdə təltif olunan təhsil işçiləri onların əməyinə verilən belə yüksək qiymət üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.  ]]>
<![CDATA[ Təhsil nazirinin müavini Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Müvafiq sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən nazir müavini ümummilli liderimiz Heydər Əliyevin idmanın inkişafı üzrə verdiyi sərəncamlardan, göstərdiyi yüksək qayğıdan, habelə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirilməsindən söz açıb. 
Azərbaycanda sevilən idman növlərindən olan şahmatın zəngin tarixi haqqında danışan E.Qasımov şahmatçılarımızın qazandıqları nailiyyətləri məhz müvafiq dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Nazir müavini əlavə edib ki, 1992-ci ildən başlayaraq dünya və Avropa birinciliklərində, eləcə də yüksək kateqoriyalı turnirlərdə 72-dən artıq medal qazanılıb, onlardan da 26-sı qızıl medaldır. Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası olduğu barədə məlumat verən Elmar Qasımov daha sonra nəzərə çatdırıb ki, dünya reytinq cədvəlində iki şahmatçımız - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daim birinci onluqdadırlar. 
Nazir müavini “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın şahmatçılar üçün yeni qələbələr qazanmağa zəmin yaratdığını vurğulayaraq bildirib ki, bu sənəd qəbul edildikdən sonra şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlar və kompüterlərlə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Nazir müavini son dövrlərdə yeni açılan şahmat məktəbləri haqqında da məlumat verib. 
E.Qasımov görülən işlərlə yanaşı mövcud problemlərə, şahmat məktəblərində çalışan məşqçi müəllimlərin ixtisasartırma kurslarından keçmələri, bu sahə üzrə Azərbaycan dilində metodiki vəsaitin azlığı və digər mühüm məsələlərə də toxunub, müvafiq şəxslərə tapşırıqlar verib. 
Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov son dövrlərdə ölkəmizdə idmanın daha sürətlə inkişafı, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər və dövlətimizin bu sahəyə xüsusi diqqət göstərdiyini qeyd edib. M. Rəhimov uşaq-gənclər şahmat məktəbləri yetirmələrinin uğurları, onların turnir və yarışlarda əldə etdikləri nəticələri nəzərə çatdırıb. 
Sonda bir neçə uşaq-gənclər şahmat məktəbinin rəhbərləri mövcud vəziyyətdən söhbət açıb, müvafiq sahəyə dair təkliflərlə çıxış ediblər.  ]]>
<![CDATA[ “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılacaq Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaqdır. 
Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadəsi nəzərdə tutulur. Milli Təhsil Portalında yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcəkdir. 
Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi “Təhsil haqqında” Qanunun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin tələblərinə uyğun həyata keçiriləcəkdir.  ]]>
<![CDATA[ Forum çərçivəsində keçirilən görüşlərdə digər ölkələrin nümayəndələrinə Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) və Məlumat və Resurs Mərkəzinin yaradılması, “Elektron məktəb” və “Bir şagird– Bir kompüter” layihələri, həmçinin Milli Tədris Portalı da daxil olmaqla Dövlət Proqramının müxtəlif komponentləri haqqında məlumatlar verilib.
“ITU World Telecom 2009” çərçivəsində Azərbaycan təhsil sisteminin informasiyalaşdırıması haqqında iki sənədli film və “Elektron Təhsil” jurnalının ingilis dilində olan xüsusi buraxılışı təqdim olunub. Forumda Azərbaycanın Milli Stendində informasiya texnologiyalarının tətbiqi sahəsində ölkənin qabaqcıl təcrübəsi təqdim olunub. ]]>
Oktyabrın 14-də təhsil naziri Misir Mərdanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemlə görüşüb.
<![CDATA[ Qonağı səmimi salamlayan nazir öncə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb, ölkəmizdə yəhudi xalqına və dilinə böyük hörmətlə yanaşıldığını qonağın nəzərinə çatdırıb. Son illər Azərbaycanda təhsil sahəsi üzrə aparılan islahatlar, dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə gördüyü işlər barəsində səfirə məlumat verən nazir Dünya Bankı və bir sıra digər beynəlxalq qurumlarla həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. 
Nazir Azərbaycanla İsrail arasında təhsil sahəsi üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və İsrailin təhsil sistemi, bu ölkənin Təhsil Nazirliyi ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Universitetlər və məktəblərarası əlaqələrin yaradılması, birgə elmi-tədqiqat işlərinin və müvafiq təcrübə mübadiləsinin aparılması, eləcə də bu istiqamətdə bir sıra digər təkliflərlə çıxış edən Misir Mərdanov təhsil sahəsində davamlı əməkdaşlığın tərəfdarı olduğunu bildirib. 
Sonra təhsil naziri ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanması barədə məlumat verib. Misir Mərdanov çıxışının sonunda səfir Mixael Lavon Lotemin fəaliyyəti dövründə Azərbaycan-İsrail təhsil əlaqələri sahəsində müsbət irəliləyişlər olacağına inamını ifadə edib. 
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təhsil nazirinin iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsi fikrini yüksək dəyərləndirən və onunla həmrəy olduğunu bildirən səfir müvafiq istiqamətdə lazımi işlərin aparılmasının vacibliyini önə çəkib. Səfir öz çıxışında Azərbaycanın təhsil nazirinin İsrailə səfər etməsi məsələsinə də toxunub. 
İsrail universitetləri, ali təhsil müəssisələri haqqında nazirə ətraflı məlumat verən səfir bu tədris ocaqlarının beynəlxalq əməkdaşlığından, onların İsraildə fəaliyyət göstərən və təhsil sahəsinə aidiyyəti olan şirkətlərlə əlaqələrindən danışıb. Qonaq, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin İsraildə mühəndislik, tibb, informasiya-kommunikasiya texnologiyaları və başqa ixtisaslar üzrə təhsil alması təklifini irəli sürüb. 
Təhsil naziri Misir Mərdanov da öz növbəsində bu təklifi dəstəklədiyini qeyd edib və müvafiq istiqamətdə müəyyən işlər aparılmasının zəruriliyini bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  ]]>
<![CDATA[ Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı - ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər . 
Qeyd edək ki, sorğunun təşkilində əsas məqsəd 2008-2009-cu tədris ilində 1-ci siniflərdə istifadə edilmiş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət və ya mənfi cəhətlərin aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması üçün optimal mexanizmin işlənərək sınaqdan keçirilməsidir. 
Ölkəmizdə dərslik siyasətinin daim prioritet sahələrdən biri olduğunu bildirən təhsil naziri Misir Mərdanov Milli Kurikuluma əsasən hazırlanaraq ötən dərs ilində 1-ci siniflərdə tətbiq olunan dərsliklərdən bəhs edib. Nazir əlavə edib ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, axtarışlar və müzakirələr aparılıb, dünya təcrübəsi yaxından öyrənilib. Ötən müddət ərzində bu məsələnin geniş ictimaiyyətin müzakirə obyektinə çevrildiyini və daim diqqət mərkəzində olduğunu qeyd edən Misir Mərdanov bir sıra irad və təkliflərə münasibətini bildirib və dərsliklərin hazırlanması ilə bağlı fikirlərini diqqətə çatdırıb. 
Sonra “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadənin təqdimatları olub. 
Tədbirdə iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb. ]]>
<![CDATA[ Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və veteran futbolçular iştirak ediblər.
 “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman və xüsusilə futbol hər zaman dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini nəzərə çatdıran C. Hümbətov “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət Proqramı”nın respublikamızda bu sahənin hərtərəfli tərəqqisinə xüsusi təkan verdiyini vurğulayıb.
 Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirən təhsil naziri Misir Mərdanov futbol məktəbinin və stadionun açılışı münasibətilə məktəbliləri və məşqçi-müəllimləri təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən nazir idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduqlarını diqqətə çatdırıb. Təhsil naziri yeniyetmə futbolçuların dünya arenasında öz sözlərini deyəcəklərinə, layiqli qələbələr qazanacaqlarına əminliyini ifadə edib. 
Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev azərbaycanlı idmançıların dünya və Avropa birinciliklərində və yüksək səviyyəli beyəlxalq turnirlərdə, eləcə də Olimpiya Oyunlarında daim öz uğurlarını artırdıqlarını, ölkəmizdə möhtəşəm çempionat və kubok turnirlərinin keçirildiyini qeyd ediblər. ]]>
<![CDATA[ Hər iki təhsil kursu üzrə cari dərs ili ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. Dərs ilinin II yarımilində (fevral-mart aylarında) keçiriləcək yoxlama imtahanı şagirdləri buraxılış imtahanlarına təlimati cəhətdən hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə öz təsirini göstərir. 
Əsas təhsil kursu üzrə yoxlama və buraxılış imtahanları ana dili və riyaziyyat, orta təhsil kursu üzrə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, cografiya və xarici dil fənlərindən aparılacaq. 
İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının cari dərs ilinin II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 
Əsas və orta təhsil kursları üzrə imtahanlar səhər saat 10.00-da başlayacaq. IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə isə 3 saat davam edəcək. İmtahana 30 dəqiqə gecikən şagirdlər imtahana buraxılmayacaqlar. İmtahan müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI sinif şagirdləri 120 suala cavab verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə riyaziyyat fənninə (26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır. 
Orta təhsil kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanıb: ana dili və ədəbiyyat- 1-25, riyaziyyat- 26-50, Azərbaycan tarixi -51-65, fizika -66-75, kimya- 76-85, biologiya- 86-95, coğrafiya -96-105 və xarici dil -106-120. 
Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli olduqları üçün hər bir şagirdin məktəbdə öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir. 
Hər bir test sualına 5 cavab (distraktor) verilir. Şagirdlər cavab kartında hər suala düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır. Şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. 
Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir. 
Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. 
Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. 
Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4, ən azı 20 və daha artıq suala düz cavab verən şagird 5 qiymət alır. 
Ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcəklər. 
Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir. ]]>
Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru Çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
<![CDATA[ Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Misir Mərdanov Koreya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bu sahədə daha yüksək irəliləyişlərin olduğundan söz açıb. Misir Mərdanov təhsil sahəsindəki səmərəli əməkdaşlığın qarşılıqlı münasibətlərdə əhəmiyyətini nəzərə çatdırıb, Koreya Respublikasının Azərbaycanın təhsil sahəsində yeni texnologiyaların tətbiq olunması istiqamətində yaxından kömək göstərdiyini bildirib. Nazir ölkəmizin iki universitetində Koreya dilinin tədris olunduğunu, Koreya ali məktəblərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlər aparıldığını vurğulayıb.
Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, cari ildə Dövlət Proqramının xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 300-ə çatıb. Koreya Respublikasının ali məktəblərində 60-dan çox tələbənin təhsil aldığını deyən Misir Mərdanov onlardan 25 nəfərinin Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü bildirib. Nazir çıxışının sonunda Bakıda Koreya universitetləri sərgisinin açılmasının mühüm əhəmiyyəti olacağına inamını ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Çunq Nam Jo səmimi qəbul üçün nazirə təşəkkür edib. Təmsil etdiyi ölkənin təhsil sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini açıqlayan qonaq bu istiqamətdə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib. Çunq Nam Jo Azərbaycan gənclərinin Koreya universitetlərində təhsil almasını yüksək dəyərləndirib, ölkələrarası tələbə mübadiləsinin önəmliliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Koreya universitetlərinin təhsil sərgisində 13 ali məktəbin iştirak etdiyini bildirib.
Sonra görüşdə iştirak edən Koreya universitetlərinin əməkdaşları təmsil olunduqları ali təhsil müəssisəsi haqqında məlumat veriblər.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. ]]>
<![CDATA[ Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb və bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Koreyanın qabaqcıl universitetlərini Azərbaycanda tanıtdırmaq, iki ölkənin təhsil sahəsindəki əlaqələrini inkişaf etdirməkdir. Təhsil naziri son illər Koreya ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlıqdan, azərbaycanlı tələbələrin Koreya universitetlərində təhsil almasından, habelə müvafiq sahədə atılan addımlardan söz açıb. Nazir qeyd edib ki, sərgi Koreyada təhsil almaq arzusunda olan azərbaycanlı gənclər üçün əlverişli imkan yaradacaq.
Misir Mərdanov sərginin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bu tədbirin iki ölkənin təhsil sahəsi üzrə əlaqələrinin genişləndirilməsində müsbət rol oynayacağına inamını ifadə edib.
Tədbirdə Koreya Respublikasının ölkəmizdəki səfiri Lyu Kvanq Çul çıxış edərək, iki ölkə arasındakı əlaqələri xüsusi qeyd edib, eləcə də sərginin keçirilməsini yüksək dəyərləndirib.
Məlumat üçün bildirək ki, Koreyanın 13 ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə müvafiq ölkənin təhsil sisteminə və burada fəaliyyət göstərən universitetlərə dair ətraflı məlumat verilib. ]]>
<![CDATA[ Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən ixtisasartırma təhsili müəssisələri, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən bəhs olunub, 2009-cu ilin may ayında ixtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eləcə də bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması üçün əhəmiyyətli olan dünya təcrübəsindən söz açılıb.
Daha sonra Misir Mərdanov ixtisasartırma təhsili üzrə təklif olunan yeni modelin əsas xüsusiyyətləri, ixtisasartırma təhsili proqramlarının qurulduğu modullar, onların mahiyyəti, tətbiqi üçün hazırlanan sənədlər və bununla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, bu sənədlərdən biri-«Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə» layihəsi müvafiq müəssisə və təşkilatlara rəyə göndərilib və verilən rəylər nəzərə alınıb.
Monitorda yeni modelin mövcud ixtisasartırma sistemi ilə müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirilib.
Məruzə-təqdimatdan sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib. ]]>
<![CDATA[ İclası giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ötən dərs ilində ilk dəfə ölkəmizin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini və nəticələrin qənaətbəxş olduğunu qeyd edib. İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan nazir bildirib ki, burada əsas məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin müəllim, şagird və valideynlərlə əlaqəsini möhkəmlətmək, məktəbin və müəllimin nüfuzunu qaldırmaqdır. Nazir mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlar zamanı nəzarətçilərin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini, imtahanlara şagirdlər tərəfindən mobil telefon gətirilməsini, bəzi yerlərdən şagirdlər barədə baza məlumatların vaxtında çatdırılmamasını, variantlar, test tapşırıqları ilə bağlı problemlər yarandığını diqqətə çatdırıb, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyələrini verib. 
Təhsil naziri 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gələn il XI sinfi bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcək. Nazir bununla əlaqədar təhsil işçilərinin qarşısında mühüm vəzifələr durduğunu bildirib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərinin qeyd olunan məsələyə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb. 
Nazir öz çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imatahanlarının daha da təkmilləşdirilməsinin təmin edilməsi ilə bağlı atılacaq addımlardan da danışıb. 
Kollegiya iclasında Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva 2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr mövzusunda təqdimat edib. T. Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib, imtahanların nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək və ən aşağı 50 yer tutan məktəblərin adlarını açıqlayıb. 
Təqdimatda imtahanlarda yol verilən nöqsanlardan danışılıb, habelə qarşıda duran vəzifələrdən bəhs olunub.  ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq qonaqları salamlayıb və sözü təhsil nazirinin müavini Elmar Qasımova verib. 
Elmar Qasımov keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasından, onun müasir dövrdə ciddi problemə çevrilməsindən bəhs edib. E.Qasımov mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu diqqətə çatdıraraq, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Problemin aradan qaldırılması yollarından danışan nazir müavini yeniyetmələrə yaş dövrləri ilə əlaqədar təhsil müəssisələrində və ailədə daha artıq diqqət göstərilməsi məsələsinə də toxunub. 
Sonra Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Ruhəngiz Rzayeva “Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi” mövzusunda məruzə edib. 
Tədbirdə Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev və başqaları bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, pedaqoji kollektivlərin və valideynlərin qarşısında duran vəzifələrdən danışıblar. 
Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.  ]]>
<![CDATA[ Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək “Dünyaya baxış” təşkilatının ölkəmizdə gördüyü işlərdən danışıb və bu qurumu yubiley münasibətilə təbrik edib.
Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Sonda iştirakçılara təşkilatın 15 illik fəaliyyətini əks etdirən qısa film təqdim olunub.
Qeyd edək ki, “Dünyaya Baxış” təşkilatı 1994-cü ildən qaçqın və köçkünlərə ərzaq yardımı etməklə fəaliyyətə başlayıb. Bu təşkilat sığınacaqların tikilməsi və bərpası, icmaların təşkil olunması, mikro-maliyyə, təhsil müəssisələrinin təmir və tikintisi, inklüziv təhsil, eləcə də digər inkişafyönümlü layihələrlə işini davam etdirməkdədir. “Dünyaya Baxış” təşkilatı müxtəlif istiqamətlər üzrə 7 layihə həyata keçirir. Həmin layihələrdən ikisi təhsil sahəsində Dövlət Proqramlarının icrasına yardım etmək məqsədini daşıyır və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir. ]]>
<![CDATA[ 140 saylı orta məktəbdə keçirilən təlimdə 156, 183, 237, 282 və 290 saylı orta məktəblərin, eləcə də Uşaq-gənclər idman məktəbinin fiziki tərbiyə müəllimləri iştirak edib. Təlimin keçirilməsində məqsəd Suraxanı və Əzizbəyov rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin idmana cəlb edilməsi ilə onların hərəkət fəaliyyətini artırmaq və inkişaf etdirməkdən ibarət olmuşdur.
Məlumat üçün qeyd edək ki, 2009-cu dərs ilindən Təhsil Nazirliyi Böyük Britaniyanın İdman Şurası, YUNİSEF, “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsini həyata keçirir. “Oriqami” təşkilatı da bu layihə çərçivəsində qeyd olunan qurumlarla yaxından əməkdaşlıq edir. ]]>
<![CDATA[ İkigünlük sərgidə Təhsil Nazirliyinin və Malayziya universitetlərinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları və tələbələr iştirak edib.
Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə tədbir iştirakçılarını salamlayıb. Nazir bu sərginin Malayziya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin daha da inkişafı, müəllim, tələbə və şagirdlərimizin Malayziya universitetləri və ali təhsil sistemi ilə daha yaxından tanış ola bilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan-Malayziya arasındakı əməkdaşlığın sürətlə inkişafından danışan Misir Mərdanov bundan sonra da təhsil sahəsində olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, sərginin işinə uğurlar arzulayıb.
Sonra Malayziya nümayəndə heyətinin rəhbəri, Malayziya Ali Təhsil Nazirliyinin Ali təhsil departamentinin müdir müavini Siti Hamisah Tapsir çıxış edərək göstərilən dəstəyə və bu əməkdaşlığa görə minnətdarlıqlarını bildirib.
Tədbirdə Malayziya universitetlərinin təmsilçiləri tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər. ]]>
<![CDATA[         Müraciətlərdən 3-ü sorğu xarakterli olub. 
       “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub. 
       Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən danışılır, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunur.
       Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı məsələlərdən söz açılır.
        Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.  ]]>
<![CDATA[ Yubiley tədbirinin noyabrın 18-də «Gülüstan» sarayında keçirilməsi nəzərdə tutulub.
Ulu öndər Heydər Əliyevin dediyi kimi «Yarandığı ilk dövrlərdə təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gün də müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, respublikanın ümümtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir». 18 elmlər namizədinin, 43 metodist-müəllimin, innovativ treninqlərin seminarların sertifikatını almış 21 müəllimin çalışdığı kollec kollektivinin səmərəli fəaliyyəti, yeni təlim texnologiyalarının intensiv tətbiqi, maddi-texniki bazanın İKT ilə zənginləşdirilməsi öz bəhrəsini verir. Məktəbdə fəaliyyət göstərən «Resurs» mərkəzinin pedaqoji təmayüllü orta ixtisas təhsili məktəbləri üçün mütəmadi olaraq keçirdiyi interaktiv təlim metodlarına dair seminarlar və «açıq dərs»lər, gənclərin milli mənəvi dünyasını zənginləşdirən çoxsaylı tədbirlər bu təhsil ocağının baza məktəbi kimi formalaşmasını təmin edib.
Görkəmli Azərbaycan ziyalıları H. Cavid, Ü. Hacıbəyov, A. Şaiq, C. M. Qənizadə, Camo Cəbrayılbəyli, Mədinə Qiyasbəyli, Əlisöhbət Sumbatzadə, M. Təhmasib, M. Dilbazi, C. Novruz, Ə. Cəfərzadə və onlarla digər görkəmli şəxslərin həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər dahi M. Ə. Sabirin adı ilə məhşurlaşmış bu məktəblə bağlı olub. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci 90 illik fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutur. ]]>
Noyabrın 4-də Təhsil Nazirliyində Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfərinin yekununa dair təqdimat keçirilib.
<![CDATA[ Təhsil naziri Misir Mərdanov oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar və keçirilən görüşlər barədə məlumat verib. Nazir səfərin əsas məqsədinin Azərbaycan-Almaniya təhsil əlaqələrinin daha da genişləndirilməsi istiqamətində perspektivlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib, Bonn Universitetində “Azərbaycan iqtisadiyyatında keçid mərhələsi və təhsilin beynəlmiləlləşməsi (Boloniya prosesi)” mövzusunda keçirilən beynəlxalq simpoziumda edilən çıxışlardan, müzakirə olunan məsələlərdən danışıb. Misir Mərdanov Ştutqart Şərabçılıq üzrə Təhsil və Elmi-Tədqiqat Mərkəzində maddi-texniki baza və laboratoriyalarla tanış olduqlarından, müvafiq istiqamətdə fikir mübadiləsi aparılmasından söz açıb. Nazir bildirib ki, 2010-2011-ci dərs ilində Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində təhsil alan 3 tələbənin 2 il müddətinə həmin mərkəzə təhsil almaq üçün göndərilməsi, bu məqsədlə cari dərs ilində qeyd edilən universitetlərdə II kurs tələbələrindən seçilib ilin sonunadək intensiv alman dili kursuna cəlb olunması qərara alınıb. 
Misir Mərdanov təqdimat-məruzədə qeyd edib ki, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-ci ildə 5, 2008-ci ildə 21, 2009-cu ildə isə 45 tələbə Almaniyaya göndərilib və ümumilikdə, hazırda 450-dən artıq azərbaycanlı tələbə Almaniyada təhsil alır. Nazir Alman Akademik Mübadilə Xidmətinin ölkəmizə ayırdığı təqaüdlərdən və gördüyü işlərdən danışıb. 
Nazir Baden-Vürttenberq Torpağının dövlət katibi ilə görüşdə buradakı universitetlər, Elm və Təhsil Nazirliyi, eləcə də tədqiqat müəssisələri ilə birbaşa əlaqələrin qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Nazir Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində, İxtisasartırma Təhsili Akademiyasında da müvafiq sahə üzrə söhbət aparıldığını və bir sıra təkliflərin qeyd olunduğunu vurğulayıb. 
Sonda Misir Mərdanov səfərin nəticə və perspektivlərindən söz açıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov konfransla bağlı çıxış etmək üçün sözü nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevə verib. Ş.Əliyev bildirib ki, 27-29 oktyabr tarixlərində keçirilən bu konfransda dünyanın 31 ölkəsindən 112 iştirakçı təmsil olunub. Ş.Əliyev konfransda müxtəlif ölkələrin təhsil nazirlərinin, təhsil nazirlikləri əməkdaşlarının, universitet rektorlarının və Dünya Bankı mütəxəssislərinin iştirak etdiyini qeyd edib. Konfransın əhatə etdiyi məsələlərdən söz açan şöbə müdiri tədbirin giriş, plenar və qrup sessiyalarından ibarət olmaqla iki gün davam etdiyini, ali təhsilin maliyyələşdirilməsi, ali təhsil müəssisələrinin xərcləri, iqtisadi böhranın ali təhsilə təsiri və digər bu kimi mövzular üzrə müzakirələr aparıldığını vurğulayıb. 
Ş.Əliyev konfransda dünyanın müxtəlif ölkələri nümayəndələrinin “Ali təhsilin maliyyələşdirilməsində ədalət, keyfiyyət və effektivlik necə təmin edilməlidir?”,“Çilidə ali təhsilin maliyyələşdirilməsi”, “Xərclərin bölüşdürülməsi”, “Litvada ali təhsil islahatları-2009” və digər mövzularda təqdimat-məruzələrin dinlənildiyini, elədə də ali təhsilin maliyyələşdirilməsi ilə bağlı müqayisəli məsələləri diqqətə çatdırıb. 
Sonda bu konfransdan əldə edilən nəticələrin ali təhsilin maliyyələşdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağı qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  ]]>
<![CDATA[ Misir Mərdanov ilk əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. 
Sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)” çərçivəsində Bərdə şəhər qarışıq tipli internat orta məktəbi nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Misir Mərdanov bildirib ki, Bərdə şəhəri ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud olanlar bu mərkəzə cəlb ediləcək. Tədbirdə o da qeyd edilib ki, mərkəzin yaradılmasında  əsas məqsəd uşaqların bu müəssisəyə düşməsinin qarşısının alınmasıdır.
Nazir Bərdə rayonunun 4,6,8 saylı, 12 saylı Ağdam rayon köçkün, 2 saylı şəhər Beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyində, Uşaq-Gənclər şahmat məktəbində, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeylərində olub.
Sonra rayon təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə cari ildə orta məktəblərin IX siniflərində keçiriləcək mərkəzləşdirilmiş imtahanlardan, XI siniflərdə buraxılış imtahanlarının təşkilindən, məktəblərdə qiymətləndirmə sisteminin aparılmasından söz açılıb, məktəbli formasına keçidin əhəmiyyəti vurğulanıb və yeni dərsliklərlə bağlı məsələlərdən danışılıb. Müşavirədə rayon müəllimlərindən beş nəfəri Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
Noyabrın 13-də təhsil naziri Misir Mərdanov Ağdam rayonunda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev muzeyində olub. 
Misir Mərdanov rayon təhsil şöbəsi üçün yeni tikilən bina ilə tanış olub, rayonun Çullu kəndindəki Soltanbud, Bənövşələr qəsəbəsində isə 2 saylı orta məktəblərinə və bir neçə uşaq bağçaları-körpələr evinə baş çəkib. Həmin gün rayonun Mədəniyyət evində təhsil naziri Misir Mərdanov, rayon rəhbərliyi və təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatının həyata keçirilməsindən, bu sahədə qazanılmış nailiyyətlərdən və qarşısında duran vəzifələrdən danışılıb.  ]]>
Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
<![CDATA[ Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı tələbələrin aşkara çıxarılmasına xidmət etdiyini bildirib. Nazir ölkəmiz müstəqillik əldə etdikdən sonra 14-cü dəfə təşkil edilən bu olimpiadanın əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, 2003-cü ilə qədər olimpiada 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və informatika) keçirilib, 2003-cü ildə olimpiada fənləri sırasına Azərbaycan dili, Azərbaycan tarixi və xarici dillər (ingilis, fransız, alman) daxil edilib. 2004-cü ildə Azərbaycan coğrafiyası, 2009-cu ildə isə rus dili fənləri əlavə olunub.2007-ci ildən etibarən Təhsil Nazirliyi ali məktəb tələbələrinin fənn olimpiadasını Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirir.
Misir Mərdanov tələbələrin fənn olimpiadasına marağının artdığını, bununla bağlı statistik rəqəmləri diqqətə çatdırıb, ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında iştirak etmək hüququnu 28 ali məktəbdən 544 tələbənin qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadada Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil ocaqları da iştirak edir. 
Son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını bildirən nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə geniş danışıb, bütün bunların Azərbaycan təhsilinin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya bariz nümunə olduğunu vurğulayıb.
Təhsil naziri daha sonra çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın ali təhsil sahəsində məqsədyönlü işlərin aparılmasına, uğurlu nəticələrin əldə olunmasına hərtərəfli imkan yaratdığını vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov XIV Respublika fənn olimpiadasında iştirak edən ali məktəb tələbələrinə uğurlar arzulayıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması, biliklərinin artırılması istiqamətində həyata keçirilən olimpiada, müsabiqə və elmi konfransların əhəmiyyətindən danışıblar.      
Mərasimin sonunda təhsil nazirinin müavini İradə Hüseynova təşkilati məsələlərlə bağlı məlumat verib. ]]>
<![CDATA[ Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin akademiyanın girişindəki büstünün qarşısına gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə ADNA-nın rektoru Siyavuş Qarayev açaraq bugünkü konfransın əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrin işindən ətraflı danışıb.
Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, 2009-cu il də ölkə rəhbərliyinin elm və tədrisin inkişafına yönəlmiş mühüm qərarları ilə yadda qalacaq. Nazir təhsil işçilərinin və tələbələrin ümdə borcunun ölkə rəhbərliyinin diqqət və qayğısına cavab olaraq, səylə çalışmaq, tədrisdə, təhsildə və elmi-tədqiqat işlərində yeni uğurlar əldə etmək olduğunu qeyd edib. Misir Mərdanov akademiyanın professor-müəllim heyətini və tələbələri konfrans münasibətilə təbrik edib, uğurlar arzulayıb. 
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarından AMEA-nın Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən Mehriban Məlikova, Kamal Quliyev və başqaları çıxış ediblər.
Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam etdirəcək.  ]]>
<![CDATA[ Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır. Qeyd edək ki, 1991-ci ildən etibarən bu proqram üzrə 48 ölkədən 470 gənc alimin tədqiqat işi maliy­yələşdirilib.
Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, eyni zamanda, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Qrant təhsil, yaşama, tibbi sığorta və aviabilet də daxil olmaqla bütün xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı və iki uşağı əhatə edən ailə üçün maddi yardım ayrılması da nəzərdə tutulub.
Təqaüd Proqramı çərçivəsində Lazer və fiber-optika, Naqil və yarımnaqillər, Polimerlər, Gen mü­hən­disliyi – Biotexnika, Nüvə fizikası – mühəndislik, Elektronika – Mikroelektronika – Te­le­­­­­kom­­mu­­nikasiya, Kompüter elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə - Av­to­mat­laş­dı­rıl­mış istehsal daxil olmaqla), Bərpa olunan enerji mənbələri – Yanacaq texnologiyası, Hidro­logiya – Su resursları, Metallur­giya, Kimya mühəndisliyi - Materiallar haqda elm, Tibb – Dər­man vasitələri, Kənd təsərrüfatı – Yeyinti tex­no­lo­gi­yası, Sistem mühəndisliyi, Kosmik fəza haqqında elm – Texnologiya, Ətraf mühitin qorunması tex­no­logiyası, Texnologiya və İnnova­siyaların idarə olunması (ancaq gənc alimlər üçün) ixtisasları və tədqiqat sahələrinə qrantlar ayrılacaqdır. ]]>
Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.
<![CDATA[ Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb.
Milli Dirçəliş Günü və  Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təb­rik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Preziden­ti­mi­zin bu sahəyə diqqət və qayğısından bəhs edən nazir təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycan gəncləri qarşı­sında duran bir sıra ümdə vəzifələrə toxunan Misir Mərdanov onların müasir informasiya texnologiyalarından istifadə imkanlarına yiyələnmələrinin və dünya təcrübəsindən bəhrələnmələrinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəncləri həmişə yük­sək qiy­mətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirib. Nazir bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələ­bə­lərə adlı təqaüdlərinin verilməsini, gənclərin xarici ölkələrə ali təhsil al­mağa göndərilməsini buna  nümunə olduğunu bildirib. Təhsil naziri eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Bayram tədbirində Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış  edib.
Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb. ]]>
<![CDATA[ Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri Xiyabana gələrək ümummilli liderimiz Hedər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlayıb, sonra kollecin fəaliyyəti, tarixi və bu günü haqqında film nümayiş olunub.
Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək yubiley tədbirinin iştirakçılarını salamlayıb. Təhsil naziri kollecin yubileyinin belə yüksək səviyyədə qeyd edilməsini dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirib.Misir Mərdanov qeyd edib ki, yubiley ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin bir neçə əməkdaşı “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif edilib.
Misir Mərdanov Təhsil Nazirliyi kollegiyasının qərarı ilə kollecin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri fərmanlarına layiq görülmüş əməkdaşlarının adlarını açıqlayıb, müəllim və tələbələri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. 
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva “Ömürlərdə izi qalmış təhsil ocağı” adlı məruzə ilə çıxış edib. 
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev, YAP sədrinin müavini Əli Əhmədov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin çıxışlarında təhsil ocağının tarixən formalaşmış mütərəqqi ənənələrindən söz açılıb, kollecin məzunları olmuş görkəmli alim və ziyalılar xatırlanıb, yubilyarların ünvanına xoş sözlər deyilib.
Yubiley mərasimində AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və Milli Məclisin Sosial-siyasət komissiyasının sədri Hadi Rəcəbli təbrik nitqi söyləyiblər.
Sonda kollecin tələbələri “Zəkanın nurunda” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. ]]>
<![CDATA[ Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. 
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bu sahədə müvafiq addımlar atılmasının vacibliyini qeyd edib. Misir Mərdanov ümidvar olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələri daha da yüksələcək və qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək. Nazir həmçinin səfir Fəhd bin Əli əl-Düsəriyə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzulayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən səfir   son illər iki ölkə arasındakı mövcud əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın təhsilin müxtəlif sahələri üzrə aparılmasının zəruriliyini qeyd edən səfir məhz bu zaman mühüm irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Fəhd bin Əli əl-Düsəri ölkəmizin təhsil sahəsində qazandığı nailiyyətlərdən məlumatlı olduğunu diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin yaradılması, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.   ]]>
<![CDATA[ Gimnaziyanın direktoru Novruz Dəmirov rəhbərlik etdiyi təhsil müəssisəsinin ümumi fəaliyyəti və qazandığı uğurlar haqqında məlumat verib. Qeyd olunub ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan gimnaziyanın 41 sinfində 1258 şagird təhsil alır və onların təhsili üçün hər cür şərait yaradılıb. 
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov konfrans zalının tərtibatından razı qaldığını bildirib, gimnaziya haqqında danışıb və pedaqoji kollektivin qarşısında duran vəzifələrdən söz açıb. 
Sonda Təhsil Nazirliyinin bir neçə struktur rəhbəri çıxış edib, gimnaziyanın gələcək fəaliyyəti ilə əlaqədar təkliflər səslənib.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib. Nazir Akademik Təqaüdçülər Proqramının ölkəmiz üçün faydalı cəhətlərindən danışaraq bildirib ki, bu proqram çərçivəsində Bakı Dövlət Universitetində bir sıra ixtisaslar üzrə iş aparılır və müvafiq istiqamətdə böyük uğurlar əldə edilib. Nazir əlavə edib ki, son 5 ildə BDU ilə əməkdaşlıq çərçivəsində xaricdə təhsil almış 26 azərbaycanlı gənc, 6 əcnəbi professor bu proqramın maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris edib və təhsildə gedən islahatların birbaşa iştirakçıları olublar.
Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür edib, onun əhatə dairəsini daha da genişləndirilərək digər ali məktəblərin bu işə qoşulmasını məqsədəuyğun sayıb və layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söyləyib.
Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının region üzrə meneceri Magda Magradze səmimi qəbula və proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib, onun üstünlüklərindən danışıb.
Proqramın ölkə üzrə koordinatoru Raziyə İsayeva, Bakı Dövlət Universitetindən olan iştirakçıları görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açıblar.
Çıxışlardan aydın olub ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılıb. Proqram fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir, akademik şəbəkəsinin yerli, regional və qlobal şəkildə qurulmasına yardımçı olur. Bu proqram həm universitet rəhbərlikləri, həm də gənc müəllimlərlə iş aparır, seçilmiş universitetlərin kafedralarında yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsilini başa vurub vətənlərinə geri dönmüş gənc müəllimləri ali təhsil müəssisələrində işə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin Akademik Təqaüdçülər Proqramına cəlb edilməsi istiqamətində müəyyən işlər aparıldığı qeyd olunub. ]]>
Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.
<![CDATA[ Dizayn, quruluş və məz­mun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fə­a­liyyə­tinin ayrı – ayrı istiqamət­lərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təh­sil sa­hə­si­nə dair normativ – hü­quqi bazanın vahid  mənbədə cəmləşdiril­mə­sini tə­min edir.
Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb.
Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytda­­ orta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müva­fiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlu­mat­lar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəs­si­sələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sa­hə­sində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azər­bay­canda qüvvədə olan təhsil standartlarına uyğunluğunun mü­əy­yən edil­məsi prose­durunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəb­lərindəki vakan­siyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqti­sa­diy­yatı, dövlət proqramları, layi­hə­lər, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), mək­tə­bəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, sayt­da istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləş­di­ril­ib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər.
Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Kons­ti­tu­siyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabine­tinin qərarları, əsasna­mə­lər, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ – hüquqi sənədlər də geniş icti­maiy­yətin marağına səbəb ola­caq­dır. Saytda rəhbərliyin qəbul günləri  yer alıb, nazir­liyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrı­ca bölmədə verilib, “Qaynar xətt” xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri böl­mə­­ləri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifa­də­­çilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yenilik­lə­rin çatdırılmasını təmin edir. Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə hə­ya­tına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.
Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahə­sin­də aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş ve­rən yeni­lik­lər operativ şəkildə icti­maiyyətə çatdırılır, təhsilin bütün pillələrində müa­sir in­for­­masiya-kommu­nikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addım­lar atı­lır, elektron dərs­liklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəl­limlər in­for­ma­siya-kommuni­kasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olu­nur və di­­­gər müvafiq təd­bir­lər uğurla həyata keçirilir. ]]>
<![CDATA[ Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, aparılan islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidentinin Gürcüstana daim diqqqətlə yanaşması, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyi barədə söhbət açıb. Nazir Azərbaycanda təlim gürcü dilində olan məktəblərə göstərilən qayğının Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını bildirərək Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı və kadrlarla təminatı sahəsində müəyyən çətinliklərin olduğunu vurğulayıb.
Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən söhbət açıb. Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri müsbət qiymətləndirən nazir buradakı Azərbaycan məktəblərinin problemləri barədə danışıb. Misir Mərdanov Gürcüstanda Azərbaycan məktəblərinin sayının ilbəil azalması, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsi, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmaması, tədris proqramında gürcü dilinin saatlarının azlığı, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmaması və digər məsələlər haqqında fikirlərini bildirib. Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycanlı mütəxəssisin olmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərə toxunan təhsil naziri Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası, Azərbaycanda fəaliyyət göstərən gürcü məktəblərində Gürcü tarixi və Gürcü coğrafiyası fənlərinin tədrisi vəziyyətindən, şagirdlərin dərsliklərlə təminatının yetərincə ödənilməməsindən və digər bu kimi məsələlərdən narahatlığını ifadə edib.
Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin müəllim və şagirdləri ilə görüşərək onların arzu və təkliflərini öyrənən qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, məktəblərin maddi-texniki təchizatı ilə maraqlanıblar.
Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli məktəbin Resurs Mərkəzində görüşdə iştirak edib, ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirən şagirdlərin təltif olunması mərasiminə qatılıblar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri çıxış edib, soydaşlarımızın uğurlarından məmnun olduğunu bildirib.
Həmin gün Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Humanitar Universitetində müəllim və tələbələrlə, Dmanisi rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində, gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər davam etdirilib. ]]>
<![CDATA[ 12 komandanın iştirakı ilə keçirilən final yarışında I yeri Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Bakı filialının komandası, III yeri isə Lənkəran rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.
Qalib komandalar Təhsil Nazirliyinin diplomu, komanda üzvləri isə hədiy­yələrlə mükafatlandırılıblar. ]]>
<![CDATA[ Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. Qeyd edək ki, “Baker Tilly Azerbaijan” MMC ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb.
Auditorlar Layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər.
“Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan Layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair aşağıdakı məzmunda Auditor rəyi verib: “Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları, bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir.” ]]>
<![CDATA[ Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində və Humanitar təmayüllü 4 saylı məktəb-liseydə olublar. 
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri giriş sözü ilə açaraq kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilin inkişafına göstərdiyi xidmətlər və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından söz açıb.
Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov təhsil ocağının 85 ildə keçdiyi həyat yoluna nəzər salıb, pedaqoji kadr hazırlığı istiqamətində aparılan işlər barədə danışıb. C.İbrahimov qeyd edib ki, bu təhsil müəssisəsi ölkəmizin cənub bölgəsində yaradılan ilk orta ixtisas məktəbidir və ötən 85 il ərzində kollecin 52 min məzunu olub.
Təhsil naziri Misir Mərdanov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda çıxış edib. Cənub bölgəsində fəaliyyət göstərən təhsil müəssisələri barədə ətraflı danışan Misir Mərdanov regionda ümumi orta təhsildə, ali və orta ixtisas məktəblərində qazanılmış uğurlardan, mövcud problemlərdən bəhs edib, məktəbəqədər təhsil müəssisələrinin və peşə təhsilinin inkişafı, eləcə də digər məsələlərlə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Nazir bildirib ki, qocaman təhsil ocağı olan Lənkəran Dövlət Humanitar Kollecinin ölkəmiz üçün müəllim kadrlarının hazırlanmasında xidmətləri böyükdür və bu kollec respublikanın digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib.
Misir Mərdanov çıxışının sonunda 85 illik yubiley münasibətilə kollecin müəllim-tələbə kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov, Milli Məclisin deputatları S.Novruzov, H.Rəcəbli, N.Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Y.Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru A.Zamanov və başqaları çıxış ediblər.
Konfransın rəsmi hissəsindən sonra N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında mükafatların təqdim olunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin direktoru C.İbrahimovun “Əməkdar müəllim” fəxri adına, dil-ədəbiyyat müəllimi E.İsmayılovanın “Tərəqqi” medalına layiq görüldüyünü bildirən təhsil naziri Misir Mərdanov mükafatları onlara təqdim edib.
Mərasimdə eyni zamanda kollecdə çalışan qabaqcıl müəllimlərdən bir qrupuna Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərmanı və hədiyyələr verilib.
Sonda tədbir iştirakçılarına Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.  ]]>
Dekabrın 3-də “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
<![CDATA[ Öncə iştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilib. Qeyd edilib ki, 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilən olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edir.
Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir.
 Mərasim Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. 
 Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, olimpiada haqqında ətraflı məlumat əldə edilməsi məqsədi ilə rəsmi internet səhifəsinin (www.ijso2009.az) hazırlanıb istifadəyə verildiyini bildirib.
 Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev qeyd edib ki, savadlı və intellektli yeniyetmələrin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. Hafiz Paşayev Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqlarının hazırlandığını, alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edildiyini diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Misir Mərdanov eyni zamanda qeyd edib ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaq.
 VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
 Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış edərək bildirib ki, elm olimpiadası iştirakçılara öz biliklərini nümayiş etdirməyə imkan yaradır və onların gələcəkdə ixtisaslı kadrlar kimi yetişməsinə təkan verir.
Tədbirdə gənc musiqiçilər geniş konsert proqramı ilə çıxış ediblər.
Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və xarici ölkələrdən gəlmiş alimlər iştirak edib.
Olimpiadaya dekabrın 11-də yekun vurulacaq. ]]>
<![CDATA[ Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu tədbirin mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı üçün də lazımi şərait yaradılıb. Qeyd olunub ki, 2 gün davam edəcək bu konfransda 19 bölmə üzrə 300-ə yaxın məruzə dinləniləcək.
Misir Mərdanov ölkəmizdə gənclərin təhsili, onların elmi-tədqiqat fəaliyyətləri istiqamətində yaradılan şəraitdən bəhs edib. Nazir Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransının nəticələrindən də söz açıb və bildirib ki, həmin konfransın fəal iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları verilib.
Sonra Misir Mərdanov ən yaxşı elmi işə görə 3 doktoranta hədiyyə olaraq noutbuk təqdim edib və konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və başqaları konfransla əlaqədar çıxış ediblər.
Təhsil nazirinin müavini İradə Hüseynova konfransın gedişi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, konfrans bölmələr üzrə iki gün davam edəcək. ]]>
<![CDATA[ Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların və təltiflərin təqdimatına həsr olunub. 
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dövlət başçısının müvafiq sərəncamları ilə universitetin 107 əməkdaşına Azərbaycanın ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan diqqət və qayğı kimi dəyərləndirib və qeyd edib ki, bu, təhsil işçilərinin əməyinə verilən önəmin təzahürüdür. 
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirakı, dövlət başçısına BDU-nun fəxri doktoru adının verilməsi, təhsil ocağının çoxlu sayda aliminin dövlət mükafatları ilə təltif edilməsi universitet kollektivinin yaddaşında tarixi hadisə kimi qalacaq. Misir Mərdanov daha sonra ali təhsil sahəsində qarşıda duran vəzifələrdən söz açıb, universitetin həmişə olduğu kimi, bu məsələlərin həllində də digər ali məktəblərə örnək olacağına ümid etdiyini bildirib. Nazir mükafata layiq görülənləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda BDU-nun əməkdaşlarına fəxri adlar və təltiflər təqdim olunub.  ]]>
<![CDATA[ Qeyd edək ki, müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən daxil olub. Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər isə da­ha çox mək­təblərin istilik sistemi ilə təchizatı barədədir.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araş­dırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni za­man­­da noyabr ayında “Qaynar xətt” xidmətinə daxil olan çox­saylı sorğular Nazirli­yin əməkdaşları tərəfindən cavablandırılıb.
Ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şə­həri üzrə Təh­sil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. ]]>
Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
<![CDATA[ Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar. 
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir. 
Sonra mərkəzdə ümummilli liderin büstünün açılışı olmuşdur. Mərasim iştirakçıları adından büstün önünə əklil qoyulmuş, xatirə şəkli çəkdirilmişdir. İnstitutun idman zalında tələbələrin hazırladıqları “İdman həyəcanı” proqramı nümayiş olunmuşdur. 
AMİ-nin akt zalında davam edən mərasimdə təhsil naziri Misir Mərdanov yubiley münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda son illər elmin, təhsilin inkişafı məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət proqramları, layihələr, inşa olunan yeni məktəb binaları, nəşr edilən dərslik və tədris vəsaitləri dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərə toxunan nazir qeyd etmişdir ki, bu gün respublikamızda əldə edilən nailiyyətləri görən ulu öndərin ruhu şaddır. Çünki onun arzuları, istəkləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində böyük sürətlə reallığa çevrilir. AMİ-nin yubileyinin Azərbaycanın bütün müəllimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son 4 ildə institutda böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün gərəkli işlər görüldüyünü qeyd etmişdir. 
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Sərəncamları oxunmuş, bu mükafatların AMİ-nin Elmi Şurasında təqdim olunacağı bildirilmişdir. İnstitutun bir qrup əməkdaşlarının Təhsil Nazirliyinin mükafatlarına layiq görüldüyünü qeyd edən nazir Misir Mərdanov bu mükafatları sahiblərinə təqdim etmişdir. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor, bu təhsil ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirmişdir.
Rektor bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur.
Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu yaradılmışdır. Müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və respublikamızda gedən maarifçilik hərəkatının öncüllərindən biri olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun kollektivi ötən əsrdə burada işləmiş görkəmli elm və maarif xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl Rəfilinin, Fatma İsmayılovanın, Mirəli Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd Dilbazinin, Emin Abdullayevin, İbrahim Əfəndiyevin, Yahya Qarabağlının, Bağır Axundovun və başqalarının əziz xatirəsini hörmətlə yad edir, onların işini layiqincə davam etdirirlər.
Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir tələblərə cavab verən təhsil müəssisəsinə çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən başladığını vurğulayan rektor bildirmişdir ki, ümummilli liderimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik illərində bu institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, onun problemlərinin dövlət səviyyəsində həllini diqqət mərkəzində saxlamışdır. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə respublikamızın 11 bölgəsində Müəllimlər İnstitutunun filiallarının açılması barədə Fərman imzalanmışdır. 
Hazırda bu təhsil ocağının çox geniş profilli ali məktəbə çevrildiyini diqqətə çatdıran rektor qeyd etmişdir ki, institut bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır.
A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, bu gün respublika məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir.
Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbənin və 100 nəfərdən artıq magistrin təhsil aldığı və onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompyuter zalı, 12 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. Bütün kafedra və kabinetlər öz işlərini Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət göstərən 700 nəfərdən artıq professor-müəllim heyətinin 47 nəfəri elmlər doktoru, professor, 223 nəfəri elmlər namizədi, dosentdir.
Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır. 
İnstitutda milli fənn kurrikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır. 
Qeyd olunmuşdur ki, bu problemlərin həlli yolunda görüləcək işlərin mərkəzində ulu öndər Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu strategiya müstəqil dövlətimizdə təhsilin müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf xəttini və istiqamətlərini müəyyənləşdirmişdir.
Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını son beş ildə Azərbaycan elm və təhsilinin dünya səviyyəsində ucalması üçün yorulmaz əməli və yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır. A.Naxçıvanlı institutun professor-müəllim heyəti və bütün əməkdaşları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü çatdırmış, dövlətimizin başçısının uğurla həyata keçirdiyi daxili və xarici siyasətin institut kollektivi tərəfindən daim dəstəkləndiyini vurğulamışdır. 
Rektor bildirmişdir ki, AMİ-nin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına qoşularaq, məktəblərdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində də var gücü ilə çalışır, bu proqramın uğurla davam etdirilməsi üçün əməyini əsirgəmir.
Mərasimdə çıxış edən Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və təhsilin inkişafında son illər əldə olunan uğurlardan danışmış, bu nailiyyətlərin qazanılmasında xüsusi əməyi olan AMİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar. 
Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. 
AzərTAc ]]>
<![CDATA[ Təhsil Nazirliyində təşkil olunan bu tədbirdə “Microsoft” şirkətinin əməkdaşları, ölkəmizdə İKT sahəsində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri və digər şəxslər iştirak edib. 
Tədbirdə təhsil naziri Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir. Nazir bildirib ki, “Microsoft” şirkəti ölkəmizdə bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bu qurum tərəfdaşları ilə birgə müəllim və şagirdlər üçün yeni imkanlar yaratmaq, təhsili daha da təkmilləşdirmək üçün “İnnovativ Müəllimlər”, “İnnovativ Tələbələr”, eləcə də “İnnovativ Məktəblər” layihəsini həyata keçirir. Misir Mərdanov əlavə edib ki, bu şirkətlə əməkdaşlıq çərçivəsində orta məktəblərə verilmiş kompüterlərin lisenziyalaşdırılmış proqramla təminatı, müəllimlərin beynəlxalq səviyyəli forum və digər tədbirlərdə iştirakı, “Xalq kompüteri” layihəsi istiqamətində müvafiq işlər həyata keçirilib. 
“Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdırılmış layihələrdən söz açıb və qeyd olunan sahədə lazımi dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Qonaq imzalanacaq memoranduma böyük ümid bəslədiyini vurğulayıb.
Sonda təhsil naziri Misir Mərdanov, “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov Anlaşma Memorandumunu imzalayıblar.  ]]>
<![CDATA[ Olim­­­­piadada azərbaycanlı şagirdlər doqquz medal qazanmışlar.
On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər. 
Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın 5 qitəsindən 258 şagird 30 sualdan ibarət test, nəzəri və təcrübi tapşırıqları cavablandırmışdır. Cavabları olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18 təcrübəli müəllim yoxlamışdır. 
Tədbir iştirakçıları olimpiadanın gedişini əks etdirən videofilmə baxmışlar.
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilmişdir. Nazir demişdir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir.
Bildirilmişdir ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevrilmişdir. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olmuşlar.
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları ümumilikdə 20 qızıl, 60 gümüş və 84 bürünc medal qazanmışlar. Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9-nun adı mükafatçılar sırasında olmuşdur. Onlardan 2-si gümüş, 7-si isə bürünc medal qazanmışdır. Rusiya komandası 6 qızıl medalla birinci yerə çıxmışdır.
Qaliblərə mükafatları xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları təqdim etmişlər.
Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam etmişdir.
AzərTAc ]]>
<![CDATA[ Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq metodiki işin düzgün təşkilinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Na­zir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodiki mərkəzin fəaliy­yətinin müsbət cəhətlərindən söz açaraq müzakirə olunan məsələ ilə bağlı fikirlərini bil­di­rib. Misir Mərdanov metodiki mərkəzin fəaliyyətinin daha səmərəli təşkili üçün bir sıra ad­dım­­ların atılmasının zəruri olduğunu nəzərə çatdırıb və təhsil ocaqları ilə sıx əlaqə­lərin yaradılmasını tövsiyə edib. Təhsil naziri bu sahədə mövcud olan prob­lemlərin müəyyən edilməsi, mü­va­fiq dünya təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması məqsədilə işçi qrupunun yaradılmasının vacib olduğunu bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qur­banov, mərkəzin direktor müavinləri Sitarə Məmmədova və Nazir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə mərkəzin kurikulumların tətbiqi, dərslik­lərin müzakirəsi, qiy­mət­ləndirmə, qabaqcıl təcrübənin öyrənilməsi və başqa istiqa­mətlərdə apardığı işlərdən bəhs olunub, eləcə də qarşıya çıxan müvafiq çətinliklər diqqətə çatdırılıb.
Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda yaradılan işçi qrupunun bir ay müddətində müvafiq təkliflər hazır­layıb təqdim etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alı­nıb.  ]]>
Dekabrın 15-də “Excelsior” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.
<![CDATA[ Konfransda “Sevinciniz uğurumuzdur” adlı sənədli film nümayiş olunub.
“2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məru­zə ilə çıxış edən təhsil naziri Misir Mərdanov uşaqların rifahının daha da yaxşı­laş­dı­rılması ilə bağlı məsələlərin Azərbaycanda daim diqqət mərkəzində saxlanıldığını, ümum­milli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sa­­­­hə­si­ndə əsasını qoy­du­ğu ənənələrin Azər­baycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Meh­ri­ban Əliyeva tə­rə­findən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir son il­lər­də ölkə iqti­sa­diy­yatının dinamik inkişafı sayəsində uşaq hüquqlarının qorun­ma­sına yönəlmiş proq­ram­ların, o cümlədən də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaq­ların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqra­mı”nın uğurla həyata keçirildiyini qeyd edib.
Təhsil Nazirliyinin YUNİCEF-in ekspertləri, Əmək və Əhalinin Sosial Mü­da­fi­əsi Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 55 dövlət uşaq mü­əs­sisəsində keçirdiyi qiymətləndirmə nəticəsində hazırlanan dövlət uşaq müəs­si­sələrinin transformasiyası üzrə Baş Planın cari ilin aprelində hökumət tərəfindən təsdiq edil­diyini söyləyən Misir Mərdanov artıq 9 uşaq müəssisəsinin ümumtəhsil məktəbinə çevrildiyini, hazırda dövlət uşaq müəssisələrindəki 10 054 uşaqdan 3 960 nəfərinin müəssisədə, 6 094 nəfərinin isə ailəsi ilə birgə gecələdiyini bildirib. Nazir deyib ki, öv­lad­larına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahı­nın yaxşılaşdırılması məqsədilə yerlərdə həyata keçirilən tədbirlər za­ma­nı Təhsil Na­zir­liyi yerli və beynəlxalq QHT–lərlə sıx əməkdaşlıq edir, sağlam­lıq imkanları məhdud və sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin uşaqlarının ri­fa­hının yaxşı­laş­dı­rıl­ma­sı­na, onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb edilmə­si­nə və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirir. Risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbin, Sa­­­­­­bun­çu rayonundakı 11 nömrəli xüsusi internat məktəbin və Suraxanı rayonu 2 nöm­­­­­­­­­­­­­rə­­li uşaq evinin nəzdində günərzi qayğı, Əzizbəyov rayonundakı valideyn hima­yə­sin­dən məhrum uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində isə re­a­bi­li­tasiya–inkişaf mərkəzlərinin yaradıldığını bildirən təhsil naziri yaxın vaxtlarda Göyçay şəhərində və Qaradağ rayo­nun­da yerləşən internat məktəblərin nəzdində də belə mərkəzlərin açılmasının nəzərdə tu­tul­duğunu söyləyib.
Proqramın icrası ilə əlaqədar qarşıda duran daha ciddi vəzifələr, müvafiq nor­mativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrindən uşaqların ailə­lə­rə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin iş­lək mexa­nizm­lə­rinin tətbiqi, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli pre­ventiv təd­bir­lə­rin həyata keçirilməsi üçün sosial işçilərin hazırlanması, ailələrə veril­miş uşaqların və­ziy­yətinin dövri monitorinqinin aparılması mexanizmlərinin ya­ra­dılması haqqında söz açan nazir birgə səylərlə bütün bu məsələlərin həllini tapaca­ğına əminliyini ifadə edib.
Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasnın sədri Hadi Rəcəbli, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Türkiyə Res­pub­likasının Ankara şəhər sosial xidmətlər müdiri Neriman Koca, YUNİSEF-in beynəlxalq eksperti Devid Larter, Avropa Sosial Şəbəkəsindən siyasət və inkişaf üzrə mütəxəssis Dorota To­ma­lak, YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə, YUNİSEF-in milli məsləhətçisi Aytəkin Hüseynli, Əmək və Əha­­­­linin Sosial Müdafiəsi Na­zirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş Səhiyyə İdarəsinin mü­diri Leyla Seyidbəyli, Maliyyə Nazirliyinin şöbə müdi­ri­nin müavini Vüqar Məcidli, Əd­liyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Ka­mal İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üz­­­­­­rə Dövlət Komitəsinin şöbə mü­diri Sənubər Əlizadə və “Hər kəs üçün cəmiyyət–Azər­baycan” proqramının di­rektoru Ramiz Behbudov ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azər­baycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə veril­məsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhəmiyyətindən söz açıb, bu sahədə Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olu­nub ki, Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra yerli və beynəlxalq qurumlar, QHT–lərlə ya­radılan səmərəli əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir.
Konfransı Misir Mərdanov yekunlaşdıraraq Dövlət Proqra­mı­nın hə­ya­ta keçi­ril­mə­sində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən müvafiq nazirliklərə, döv­lət qu­­­rum­­larına, yer­li və beynəlxalq qeyri–hökumət təşkilatlarına təşəkkürünü bildirib, fəaliy­yət­lə­rin­d­ə uğur­lar arzulayıb. ]]>
<![CDATA[ Müşavirədə təhsil və ma­li­yyə nazirliklərinin rəhbər işçiləri, Dünya Ban­­kının Azərbaycandakı nümayəndəliyinin, ali və orta ixtisas məktəblərinin rəhbərləri iş­ti­rak ediblər.
Müşavirəni təhsil naziri Misir Mərdanov açıb və “Beynəlxalq mühasibat standart­larına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələri qarşısında duran vəzifələr” mövzusunda təqdimat edib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 7 fev­ral 2005–ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mühasibat uçotu haqqında” Azərbaycan Res­publikasının Qanununa əsasən Azərbaycanda milli müha­sibat uçotu stan­dart­­larının ha­zır­­lanması nəzərdə tutulub. Bu sahədə kadr hazırlığının təkmilləş­di­ril­mə­sinin zəruri­liyindən söz açan təhsil naziri daha sonra mühasibat uçotu sahəsində mütəxəssis ha­zır­­­lı­ğı­nın mövcud vəziyyəti barədə məlumat verib. Nazir “Mühasibat uçotu və audit” ixti­sa­sı üzrə təhsil proqramla­rın­dan, mühasibata aid fənlərin tədrisindən, digər ixtisaslarda “Mü­ha­si­bat uçotu və audit” fənninin tədri­si vəziyyətin­dən danışıb, mühasibata aid fənləri tədris edən müəllimlər haqqında statistikanı müşavirə iştirak­çı­la­rı­nın diqqətinə çatdırıb. Misir Mər­da­nov çıxışında milli mühasibat uçotu standartlarına keçidlə bağlı qarşı­da duran vəzi­fə­lərə də toxunub.
Maliyyə naziri Samir Şərifov “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliy­yə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkili” mövzusunda təqdimat edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar sayəsində beynəlxalq tələblərə cavab verən mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı da­vam­­lı addımlar atılır. Maliyyə naziri islahatların məntiqi davamı kimi qanunveri­ci­lik baza­sı­nın təkmiləşdirilıməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Maliyyə he­­sa­­batları­nın beynəlxalq standartlarının və milli mühasibat uçotu standartlarının tətbi­qi­nin məqsədlərindən, yeni mühasibat uçotu sisteminin daha sürətli tətbiqi və əhatə dairə­si­nin ge­niş­ləndirilməsi istiqamətində möv­cud olan problemlərdən və digər məsələlərdən da­nı­şan na­zir qeyd edib ki, mühasibat uçotu və audit sahə­sin­də qısa müddətdə konseptual yanaşma əsa­sın­da vahid təhsil sisteminin yaradılması və müvafiq meto­do­loji bazanın və müvafiq tədris materiallarının hazırlanması zəruridir. Samir Şərifov bununla bağlı möv­­­­cud prob­lem­lərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər işlərdən də söz açıb və bü­­­tün bu tədbirlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rolunu qeyd edib.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Yedjeyçak “Kor­­­­po­rativ və büd­cə sektorunda hesabatlılıq layihəsinin məqsəd və vəzifələri” mövzu­sun­­­da çıxış edərək fikirlərini bildirib.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetinin rek­toru Şəmsəddin Haçıyev, Azərbaycan Universitetinin rektoru Akif Musa­yev, Xəzər Universitetinin rek­toru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Biznes Uni­ver­si­te­ti­nin rektoru İbad Abbasov müzakirə olunan mə­­­­sə­­lə­lərlə bağlı fikir və təkliflərini bildiriblər.
Müşavirədə qeyd olunan məsələlərin operativ həlli ilə əlaqədar birgə işçi qrupunun ya­radıl­ması, iş­çi qrupuna təhsil və maliyyə nazirliklərində, Dünya Bankında və ali təhsil müəssisələrində çalışan yük­sək ixtisaslı mütəxəssislərin cəlb olunması qərara alınıb. ]]>
Dekabrın 17–də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.
<![CDATA[ Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təh­sil sahəsində də əlaqələrə xüsusi önəm verdiyini bildirib. Ulu öndər Hey­dər Əliyevin Fransa ilə qarşılıqlı dostluğa və əməkdaşlığa əsas­lanan siyasətinə diqqət çəkən Misir Mərdanov bu kursun ölkə Prezi­denti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu baxı­m­dan döv­lət rəhbərinin dekabrın əvvəllərində Fran­saya rəsmi səfə­ri­nin əhəmiyyətli olduğunu qeyd edib.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qab­riel Keller səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildi­rib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı digər məsə­lə­lərlə yanaşı, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə də diq­qət yetirildiyini nəzərə çatdı­rıb. Dövlət başçılarının görüşü zamanı Fran­sa prezidentinin Azərbaycanda fransız məktəbinin açılması təşəb­büsü ilə çıxış etdiyini, bu barədə ümumi fikir müba­di­ləsi aparıldığını söy­lə­yən səfir deyib ki, Azərbaycanda müx­təlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplo­ma­tik kor­pus­larının təmsilçilərinin övlad­lar­ının təhsil alması üçün belə bir mək­təbə ehtiyac duyulur. Sonra səfir Qab­riel Kel­ler 2010–cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunma­sı­nı arzuladıqlarını nəzərə çatdırıb.
İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması məsələ­lərinə toxu­nan səfir “2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənc­lərin əsasən kənd tə­sər­­rü­fa­tı, memarlıq, aeronavtika, ekologiya ix­ti­sasları üzrə Fransanın nüfuzlu ali mək­təb­lərində təhsil almasına ma­raq göstərdiklərini qeyd edib.
Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafına yetirdikləri diq­­­­­­qətə gö­rə səfirə təşəkkür edən təhsil naziri Misir Mərdanov res­pub­li­kamızda bir sıra öl­kə­lərin dövlət və qeyri–dövlət tədris ocaq­la­rı­nın fəa­­liy­yət göstərdiyini nəzərə çat­dı­rıb. Misir Mərdanov Təhsil Nazir­liyi­nin əməkdaşları ilə Fran­­sa­nın Azər­­bay­candakı səfir­li­yinin təmsilçi­lərinin məsləhət­ləş­mələr apar­ması, irəli sürülən ide­ya­nın gerçəkləşdiril­məsi üçün hü­qu­qi əsas­ların hazırlanması, qaldırılan məsələnin hər­tə­rəfli mü­za­kirə edil­mə­si və Bakıda fransız məktəbinin açılması üçün müm­kün olan variantlar haqqında fikirlərini bildirib.
“2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransanın ali məktəblərinə in­diyə qədər 58 tə­lə­bə­nin gön­də­ril­diyini vurğulayan təhsil naziri gələ­cək­də bu göstəricinin daha da arta­cağına, Fran­sanın digər nüfuzlu univer­sitet­lə­­rin­də də azərbaycanlı tələbələrin təhsil al­ma­sı­nın mümkünlüyünə diqqət çəkib. Təhsil Nazirliyi ilə Fransanın KNOUS təş­ki­latı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən nazir ölkələri­mi­zin təhsil sahəsindəki əla­qə­lərinin bundan sonra daha da geniş­lə­nə­cəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib. ]]>
<![CDATA[ Tədbirdə Təhsil Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilat­la­rı­nın nümayəndələri, nazir­liyə tabe olan ümum­təhsil məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov tədbirin keçiril­diyi yeni zalın müasir tələblərə uyğun olduğunu bildirib, bunu təhsil müəssisəsinin növbəti uğuru kimi dəyərləndirib. Nazir 6 nöm­rəli məktəb–liseydə bir sıra mütərəqqi ənənələrin formalaşdığını və təhsil sahəsinin ən aktual məsələlərinə həsr olunmuş müvafiq tədbirlərin tez-tez keçirildiyini qeyd edib.
Sonra tədbir iştirakçıları iştirak etmək üçün seçdikləri mü­asir tə­lim texnolo­gi­yaları və fəal təlim metodlarının tətbiqi ilə tədris olunan «açıq dərs»lərə dəvət olu­nublar. «Açıq dərs»lər Azərbaycan və rus bölmələrinin həm ibtidai, həm də yuxarı siniflərində təşkil edilib.
Təhsil naziri Misir Mərdanov Azərbaycan bölməsinin II sin­fində Gülşən Orucovanın ana dili və rus bölməsinin I sinfində Səidə Nəcəfquluzadənin ingilis dili dərslərində iştirak edib.
Nazir və digər rəsmi şəxslər, eyni zamanda başqa sinif otaqlarında aparılan tədris prosesi ilə də maraqlanıb və Azərbaycan və rus bölmələri üzrə beşyaşlıların məktəbə hazırlıq qruplarında olublar. Konfrans iştirakçıları məktəbin foyesindəki foto­stend­lər­lə tanış olduqdan sonra yenidən konfrans zalına toplaşıblar.
Məktəb–liseyin direktoru Ceyran Kuliyeva təhsil müəssisəsinin fəaliyyə­tin­dən bəhs edən təqdimatla çıxış edib. Təqdimatda təhsil ocağının tarixi, ən məşhur məzunları, keçdiyi inkişaf yolu, ölkədə uğurla həyata keçirilən təhsil islahat­ları, əldə olunmuş nailiyyətlər, liseydəki Heydər Əli­yev muzeyində keçirilmiş tədbirlər və perspektiv vəzifələr haqqında ətraflı məlu­mat verilib.  ]]>
<![CDATA[ Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, bu qurumun yaranma tarixindən, həyata keçirdikləri mühüm işlərdən və onun fəaliyyətinin əhəmiyyətli olduğundan söz açıb. Nazir bildirib ki, Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək, onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və  məktəblərin inkişafına yönəltməkdir. 
Misir Mərdanov əlavə edib ki, valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan bu ictimai qurum “Ümidli Gələcək” gənclər təşkilatı və YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə ölkəmizin orta məktəblərində bir sıra layihələr üzrə iş aparır. Hazırda 1000-dən çox məktəbdə yaradılmış valideyn-müəllim birliklərinin gördükləri işləri xüsusi qeyd edən nazir bu işə dəstək göstərən şəxslərə təşəkkür edib. 
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard bu tədbirin keçirilməsinin VMA-nın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağına inamını ifadə edib və həyata keçirilən layihələrə göstərilən dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü çatdırıb.
Konfransda çıxış edən Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının icraçı direktoru Təranə Şərifova, “Ümidli Gələcək” gənclər təşkilatının rəhbəri Nabil Seyidov və başqaları Milli VMA-nın fəaliyyətinin məqsəd və məramından, qurum tərəfindən həyata keçirilən və gələcəkdə reallaşdırılacaq tədbirlərdən, valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi ilə şagirdlərin daha yaxşı oxumaları üçün şəraitin yaradılmasından bəhs ediblər. Tədbirdə “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda iştirakçılara ətraflı məlumat verilib.
Konfransda VMA-nın fəal üzvlərinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlar təqdim olunub.
Sonda Təhsil Nazirliyi ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının birgə fəaliyyəti barədə memorandum imzalanıb.  ]]>
<![CDATA[ Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq, layihənin Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün böyük rol oynadığını qeyd edib. Rektor layihə çərçivəsində kimya fakültəsində rentgenstruktur analiz laboratoriyası yaradıldığını, Rusiyadan tanınmış mütəxəssislərin cəlb olunduğunu və 12 gəncin burada artıq tədqiqatlar apardığını qeyd edib.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyasının Rengenstruktur Analiz Mərkəzi arasındakı mövcud layihənin əhəmiyyətini bildirib və elm sahəsində belə uğurların qazanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Misir Mərdanov ölkə başçısının elm, təhsil sahəsinə olan diqqət və qayğısından danışıb, nailiyyətlərin əldə edilməsini bu qayğının təzahürü olduğunu vurğulayıb. Nazir tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının mütəxəssislərinə elmi əməkdaşlığa görə təşəkkürünü bildirib.
Sonda təlim kursunun 12 müdaviminə sertifikatlar təqdim olunub. ]]>
<![CDATA[ Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, «Azərsu» Səhmdar Cəmiyyətinin, Meliorasiya və Su Təsəssüfatı Açıq Səhmdar Cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və kutləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiy­yətli səfiri Masamitsu Oki imzalanacaq layihələr haqqında ətraflı məlumat verərək onların hazılanmasında əməyi olanlara təşəkkürünü bildirib. Masamitsu Oki Yaponiya hökumətinin Azərbaycanda indiyədək 120-dən artıq layihəni həyata keçiridiyini və onların demək olar ki, bütün ölkəni əhatə etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb. Nazir Yaponiya hökumətinin Azərbaycanda təhsil sahəsinə xüsusilə maraq göstər­məsindən, maddi yardımlar etməsindən bəhs edib. Bu gün imzalanacaq 8 layihədən 3-nün təhsillə bağlı olduğunu bildirən təhsil naziri indiyədək «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 60-a yaxın əhəmiyyətli layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Misir Mərdanov yardımların bununla bitmədiyini, «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı»ndan əlavə bir çox mühüm işlərin görüldüyünü və gələcəkdə Azərbaycanla Yaponiya arasında təhsil sahəsində çox ciddi addımların atılmasının nəzərdə tutduğunu vurğulayıb. Bu gün imzalanacaq layihələrin də uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirən təhsil naziri çıxışının sonunda ölkəmizə göstərilən dost münasibətinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib və yapon xalqına ən xoş arzularını çatdırıb.
Mərasimdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnnovasiya, investisiya və ekoloji layihələrlə iş şöbəsinin müdiri Sadiq Şirəliyev, «Azərsu» Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri İlqar Tağıyev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və beynəlxalq əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov göstərilən maddi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür ediblər.
Sonra 8 layihə üzrə ümumi dəyəri 763 982 ABŞ dolları olan qrant müqavilələrini Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki, icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri və müvafiq rayon təhsil şöbəsinin rəhbəri imzalayıblar. ]]>
<![CDATA[  Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sahib Rüstəmov toplantı iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü fəaliyyətindən danışıb. Ötən 40 il ərzində təhsil ocağını 58 000 məzunun bitirdiyini və onların ölkəmizin iqtisadiyyatının inkişafında fəal iştirak etdiklərini vurğulayan natiq hazırda liseydə 630 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 124 müəllim və texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov yubiley münasibətilə təhsil ocağının pedaqoji kollektivini təbrik edib, onlara yeni uğurlar arzulayıb. Peşə təhsi­li­nin ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir onu da bildirib ki, 90-cı illərdə bu təhsil ocaqlarının bağlanma təhlükəsi yaranmışdı. Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nazir, həmçinin Prezident İlham Əliyevin tövsiyə və sərəncamlarına uyğun olaraq ayrı–ayrı rayonların iqtisadi xüsusiyyətləri və müvafiq tələblər nəzərə alınmaqla həmin rayonlarda peşə məktəblərinin tikiləcəyini açıqlayıb, buna misal olaraq İsmayıllı və Qəbələ rayonlarında tikilən peşə məktəblərini qeyd edib.
Mərasimdə 6 saylı Bakı Peşə Liseyinin direktoru və bir neçə müəllim nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib.
Sonda tədbir iştirakçılarına yubiley mərasimi üçün hazırlanmış konsert proqramı təqdim olunub.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov tədbirin məqsədi barədə qısa məlumat verib.    
Sonra nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın elm və təhsil sistemi haqqında təqdimat-məruzə edib, bu ölkədə təhsili idarə etmək üçün Təhsil Şurasının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Təranə Hacıyeva Yaponiyada insanların təhsil almasında heç bir məhdudiyyətin olmadığını, təhsil ocaqlarında ibtidai təhsilin 6, kiçik orta məktəbdə 3, yuxarı orta məktəbdə 3, ali məktəblərdə 4, magistraturada 2 və doktoranturada 2 il davam etdiyini bildirib.
Yaponiyada müəllimlərin məktəblərə işə qəbulunun imtahanla həyata keçirildiyini qeyd edən Təranə Hacıyeva müəllimlərin bir məktəbdə maksimum 6 il işləməsinə icazə verildiyini, onların beş ildən bir ixtisasartırma kursundan keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri Yaponiyada ibtidai siniflərdə şagirdlərlə iki müəllimin məşğul olduğunu, bu siniflərdə bir dərs saatının 45, yuxarı siniflərdə isə 50 dəqiqə davam etdiyini və tədris ilinin 11 ay, yəni 3 semestrdən ibarət olduğunu bildirib.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın təhsil ocaqlarında məktəblə valideyn arasında sıx əlaqənin mövcudluğu haqqında da məlumat verib. ]]>
<![CDATA[ İmzalanma mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “Azərsun Holdinq” şirkəti ilə belə bir sənədin imzalanmasını Azərbaycan təhsili üçün yaddaqalan və böyük əhəmiyyətli hadisə kimi qiymətləndirib. Nazir bildirib ki, niyyət protokolunun imzalanması Biləsuvar rayonunda fəaliyyət göstərən peşə liseyinin inkişafının birgə təmin edilməsi məqsədinə xidmət edir.
Layihənin mahiyyəti barədə mərasim iştirakçılarını məlumatlandıran təhsil naziri qeyd edib ki, “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi üçün tədbirlər həyata keçirməklə əmək bazarı ehtiyaclarına uyğun kadrların hazırlanmasının tənzimlənməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə “Azərsun Holdinq” şirkətlər qrupunun Muğan bölgəsindəki istehsalat müəssisələrində təcrübə keçmələrinə şəraitin yaradılacağını vurğulayan nazir layihədə peşə liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması üçün tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb. Misir Mərdanov layihənin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirib. Nazir eyni zamanda  Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” arasındakı mövcud işbirliyinin və imzalanacaq protokolun ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər üçün də örnək olacağına inandığını bildirib.
“Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalanacaq sənədin çox vacib məsələyə həsr olunduğunu, Təhsil Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd edib. “Azərsun Holdinq”in ölkəmizdəki fəaliyyətindən söz açan şirkət prezidenti yeni müəssisələr açmaqla yanaşı, kadrların yetişdirilməsinin də zəruri olduğunu diqqətə çatdırıb.
Sonra Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb. Protokolu təhsil naziri Misir Mərdanov və “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalayıblar. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunduğunu bildirib. Ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən nazir bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, son illərdə isə bu işin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın dünya ölkələri arasında tanınmasında, beynəlxalq arenada məşhurlaşmasında idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahənin olmadığını bildirib.
Misir Mərdanov tədbir iştirakçılarına Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri, bu müəssisələrdə inkişaf etdirilən idman növləri, məşqçi-müəllimlər və görülmüş işlər haqqında məlumat verib. 10 nominasiya üzrə keçirilən VII respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 158 idman məktəbinin iştirak etdiyini söyləyən nazir qalibləri mərasim iştirakçılarına təqdim edib. Misir Mərdanov iştirakçıları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya çempionu Fərid Mansurov idmançılara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər. ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir. Nazir “Azərbaycan məktəbi” jurnalının keçdiyi uğurlu inkişaf yolundan, təhsilimizə layiqli töhfələr verdiyindən söz açaraq bu mətbu orqanın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov çıxış edərək bildirib ki, jurnal bir mətbu orqan kimi məktəb həyatının ən zəruri məsələlərini işıqlandırılmaqla təhsilimizin inkişafına xidmət edib.
Tədbirdə iştirak edən alim və pedaqoqlardan Ə.Ağayev, Y.Kərimov, H.Əhmədov və başqaları yubiley münasibətilə “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik ediblər.
Sonda təhsil naziri Misir Mərdanov “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktoru müavini Nəsrəddin Musayevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, bir qrup əməkdaşa isə Fəxri fərman təqdim edib.  ]]>
<![CDATA[  Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal (57 qızıl, 51 gümüş, 60 bürünc) əldə ediblər.
Ötən il digər idmançılarımız kimi şahmatçılarımız üçün də uğurlu olub. Ötən ilin iyun ayında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandası Bolqarıstanda keçirilən məktəblilərin Avropa komanda çempionatında yüksək nəticə əldə edərək müstəqillik dövründə ilk dəfə birinci yerə çıxıb. Həmin məktəbin yetirməsi Məmmədzadə Günay Türkiyənin Antalya şəhərində uşaq, yeniyetmə və gənclər arasında 6 yaş qrupu üzrə keçirilən dünya birinciliyində 8-10 yaşlılar arasında dünya çempionu adına layiq görülüb.
Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qədimli Abdulla iyun ayında Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa birincisi olub, Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova Fransanın Nitsa şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə I yerə çıxıb.
"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Cəlilov Cəlil Macarıstanda keçirilən cüdo üzrə yeniyetmələrin dünya birinciliyində II, Sloveniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində II və Finlandiyada keçirilən yeniyetmələrin Olimpiya həftəsində I yeri tutaraq qızıl medal qazanıb. Həmin məktəbin digər yetirməsi Fəqan Eminoğlu isə Ermənistanda gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində II yeri tutub.
Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Baxşəliyev Ələkbər Türkiyənin Anapa şəhərində keçirilən boks idman növü üzrə keçirilən məktəblilərin Avropa birinciliyində I yeri tutub.
Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Müşkiyev İlqar cüdo üzrə 55 kiloqram çəki dərəcəsində Türkiyədə kişilər arasında keçirilən beynəlxalq turnirdə III, Polşada keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə I, Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında II və Fransada keçirilən dünya çempionatında II yeri tutmağa nail olub. ]]>
<![CDATA[ Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub.
Müşavirəni açan təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt" xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqəti­nə çatdıran Misir Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa, pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib, ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyyə edib.
Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və üçotuna toxunan nazir bunların çox ciddi məsələlər olduğunu bildirərək müvafiq qaydalara dəqiq əməl edilməsinin vacibliyini ali təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb.
Təhsil naziri onu da qeyd edib ki, ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq oldu, olmadı, ali təhsil almaları barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizinin diplom ala bildiyini söyləyən Misir Mərdanov mütəxəssis hazırlığının keyfiyyətinə, ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ barədə də fikirləşməyin vaxtının çatdığını vurğulayıb.
Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşən nazir bildirib ki, Təhsil Nazirliyində artıq ilyarımdır ki, bununla bağlı iş aparılır. Müvafiq metodika hazırlanıb rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərildiyini nəzərə çatdıran nazir qeyd edib ki, təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri nəzərə alınıb. Təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyarın - ali məktəbin potensialı; ali məktəbin fəallığı və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması - cəminə əsasən müəyyən olunduğunu bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib.
Təqdim olunan metodika ətrafında müşavirədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edən ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib, təkliflərini bildiriblər.
Daha sonra müşavirə  iştirakçılarına "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb.
Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin İnkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin sənədlərdə əksini tapması zəruri olan məsələləri diqqətə çatdırıb.  ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə açan Misir Mərdanov “British Councıl” təşkilatının ölkəmizdəki nümayəndəliyinin 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və yeni layihənin aparılan işlərin daha da inkişafına təkan verəcəyinə, məktəblərdə ingilis dilini tədris edən müəllimlər üçün uğurlu olacağına ümid bəslədiyini bildirib. Nazir onu da əlavə edib ki, son illər Bakının 7 məktəbində ingilis dilinin intensiv tədrisinə başlanılıb və bu sahədə böyük nailiyyətlər əldə edilib. 
Mərasimdə qeyd olunub ki, ETTO layihəsi 50 saatlıq innovativ kurs, online tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir. Bildirilib ki, bütün fəaliyyətlər, tapşırıqlar, audio- video materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Yanvarın 15-dən təşkil olunacaq kursda Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı məktəblərinin ibtidai siniflərində ingilis dilindən dərs deyən 48 müəllim iştirak edəcək və kurs ərzində müəllimlərə onlayn təlimçi dəstək olacaq. Kursun sonunda müəllimlərə sertifikat təqdim ediləcək.
Tədbirdə təhsil naziri Misir Mərdanov “British Councıl”un Azərbaycan nümayəndəliyinin müvafiq layihə üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirərək uğurlar arzulayıb.   
Sonra tədbirdə iştirak edən “British Councıl”un Qara Dəniz ölkələri üzrə direktoru xanım Rozmari Arnot çıxış edib və Təhsil Nazirliyi ilə aparılan səmərəli işin səviyyəsindən razı qaldığını bildirib. Qonaq, həmçinin gələcəkdə Azərbaycanın bütün tədris müəssisələrində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi və tədrisi sahəsində daha böyük layihələr həyata keçiriləcəyini vurğulayıb.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü açaraq öncə qonaqları və dövlət qurumlarının nümayəndələrini salamlayıb. Nazir qeyd edib ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dövrdə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali təhsilin müstəsna rolu vardır. Müvafiq tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə artıq ikinci dəfə gerçəkləşdirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, belə seminarların keçirilməsində, dünyanın müxtəlif ölkələrində ali təhsillə bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə bağlı tendensiyalarla yaxından tanış olmaq və əldə olunan təcrübəni ölkədə ali təhsilin inkişafına yönəltməkdən ibarətdir.
Sonra Misir Mərdanov 2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulmasını, ölkə Prezidenti cənab İlham  Əliyevin neftdən və qazdan gələn gəlirlərin ölkədə insan potensialının inkişafına yönəldilməsi üçün atılan addımlar, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, ölkənin ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiq olunmasının əhəmiyyəti barədə məlumat verib.
Təhsil sahəsində həyata keçirilən islahatların, o cümlədən maliyyələşmə ilə bağlı islahatların təhsilin keyfiyyətinin yüksəlməsinə və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edən nazir ölkəmizdə bütün bunlar üçün əsaslı zəmin yaranmasından söz açıb. Nazir bildirib ki, son illərdə dövlətin diqqət və qayğısı nəticəsində ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, onların müasir avadanlıq və texnologiyalarla təminatı sahəsində əhəmiyyətli işlər həyata keçirilib.
Sonra təhsil naziri “Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda respublikamızın ali təhsil sistemi, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, ali təhsilə dövlət büdcəsindən ayrılan vəsait və s. haqqında ətraflı məlumat verilib, mövcud problemlər və maliyyələşdirmə ilə bağlı təkliflər diqqətə çatdırılıb.
Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının koordinatoru Cəmil Səlmi "Müəssisələrin birbaşa və dolayı maliyyələşdirilməsi", ali təhsilin maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə", Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın vauçer sistemi" və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla çıxış ediblər.
Fasilədən sonra dinlənilən təqdimatlara əsasən ayrı-ayrı məsələlər – əsas büdcənin düsturla maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, tədris üzrə əsas maliyyələşməni təmin edən vauçer sistemi, tədqiqatların müxtəlif mənbədən maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı müzakirələr aparılıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib.
Nazir ötən gün Dünya Bankının dəstəyi ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizmləri” mövzusunda keçirilmiş seminardan söz açıb, burada qeyd olunan məsələlərin ali təhsilin maliyyələşdirilməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. Nazir, həmçinin Litva və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsindən danışıb. Nazir Litvanın ali təhsil müəssisələrinin vauçer sistemi ilə fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkənin mövcud təcrübəsindən istifadə olunmasının zəruriliyini bildirib və  Azərbaycanda da müvafiq sistemin tətbiq edilməsi məsələsindən söz açıb. Misir Mərdanov çıxışında maliyyələşmə üzrə aparılan islahatların təhsilin keyfiyyətinin artırılmasına və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir edəcəyinə inamını ifadə edib.       
Sonra nazir gələcəkdə Litva ilə Azərbaycan universitetləri arasında daha sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması məsələsinə də toxunub.
Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Litva və Azərbaycan təhsil əlaqələrinin tarixindən və onun səmərəliliyindən, öz ölkəsinin təhsil sistemində aparılan islahatlardan söz açıb. Azərbaycanın təhsil nazirini Litva Respublikasına dəvət edən Gintaras Steponaviçyus hər iki ölkənin ali və orta məktəbləri arasında əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.
Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas da  görüşdə iştirak edib. ]]>
<![CDATA[ Müsabiqə və konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunur. 
Qeyd edək ki, BMA-nın çoxillik təcrübəsini beynəlxalq səviyyədə nümayiş etdirəcək konfrans və müsabiqə təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlaşılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsi istiqamətində müəyyən addımların atılmasına xidmət edir. Müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcək. 
Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır. 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.  ]]>
<![CDATA[ Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və layihənin reallaşdırılması üçün 640 770 avro məbləğində vəsait ayrılıb. 
Layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulub. 
Layihəyə uyğun olaraq övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsini həyata keçirmək üçün 25 nəfər sosial işçinin hazırlanması planlaşdırılır. Layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə, Hilfswerk təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib. 
3 il ərzində həyata keçiriləcək layihənin sonunda himayədar ailələr assosiasiyasının yaradılması nəzərdə tutulub.  ]]>
<![CDATA[ Proqram çərçivəsində sentyabrın 24-dən 25-dək Lənkəran rayonunda Masallı, Astara, Lerik, Yrdımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə ümumtəhsil və ali məktəblərdə rus dili fənnini tədris edən təlimçi müəllimlər üçün metodik seminar və dəyirma masa keçirilməsi nəzərdə tutulub. Tədbirdə Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyin nümayəndələri, Rusiyadan ölkəmizə gəlmiş pedaqoji elmlər doktoru İ. B. Avdeyeva, filologiya elmləri doktoru, professor B. İ. Annuşkina, “ Rus dili. Kurslar” nəşriyyatı redaksiyasının direktoru, filologiya elmləri namizədi N.O.Kozina, Sankt-Peterburq konservatoriyasının professoru Q. Q. Malişev və digər rəsmi qonaqlar iştirak edəcəklər. 
Seminar sentyabrın 24-də saat 15-də Lənkəran Dövlət Universitetində başlayacaq və ertəsi gün öz işini davam etdirəcək. Sentyabrın 25-də saat 18-də ölkəmizdə Rusya kitab sərgisi çərçivəsində keçirilən tədbirlərin yekunu olaraq Lənkəran Dövlət Universitetində mətbuat konfransı keçiriləcəkdir.  ]]>
<![CDATA[ Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Qaradağ və Binəqədi rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİSEF-in Bakı ofisinin rəhbəri və digər rəsmi şəxslər iştirak edib. 
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov sakinləri yeni uşaq bağçalarının fəaliyyətə başlanması münasibətilə təbrik edib. Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli «Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Sərəncamının əhəmiyyətindən söz açan nazir dövlətin məktəbəqədər təhsil müəssisələrinə daim diqqət və qayğı göstərdiyini nəzərə çatdırıb. Nazir vurğulayıb ki, ilin sonunadək 6 dövlət məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunacaq və 3 özəl bağça körpələrin ixtiyarına veriləcəkdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına yaxın vaxtlarda regionlarda daha bir neçə məktəbəqədər təhsil müəssisəsinin tikilərək uşaqlara hədiyyə ediləcəyini söyləyən Misir Mərdanov göstərilən yüksək diqqət sayəsində yaxın illərdə məktəbəqədər təhsil müəssisələrinin problemlərinin aradan qaldırılacağına əminliyini ifadə edib. 
Sonda nazir və digər qonaqlar uşaq bağçalarında balacalar üçün yaradılmış şəraitlə tanış olublar. 
Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müasir avadanlıq və əyani vəsaitlərlə təmin edilib.  ]]>
<![CDATA[ Seminarın məqsədi ingilis dili müəllimlərinin bilik səviyyəsinin artırılması, beynəlxalq dil olan ingilis dilinin məktəblərdə intensiv tədrisi səviyyəsinin artırılması üçün bu dilin müasir təlim metodları ilə tədrisinin öyrədilməsindən ibarət olub. 
Seminarlar ingilis dili üzrə mütəxəssislər tərəfindən Quba, Xaçmaz, Tovuz, Göyçay, Şəki, Zaqatala, Beyləqan, Lənkəran, İsmayıllı rayonlarında və Gəncə şəhərində keçirilib.  ]]>
<![CDATA[ Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində I və II kursunda təhsil alan, bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilər. 
1. ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə) ; 
 3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən verilir, 2 ədəd, formanı http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə edə bilərsiniz); 
4. http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytında yerləşdirilmiş müraciət forması və digər faylları (xüsusi anket forması, şəxsi bəyannamə, maliyyə mənbələri haqqında bəyannamə) doldurularaq, elektron versiyaları admission3@kaist.edu elektron poçt ünvanına və çap versiyası Təhsil Nazirliyinə təqdim olunmalıdır. 
5.ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış;
 6. ali məktəb tərəfindən verilən tələbənin təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın sürətləri (notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcüməsi); 
7.TOEFL və ya digər beynəlxalq səviyyəli sertifikatı olmalıdır. 
8.tərcümeyi-hal (CV) (2 dildə-Azərbaycan və xarici dildə); 
9.3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil. 
10.Şəxsiyyət vəsiqəsinin surəti. 
Sənədlərin təqdim edilməsi üçün son müddət 10 may 2009-cu il. 
Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 260; 288).  ]]>
<![CDATA[ “Microsoft Azərbaycan” şirkətinin dəvəti ilə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva və “Təhsildə əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov bu konfransda iştirak etmişlər. 
Azərbaycan nümayəndə heyətinin qeyd edilən konfransda iştirakının məqsədi “Microsoft” şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdan ibarət idi. 
Nümayəndə heyəti innovativ məktəblər mövzusuna həsr olunan müzakirə, treninq və seminarlarda iştirak etmiş, bu istiqamətdə aparılan işlərlə yaxından tanış olmuşlar. 
Onu da qeyd edək ki, nümayəndə heyətinin bu tədbirdə iştirakı Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.  ]]>
<![CDATA[ 2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. 
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilib, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunub. 
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” na əsasən 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. 
Onu da qeyd edək ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binası istifadəyə verilib.
2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunub. Ötən il Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir edilib. 2009-cu ildə isə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub. 
Ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.  ]]>
<![CDATA[ Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır. 
Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilir. 
Dövlət Proqramına əsasən Məlumat və Resurs Mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. Proqrama uyğun olaraq təhsil portalı yaradılması, fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksindən istifadə olunması və yayılması, elektron təhsil resurslar bazasının hazırlanması və təhsil bazasına inteqrasiya edilməsi nəzərdə tutulub. Artıq bu sahədə müvafiq işlər aparılır. 
Onu da qeyd edək ki, təhsil sisteminin inzibati idarəetmə, pedaqoji və texniki heyətinin İKT savadlılığının artırılması üçün treninq, eləcə də digər kompleks tədbirlərin həyata keçirilməsi, kompüter Şəbəkələrinin Təhlükəsizlik Xidməti üzrə mütəxəssislərin hazırlanması və müxtəlif treninq proqramlarında iştirakına 2008-ci ilin noyabrından başlanmışdır. 
Həyata keçirilən layihələrdən biri də Elektron Məktəb Layihəsidir. Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə başlamışdır. Layihə çərçivəsində məktəblər üçün əlavə noutbuk, proyektor dəstləri və elektron lövhələr alınmışdır. 
Cari ildə məlumat və resurs mərkəzləri ilə bağlantı yarada bilmələrini təmin etmək üçün həmin məktəblər xüsusi proqram təminatı və elektron dərslərlə təmin olunacaq. Hazırda məktəblərdə yüksək sürətli internet, internet bağlantısı vasitəsi ilə video görüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir, həmçinin mart ayında məktəblərdə İP-telefoniya xidməti də quraşdırılacaq. 
Beləliklə, bu məktəblər həm Bakı şəhər Baş Təhsil İdarəsi, həm Təhsil Nazirliyi, eləcə də Məlumat Resurs Mərkəzləri ilə video bağlantılar yarada biləcəklər.  ]]>
<![CDATA[ Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: “Məzmunda innovasiyalar" və “Tərəfdaşlıqda innovasiyalar". 
“Məzmunda innovasiyalar” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsi üzrə aparılacaq. 
“Tərəfdaşlıqda innovasiyalar” nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar minsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoji, həm də valideynlərdən ibarət münsiflər heyəti tərəfindən birinci, ikinci və üçüncü yerlər olmaqla müəyyənləşdiriləcək. 
Layihələrin qəbulu 31 yanvar tarixində başa çatacaq. 
Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq, itn-az@live.com ünvanına göndərmək lazımdır. 
Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.  ]]>
<![CDATA[ Bu məqsədlə münsiflər heyətinin tərkibi də təsdiq edilib. 
]Müsabiqədə iştirak etmək istəyənlər itproject@ist.edu.gov.az ünvanında 1 mart 2009-cu il tarixinədək qeydiyyatdan keçməlidirlər. Layihələrin qəbulu aprelin 6-dək Z.Əliyeva adına məktəbdə aparılacaq. Müsabiqənin finalı 18-19 aprel tarixlərində Bakı şəhərində keçiriləcək.
 Qeyd edək ki, ən yaxşı layihələrin təhsil portalında yerləşdirilməsi, onların disk şəklində çoxaldılaraq məktəblərə paylanması nəzərdə tutulur.  ]]>
<![CDATA[ İclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, ali məktəb rektorları, orta ixtisas təhsili müəssisələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon və şəhər təhsil şöbələrinin rəhbər işçiləri, məktəb direktorları və digər şəxslər iştirak edib. 
Kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq iştirakçıları salamlayıb.
 Sonra nazir 2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələrə dair məruzə-təqdimatla çıxış edib. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Misir Mərdanov 2008-ci ildə 201, son 5 ildə isə 900-dən çox təhsil işçisinin Prezident sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldüyünü bildirib. Təhsilin bütün pillələrində inkişaf dinamikasından danışan nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, gələcək perspektivlər haqqında geniş məlumat verib. Təhsil naziri daha sonra 2008-ci ildə təhsil sahəsində baş verən ən mühüm hadisələri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov Azərbaycan təhsilinin son illər uğurla inkişaf etdiyini, onun məzmunun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışında nazir ölkəmizdə geniş vüsət almış məktəb tikintisindən, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT ilə təminatı vəziyyətinə toxunaraq həmin istiqamətdə görülən işlərdən söz açıb. 
Misir Mərdanov Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. 
Nazir orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklər, elektron dərs vəsaitləri, əlavə tədris materialları, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılması, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığı və digər məsələlər barəsində də geniş məlumat verib. Eyni zamanda nazir 2009-cu ildə qarşıda duran vəzifələrdən söz açıb. 
Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. 
Kollegiya iclasında çıxış edən millət vəkilləri, ali məktəb rektorları təhsil naziri Misir Mərdanovun geniş və məzmunlu məruzəsini yüksək qiymətləndirib, ölkəmizdə təhsilin getdikcə inkişaf etdiyini diqqətə çatdıraraq, bununla bağlı öz fikir və mülahizələrini qeyd ediblər. 
(Bu barədə ətraflı məlumat saytın nazirlik bölümünün kollegiya materialları, çıxışlar lihkində)  ]]>
<![CDATA[ Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən ibarətdir: Təhsil Nazirliyi, təhsil şöbələri, məktəblər. 
Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır. 
Ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər) icrasından sonra mövcud problemlər aradan qaldırılmış, TİMS proqram təminatının yeni modulları – “TİMS-məktəb” və “TİMS-Təhsil şöbəsi” yaradılmış, proqram təminatı ilə işləmək qaydaları müvafiq şəxslərə öyrədilmişdir. 
Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. 
Sistemin veb versiyasının, eləcə də məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.  ]]>
<![CDATA[ Təhsil Nazirliyində 2008/2009-cu dərs ilinə I, III-XI sinif şagirdləri üçün 102 adda 4.284.400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4.078.600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiq edilmişdir. I siniflər üçün nəzərdə tutulan 13 adda dərsliyin 12-si, 21 adda müəllim üçün vəsaitin 20-si müəyyən edilmiş tirajla, III-XI siniflər üçün nəşri nəzərdə tutulan 68 adda 3.543.900 nüsxə dərsliyin 31-i mövcud şagird kontingentinin 30%-i, 4-ü 45%-i, 33-ü isə 105%-i həcmində çap olunmuşdur. 
Azərbaycan bölməsi üçün 7 adda yeni dərslik – “Azərbaycan dili” – VI, VII, VIII sinif, “İnformatika” – IX sinif, “Təsviri incəsənət” – V sinif, “Fransız dili” – X sinif, “Rus dili” – X sinif, rus bölməsi üçün isə 3 adda – “İnformatika” – VII sinif, “Literatura” - X sinif və “Çelovek i obşestvo” – XI sinif dərslikləri çap olunmuşdur. 
Respublikanın xüsusi məktəbləri üçün dərsliklərin nəşrinə ciddi diqqət verilmişdir. 2008-ci ildə Gözdən əlil uşaqlar üçün (xüsusi iri şriftlərlə və brayl əlifbası ilə) 30 adda 2130 ədəd, zəif eşidən uşaqlar üçün isə 3 adda 900 nüsxə tirajla III, IV və V siniflərə dair “Oxu” dərslikləri çap olunmuşdur. 
Ümumtəhsil məktəbləri üçün 2008-ci ildə 15 fənn üzrə 140 adda 1.400.000 tədris plakatı çap olunaraq təhsil müəssisələrinə paylanılmışdır. 
Respublikanın məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış 33 adda plakat, 39 adda test və təlim kitabı və 4 adda metodik vəsait təsdiq edilmiş və çap olunaraq məktəbəqədər təhsil müəssisələrinə paylanmışdır. 
Ötən il Gürcüstanın təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün 16 adda 20025 ədəd, Dağıstan məktəblərinə isə 19 adda 1752 ədəd dərslik göndərilmişdir. MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, o cümlədən, Rusiya, Ukrayna, Belarusiya,, Orta Asiya, Macarıstan, Almaniyaya “Əlifba”, “Oxu”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” dərslikləri, coğrafi xəritə və digər tədris vəsaitləri göndərilmişdir. 
<![CDATA[ Qeyd olunan sənədə əsasən nazirliyin müvafiq struktur bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması, ictimai nəzarətin gücləndirilməsinin təmin edilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib. 
Hazırda Təhsil Nazirliyində “Qaynar xətt”fəaliyyət göstərir və 496-37-61, 496-34-82 saylı telefonlar, eləcə də qaynar-xett@edu.gov.az e-mail ünvanı vasitəsilə əlaqə yaratmaq mümkündür.  ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.
Qonaqlar rəmzi açılışı bildirən qırmızı lenti kəsərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və uşaq evinin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi, eləcə də Yeni il münasibətilə təbrik ediblər.
 Sonra qonaqlar Günərzi Qayğı Mərkəzini, uşaq evini gəzərək uşaqların yaşama və təhsil alması, asudə vaxtlarının təşkili, istedadlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, ümumilikdə 80 uşağa xidmət edəcək Günərzi Qayğı Mərkəzi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihəyə əsasən təşkil edilib. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb ediləcək. 
O da qeyd olunub ki, mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək və uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaq. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq olaraq uşaqla iş aparılacaqdır. 
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk dəfə yaradılan Günərzi Qayğı Mərkəzini yüksək qiymətləndirib. Qeyd olunan mərkəzin yaradılmasını yeni hadisə kimi dəyərləndirən nazir buradakı mövcud şəraitdən razı qaldığını bildirib. Nazir ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən bu işi yaxın gələcəkdə digər uşaq evləri və internat məktəblərində reallaşdırmağın əhəmiyyətini vurğulayıb. 
Sonda uşaqlar bədii proqramla çıxış ediblər.  ]]>
2008-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 113 yeni məktəb, 2 internat məktəbi, 34 məktəb üçün əlavə korpuslar, 4 rayon Təhsil Şöbəsi üçün inzibati binaların tikintisi və 126 tədris müəssisəsinin əsaslı təmir işləri həyata keçirilib.
<![CDATA[ Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına qəza vəziyyətində olan 15 məktəb binası yenisi ilə əvəz edilib və 27 məktəbdə təmir işləri aparılıb. 
Respublika üzrə 206 məktəbdə istilik sistemlərinin əsaslı təmiri, bərpası və yeni fərdi qazanxanaların tikintisi icra edilib. 
Məlumat üçün qeyd edək ki, 2009-cu ilin Dövlət Proqramı Layihəsində 117 yeni məktəbin, 27 məktəb üçün əlavə korpusun tikintisi, 151 tədris müəssisəsinin əsaslı təmiri, 300-ə qədər məktəbin istilik sistemlərinin əsaslı təmiri və bərpası nəzərdə tutulub.  ]]>
<![CDATA[ Nazirliyin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən 24 adda müxtəlif təlim vəsaitləri, metodik ədəbiyyat, test kitabları, masaüstü oyunlar, uşaqlar üçün nağıl kitabları və s. hazırlanaraq məktəbəqədər müəssisələrə çatdırılıb. 
2009-cu ildə 19 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
 Məlumat üçün qeyd edək ki, hazırda respublika üzrə 103 900 uşağı əhatə edən 1658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyi sistemində olan 1592 məktəbəqədər müəssisədə 98 029 uşaq tərbiyə alır. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən lisenziya almış 6 özəl məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir. 
Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 16,3% təşkil edir.  ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və ölkəmizin tanınmış idman mütəxəssisləri iştirak ediblər. 
Öncə qonaqlar idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Futbol məktəbinin direktoru Fazil Eyyubovun verdiyi məlumata görə bu müəssisədə 1500 uşaq və gənclə 40 məşqçi-müəllim məşğul olur. 
Təhsil naziri Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət, qayğı göstərdiyini qeyd edib və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların sayının getdikcə artdığını diqqətə çatdırıb. Nazir Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq birgə işgüzar əməkdaşlığı yüksək qiymətləndirib. Məktəbin istilik sistemi ilə maraqlanan Misir Mərdanov yeni idman kompleksinin tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazasının lazımi səviyyədə olmasından razı qaldığını bildirib. 
Sonra nazir iştirakçıları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. 
Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq görülən işlərdən söz açıb. 
Mərasimin sonunda təhsil naziri və qonaqlar uşaqlarla xatirə şəkli çəkdirib.  ]]>
<![CDATA[ Konfransın keçirilməsində əsas məqsəd müasir cəmiyyətdə hər bir vətəndaşın iştirakına, peşə, sosial və mədəni tələbatlarını ödəyən yaşlıların təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir. 
Konfransda çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov ölkəmizdə yaşlıların təhsili ilə bağlı məlumatların azlığı məsələsinə toxunub və bu istiqamətdə lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib. İ. İsgəndərov yaşlıların təhsili ilə əlaqədar dünya təcrübəsindən də danışıb. Nazir müavini bu mövzu ilə bağlı ictimaiyyətin maarifləndirmə işinin aparılmasını xüsusilə vacib sayıb. 
İ.İsgəndərov ölkə Prezidentinin təsdiq etdiyi peşə təhsilinin inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işləri diqqətə çatdırıb və hazırda həmin proqramın müddəalarına əsasən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
 Sonda mövzu ilə bağlı məruzələr dinlənilib, həlli vacib olan təkliflər səslənib. 
Onu da qeyd edək ki, tədbir Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.  ]]>
<![CDATA[ Mərasimdə Sülh Korpusunun könüllüsü Linda Rives çıxış edərək Azərbaycana dəvət edildiyinə, eləcə də bütün könüllüləri evlərinə qəbul etmiş ailələrə, təmsil olunduğu təşkilatın əməkdaşlarına və digər qurumların nümayəndələrinə minnətdarlığını bildirib, qazandığı təcrübə və bilikləri azərbaycanlı uşaqlara öyrətməkdən məmnun olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həmin könüllülərin 26 nəfəri “İngilis dilinin tədrisi proqramı” üzrə azərbaycanlı şagird və müəllimlərə bu dili öyrənmək üzrə kömək göstərəcəklər. 
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə Sülh Korpusunun Azərbaycandakı nümayəndəliyi arasında 2003-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında ölkəmizin kənd rayonlarının ümumtəhsil məktəblərində “İngilis dilinin tədrisi proqramı” həyata keçirilir. Təşkilat “İqtisadi inkişaf” və “Gənclərin inkişafı” proqramları istiqamətində də iş aparır. 
Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Sülh Korpusunun 145 nəfər könüllüsü ölkəmizin 44 bölgəsində proqram çərçivəsində ümumtəhsil məktəblərində şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq iş aparmışlar. Eyni zamanda şagirdlərin bu dildə sərbəst danışmaları üçün əlavə tədbirlər həyata keçirmiş, fənnə dair tədris metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə yaxından kömək göstərmişlər. 
Onu da qeyd edək ki, 1961-ci ildə ABŞ-da yaradılan bu təşkilatın hazırda dünyanın 76 ölkəsində nümayəndəliyi vardır.  ]]>
<![CDATA[ Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin ali təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, son illər bu istiqamətdə aparılan dəyişikliklərdən söz açıb. Nazir bildirib ki, ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsil alanlara həm nəzəri biliklərin öyrədilməsi və həm də praktik vərdişlərin aşılanması zamanı həyata keçirilir. 
Misir Mərdanov ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili, keçirilməsi vəziyyətindən danışaraq mövcud problemlər haqqında da məlumat verib. Eyni zamanda keçirilən iclasın müzakirə olunan məsələnin həlli istiqamətində mühüm rol oynayacağını qeyd edib. 
Sonra Misir Mərdanov müvafiq sahə üzrə ətraflı məlumat vermək üçün sözü nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə verib. 
İ. Mustafayev “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda təqdimat edib. O öz təqdimatında iştirakçılara bu sahədə olan real vəziyyət, təcrübənin təşkili və həyata keçirilməsində yaranan problemlərdən söz açıb, eləcə də ixtisas üzrə təcrübələri günün tələblərinə cavab verə biləcək səviyyədə qurmaq məqsədilə müvafiq təkliflərlə çıxış edib. 
Kollegiya iclasında bir sıra ali təhsil müəssisələrinin rəhbərləri çıxış edərək bugünkü müzakirədən sonra qeyd olunan istiqamətdə müsbət nəticə əldə olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.  ]]>
<![CDATA[ Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov KADO-nun xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli təmin edilməsi məqsədilə yaradılan və Koreya dövləti tərəfindən birbaşa dəstək verilən bir təşkilat olduğunu bildirib. Nazir qeyd edib ki, əhalinin informasiya və kommunikasiya sistemləri ilə təchizi, müasir texnologiya və avadanlıqlarla tanış edilməsi, informasiya almaq imkanlarının yaxşılaşdırılması bu təşkilatın əsas vəzifələrindəndir. 
Misir Mərdanov onu da əlavə edib ki, bu layihəyə qoşulmaqda əsas məqsəd ən son informasiya texnologiyalarına yiyələnməklə qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirak etməkdir. 
Mərasimdə BDU-nun rektoru Abel Məhərrəmov, Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvang Chul və KADO-nun vitse-prezidenti Park Von Geun çıxış ediblər. 
Sonra lent kəsilərək mərkəzə baxış keçirilib. 
Məlumat üçün qeyd edək ki, 3 geniş otaqdan ibarət olan bu mərkəzdə 75 kompüter və iki genişekranlı proyektorlar quraşdırılıb.  ]]>
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin Fransa ali məktəblərində təhsil alması üçün Təhsil Nazirliyi Fransada Orta və Ali təhsilin Təşkili Mərkəzi (KNOUS) ilə birgə müvafiq işlər həyata keçirib.
<![CDATA[ Məlumat üçün bildiririk ki, bu təşkilat dünyanın 130-dan artıq ölkəsindən olan tələbələrin Fransa ali məktəblərində təhsilini təşkil edir. Təşkilatın əsas funksiyası xarici vətəndaşların qəbul edilərək yaşayış yeri ilə təmin olunması, onlar üçün ödənilmiş təqaüdlərin paylanılması, xarici tələbələrin dil kurslarında və universitetlərdə yerləşdirilməsini təmin etməkdən ibarətdir. 
2007-ci ilin yayında müvafiq Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə KNOUS təşkilatı arasında Saziş imzalanıb. Sazişin şərtlərinə görə bu təşkilat Fransanın Bakıdakı səfirliyi ilə birgə orada təhsil almaq üçün göndəriləcək vətəndaşların ilkin seçim mərhələsini, eyni zamanda azərbaycanlı tələbələrin Fransada qarşılanması, dil kurslarında və universitetlərdə yerləşdirilməsi, yaşayış yerləri ilə təmin olunmasını həyata keçirir, həmçinin onların təqaüdlərini idarə edir.
Qeyd olunan Dövlət Proqramı çərçivəsində 2007-ci ildə 13, 2008-ci ildə isə 27 azərbaycanlı gənc Fransada təhsil almaq üçün həmin ölkəyə göndərilib.  ]]>
<![CDATA[ İki gün davam edəcək konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək dövlət başçımızın ali təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib və son illər müvafiq istiqamətdə həyata keçirilən mühüm tədbirlər, imzalanmış fərman, sərəncam və digər sənədlər haqqında məlumat verib. Nazir əlavə edib ki, aparılan işlər sırasında xüsusi istedada malik gənclərin aşkar edilməsi mühüm yer tutur. Eyni zamanda Misir Mərdanov qeyd olunan məqsədlə Təhsil Nazirliyinin müxtəlif müsabiqə, elmi konfrans və fənn olimpiadaları keçirdiyini vurğulayıb. Nazir ali məktəb tələbələrinin elmi konfranslarının keçirilməsində əsas məqsədin onların elmi tədqiqat işinə maraqlarının artırılması, gənclərə elmi araşdırılmaların nəticələri üzrə fikir mübadiləsi aparmaq üçün imkan yaradılması olduğunu diqqətə çatdırıb.
Misir Mərdanov çıxışının sonunda konfransın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə eyni zamanda ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb. Misir Mərdanov diqqətə çatdırıb ki, cari il oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 10 fənn üzrə olimpiada keçirilib, münsiflər heyətinin qərarına görə 82 tələbə mükafata layiq yer tutub.
Mərasimin sonunda qaliblərə diplomlar, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi pul mükafatları və hədiyyələr təqdim olunub. ]]>
<![CDATA[ Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X – XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır. 
20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.  ]]>
<![CDATA[ Son 5 il ərzində ölkə Prezidenti İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində 1600-dən artıq yeni məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması cəmiyyətdə təhsilimizin uğurlu gələcəyinə inamı daha da gücləndirmişdir. 
Ölkə təhsilində islahatların dönməz xarakter alması Azərbaycan hökuməti ilə Dünya Bankı arasında son 10 ildə bağlanmış sazişlər çərçivəsində həyata keçirilən fundamental tədbirlərin real nəticələrində daha aydın özünü göstərir. Həmin müddətdə digər sahələrlə yanaşı, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində aparılan islahatyönümlü işlər daha geniş vüsət almış, yüzlərlə təhsil mütəxəssisinin-tanınmış alimlərin, metodist-pedaqoqların, məktəb rəhbərləri və müəllimlərin birgə əməyinin məhsulu kimi meydana çıxan "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədinin respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi və bu dövlət əhəmiyyətli sənədin tələbləri əsasında ümumtəhsil məktəbləri üçün mahiyyətcə tamamilə orijinal olan fənn kurrikulumlarının hazırlanıb 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə tətbiqi ilə ümumi təhsil sahəsində yeni bir dövr başlanmışdır. 
Mühüm nailiyyətlərdən biri də Təhsil Nazirliyinin hazırladığı "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədinin Nazirlər Kabineti tərəfindən qəbul edilməsi və bu sənədə əsasən uzun illərdən bəri kök salmış ənənədən imtina edilərək müasir dünya təcrübəsinə uyğun surətdə orta məktəb dərsliklərinin komplekt şəklində (dərslik, müəllim üçün vəsait, şagirdlər üçün iş dəftəri) nəşriyyatlarla müəlliflər qrupu arasında bağlanmış müqavilə əsasında yazılıb hazırlanması və istifadəyə veriləcək komplektlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi olmuşdur. Bu işi tənzimləmək üçün Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmış, onun tərkibinə görkəmli alimlər və tanınmış təhsil mütəxəssisləri daxil edilmişdir. Artıq yeni mexanizm əsasında hazırlanıb DQŞ tərəfindən müsbət qiymətləndirilən dərslik komplektləri yeni dərs ilindən I sinifdə işləyən müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Aparılan təhlillər və yerlərdən daxil olan rəylər göstərir ki, ilk təcrübə kimi meydana çıxan yeni dərslik komplektləri rəğbətlə qarşılanmışdır. 
Bununla belə, vaxtilə ibtidai siniflər üçün "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin müəlliflərindən biri olmuş "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı 2008-ci ildə DQŞ-yə təqdim etdiyi "Riyaziyyat-1" dərslik komplektinin guya ədalətsizlik nəticəsində müsabiqədən keçmədiyini əsas tutaraq mətbuatda, xüsusilə də "Azadlıq" qəzetində böhtan xarakterli silsilə yazılar dərc etdirir. Təvazökarlıq hissindən tamamilə uzaq olan Ə.Osmanlı bu yazılarında dəridən-qabıqdan çıxaraq özünü ictimaiyyətə "əvəzolunmaz dərslik yaradıcısı" kimi təqdim etməyə çalışır, qatı inkarçılıq yolu tutaraq DQŞ-nin və işçi qrupunun bütün üzvlərini qeyri-peşəkarlıqda, savadsızlıqda, dərslik problemlərinə bələd olmamaqda ittiham etməkdən belə çəkinmir. İbtidai siniflərdə bir gün də işləməyən, şagirdlərlə ünsiyyətdə olmayan, lakin iddiaları və ədaları yerə-göyə sığmayan Əlövsət Osmanlı "mən olmayan yerdə nə varsa pisdir" prinsipini yeridərək müsabiqədən qalib çıxmış "Riyaziyyat-1" və "Həyat bilgisi" dərslik komplektlərində müsbət heç nə görmür, nəyin bahasına olursa-olsun onları gözdən salmaq məqsədi güdür.      
Başdan-başa əsassız ittihamlarla, qərəzli və təhqiramiz ifadələrlə dolu olan bu yazılar, əslində, Əlövsət Osmanlının mənəvi aləmini açıq-aydın göstərir. özündən başqa heç kimi bəyənməmək, şəxsi mənafeyi naminə iftira və böhtanların quluna çevrilmək onun hansı keyfiyyətlərə malik olduğundan xəbər verir.
Hesab edirik ki, Əlövsət Osmanlının illüziyalar toplusu olan bu yazılarını silsilə şəklində dərc etməklə "Azadlıq" qəzeti heç də vətəndaşlıq mövqeyi göstərməmişdir. Həmin yazılara alternativ məqalələri dərc etməməsi isə qəzetin adı ilə daban-dabana ziddir. 
Təhsil Nazirliyi bildirir ki, bu cür böhtan xarakterli yazılar sağlam pedaqoji qüvvələr tərəfindən qəbul edilmir və ictimaiyyətin diqqətini əsl həqiqətlərdən yayındırmaq məqsədi daşıyan qərəzli mövqe kimi qiymətləndirilir.  ]]>
Dekabrın 1-də təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüşüb.
<![CDATA[ Görüşdə ali və peşə təhsili üzrə bir sıra məsələlər, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub. 
Təhsil naziri Misir Mərdanov qonağı salamladıqdan sonra son illər ölkəmizdə peşə təhsili sahəsi üzrə həyata keçirilən tədbirlər, bu sahəyə olan dövlət qayğısı, mövcud Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə yaradılan əlaqələr, “British Council” tərəfindən müəyyən layihələrin reallaşdırılmasından söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə həyata keçiriləcək II layihədə bu sahənin inkişafına geniş yer ayrıldığını qeyd edib. 
Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. Bu sahənin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyindən danışan nazir bu il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda Misir Mərdanov müvafiq işin İsmayıllı rayonunda da aparıldığını diqqətə çatdırıb, eləcə də nəzərdə tutulan digər işlər haqqında məlumat verib. Ölkəmizin ali təhsil sahəsi üzrə bir sıra addımlar atıldığını diqqətə çatdıran nazir Avropa ali təhsil əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və Boloniya prosesi çərçivəsində görülən işlər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər haqqında danışıb. 
Cənab Alan Vaddams təhsil naziri Misir Mərdanova səmimi qəbul və ətraflı məlumat verdiyi üçün təşəkkür edib. 
Sonra qonaq peşə təhsili sahəsi üzrə yeni layihədən söz açaraq onun məqsədinin ölkəmizdə peşə təhsilinin inkişafına yardım etmək olduğunu qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub. 
Görüşdə peşə təhsili kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın prioritet istiqamətləri, eləcə də digər vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  ]]>
<![CDATA[ Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. 
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və “British Council” təşkilatına təşəkkür edib. 
Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin Öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır. 
Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub. 
Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir. 
Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb.
Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb.
Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə “British Council” təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb. 
Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb. 
Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib. 
“British Council”un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə iştirak edib. 
<![CDATA[ Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və təhsil işçiləri iştirak edib. 
Seminarda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və tədbirin yüksək əhəmiyyət daşıdığını qeyd edib. 
Təhsil İslahatları Proqramının həyata keçirilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısını xüsusi vurğulayıb. 
Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı mövcud əməkdaşlıq, I layihə çərçivəsində həyata keçirilən islahatlar, 10 illik Təhsil İslahatı Proqramı üzrə əldə olunan nailiyyətlər, perspektivlər haqqında geniş məruzə edib. Nazir cari ildən etibarən orta məktəblərin I siniflərində ümumi təhsilin milli kurrikulumunun tətbiq edilməsini bu uğurlardan biri kimi qiymətləndirib. Eyni zamanda nazir II layihə barədə iştirakçıları məlumatlandırıb. Nazir bildirib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır. Misir Mərdanovun verdiyi məlumata görə, layihə 2008-2013-cü illəri əhatə edəcək və onun həyata keçirilməsi üçün 45.4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir, 20.4 milyonu isə Azərbaycan Hökumətinin iştirak payı kimi müəyyənləşdirilib. 
Baş nazirin müavini Elçin Əfəndiyev seminarda çıxış edərək, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından danışıb. E.Əfəndiyev bildirib ki, son 5 ildə ölkəmizdə qeyd olunan sahə üçün ayrılan büdcə vəsaitinin məbləği 5 dəfə artırılıb. E.Əfəndiyev Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində müsbət addımlar atıldığını vurğulayaraq II layihənin aparılması işinə uğurlar arzulayıb. 
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq II layihənin əhəmiyyətini qeyd edib, tədris prosesində təlim texnologiyalarından səmərəli istifadə edilməsini, kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar.   
Sonra “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək”, “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi”, “Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə”, “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” və digər mövzularda təqdimatlar olub, təhsilin müxtəlif sahələri üzrə müzakirələr aparılıb. 
Seminar öz işini davam etdirir.  ]]>
<![CDATA[ Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdullayev iştirakçıları səmimi salamlayıb. 
Təhsil naziri Misir Mərdanov çıxış edərək keçirilən konfransın əhəmiyyətini xüsusi qeyd edib və təqdirəlayiq hal kimi dəyərləndirib. 
Sonra nazir konfransın işinə uğurlar arzulayaraq dünyanın müxtəlif ölkələrindən gələn alimlərin elmi müzakirələr keçirməsini yüksək qiymətlləndirib. Eyni zamanda nazir gələcəkdə bu işi davam etdirməyin məqsədəmüvafiq olduğunu diqqətə çatdırıb. 
Konfransda Fransa, Rusiya, Türkiyə, Braziliya, Yaponiya və başqa ölkələrdən gələn qonaqlar, eləcə də ali məktəb rəhbərləri iştirak edib.  ]]>
<![CDATA[ Konfransı giriş nitqi ilə təhsil naziri Misir Mərdanov açıb. Nazir müvafiq Dövlət Proqramının əhəmiyyətindən, onun həyata keçirilməsi istiqamətində görülən işlərdən, dövlət qurumları, həmçinin beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan danışıb. Nazir eyni zamanda proqramın icrası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən söz açıb. 
Misir Mərdanov bildirib ki, qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi nəzdində yaradılmış İşçi Qrup 2007-ci ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları və YUNİSEF-in ekspertləri ilə birgə 55 dövlət uşaq müəssisəsində sorğular keçirib. Toplanmış məlumatlar isə xüsusi kompüter proqramına işlənib, müəssisələrin və orada yaşayan uşaqların qiymətləndirilməsi aparılıb. 
Konfransda o da qeyd olunub ki, İşçi Qrup həmin qiymətləndirmə əsasında YUNİSEF-in beynəlxalq ekspertləri ilə birgə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlayıb. Baş Plan növbəti 5 ili əhatə edəcək. İlkin layihəyə əsasən, növbəti 1 il ərzində 12 müəssisənin ümumtəhsil məktəbinə, lisey və ya gimnaziyaya çevrilməsi planlaşdırılır. Növbəti 3 il ərzində 20, 5 ilə isə 23 müəssisədə transformasiya planının həyata keçirilməsi nəzərdə tutulur. Həmin müəssisələr yerli ehtiyac və imkanlardan asılı olaraq, təhsil müəssisəsinə, yaxud günərzi qayğı mərkəzinə çevriləcək. 
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hacı Rəcəbli çıxış edərək Dövlət Proqramının həyata keçirilməsində Təhsil Nazirliyinin digər dövlət qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirib. H.Rəcəbli proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış layihə ilə yanaşı, digər təklif və fikirlərin də öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. 
Konfransda Nazirlər Kabinetinin şöbə müdiri Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami, “Uşaqların xilası” təşkilatının rəhbəri Cef Cakomini, Dövlət Proqramı üzrə yaradılan İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva və digər şəxslər çıxış ediblər. 
Sonda Misir Mərdanov yekun nitqi ilə çıxış edib. Nazir öz çıxışında YUNİSEF-lə əməkdaşlıqdan razı qaldığını, birgə əlaqələrin uğurlu nəticələrini qeyd edib. Eyni zamanda nazir konfransın materiallarının kitabça şəklində çap olunub yerlərə çatdırılmasını tövsiyə edib.  ]]>
Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Belarusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yermoloyeviç Paskeviçlə görüşüb.
<![CDATA[ Görüşdə tərəflər Azərbaycanla Belarusiya arasında təhsil əlaqələri, işgüzar əməkdaşlığın qurulması ilə əlaqədar fikir mübadiləsi aparıblar. 
Misir Mərdanov səfiri səmimi salamlayaraq ölkələrimiz arasında münasibətlərin son illər inkişafı istiqamətində atılan addımlardan danışıb. Təhsil sahəsindəki əlaqələrə böyük önəm verdiyini açıqlayan nazir qonağa hazırda bu istiqamətdə aparılan işlər haqqında məlumat verib.
Cənab Paskeviç öz ölkəsinin təhsil sistemi, peşə təhsili müəssisələrinin vəziyyəti, ali məktəblərdə Boloniya prosesinə keçid üzrə iş aparılması barədə ətraflı məlumat verib. 
Səfir 2009-cu ilin mayında Belarusiyada YUNESKO-nun dəstəyi ilə “Texniki-peşə təhsilinin modernləşdirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans keciriləcəyini bildirib, ölkəmizin də bu tədbirdə iştirakının məqsədəuyğunluğunu və dəvət olunduğunu qeyd edib.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafı üçün işçi qrup yaradılması, tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə-təhsili müəssisələrində kadr hazırlığı, eləcə də digər məsələlər müzakirə olunub.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
Sonra nazir ölkəmizdə öz missiyasını uğurlu yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb.
Misir Mərdanov həyata keçirilən layihələrin hər biri haqqında ətraflı məlumat verərək, YUNİSEF-lə əməkdaşlığın perspektivlərindən də söz açıb. Nazir erkən yaş dövründə uşaqların inkişafı sahəsində əməkdaşlığın, ilkin müəllim hazırlığı üzrə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, ümumi orta təhsil sistemində kurrikulumun tətbiqi, müəllimlərin ixtisasartırma sistemi ilə bağlı yeni mexanizmlərin yaradılması və digər istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib. 
Cənab Məhəmməd Bendris Alami səmimi qəbul, eləcə də YUNİSEF-lə əməkdaşlığın istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Qonaq birgə əlaqələrin inkişafı üzrə səmərəli əməkdaşlığın təşkili, gələcəkdə reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb. 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  ]]>
<![CDATA[ Nazir qonaqlara iki ölkə arasındakı mövcud təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib, bu əməkdaşlığı yüksək qiymətləndirərək əldə olunan nailiyyətlərdən danışıb.
Misir Mərdanov ölkəmizin mövcud təhsil sistemi, orta təhsilin strukturu və vəziyyətindən söz açıb, eləcə də qonaqların lazımi məlumata malik olması üçün onların orta təhsil müəssisələrinə baş çəkməsinin vacibliyini açıqlayıb. Nazir həmçinin iki ölkənin universitetləri arasındakı mövcud əlaqələrdən, qarşılıqlı tələbə mübadiləsindən danışaraq bu əməkdaşlığın orta məktəblər üzrə də aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Eyni zamanda “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsini irəli sürən Misir Mərdanov həmin məktəblər arasında müəllim mübadiləsinin təşkilinin bu sahədə müsbət dəyişikliyin əldə olunmasına şərait yaradacağını bildirib. 
Sonra nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Ankara Şəhər Təhsil Şöbəsinin birgə iş aparması, eləcə də ortaq tarix, ədəbiyyat, yaxud coğrafiya dərsliyinin hazırlanması, müvafiq proqramların yaxınlaşdırılması təklifi ilə çıxış edib. 
Səmimi qəbul və dəvət üçün Misir Mərdanova təşəkkürünü bildirən cənab Kamil Aydoğan nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdırıb. O öz ölkəsində ibtidai və əsas təhsil sahəsi, peşə məktəblərinin rolu və onların bugünkü vəziyyəti haqqında ətraflı məlumat verib. 
Misir Mərdanov öz növbəsində qonaqların ölkəmizin bir neçə peşə təhsili müəssisəsinin rəhbərliyi ilə görüşməsinin əhəmiyyətini qeyd edərək, bununla bağlı nazirliyin müvafiq şöbə müdirinə konkret tapşırıqlar verib. 
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da iştirak ediblər.  ]]>
<![CDATA[ Koordinatorlar buraxılış siniflərində oxuyan 80 minə qədər şagird, onların valideyni, müəllim və imtahan nəzarətçisi kimi iştirak edəcək müəllimlərlə görüşmüş, imtahan prosesində onların vəzifələri haqqında treninqlər keçirmişlər. 
Treninqlərdə 2008-2009-cu tədris ilində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanlarının qərargah Bakı, Gəncə, Quba, Şəki və Lənkəran şəhərləri olmaqla, 5 bölgə üzrə keçiriləcəyi barədə məlumat verilmiş, şagird, valideyn, müəllim və nəzarətçilərin çoxsaylı sualları cavablandırılmış, keçən tədris ilinin imtahanları zamanı fərqlənən və nöqsanlara yol vermiş bina rəhbərləri və nəzarətçilər haqqında məlumatlar diqqətə çatdırılmışdır. 
Eyni zamanda rayon (şəhər) təhsil şöbələri ilə birlikdə 2008-2009-cu dərs ili üçün yeni imtahan mərkəzləri müəyyənləşdirilmiş, test bankı, şagirdlər və nəzarətçilər üçün yaddaş, həmçinin imtahanda psixoloji gərginliyin aradan qaldırılmasını təmin etmək məqsədi ilə hazırlanmış sənədlərin yerlərə çatdırılması təmin olunmuşdur. 
2008-2009-cu tədris ilində tətbiq ediləcək yeniliklər, o cümlədən, hər sinif otağında imtahan verəcək 18 nəfər şagirdin hər birinin ayrı-ayrı variantlar üzrə imtahan verməsi, imtahan sualların sayının azaldılması, test kitabçası və cavab kartında sualların ardıcıl nömrələnməsi, şagird nəticələrinin yekun qiymətləndirilməsi, yəni attestata yazılacaq qiymətin X və XI siniflər üzrə illik və XI sinif yoxlama və buraxılış imtahanlarındakı qiymətlər əsasında çıxarılması barədə məlumatlar treninq iştirakçılarının nəzərinə çatdırılmışdır. 
Təhsil Nazirliyinin bölgələrə ezam etdiyi koordinatorlar yerlərdə cari tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tətbiq olunan kurrikulumlarla bağlı işin gedişi ilə yaxından maraqlanmış, rayon (şəhər) təhsil şöbələrində müvafiq yığıncaqlar keçirmiş, məktəblərin birinci siniflərində dərslərin gedişində iştirak etmiş və müvafiq tövsiyələr vermişlər. 
Koordinatorlar yerli təhsili idarəetmə orqanlarının nümayəndələri ilə birlikdə bütün ümumtəhsil məktəblərində olmuş, onların vəziyyəti barədə ətraflı məlumatları Təhsil Nazirliyinə təqdim etmişlər. 
Bu treninqlərin davamı olaraq, noyabr ayından Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, onların valideynləri və fənn müəllimləri ilə təlimati yığıncaqlar keçirilməsinə başlanılmışdır. Artıq Bakı şəhərinin Əzizbəyov rayonunda bu təlimatı işin aparılması prosesi başa çatdırılmışdır. Dekabr ayının sonunadək qalan rayonların təlimatlandırılması tamamlanacaqdır. 
2009-cu ilin yanvar ayından imtahan prosesinə hazırlıq məqsədi daşıyan təlimati yığıncaqların təkrar keçirilməsi nəzərdə tutulur. 
Keçirilmiş treninqlər şagirdlər, onların valideynləri və müəllimlər tərəfindən müsbət qarşılanmış, irəli sürülən təkliflər müzakirə olunmuş və gələcəkdə nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.  ]]>
<![CDATA[ Məlumat üçün bildirək ki, bu məktəbin bərpası Avstriyanın “Hilfsverk Avstriya” təşkilatı, Gəncə Aqrobiznes Assosiasiyası (GABA) ilə birgə reallaşdırılan “Peşə məktəblərinin inkişafı” layihəsi və Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu və Cəbrayıl rayonu İcra Hakimiyyəti tərəfindən dəstəklənib.     
Kənd təsərrüfatı istiqamətli olan bu təhsil müəssisəsində ilkin olaraq 90 nəfər tələbənin təhsil alması nəzərdə tutulur. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 3 hektar ərazidə nümayiş sahəsi təşkil olunub. 
Onu da qeyd edək ki, peşə məktəbində tədrislə məşğul olacaq müəllimlər üçün GABA tərəfindən 3 aylıq ixtisas kursu təşkil edilib. İxtisas kursunu müvəffəqiyyətlə bitirənlər sertifikatla təltif olunub. Onların müvafiq məktəbdə müəllim kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Eyni zamanda həmin müəllimlərdən üç nəfərinin ixtisaslarını artırmaq məqsədilə Avstriyaya 2 aylıq təkmilləşmə kursuna göndərilməsi planlaşdırılır.  ]]>
<![CDATA[ Türkiyə Təhsil Nazirliyi, Türkiyə İş Birliyi və Kalkınma İdarəsi (TİKA), Azərbaycan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən bu seminar texniki-peşə təhsili müəssisələrində işləyən mühəndis-pedaqoji heyət üçün nəzərdə tutulub. 
Seminarın açılış mərasimində Türkiyə Təhsil Nazirliyinin Peşə Təhsili Departamentinin müdiri Yucel Yuksel və Azərbaycan Respublikasının Türkiyə Respublikasında Təhsil məsələləri üzrə nümayəndəliyinin İzmir bölməsinin nümayəndəsi Cavid Əliyev, eləcə də digər rəsmi şəxslər iştirak etmişdir. 
Qeyd edək ki, seminarda Təhsil Nazirliyinin və ölkəmizin müxtəlif peşə təhsili müəssisələrinin 10 nəfərlik nümayəndə heyəti iştirak edir. 
TİKA və Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın uğurla həyata keçirilməsi məqsədilə gələcəkdə müxtəlif istiqamətlər üzrə birgə tədbirlərin və təlim səfərlərinin təşkil edilməsi də nəzərdə tutulmuşdur. 
Seminar dekabrın 12-dək davam edəcək.  ]]>
<![CDATA[ Öncə qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk şəhidlərinin abidəsini ziyarət ediblər. 
Sonra Təhsil Nazirliyində görüş keçirilib. 
Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir qeyd edib ki, bu, YÖK başqanının ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycanla Türkiyə arasındakı mövcud təhsil əlaqələrinin son illər daha da inkişafından danışan nazir bu irəliləyişin təhsilin müxtəlif pillələri üzrə aparıldığından söz açıb. 
Ölkəmizin ali təhsil müəssisələri arasında Qafqaz Universitetinin xüsusi yeri olduğunu qonağın diqqətinə çatdıran Misir Mərdanov bu ali təhsil müəssisəsinin, eyni zamanda Azərbaycandakı türk liseylərinin fəaliyyətindən razılığını ifadə edib. Nazir həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. 
Sonra Misir Mərdanov qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq məqsədilə bir sıra problemlərin aradan qaldırılmasını önə çəkərək müəyyən təkliflərlə çıxış edib.
Cənab Yusuf Ziya Özcan bu görüşün təhsil sahəsindəki əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Birgə əməkdaşlığın, müvafiq imkanların genişləndirilməsinin vacibliyini diqqətə çatdıran qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər-universitetlərarası əlaqələrin yaradılması, birgə elmi konfransların keçirilməsi və s. üzrə fikir mübadiləsi aparılıb. 
Sonda təhsil naziri Misir Mərdanov və Türkiyənin ali təhsil naziri cənab Yusuf Ziya Özcan media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. ]]>
<![CDATA[ Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Sonra Təhsil Nazirliyində görüş keçirilib. Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və xanım Nimət Çubukçunun nazir olaraq ilk səfərini Azərbaycana etməsini xüsusi qeyd edib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Nazir bugünkü görüşün tanışlıq xarakteri daşıdığını, yaradılan əlaqələrin daha da möhkəmləndirilməsi və təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov Türkiyənin ölkəmizdəki təhsil müəssisələrinin nümunəvi fəaliyyətindən də bəhs edib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən xanım Nimət Çubukçu qardaş Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Qonaq Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri haqqında məlumat verib. Xanım Nimət Çubukçu bu görüşün birgə işbirliyinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid bəslədiyini açıqlayıb və bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçu media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.  ]]>
<![CDATA[ Yunanıstanın dövlət, hökumət başçıları, dini rəhbərlərinin də qatıldığı və 135 ölkədən 1500 nəfərin iştirak etdiyi beynəlxalq tədbirdə korrupsiyanın insanların həyatı ilə birbaşa əlaqəsindən, onun törətdiyi fəsadlardan, iqlim dəyişikliyi, enerji və su ehtiyatlarından qeyri-səmərəli istifadə və s. məsələlərdən ətraflı söhbət açılmışdır. Konfransda uşaq əməyindən istifadə, insan orqanlarının satılması, insana qarşı zorakılıq, narkotika ticarəti, ailə hüquqlarının pozulması, uşaqların mühafizəsi və s. məsələlərə də toxunulmuşdur. 
Beynəlxalq Antikorrupsiya Konfransında Azərbaycanı Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov, QHT rəhbərlərindən İnqilab Əhmədov və Vüqar Bayramov təmsil etmişlər.
Konfransın sonunda Afina Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə ətraf mühitin, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin törətdiyi fəsadların aradan qaldırılması və s. məsələlər, korrupsiya ilə mübarizə məqsədilə planet əhalisinin maarifləndirilməsi önə çəkilmişdir.  ]]>
<![CDATA[ Görüşdə bildirilib ki, 8-9 noyabr tarixlərində Malayziya Təhsil Nazirliyi Bakı Təhsil Mərkəzi ilə birgə Malayziya Təhsil Yarmarkası keçirəcək. Yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə və eyni vaxtda toplayaraq Malayziya universitetlərində təhsil almaq imkanları barədə lazımi məlumatla təmin etməkdir. Eyni zamanda məlum olub ki, yarmarkada Malayziyanın 12 universiteti iştirak edəcək. Universitetin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. 
Misir Mərdanov qonaqları salamlayaraq təhsil sərgisinin hazırlanmasını müsbət dəyərləndirib. Nazir bu əhəmiyyətli işin iki ölkə arasında təhsil əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. 
Görüşdə qonaqlar öz ölkələri barədə məlumat verərək Malayziyada dünyanın bir cox ölkəsindən 70 mindən çox tələbənin təhsil aldığını vurğulayıblar. Qonaqlar Azərbaycanla təhsil sahəsində əməkdaşlığa, Malayziya universitetlərində azərbaycanlı tələbələrin də təhsil almalarına maraq göstərdiklərini bildiriblər. 
Sonda Azərbaycanla Malayziya arasında gələcəkdə təhsil sahəsində daha sıx əlaqələrin qurulması qərara alınıb.  ]]>
<![CDATA[ Kollegiya iclası 2007-2008-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının yekunlarına və cari dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuşdu. 
Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2006-ci ildən başlayaraq mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar, onun təhsilin keyfiyyətinin artmasında müsbət rolu barədə danışıb. Nazir bildirib ki, bu imtahanlar qiymətləndirmədə obyektivliyin təmin olunmasına real zəmin yaradır. 
Sonra nazir ötən tədris ilində keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri, imtahanlar zamanı yol verilən saxtakarlıq və nöqsanlar haqqında danışıb, işə məsuliyyətsiz yanaşan bəzi məktəb direktorlarının, müvafiq təlimata əməl etməyən nəzarətçilərin adlarını açıqlayıb. Nazir həmçinin bu istiqamətdə fəallıqları ilə seçilən nəzarətçilərə təşəkkür elan edilməsinin məqsədəuyğunluğunu bildirib. 
Misir Mərdanov cari tədris ilində mərkəzləşdirilmiş imtahanların Naxçıvan MR istisna olmaqla ölkəmizin bütün bölgələrini əhatə edəcəyini, sınaq-yoxlama imtahanlarının 2008-2009-cu dərs ili üzrə 1 dəfə keçiriləcəyini, ümumilikdə aparılacaq yenilikləri iştirakçıların diqqətinə çatdırıb. 
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi Təranə Hacıyeva qeyd olunan sahə üzrə aparılan təhlillər, mövcud problemlər və qarşıda duran vəzifələrə dair ətraflı məruzə edib. 
Sonda müzakirə olunan mövzu üzrə təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Kollegiya iclasında Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov iştirak edib.  ]]>
Noyabrın 5-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və mövcud problemlərə dair müşavirə keçirilib.
<![CDATA[ Müşavirədə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və Dövlət Neft Fondunun bir neçə əməkdaşı iştirak edib. 
Tədbirdə Misir Mərdanov çıxış edərək müvafiq proqram üzrə dünyanın bir sıra nüfuzlu təhsil qurumları ilə yaradılan əlaqələr, bu təşkilatlarla imzalanan müqavilələr, 2 il ərzində qazanılan uğurlar barədə məlumat verib. Əldə olunan nailiyyətlərlə yanaşı bir sıra problemlərin mövcudluğundan da söz açan nazir onu da qeyd edib ki, xarici ölkələrin ali məktəblərində oxumaq üçün tələbələrin seçimi müvafiq sənədlər əsasında aparılmalıdır. 
Misir Mərdanov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə xərcləri ilə bağlı məsələyə də toxunub və bu istiqamətdə normativ aktların təsdiq olunmasının əhəmiyyətini bildirib. 
Sonra Şahmar Mövsümov Dövlət Proqramının icrası istiqamətində qarşıya çıxan çətinliklərin müzakirə edilməsi baxımından birgə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.Ş. Mövsümov həmçinin Dövlət Neft Fondunun bir sıra mühüm layihələr həyata keçirdiyini, o cümlədən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na da xüsusi önəm verdiklərini açıqlayıb, habelə bu proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məsələsindən söz açıb. 
Müşavirədə iştirakçılar müzakirə olunan məsələyə münasibət bildirib, eləcə də qeyd olunan Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərə dair sənəd təsdiq olunduqdan sonra tələbələrin təhsil və yaşayış xərclərinin daha operativ həll olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.  ]]>
<![CDATA[ Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının “PH international” təşkilatının ölkə üzrə direktoru cənab Keri Kosbi və təşkilatın icraçı direktoru xanım Ənn Martin ilə görüşüb. 
Qonaqları salamlayan Misir Mərdanov qeyd olunan təşkilatın Azərbaycan təhsil sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirdiyi proqram və layihələrdən danışıb. Ölkəmizin inkişaf etdiyini, təhsilə qoyulan sərmayənin gündən-günə artdığını vurğulayan nazir bildirib ki, yeni texnologiyalardan istifadə edərək müəllimlərin İKT bacarığını artırmaq, məktəblərin internetə çıxışını təmin etmək bu gün təhsil sistemində əsas istiqamətlərdəndir. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Ənn Martin ölkəmizə ikinci dəfə gəldiyini, Azərbaycan barədə lazımi biliyə malik olduğunu qeyd edib. Ənn Martin Azərbaycanda yeni bir proqram üzərində işləməyi qərara aldıqlarını diqqətə çatdıraraq bildirib ki, yeni proqram internetdə müasir texnologiyaları şagirdlərə öyrədəcək. 
Eyni zamanda, cənab Keri Kosbi də proqramın şagirdlərə amerikalı mütəxəssisin öyrədəcəyini qeyd edərək, hələlik bu layihəni bir neçə məktəblərdə tətbiq etmək fikrində olduqlarını və YUNİSEF-lə birgə işləyəcəklərini vurğulayıb. 
Onu da qeyd edək ki, proqram Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Proqram çərçivəsində layihədə iştirak edəcək azərbaycanlı uşaqların ABŞ-a dəvət olunması, eləcə də Amerikalı şagirdlərin ölkəmizə gəlməsi nəzərdə tutulur. 
Görüşdə müvafiq proqramın tətbiqi üzrə işin daha da inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  ]]>
<![CDATA[ 24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib. 
Tədbiri BMT-nin İctimai İnformasiya Departamentliyi və Təhsil Nazirliyi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu birlikdə keçirib. Xətai rayonundakı 3 saylı uşaq evi, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evi və SOS Uşaq Kəndinin sakinləri üçün təşkil edilmiş sessiyadakı “BMT uşaqların gözü ilə” inşa müsabiqəsində 14 uşaq qalib gəlib.
Bələdçi tur zamanı uşaqlar BMT-nin müxtəlif agentlik və proqramları ilə tanış olub. Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, BMT-nin İnkişaf Proqramının əməkdaşları uşaqlara BMT-nin qlobal və ölkəmizdəki fəaliyyəti barədə məlumat veriblər. 
BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç və Dövlət Proqramı üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva qalibləri təbrik edərək bildiriblər ki,  təhsil onların gələcək həyatlarında   mühüm  amildir. 
Müsabiqənin qaliblərinə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hazırlanmış hədiyyələr verilib, eyni zamanda uşaqlara təhsil naziri Misir Mərdanovun və xanım Envera Selimoviçin imzaladığı sertifikatlar təqdim olunub. 
Uşaqlar BMT-nin Azərbaycandakı Rrezident Əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşublər. Cənab Pueza Birləşmiş Millətlər Təşkilatının məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, BMT məhz gələcək nəslin rifahı üçün çalışır. 
Sonra uşaqlara BMT İctimai İnformasiya Departamentinin fəaliyyəti barədə film nümayiş etdirilib. Uşaqlar  da özləri və yaşadıqları uşaq evləri barədə məlumat verib, rəqs, şer və mahnılardan ibarət  proqram təqdim ediblər.  ]]>
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin üzvlərinin, olimpiadanın yekun turunun iştirakçılarının, Təhsil Nazirliyinin Elm şöbəsinin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açıb. Misir Mərdanov müstəqillik qazandıqdan sonra ənənəvi olaraq hər il keçirilən bu tədbirin tələbələrin müxtəlif fənlərə marağını artırmağa, həmin fənlər üzrə hazırlıq səviyyəsini nümayiş etdirməyə, eyni zamanda istedadlı gənclərin aşkar edilməsi üçün şərait yaratmağa kömək olduğunu bildirib. Ölkəmizdə istedadlı gənclərin inkişafına dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini qeyd edən Misir Mərdanov tədbir iştirakçılarına ölkə Prezidentinin təsdiq etdiyi “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib. Nazir ali məktəb tələbələrinin respublika fənn olimpiadasının həmin proqramlar çərçivəsində həyata keçirilən ən önəmli tədbirlərdən biri olduğunu vurğulayıb. 
Məlumat üçün qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, ali məktəb tələbələrinin bu bilik yarışı 10 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dilli və alman dili) keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi olimpiadanın yekun turunda iştirak etmək hüququnu 28 ali məktəbdən 448 tələbə qazanıb. Bu tələbələr arasında Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərinin ali məktəblərində təhsil alan tələbələr də var. 
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və təhsil nazirinin müavini İradə Hüseynova tələbələri olimpiadanın I turunu uğurla başa vurmaları münasibəti ilə təbrik edərək onlara yekun turda yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirməyi arzulayıblar. Olimpiada iştirakçıları da onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib və öz müəllimlərinin etimadını doğruldacaqlarına söz veriblər.  ]]>
<![CDATA[ Oktyabrın 21-də Respublika Elmi Pedaqoji Kitabxanasının 25 illiyi münasibətilə tədbir keçirilib. İlk əvvəl iştirakçılar kitabxana ilə tanış olub. 
Sonra tədbiri açan Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru Tamilla İsmixanova görülən işlər barədə məlumat verib, problemləri diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, təhsil sahəsində kitabxanaların rolu əvəzsizdir. Nazir qeyd edib ki, ölkəmizin təhsil müəssisələrində kitab və dövri ədəbiyyat fondlarına malik olan kitabxanalar fəaliyyət göstərir ki, onların bir qismi yeni yaradılıb və müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunub. 
Misir Mərdanov kitabxana işinin təşkili, maddi texniki bazanın möhkəmlənməsi sahəsində müəyyən çətinliklərə də toxunaraq vurğulayıb ki, bu sahədəki çatışmamazlıqlar dövlətimizin diqqət mərkəzindədir. 
Sonda Misir Mərdanov kitabxananın bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanını təqdim edib.  ]]>
<![CDATA[ Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Gənc istedad” jurnalının ilk nömrəsinin təqdimatı, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisasartırma kurslarının yekunlaşdırılması və müvafiq sertifikatların verilməsi mərasimi keçirilib. 
Təqdimat mərasimində çıxış edən Misir Mərdanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)” əhəmiyyətini vurğulayıb və jurnalın müvafiq proqrama uyğun olaraq təsis edildiyini bildirib. Son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, nailiyyətlərdən bəhs edən Misir Mərdanov, eyni zamanda, “Gənc istedad” jurnalının ilk nömrəsinin çapdan çıxması münasibətilə pedaqoji ictimaiyyəti və oxucuları təbrik edib. 
Jurnalda “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, “İstedadın aşkar edilməsi və inkişafı”, “İntellektin inkişafına təsir edən amillər” və digər mövzularda maraqlı məqalələr, istedadlı uşaqlar (gənclər) barədə məlumatlar və s. verilib. 
Sonra Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin direktorları üçün İKT üzrə keçirilən ixtisasartırma kursunun yekun tədbiri olub.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, treninqlərdə 300-dən çox məktəb direktoru iştirak edib. Bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edildiyini qeyd edən nazir eyni zamanda 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini vurğulayıb.
Misir Mərdanov bildirib ki, sertifikat ala bilməyən məktəb direktorlarının özlərini bir daha sınaqdan keçirmələrinə imkan veriləcək. Məktəb direktorlarının sadəcə olaraq operator səviyyəsində kompüterdən istifadə etməyi bacarmalı olduqlarını vurğulayan nazir bildirib ki, yaxın gələcəkdə ölkəmizin bütün bölgələrində yalnız məktəb direktorları deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə şərait yaradılacaq.  ]]>
<![CDATA[ Oktyabrın 17-də mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanı ilə bağlı bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirilib. 
Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq 2008-2009-cu dərs ilində respublikanın bütün orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini qeyd edib. Nazir artıq ölkəmizin bölgələrində həmin məsələ ilə bağlı geniş hazırlıq və təşkilati işlərin aparılmasının vacib olduğunu, bu işdə kifayət qədər təcrübəsi olan ayrı-ayrı mütəxəssislərin, təhsil işçilərinin respublikamızın bölgələrinə ezam edilməsinin nəzərdə tutulduğunu bildirib. Misir Mərdanov koordinatorlar üçün ümumi bir təlimatın hazırlandığını vurğulayıb. Koordinatorların ezam olunduqları rayon və şəhərlərdə görəcəkləri işlərdən söz açan nazir, mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanları ilə bağlı yerlərdə əhalinin lazımi səviyyədə məlumatlandırılması, müəllim, şagird və valideynlər arasında izahat verilməsinin vacibliyini qeyd edib. 
Misir Mərdanov həmin məsələ ilə əlaqədar müşavirədə iştirak edən şəhər və rayon təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, digər həlli vacib məsələlərə də toxunaraq öz fikir və mülahizələrini söyləyib, bəzi məqamlara aydınlıq gətirib.  ]]>
<![CDATA[ Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş təhsil işçilərinə Dövlət mükafatı və medalların təqdim olunması mərasimi keçirilib. 
Bakının 20 saylı orta məktəbində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizdə təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, bu il müvafiq Prezident sərəncamları ilə 200-dən çox müəllimin müxtəlif mükafatlara layiq görüldüyünü bildirib. Nazir dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf edən Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutduğunu söyləyib. Misir Mərdanov, eyni zamanda təhsil sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb, müəllimlərə yeni nailiyyətlər arzulayıb. 
Sonra 180-dən çox təhsil işçisinə müxtəlif Dövlət mükafatları və medallar təqdim olunub.  ]]>
<![CDATA[ Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidsonla görüşüb. 
Görüşdə ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan “Fulbrayt” proqramı çərçivəsində qeyd olunan ölkədə təhsil alacaq azərbaycanlı gənclər barədə söhbət aparılıb. 
Terri Devidson bildirib ki, “Fulbrayt” proqramı çərçivəsində 63 azərbaycanlı gənc ərizə ilə səfirliyə müraciət edib, son mərhələ üçün 10 nəfər seçilib. Onlar ABŞ-ın ən yüksək universitetlərində təhsil almağa göndəriləcək, 5 il ərzində Amerikada təhsil aldıqdan sonra Azərbaycana qayıdacaqlar. 
Terri Devidson eyni zamanda qeyd olunan proqram çərçivəsində 2 amerikalı alimin, 3 ingilis dili üzrə mütəxəssisin Azərbaycanda çalışdığını, amerikalı tələbələrin də tədqiqat aparmaq üçün ölkəmizə gəldiklərini bildirib. 
Misir Mərdanov “Fulbrayt” proqramının azərbaycanlı gənclər üçün əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarının yüksək təhsil almasına daim çalışır. Misir Mərdanov eyni zamanda orta məktəblərdə ingilis dilinin daha geniş öyrənilməsi məsələsinə toxunaraq bildirib ki, gələcəkdə bu işi daha da təkmilləşdirmək üçün birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanması labüddür. 
Görüşdə oktyabrın 24-də Bakıda keçiriləcək təhsil sərgisi barədə də danışılıb. Qeyd olunub ki, bu sərgidə ABŞ-ın 19 universitetinin fəaliyyəti barədə məlumat veriləcək.  ]]>
<![CDATA[ Oktyabrın 7-dən 11-dək Təhsil Nazirliyi və UNİSEF-in birgə təşəbbüsü ilə Erkən uşaqlıq dövrünün inkişafı üzrə “Diplomat” oteldə 5 günlük seminar keçirilib. 
Məqsəd Erkən uşaqlıq dövrünün inkişafı üzrə Milli Standartların hazırlanması istiqamətində valideynlərin maarifləndirilməsi, müəllimlərin təlimi, qeyd olunan iş üzrə proqramların dəstəklənməsindən ibarət olub. 
UNİSEF-in beynəlxalq məsləhətçisi Maya Xerxeulidze seminara rəhbərlik edib. Seminarda təhsil və səhiyyə nazirliklərinin əməkdaşları, UNESCO və QHT- in nümayəndələri, şəhər və kənd rayonları üzrə təhsil işçiləri, eyni zamanda icma nümayəndələri iştirak edib. Seminarda ekspert, müəllim və valideynlərdən ibarət 20 nəfərlik işçi qrupunun yaradılması planlaşdırılıb.  ]]>
<![CDATA[ Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb.
Misir Mərdanov səfir Sabir Əbdülqədir Mənsura fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Misir Ərəb Respublikası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq daim inkişaf edir. 
Nazir qeyd edib ki, onlarla azərbaycanlı tələbə Misir Ərəb Respublikasının ail məktəblərində təhsil alır, eyni zamanda misirli tələbələrin də bizim ölkədə sayı artmaqdadır. İki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin də mövcud olduğunu vurğulayan nazir ölkəmizin orta ümumtəhsil məktəblərində, eləcə də BDU-nun şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. 
Səfir Sabir Əbdülqədir Mənsur yeni təyin olunduğu dövrdə ilk görüşünün təhsil naziri ilə başladığını, ölkələr arasında təhsil sahəsində əlaqələrin onlar üçün də önəmli olduğunu qeyd edib. Səfir hər il ölkəmizə bakalavr, magistr, doktorluq təhsillərini davam etdirmək üçün gələn gənclərin sayının artdığını vurğulayıb, eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının filialının Misirdə açılmasına çalışacaqlarını qeyd edib. 
Görüşdə tərəflər gələcəkdə birgə əməkdaşlığın yüksələn xətlə daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.  ]]>
<![CDATA[ Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun,  “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb. 
Misir Mərdanov səfir Karolin Braunun Təhsil Nazirliyində ilk dəfə olduğunu qeyd edərək fəaliyyətində uğurlar arzulayıb. 
Nazir dünyanın bir sıra ölkəsində ingilis dilinin aparıcı dil olduğunu qeyd edərək orta məktəblərdə bu sahənin tədrisini genişləndirmək üçün bir sıra tədbirlərin həyata keçirildiyini, bununla bağlı seçilmiş 7 məktəbin sayının gələcəkdə daha da artırılmasının zəruriliyini bildirib. 
Misir Mərdanov gələcəkdə ölkəmizin hər hansı universitetinin fakültələrindən birinin tədrisinin tam olaraq ingilis dilində keçirilməsi, eləcə də Böyük Britaniyanın nüfuzlu universitetlərinin himayəsi altında bu tip fakültələrin açılmasının reallaşmasına ümid etdiyini bildirib. Nazir eyni zamanda xaricdən gələn tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın inkişafı üçün yüksək biliyə malik kadrlara ehtiyac var və ona görə də yaxşı mütəxəssis hazırlamaq bizim üçün əsas amildir. 
Qonaqlar qeyd olunan fikirləri dəstəkləyərək bildiriblər ki, ingilis dilinin tədrisinin Azərbaycanda genişləndirilməsi üçün təşkilatlarımız daim yerlərdə iş aparır və gələcəkdə bu istiqamdə bir sıra layihələr həyata keçirməyə çalışacağıq. 
Eyni zamanda “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye nazirin ingilis dilli fakültələrin açılması fikrinə münasibət bildirərək məlumat verib ki, bir sıra ölkələrdə Böyük Britaniyanın universitetləri fəaliyyət göstərir ki, bu həmin dövlətlər üçün müsbət amildir və gələcək inkişafa doğru bir addımdır. 
Görüşdə tələbə mübadiləsi, bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün görüləcək işlər barədə də söhbət aparılıb.  ]]>
<![CDATA[ Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib.
İştirakçılar ilk əvvəl ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, sonra “Gülüstan” sarayında konfrans başlayıb. 
Konfransı təhsil naziri Misir Mərdanov açıb.Üç gün davam edəcək konfransda dünyanın 41 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyini qeyd edən nazir tədbirin Bakıda təşkilinə görə İSESKO-nun rəhbərliyinə təşəkkürünü bildirib. Misir Mərdanov konfransda islam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağı, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müzakirə olunacağını vurğulayıb. 
Sonra Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub. 
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ötən konfransın qərarlarının icrası istiqamətində əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, bu konfransların keçirilməsində məqsəd islam ölkələrində davamlı inkişafa nail olmaqdır. 
Konfransda çıxış edənlər tədbirin islam ölkələrində elm və texnologiyaların inkişafına təkan verəcəyini qeyd edərək bildiriblər ki, islam dünyasında biliyə əsaslanan cəmiyyətlərin inkişafına nail olmaq üçün yeni texnologiyaların tətbiqi prioritet istiqamətdir. Tədbirdə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrdə biliyə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət verildiyi, iqtisadi və sosial inkişafın məhz elmi texnologiyaların həyata keçirilməsi nəticəsində mümkünlüyü də göstərilib. Tədbirin mövzusu ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyin, fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanıb. 
Konfransda tədqiqatlar sahəsində elmin müxtəlif sahələri üzrə qazanılmış uğurlara görə İSESKO- nun mükafatları da verilib.  ]]>
<![CDATA[ Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib. 
Sərgini açıq elan edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin tədris ilinin əvvəlində keçirilməsində məqsəd - məktəb məzunlarına, tələbələrə müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Sərgi eyni zamanda sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır. 
“Təhsil və karyera” sərgisi “Təhsilini seç, gələcəyini təmin et!” şüarı altında keçirilir. Sərgi dünyanın 11 ölkəsindən 40 şirkət və təşkilatı qəbul edəcək, bu da ötən ilə nisbətən 25% çoxdur. Eksponentlər arasında Azərbaycanda çoxdan fəaliyyət göstərən tanınmış təhsil müəssisələri, eləcə də fərqli tədris sistemini təklif edən və burada öz biznesini inkişaf etdirmək istəyən yeni təşkilatlar var. Sərginin ekspozisiyası orta və ali təhsil, xaricdə təcrübə və iş imkanları, dil kursları, ixtisasartırma təlimləri, işədüzəlmə, tədris ədəbiyyatı, təhsil sahəsində informasiya texnologiyaları və digər xidmətləri təqdim edəcək. Qeyd olunub ki, “Təhsil və karyera” sərgisi təhsilə və ixtisasa malik olan, lakin bunları harada tətbiq edəcəyini bilməyən tələbələr, ali təhsil müəssisələrinin məzunları və gənc mütəxəssislər üçün, habelə öz peşəkar inkişafı ilə maraqlanan hər kəs üçün məlumat mənbəyidir. 
Məlumat üçün onu da qeyd edək ki, üç gün davam edəcək sərgi Təhsil Nazirliyi, Sənaye və Ticarət Palatasının birgə dəstəyi ilə keçirilir.  ]]>
<![CDATA[ Sentyabrın 24-də Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə üçün 25 milyon ABŞ dolları dəyərində Azərbaycan Hökuməti və Dünya Bankı arasında Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişinin imzalanma mərasimi keçirilib. 
Sazişi  təhsil naziri Misir Mərdanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalayıb. 
Bu layihə çox mərhələli proqramın ikinci mərhələsidir. Başa çatmaqda olan birinci mərhələ ibtidai və orta siniflər üçün yeni kurrikulumun hazırlanması, dərslik materiallarının, şagird nailiyyətlərinin yeni qiymətləndirmə metodlarının və müəllimlərin təlimi proqramlarının tərtibi yolu ilə Azərbaycanın təhsil sistemində islahatları dəstəkləyib. 
Proqramın ikinci mərhələsində birinci mərhələ ərzində hazırlanmış kurrikulumun, əlaqəli proqram və sistemlərin praktik tətbiqinə yardım göstəriləcək. Məqsəd təhsil sisteminin keyfiyyət və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
Layihəyə kurrikulum islahatının həyata keçirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətin yüksəldilməsində istifadəsi, təhsili idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi və məktəbəqədər təhsilin inkişafı kimi komponentlər daxildir. Altıncı komponent layihənin monitorinq və qiymətləndirilməsidir ki, burada məqsəd layihə ilə bağlı fəaliyyətin həyata keçirilməsi, idarə edilməsi və əlaqələndirilməsinə yardım göstərməkdir.  ]]>
<![CDATA[ Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın nüfuzlu “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb.
Misir Mərdanov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan məktəblərinin kompüterdən lazımınca istifadə edə bilməsi bu gün təhsil sisteminin qarşısında duran başlıca məsələlərdən biridir. Bunun üçün bu sahəni lazımınca bilən müəllimlərə ehtiyacımız var. Nazir bildirib ki, müəllimlərin kompüterdən istifadə etmək bacarıqlarını yaxşılaşdırmaq üçün ötən 3 ildə 20 minə yaxın pedaqoji işçi müvafiq kurslarda iştirak edib, sertifikat alıb. Bu işin davam etdirildiyini vurğulayan Misir Mərdanov qeyd edib ki, məktəblərdə kompüterdən, eləcə də İnternetdən düzgün və səmərəli istifadə olunması üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməyə çalışırıq. 
Qonaqlar Türkiyə Təhsil Nazirliyinin nəzdində CISCO şirkəti tərəfindən “Təhsil Texnoloji Mərkəzi”nin yaradıldığını, burada müəllimlərin texnoloji biliklərini yüksəltməyə çalışdıqlarını, eyni zamanda valideynlərin öz uşaqlarının təhsillərinə birbaşa İnternet vasitəsilə nəzarət etmələri üçün şərait yaradıldığını da qeyd ediblər. Türkiyədə bu sahə üzrə “CISCO akademiyaları”nın fəaliyyətindən də danışan qonaqlar Azərbaycan və Orta Asiya ölkələrində də təhsil proyektləri hazırlamaq fikrində olduqlarını bildiriblər. 
Misir Mərdanov informasiya texnologiyalarının inkişaf etdiyi zamanda yeni proyektlərin Azərbaycanda da tətbiqinin yaxşı fikir olduğunu və təhsilin inkişafı üçün lazımlılığını qeyd edib. 
Görüşdə qərara alınıb ki, qonaqlar bir neçə təhsil müəssisəsində olub, məktəblərdə kompüterdən necə istifadə olunması ilə tanış olsunlar.  ]]>
<![CDATA[ Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Cillian Uilkoks, Radoslav Rzehak, Munir Məmmədovla görüşüb. 
Görüş zamanı müəssisələrin transformasiyası üzrə Baş Planın layihəsi müzakirə olunub. 
Cillian Uilkoks Təhsil Nazirliyinin YUNİSEF-lə birgə respublikanın dövlət uşaq müəssisələrində həyata keçirdiyi sorğuları yüksək qiymətləndirib. Bildirilib ki, məhz bu qiymətləndirmənin nəticəsində YUNİSEF-in dəvət etdiyi 2 beynəlxalq ekspert və işçi qrupu qısa müddət ərzində müəssisələrin transformasiyası üzrə Baş Planın layihəsini hazirlayiblar.
Görüşdə, həmçinin qərara alınıb ki, Baş Plana əsəslanaraq hər bir müəssisə üçün fərdi transformasiya planı hazırlansın. Tərəflər eyni zamanda yekun sənədin təsdiq üçün Azərbaycan hökumətinə təqdim edilməsini də planlaşdırıblar. 
YUNİSEF-in nümayəndəsi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De- institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006- 2015- ci illər)”nın icrası istiqamətində “Uşaq müdafiəsi” və “Sosial xidmətlər”in təşkili mexanizmlərinə Təhsil Nazirliyinin cəlb etdiyi ekspertlərin bu sahədə təcrübəli olduqlarını qeyd edərək, təklif olunan sistemin Azərbaycan üçün vacib olduğunu vurğulayıb.
Sonda qeyd olunan məsələlərlə bağlı ilin sonunadək YUNİSEF- lə Təhsil Nazirliyinin birgə konfrans keçirməsi qərara alınıb.  ]]>
<![CDATA[ Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. 
İlk əvvəl qurultay iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin heykəlini ziyarət edib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən qurultayda 850 nümayəndə, eləcə də Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul işçiləri, yaradıcı təşkilatların, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. 
Təhsil naziri Misir Mərdanov qurultayı açaraq təhsil işçilərini təbrik edib. 
Sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. 
Prezidentin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub. 
Misir Mərdanov çıxış edərək bildirib ki, Azərbaycan müəllimlərinin XIII qurultayı müstəqil dövlətimizin beynəlxaql aləmdə nüfuzunun getdikcə artdığı iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğurların və qələbələrin əldə olunduğu tarixi bir dövrə təsadüf edir. 
Azərbaycanda təhsilə göstərilən qayğıdan, qazanılan nailiyyətlərdən danışan Misir Mərdanov qeyd edib ki, ulu öndərimiz, qüdrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə başlanmış təhsil islahatları bu illər ərzində geniş vüsat alıb. Dövlət büdcəsindən təhsilə ayrılan məbləğin 5 dəfədən çox, təhsil işçilərinin əmək haqqının 6, tələbələrin 10, aspirantların təqaüdünün isə 4,5 dəfə artdığını, 14 inkişaf yönümlü Dövlət Proqramının təsdiq olunduğunu bildirən nazir təhsilin ayrı-ayrı pillələrinin inkişafı barədə də geniş məlumat verib. 
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın, milli təhsil naziri Hüseyn Çelikin və digər qurumların rəhbərlərinin qurultay iştirakçılarına təbriklərini oxuyub. 
Qurultayda Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın prezidenti Mahmud Kərimov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək bu sahənin inkişafı ilə bağlı fikir və mülahizələrini bildirib, yeni dərs ilində təhsil işçilərinə uğurlar arzulayıblar. 
Daha sonra bir sıra təhsil müəssisələrinin rəhbərləri, müəllimlər Azərbaycanda təhsil sisteminin uğurları, qarşıda duran vəzifələr barədə danışıb, həmçinin qeyd olunan sahənin beynəlxalq standartlara uyğun inkişaf etdiyini, ölkədə bu sahəyə göstərilən diqqət və qayğını, qurultayın təhsil işçiləri qarşısında duran vəzifələrinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar.
Misir Mərdanov xarici ölkələrin müvafiq nazirliklərindən, müxtəlif beynəlxalq təşkilatlardan qurultayın ünvanına gələn təbrik məktublarını iştirakçıların diqqətinə çatdırıb. 
Sonda qurultayın qətnaməsı və Azərbaycan xalqına müraciət qəbul olunub.  ]]>
<![CDATA[ Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov Kembric Regional Kolleci beynəlxalq ofisinin rəhbəri Amina Uakefild, Böyük Britaniya “StudyGroup” təşkilatının xüsusi layihə rəhbəri Rocer Makmahon, Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas, Dubaydakı London Biznes Məktəbinin direktoru Kevin Dansiz, Azərbaycan Beynəlxalq Bankı sədrinin müşaviri Lyundsey C.Houad ilə görüşüb. 
Görüşdə qonaqlar London Biznes Məktəbi barədə məlumat verərək qeyd ediblər ki, məktəbdə müxtəlif ölkələrdən tələbələr təhsil alır, eyni zamanda bu təhsil müəssisəsi dunyanın bir sıra olkələri ilə əməkdaşlıq edir. Məktəb biznes idarəçiliyi üzrə Avropada I, dünyada isə II yeri tutur. London Biznes Məktəbinin hazırda Dubayda da fəaliyyət göstərdiyini qeyd edən qonaqlar bu məktəbdə 72 tələbənin təhsil aldığını bildiriblər. 
Orta Şərq Assosiasiyası barədə məlumat verən M. Thomas bu təşkilatın 50 ildir ki, fəaliyyət göstərdiyini, 1900 üzvü olduğunu bildirib. Bundan əlavə təhsil sahəsi üzrə Böyük Britaniyanın əsas universitetlərinin assosiasiyaya üzv olduğunu qeyd edən qonaq Azərbaycanla da əməkdaşlıq etmələrinə ümid bəslədiklərini vurğulayıb. 
Eyni zamanda Kembric Regional Kollecinin nümayəndəsi A. Uakefild bildirib ki, kollecimizə müxtəlif ölkələrdən tələbə cəlb etməklə təhsilimizi dünyaya yaymağa, proqramlarımızı bir çox ölkələrdə həyata keçirməyə çalışırıq. 
Misir Mərdanov qonaqları salamlayaraq onların təşəbbüsünü bəyəndiyini, Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələri ilə təhsil sahəsində əməkdaşlıq etdiyini, gənclərimizin bir sıra ölkələrdə təhsillərini davam etdirdiklərini vurğulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkələrdə azərbaycanlı tələbələrin təhsilinə böyük önəm verdiyini bildirib. 
Görüşdə peşə təhsili ilə bağlı da söhbət aparılıb. Nazir peşə təhsilinin inkişafına dövlət tərəfindən diqqət yetirildiyini, ölkənin inkişafında bu sahənin rolunun artdığını, peşə təhsilinin hazırda ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu qeyd edib. Misir Mərdanov peşə təhsili ilə bağlı birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanmasının labüd olduğunu da bildirib. 
Sonda müzakirə edilən mövzularla bağlı gələcəkdə əməkdaşlıq edilməsi qərara alınıb.  ]]>
<![CDATA[ Sentyabrın 11-dən 16-dək Təhsil Nazirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti “Almaniya Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” birgə layihəsi çərçivəsində Sumqayıt şəhərində valideynlər üçün “Güclü valideynlər- güclü uşaqlar” mövzusunda təlim kursları keçirib. 
Məqsəd istiqamətləndirici tərbiyə modeli vasitəsi ilə valideynlərdə uşaqları tərbiyə etmək bacarığını gücləndirmək, onlara dəstək vermək və ailədə uşaq hüquqlarının öyrənilməsinin əhəmiyyətini artırmaqdan ibarət olub. 
Təlimlər Almaniyadan dəvət olunmuş beynəlxalq ekspert Anneta Ştokker və Sumqayıt şəhər 16 saylı məktəbin psixoloqu Samirə Əhmədli tərəfindən keçirilib. 
Təlim kurslarında Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb, lisey və bağça müəllimləri iştirak edib.  ]]>
<![CDATA[ 11-12 sentyabr tarixlərində “British Council” təşkilatı Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında çalışan İngilis dili Müəllimlərinin Təkmilləşdirilməsi layihəsinin (İNSETT) V - sonuncu seminarını keçirib. 
Iki illik layihə başa çatdırılıb. Layihənin məqsədi AMİ və onun 11 filialında çalışan ingilis dili metodist və müəllimlərinin bilik, bacarıqlarının artırılması, dərslik, eləcə də bu dilin tədrisindəki müasir təlim üsulları və istiqamətlərini nəzərə almaqla təkmilləşdirməkdən ibarət olub. 
Məlumat üçün qeyd edirik ki, “British Council” və Təhsil Nazirliyi arasında 5 fevral 2007- ci ildə imzalanmış Qarşılıqlı Anlaşma Memarandumuna əsasən İngilis dili Müəllimlərinin Təkmilləşdirilməsi layihəsi (İNSETT) həmin ilin yanvar ayından etibarən AMİ və onun filiallarını əhatə edib. Seçilmiş 22 nəfər ingilis dili üzrə metodist və müəllim mərhələlərlə keçirilən 5 seminarda iştirak edib. 
Sonuncu seminar AMİ- də ingilis dili müəllimlərinin yeni təlim üsulları üzrə təqdimatları əsasında keçirilib, 22 nəfər ingilis dili müəlliminə sertifikatlar təqdim olunub. 
Təqdimat mərasimində “British Council”in Azərbaycandakı direktoru Nikol lə Os de Laluvye, Təhsil Nazirliyinin əməkdaşı və AMİ-nin nümayəndələri iştirak edib.  ]]>
<![CDATA[ Sentyabrın 8-dən 12-dək “Crescent Beach” mehmanxanasında təlimçi müəllimlər üçün 5 günlük treninq keçirilib. 
Treninqlər “İnsan hüquqlarının məktəblərdə tədrisi” layihəsi çərçivəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərində qeyd olunan sahə üzrə müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub. 
Məlumat üçün qeyd edək ki, Norveç Qaçqınlar Şurası 2006- cı ildən Təhsil Nazirliyi ilə birgə “İnsan hüqularının məktəblərdə tədrisi “ proqramı çərçivəsində ölkəmizin bir sıra şəhər və rayonlarında təlim kursları keçirir. 2007-ci ildən isə bu layihə Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən davam etdirilir. 
Böyük Britaniyanın York şəhərindəki Müqəddəs Con Universitetinin nəzdində fəaliyyət göstərən Qlobal Təhsil Mərkəzinin İnsan hüquqlarının tədrisi üzrə beynəlxalq məsləhətçiləri tərəfindən aparılan treninqlərdə Bakı, Gəncə şəhər, Füzuli, Ağcabədi və Göyçay rayonu ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib. 
Treninqin son günü təntənəli mərasim keçirilib və layihə iştirakçılarına sertifikatlar təqdim olunub.  ]]>
Sentyabrın 12-də “Gülüstan” sarayında “Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı ” kitabının təqdimat mərasimi keçirilib.
Təqdim olunan kitabda Prezident İlham Əliyevin 2003-2008-ci illərdə təhsil sahəsində imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar, dövlət başçısının təhsillə bağlı nitq və çıxışları, onun rəhbərliyi ilə bu sahədə qazanılan nailiyyətlər əksini tapıb.Nəşrdə son illərdə ölkəmizdə inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin siyahısı və fotoşəkilləri də verilib. 
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sisteminə, müəllimlərə göstərdiyi diqqət və qayğısından danışıb. Son illərdə təhsil sahəsində qazanılan uğurlardan bəhs edən nazir ölkəmizdə ümumtəhsil, ali və orta ixtisas, texniki -peşə təhsilinin inkişafı, informasiya -kommunikasiya texnologiyalarının bu sahəyə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb. 
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər natiqlər çıxış edərək kitabın təhsil tariximizə çox dəyərli töhfə olduğunu qeyd ediblər.  ]]>
<![CDATA[ Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.  
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva “2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. N.Rzaquliyeva ölkə Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğısından söz açıb, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılmasının razılıq hissi ilə qarşılandığını bildirib. 
Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını qarşıdan gələn “Bilik günü” - yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Nazir ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, bu sahədə görülən məqsədyönlü işlərin göz qabağında olduğunu söyləyib. Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm tədbirlərin həyata keçirildiyini deyən Misir Mərdanov hazırda təhsil müəssisələrində tərbiyə məsələsinə xüsusi diqqət artırılmasının zəruriliyini vurğulayıb. Misir Mərdanov məktəb-valideyn-şagird münasibətlərinin düzgün qurulmasında məktəb rəhbərlərinin daha fəal olmasını təhsil işçilərinin diqqətinə çatdırıb, hər bir valideynin öz övladının oxuduğu məktəbin həyatında baş verən bütün proseslərdə yaxından iştirak etməsini arzulayıb. Nazir digər həlli vacib məsələlərə də geniş toxunaraq təhsil işçilərinə bir sıra dəyərli tövsiyələr verib. 
Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri sırasında olan paytaxtın 14 ümumtəhsil məktəbinin direktoruna və 42 müəllimə müvafiq sertifikatlar təqdim edərək onlara fəaliyyətlərində uğurlar diləyib. 
Konfransda çıxış edənlər görülmüş işlər, nailiyyətlər, qarşıda duran mühüm vəzifələrdən söz açıblar. 
Sonda konfrans şagirdlərin ifasında konsert proqramı ilə başa çatıb.  ]]>
<![CDATA[ I sinfə gedəcək şagirdlər - 122 546 
Bunlardan: 
a) qızlar - 58 117 
b) oğlanlar - 64 429 
Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlər - 28 500  ]]>
<![CDATA[ Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib. 
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək peşə təhsili işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. 
Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi, maddi-texniki bazasını güclənməsi və peşə təhsili sisteminin yeniləşməsi zərurəti yaratdığını deyən nazir ölkə Prezidenti cənab İlham Əliyevin məhz bunu nəzərə alaraq təsdiq etdiyi “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həmin sahənin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. Nazir öz çıxışında bu Proqramın icrası istiqamətində görüləcək işlər, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələr, peşə məktəbi və liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək tədbirlərdən, respublikanın ayrı-ayrı bölgələrində yaradılacaq yeni peşə təhsili müəssisələrindən də söz açıb. Bütün bunlarla yanaşı, texniki peşə təhsili sahəsində bir sıra problemlərin də mövcud olduğunu qeyd edən Misir Mərdanov onların aradan qaldırılması, əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayıb. 
Konfransda  Texniki-peşə təhsili şöbəsinin müdiri N. Məmmədov çıxış edərək  qeyd olunan  sahə ilə bağlı məsələlərə toxunub. 
Müzakirələr zamanı peşə təhsili müəssisələri rəhbərlərinin təklifləri səslənib və onları maraqlandıran suallara aydınlıq gətirilib.  ]]>
<![CDATA[ “Tədris materiallarının yazılması” mövzusunda keçirilən seminarın məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadəsi üzrə peşəkar qabiliyyətlərini inkişaf etdirmək, müxtəlif tələbə yönümlü öyrətmə və öyrənmə üsullarını birləşdirən mövzu dəstlərinin işlənib hazırlanması ilə onları tanış etməkdir. 
Seminarda Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialı, Azərbaycan Dövlət Pedaqoji, Bakı, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş 52 nəfər layihə iştirakçısı- təbiət fənlərini tədris edən müəllim, metodistlər iştirak edib. 
Seminarın son günü təntənəli mərasim keçirilib və layihə iştirakçılarına sertifikatlar paylanılıb. 
Tədbirdə Təhsil Nazirliyi, BP-nin Azərbaycan üzrə rəhbər nümayəndələri, “British Council”-un direktoru xanım Nikol lə Os de Laluvye və media nümayəndələri iştirak edib.  ]]>
<![CDATA[ İclası təhsil naziri Misir Mərdanov açaraq bu barədə təqdimat etmək üçün sözü nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanovaya verib. A. Süleymanova öncə ölkəmizdə alı təhsilin bakalavr pilləsində tədris edilən “Təhsilin əsasları” fənni üzrə I semestrin nəticələrindən bəhs edib. Sonra A.Süleymanova II semestrdə tədris ediləcək “Təhsildə dövlət siyasəti”, “Təhsilin iqtisadiyyatı” məzmun xətlərinə, eləcə də qeyd olunanlara dair təlim materialları haqqında məlumat verib. Təqdimatda “Təhsilin iqtisadiyyatı”, “Kurikulum və onun elmi-nəzəri əsasları”, habelə “Təhsilin metodoloji əsasları” üzrə IV və V semestrdə ayrılacaq dərs yükü barədə də danışılıb.
Sonda müvafiq fənn üzrə tədrisin səmərəliliyini yüksəltmək məqsədi daşıyan rəy və təkliflər verilib.  ]]>
Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb.
<![CDATA[ Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb. Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd məktəbləri üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya üzrə münsiflər heyətinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak ediblər.
Uşaqları səmimi salamlayan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin sərvəti olan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Bu məqsədlə ölkə başçısının xüsusi sərəncamı ilə iki il əvvəl “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar cəlb olunub. Sonra nazir düşərgədə şagirdlərin istirahətlərinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş və mənalı keçdiyini deyən uşaqlar yaradılan şəraitdən razılıq edib, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Nazirə məlumat verilib ki, istirahətlərini səmərəli keçirmək üçün uşaqlara hər cür şərait yaradılıb, müxtəlif tədbirlərlə zəngin gün rejimi tərtib olunub. Onlar hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. İndiyədək Qız qalasına, Şirvanşahlar sarayına, Mərdəkan dendrarisinə, Atəşgaha gəzintilər təşkil olunub, bir sıra idman növləri üzrə yarışlar keçirilib. İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır. Uşaqlarla söhbət edən nazir onların arzu-istəkləri ilə maraqlanıb, çoxsaylı suallarını cavablandırıb. Nazir istedadlı uşaqların düşərgədə olduqları müddətdən maksimum səmərəli istifadə etmələri üçün paytaxtın tarixi-mədəni abidələrinə, muzeylərinə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə edib. Təhsil naziri istedadlı uşaqlar üçün düşərgədə yaradılmış şəraiti, onlarla keçirilən mədəni-kütləvi tədbirləri, alimlərin şagirdlərlə görüşünü yüksək qiymətləndirib, bu işdə əməyi olanlara təşəkkür edib. Görüşün sonunda Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirib.  ]]>
<![CDATA[ AzərTAc xəbər verir ki, Abşeron rayonunda yeni dərs ilinə ciddi hazırlıq görülür. 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, rayonda fəaliyyət göstərən 34 məktəbin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar cari təmir işləri aparılır. Xırdalan şəhər 1 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli məktəbləri Təhsil Nazirliyinin, Novxanı kənd 1 nömrəli məktəbi isə rayonun daxili imkanları hesabına əsaslı təmir olunur. Bununla yanaşı, Qobu qəsəbəsində rayonun daxili imkanları, Masazır kəndində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına hər biri 200 şagird yerlik yeni məktəb binaları inşa edilir.  ]]>
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan edir.
<![CDATA[ 1946-cı ildə təsis edilmiş Fulbrayt Tələbə Proqramı ABŞ Dövlət Departamentinin xarici əlaqələrində mühüm rol oynayıb. Bu proqram idarəetmə xüsusiyyətləri, açıq düşüncə nümayiş etdirəcək gələcəyin liderlərini hazırlamaq prinsiplərini rəhbər tutur.
2008-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi və Azərbaycan tərəfinin bu proqramı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” vasitəsilə azərbaycanlı tələbələrin ABŞ universitetlərində təhsil almasının dəstəklənməsi qeyd olunub. 
Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqə də məhz həmin Saziş əsasında aparılır. Müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslər iştirak edə bilərlər. 
Sənədlər sentyabrın 12-dək Təhsil Nazirliyi və ABŞ Səfirliyində qəbul olunacaq. Müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetində, Təhsil Nazirliyinin (www.edu.gov.az) və ABŞ səfirliyinin (www.azerbaijan.usembassy.gov) saytlarında verilib. 
Ərizə formasını isə göstərilən saytlardan əldə etmək olar.  ]]>
Avqustun 8-də Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.
<![CDATA[ Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu.
 Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ənn Dersi, səfirliyin İctimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayıb. Misir Mərdanov Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib. 
Sonra nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq cari ilin iyununda Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Nazir əlavə edib ki, bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi qeyd olunub.
 Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqənin məhz həmin Saziş əsasında aparıldığını diqqətə çatdıran Misir Mərdanov müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslərin iştirak edə biləcəyi barədə məlumat verib. 
Xanım Ənn Dersi çıxış edərək dövlət başçımızın təsdiq etdiyi müvafiq proqramı aıqışlayıb və bu proqramın azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində oxumaq üçün faydalı imkan yaratdığını vurğulayıb. Səfir eyni zamanda bildirib ki, ABŞ höküməti 1993-cü ildən Fulbrayt Proqramı çərçivəsində hər iki ölkənin alimlərinin qarşılıqlı səfərlərini təşkil edir və bu proqramın iştirakçıları professor-müəllim heyəti, tədqiqatçılardır. 
Xanım Dersi onu da əlavə edib ki, bu proqram çərçivəsində seçilənlər ABŞ-da iki il magistr proqramı üzərində çalışacaqlar. 
Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov və ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi media nümayəndələrinin Fulbrayt Proqramı ilə bağlı suallarını cavablandırıblar.  ]]>
Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov və Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.
<![CDATA[ Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. 
Öncə Misir Mərdanov qonaqlara ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci ölkələrdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər haqqında məlumat verib. 
Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov bu görüşdən məmnun olduğunu ifadə edib. V.Məmmədov rəhbəri olduğu təşkilatın məram və məqsədləri haqqında danışaraq nazirə müxtəlif ölkələrdə keçirilən Forumlar barədə də məlumat verib, qeyd edib ki, məhz belə tədbirlərdə azərbaycanlı tələbələr bir araya gəlməklə fikir mübadiləsi aparır, müxtəlif təklif və ideya verirlər. 
Forumun əhəmiyyətindən danışan təşkilat rəhbəri Azərbaycanın Avropada tanıdılması işində keçirilən tədbirlərin böyük rol oynadığını vurğulayıb. Brüsseldə təşkil olunan azərbaycanlı tələbələrin Avropa Forumunda müzakirə edilən məsələlər, eləcə də qarşıda duran perspektivlərdən söz açan V.Məmmədov Forumun digər fəaliyyət istiqamətlərindən də danışıb. 
Qeyd olunan təşkilatla mütəmadi əlaqələr yaradılması, görüşlər keçirilməsinin zəruriliyini bildirən Misir Mərdanov birgə tədbirlər planının hazırlanması, TEMPUS-TASİS proqramı üzrə iş aparılması təklifi ilə çıxış edib. Nazir həmçinin bu təşkilata Azərbaycanın tarixi, mədəniyyəti, dili ilə bağlı dərslik və xəritələr verilməsi fikrini də qeyd edib. Misir Mərdanov bildirib ki, bəzi ölkələrin aparıcı ali məktəblərində Azərbaycan Mərkəzinin yaradılması işi də bu istiqamətdə atılan ən yüksək addımlardan biri olar. 
Təhsil naziri Misir Mərdanov təşkilatın işinə dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb və birgə fəaliyyət göstərməyə böyük önəm verdiyini açıqlayıb. 
Görüşdə Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə hazırladığı memorandumun bu ilin noyabrında Londonda keçiriləcək Forum zamanı imzalanması təklifi də səsləndirilib.  ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak edib. 
Təhsil naziri Misir Mərdanov seminarın keçirilməsini və bu tədbirdə şəhər məktəbləri ilə yanaşı bölgələrin ümumtəhsil müəssisə rəhbərlərinin iştirakını yüksək dəyərləndirib. Eyni zamanda nazir çıxışında məktəb direktorunun idarəetmə prinsiplərinə yiyələnməsi, məktəbin idarə olunmasında onlardan xüsusi istedad və qabiliyyət tələb olunması kimi məsələlərdən söz açıb. 
Sonra nazir seminarın təşkilatçılarına minnətdarlığını bildirib, onun aparıcısı, ABŞ-ın Konnektikut Universitetinin professoru xanım Ketrin Maqnaya təşəkkür edib. 
Tədbirdə seminarda iştirak etmiş direktorlara sertifikatlar təqdim olunub.  ]]>
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində cari ilin martında Koreyaya 5, iyunda isə 12 tələbə müsahibə əsasında seçilərək Almaniyaya təhsil almaq üçün göndərilib.
<![CDATA[ Hazırda Fransa ali məktəblərində təhsil almaq üçün sənədlərin qəbulu başa çatıb. Yaxın günlərdə sənəd təqdim edən 40-dan artıq tələbə üçün müsahibə keçiriləcək.
Onu da qeyd edək ki, bu günlərdə ABŞ-ın Fulbrayt Proqramı ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üçün elan veriləcək.  ]]>
<![CDATA[ Proqrama əsasən İKT-nin tətbiqi üzrə Məlumat və Resurs Mərkəzinin yaradılması ilə bağlı  iş aparılacaq. Mərkəz şəbəkə idarəedilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyi, intranet xidmətlərinin işlənilməsi və tətbiq olunması, yeni texnologiyalar sahəsində araşdırmaların aparılması və müvafiq treninqlərin təşkili üzrə fəaliyyət göstərəcək.
 Eyni zamanda ölkəmizin ən qabaqcıl təhsil müəssisələrində Elektron məktəb tipli pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi “Bir müəllim bir kompüter-Bir şagird bir kompüter” prinsipinə nail olmaqla təhsilə İKT-nin tətbiqini sürətləndirməkdir. 
Məlumat üçün onu da qeyd edək ki, 2009-cu ildən başlayaraq yuxarıda sadalanan tədbirlərin ölkəmizin digər şəhər və kənd bölgələrində yerləşən təhsil müəssisələrinə tətbiqi planlaşdırılır.  ]]>
<![CDATA[ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı çərçivəsində bu il daha 22 tələbə xarici ölkələrin ali təhsil ocaqlarında oxumağa göndəriləcəkdir.
Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, artıq həmin tələbələrin 5 nəfərdən ibarət ilk qrupu Almaniyaya yola salınmışdır. Onlardan 4-ü ikiillik magistr dərəcəsi, 1-i isə 3 illik bakalavr pilləsi üzrə müxtəlif universitetlərdə oxuyacaqdır.
 Əvvəlcə Berlində iki aylıq kurslara cəlb olunacaq bu tələbələr, əsasən, iqtisadiyyat və neft mühəndisi ixtisası üzrə təhsil alacaqlar. Növbəti 2 qrupun yola salınması isə avqustun axırı, sentyabrın əvvəllərinə planlaşdırılır. Onlar Almaniya ilə yanaşı, Fransa, Böyük Britaniya, Hollandiya və Amerikanın nüfuzlu universitetlərinə göndəriləcəklər. 
Şirkətin 2006-cı ildən həyata keçirdiyi Təqaüd Proqramı çərçivəsində hazırda 29 tələbə təhsilini xaricdə davam etdirir. Artıq onlardan 4-ü vətənə qayıtmış və ixtisasları üzrə işlə təmin olunmuşdur.
AzərTAc ]]>
<![CDATA[ Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 4-də bu ölkənin Xarici İşlər Nazirliyinin “2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü” proqramının açılışı olmuşdur .
2003-cü ildən başlayaraq hər il İndoneziya dili, tarixi və mədəniyyətinin öyrənilməsi və ölkənin təbliği məqsədi ilə təşkil olunan proqramda ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin üç tələbəsi - Elmar İsgəndərov, Günel Bayramova və Ülkər Qafarlı iştirak edirlər. Ümumilikdə isə Proqramda 30 ölkədən 51 gənc iştirak edir. 
Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzində, Bandunq (Qərbi Yava), Denpasar (Bali), Solo (Mərkəzi Yava) və Coqcakartada bu ölkənin tarixi, incəsənəti və mədəniyyəti ilə tanış olacaq, İndoneziya dilini və yerli dilləri öyrənəcəklər. 
Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.  ]]>
<![CDATA[ Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir.
Hazırda Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640, Dərəcənnətli və Aydınbulaq kəndlərində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Bu tədris ocaqlarının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur. Şəhərdəki 10 nömrəli orta məktəbin əsas korpusunda aparılan təmir işləri isə artıq başa çatdırılmış və təhsil müəssisəsi müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, hazırda 9 məktəb binasında yeni istilik sisteminin quraşdırılmasına başlanılmışdır. 
Təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə 200 parta, 12 yazı lövhəsi, 14 kitab şkafı, 23 televizor, 8.175 nüsxə bədii ədəbiyyat, habelə uşaq bağçaları üçün 4 soyuducu və 11 şkaf alınaraq ehtiyacı olan məktəblərə və məktəbəqədər tərbiyə ocaqlarına verilmişdir. 
AzərTAc ]]>
<![CDATA[ Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub. 
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və bildirib ki, görüşdə “Korea Digital Technology”, “Samsung Advanced Institute of Technology”, “CF Construction Company” və “Business Consultant & Invectors Company” şirkətlərinin nümayəndələri iştirak edir.
 Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. 
Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin “Elektron məktəb” layihəsi istiqamətində ötən tədris ilində iş aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov mövcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulması, internetə sürətli çıxışın təmin edilməsi və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb. 
“Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri cənab Bin Eok Li səmimi qəbul üçün nazirə təşəkkür etdikdən sonra öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin təhsildə tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb. 
Nazir də öz növbəsində qonaqlara son illər İKT-nin orta məktəblərdə tətbiqi məsələsinin prioritet istiqamət olduğunu açıqlayıb, reallaşdırılan mühüm layihələr haqqında ətraflı danışıb. Eyni zamanda Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənəd imzalanması təklifini irəli sürüb. 
Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar Koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar. 
Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələ ilə üzrə layihə sənədinin hazırlanması ilə bağlı tapşırıq verib. 
Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Taek Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib. ]]>
“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrasına dair Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən ümumtəhsil məktəblərinin xüsusi istedada malik şagirdləri üçün yay təlim-istirahət düşərgəsi təşkil olunacaq.
<![CDATA[  Avqustun 4-dən fəaliyyətə başlayacaq düşərgə Bakı şəhəri Əzizbəyov rayonundakı 16 saylı internat məktəbinin bazasında təşkil olunacaq. 
Düşərgədə istirahət edən şagirdlər üçün maraqlı gün rejiminin qurulması, onların tanınmış alimlərlə görüşlərinin, təlim məşğələləri və mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.  ]]>
<![CDATA[ Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır. Təmir ediləcək peşə təhsili müəssisələri müasir avadanlıq və inventarlarla təchiz ediləcək. 
Məlumat üçün bildiririk ki, hazırda ölkəmizdə 60 peşə məktəbi, 47 peşə liseyi olmaqla 107 peşə təhsili müəssisəsi vardır. 2008-2009-cu tədris ilində 1 peşə tədris mərkəzi fəaliyyət göstərəcək. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir, 7-si isə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Peşə təhsili müəssisələrində 1062 ümumtəhsil, 989 ixtisas fənn müəllimi, 1655 istehsalat təlimi ustası, 3706 mühəndis-pedaqoji işçi çalışır. Şagirdlərin ümumi sayı isə 24 455-dir.  ]]>
<![CDATA[ Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri tərəfindən hazırlanan bu qaydaları praktik təhsil işçiləri və mütəxəssislər müzakirə edəcək.
Qaydalar layihəsi Təhsil Nazirliyində geniş müzakirə olunduqdan sonra qəbul olunacaq.   ]]>
<![CDATA[ Yay məktəbinin əsas məqsədi keçid mərhələsində olan ölkələrin təhsil işçilərini aktuallıq kəsb edən problemlər ətrafında düşündürmək və məlumatlandırmaq olub. Məktəbdə dünyanın 10 ölkəsindən 23 dinləyici-təhsil üzrə mütəxəssis iştirak edib.
 Beş günlük məşğələlər ərzində iştirakçılar müxtəlif ölkələrin təhsil sahəsi üzrə tanınmış mütəxəssislərinin “Keçid ölkələrində təhsil siyasəti”, “Təhsil və sosial bərabərlik”. “Müəllim və kurrikulumun keyfiyyəti”, “Akademik nailiyyətlər”, “Maliyyələşdirmə və dövlət idarəetməsi” mövzularında mühazirələrini dinləyib, öz ölkələrinin təcrübələri barədə müzakirələr aparıb və verilən tapşırıqlar üzərində çalışıblar. 
Sonda dinləyicilərə fəal iştiraka və müvəffəqiyyətlərinə görə sertifikatlar təqdim olunub.  ]]>
<![CDATA[ Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək. Qurultayda ölkədə aparılan təhsil islahatlarının gedişi, təhsilin inkişafı üzrə əldə olunmuş nailiyyətlərdən söz açılacaq, milli təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr, mövcud problemlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək. 
Qurultaya hazırlıq işlərinin təşkili və onun yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılıb. Komitəyə qurultayın keçirilməsi üzrə tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verilib.  ]]>
<![CDATA[ 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır. Bunlar müəllim üçün 21 adda vəsait, I siniflər üçün 13, III-XI siniflər üçün 68 adda dərslikdir.
Artıq dərsliklərin 60%-dən çoxu çap olunaraq Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilib. Qalan dərsliklər isə növbəti on gün ərzində təhvil veriləcək. 
Onu da qeyd edək ki, Maddi-Texniki Təchizat İdarəsinə daxil olmuş dərsliklər müəyyən olunmuş qrafik üzrə rayon, şəhər təhsil şöbələrinə göndərilir.  ]]>
<![CDATA[ Bu müəssisə ölkəmizdə turizm və otelçilik üzrə fəaliyyət göstərəcək ilk Peşə Tədris Mərkəzi olacaq. 
Mərkəzdə orta ümumtəhsil məktəbi şagirdlərinə təhsillərini davam etdirməklə yanaşı, ödənişli yolla peşə təhsili almaq imkanı da yaradılacaq. Eyni zamanda əsas iş yerindən ayrılmamaqla əlavə peşə almaq, ixtisasartırmadan keçmək də mümkün olacaq. ]
Müasir standartlar səviyyəsində yaradılacaq bu mərkəzdə barmen- bufetçi, ofisiant, aşbaz, qənnadçı, otel nəzarətçisi, ekskursovod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel administratoru peşələri üzrə ixtisaslı kadrlar hazırlanacaq. Mərkəzin yaradılmasında əsas məqsəd regionda turizm və otelçilik sahələrinin inkişafına nail olmaq, turizm və otel obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir. 
Peşə Tədris Mərkəzində texniki səviyyədə əsas təhsil üzrə dövlət və ödənişli hesaba 2 illik, orta təhsil üzrə 1 illik, 3-6 aylıq qısamüddətli ödənişli, mühəndis-pedaqoji işçilər üçün 3 aylıq ixtisasartırma və yenidənhazırlanma, xarici dil və İKT üzrə ödənişli, eləcə də rəhbər işçilər və sahibkarlar üçün ödənişli təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulub.  ]]>
Hazırda bu proqram çərçivəsində ABŞ-da 7, Avstraliyada 2, Almaniyada 5, Böyük Britaniyada 8, İsveçdə 2, İsveçrədə 1, İspaniyada 1, Yaponiyada 1, Yeni Zellandiyada 1, Cənubi Koreyada 5, Niderlandda- 4, Rusiyada 20, Türkiyədə -10, Fransada 13, Çexiyada 1, ümumilikdə isə 81 azərbaycanlı tələbə tibb, iqtisadiyyat, sənaye, İKT, elm, hüquq və incəsənət istiqamətləri üzrə təhsil alır.  ]]>
<![CDATA[ İyulun 18-də Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə reallaşdırdığı “İngilis dilinin intensiv tədrisi layihəsi” çərçivəsində təlim-seminar keçən müəllimlərin ikinci qrupuna sertifikatlar təqdim olunub.
 Məlumat üçün qeyd edək ki, bu layihə çərçivəsində təlim keçən ingilis dili müəllimlərinin ilk qrupuna sertifikatlar iyulun 11-də verilib. 
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq həyata keçirilən layihə barədə qısa məlumat verib, müəllimlərin ixtisas biliklərini və elmi-metodik hazırlıqlarını artırmaqda təlim-seminarın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda layihənin təşkilatçılarına, xüsusilə bu işdə böyük əməyi olan “British Council”un proqram üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirib. 
Bu işin ölkəmizdə davamlı olaraq aparılmasının vacibliyini vurğulayan nazir yeni dərs ilindən başlayaraq digər məktəblərdə dərs deyən ingilis dili müəllimləri üçün də müvafiq seminarlar təşkil etməyin məqsədəuyğunluğunu bildirib. Misir Mərdanov ölkədə aparılan təhsil islahatlarında, xüsusilə, tədris prosesinə yeni texnologiyaların tətbiqində ingilis dili müəllimlərinin fəallığını xüsusi qeyd edib və məhz bunun nəticəsi olaraq “Ən yaxşı müəllim” müsabiqəsində yer tutanlar arasında ingilis dili müəllimlərinin çoxluq təşkil etdiyini diqqətə çatdırıb. 
Mərasimdə çıxış edən bir sıra məktəb direktorları və seminarı aparan müəllimlər keçirilən təlimləri yüksək dəyərləndirib, bu işin ardıcıl davam etdirilməsinin vacibliyindən söz açıblar. 
Sonda təlim-seminarın ikinci qrupunun iştirakçılarına sertifikatlar təqdim olunub.  ]]>
<![CDATA[ İyulun 18-də “Xarı bülbül” restoranında Təhsil Nazirliyi Azərbaycan Milli Mətbuatının 133-cü ildönümünə həsr olunmuş mərasim keçirib. 
Tədbirdə nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri və nazirliyin rəhbər işçiləri iştirak edib. 
Mərasimi giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq kütləvi informasiya vasitələri nümayəndələrini qarşıdan gələn bu əlamətdar gün münasibətilə təbrik edib. 
Nazir cəmiyyətin ən aparıcı qüvvəsi hesab edilən jurnalistikanın, azad mətbuatın inkişafının ümummilli liderimiz Heydər Əliyevin həmişə diqqətində olduğunu vurğulayıb və bu yolun hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. 
Nazir bildirib ki, son illər ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər bu gün geniş ictimaiyyətin diqqət və marağındadır. Görülən işlərin ictimaiyyətə vaxtında çatdırılmasında KİV-in danılmaz rol oynadığını qeyd edən Misir Mərdanov Təhsil Nazirliyinin media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, eləcə də bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Misir Mərdanov həmçinin 2008-2009-cu tədris ili üzrə yeniliklərdən, məktəb tikintisi, Azərbaycan müəllimlərinin XIII Qurultayına hazırlıq işlərinin aparılması və digər məsələlərdən söz açıb. 
Sonra təhsil sahəsində görülən işləri obyektiv və peşəkar işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə Təhsil Nazirliyinin Fəxri fərmanı və pul mükafatı təqdim olunub.
Mərasimdə ölkə jurnalistikasının tanınmış nümayəndələri çıxış edərək Təhsil Nazirliyinin keçirdiyi bu tədbiri yüksək dəyərləndiriblər.  ]]>
<![CDATA[ İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb. 
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan İordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib. 
Görüşdə, həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib. 
Misir Mərdanov Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb. Eyni zamanda nazir səfirə gələcək işlərində uğurlar arzu edib. 
Cənab Adel Adaileh səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Aparılan islahatlar nəticəsində İordaniyada Yaxın Şərqdə nümunəvi təhsil sistemi yaradıldığını diqqətə çatdıran səfir, həmçinin nazirin qeyd etdiyi məsələlərə dəstək göstərməyə hazır olduğunu bildirib. 
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı səfərlərin təşkili məsələlərindən də bəhs olunub.  ]]>
<![CDATA[ Müşavirədə qarşıda duran bir sıra məsələlər və prioritet istiqamətlərlə bağlı müzakirələr aparılıb.
Təhsil naziri Misir Mərdanov 2008-2009-cu tədris ilində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq işə daha da ciddi məsuliyyətlə yanaşılmasının vacibliyini bildirib.
Sonra Misir Mərdanov cari ilin sentyabrında keçiriləcək Azərbaycan müəllimlərinin XIII qurultayına hazırlıq işlərinin aparılmasının ən vacib məsələ olduğunu diqqətə çatdırıb, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə bu istiqamətdə lazımi işlərin həyata keçirilməsi məqsədilə tapşırıqlar verib, eləcə də bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması qərara alınıb. 
Müşavirədə yaxın günlərdə nəşri nəzərdə tutulan “Azərbaycanın təhsil tarixi” kitabı üzrə işin yekunlaşdırılması, orta ümumtəhsil məktəblərində xarici dillərin tədrisində mövcud olan problemlərin aradan qaldırılması, məktəblərin müasir avadanlıqlara malik fizika və kimya üzrə laboratoriyalarla təchiz olunması, dərsliklərlə təminat, habelə digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq şəxslərə konkret göstərişlər verilib.  ]]>
İyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təqdimat keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu proqramın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalayıb. Həmin Proqram çərçivəsində 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil almasının nəzərdə tutulduğunu qeyd edən Misir Mərdanov bildirib ki, gənclərimiz, həmçinin Təhsil Nazirliyi ilə imzaladıqları müvafiq fərdi müqaviləyə əsasən xarici ölkədə təhsil aldıqdan sonra yüksək səviyyəli kadr kimi vətənə dönərək 5 il ərzində təyinat üzrə müvafiq sahədə işləmək öhdəliyini daşıyırlar. 
Sonra nazir azərbaycanlı gənclərin ölkədən kənarda təhsil almasının tarixindən söz açaraq bu işdə ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olduğunu, müvafiq ənənənin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu sahə üzrə verilən Sərəncamların əhəmiyyətini qeyd edib. 
Nazir məlumat verib ki, hazırda qeyd olunan Proqram çərçivəsində 80-dən artıq azərbaycanlı gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsil alır. Misir Mərdanov Dövlət Proqramının səmərəli həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin müxtəlif ölkələrin tərəfdaş qurumları, yaxud birbaşa ali məktəbləri ilə əməkdaşlıq üzrə atılan addımlar barədə də danışıb. Fransanın “Cnous”, Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatları və ABŞ Dövlət Departamentinin “Fulbrayt” Proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradıldığını vurğulayan nazir əlavə edib ki, “Cnous” təşkilatı ilə imzalanmış saziş çərçivəsində ötən il 13 azərbaycanlı gənc Fransanın müxtəlif universitetlərində təhsil almağa göndərilib. Nazir eyni zamanda DAAD təşkilatı ilə cari ilin iyununda Təhsil Nazirliyinin imzaladığı saziş çərçivəsində Almaniyadan gəlmiş ekspertlərlə birgə bu ölkədə təhsil almağa göndəriləcək 12 namizədin müəyyən olunduğundan, yaxın vaxtlarda həmin namizədlərin Almaniyaya göndəriləcəyindən söz açıb. 
Tədbirdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərə dair təqdimat edib. Q. Novruzov öz təqdimatında Dövlət Proqramının yaranma zərurəti, onun əsas məqsəd və vəzifələri, bu proqramın hazırkı təqaüdçüləri, ən çox üstünlük verilən istiqamətlər, ümumilikdə mövcud sahədə reallaşdırılan tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. 
Sonda Dövlət Proqramı üzrə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. x  ]]>
<![CDATA[ İyulun 11-də “Park-inn” otelində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi” üzrə təlim keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi keçirilib. 
Mərasimdə təhsil naziri Misir Mərdanov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, layihə üzrə təlim keçən müəllimlər iştirak edib. 
Məlumat üçün qeyd edək ki, müəllimlərinin ingilis dili dərslərini daha maraqlı və müasir etmələri üçün “British Council” Təhsil Nazirliyi ilə birgə müəllimlər üçün yeni və dinamik İngilis dili təlim kursu hazırlayıb. Yeni olan bu təşəbbüs müasir təlim metodlarını tətbiq  etməklə Bakının ən aparıcı 60 ingilis dili müəlliminin təkmilləşdirilməsini nəzərdə tutur. 
Təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan bu tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “British Council” ölkəmizdə müxtəlif istiqamətli layihələr həyata keçirir. “İngilis dilinin intensiv tədrisi” layihəsini də yüksək dəyərləndirən nazir bu işin Azərbaycanda ingilis dili tədrisinin təkmilləşdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında oynadığı roldan danışıb. Eyni zamanda nazir əlavə edib ki, 2003-2008-ci illərdə həmin təşkilatla Təhsil Nazirliyinin həyata keçirdiyi birgə layihələrin məqsədi Azərbaycanda təhsil islahatlarına uyğun olaraq ingilis dili müəllimləri üçün bu dilin tədrisi sahəsində ən son nailiyyətləri əks etdirən müasir və effektiv ixtisasartırma, təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində fəal-interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqidir. 
Misir Mərdanov qeyd edib ki, mövcud layihə Bakıdakı 7, 23, 27 saylı məktəblərdə, “İntellekt”, “Ankara” liseyləri, Beynəlxalq Təhsil Kompleksi və S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Nazir həmçinin məhz bu məktəblərin seçilməsini həmin müəssisələrdə ingilis dilinin dərindən öyrədilməsi, lazımi kadr potensialının olması ilə əlaqələndirib və layihənin akademik Zərifə Əliyeva adına məktəbi əhatə etdiyini də xüsusi qeyd edib. Nazir bildirib ki, layihəyə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. 
Tədbirdə Misir Mərdanov “British Council” un Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvyeyə və təşkilatın bütün əməkdaşlarına bu işdə göstərdikləri dəstəyə görə təşəkkür edib.
“British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye çıxış edərək qeyd edib ki, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanması bu layihənin əsas məqsədidir. 
Keçirilmiş təlim–seminarda azərbaycanlı müəllimlərin hazırlıq səviyyəsindən razılıqla danışan xanım Lalüvye rəhbərlik etdiyi təşkilatla Təhsil Nazirliyinin əməkdaşlığını yüksək qiymətləndirib. Xanım Lalüvye həmçinin bu istiqamətdə reallaşdırılacaq digər tədbirlərdən də danışıb. 
Sonda qeyd olunan layihə üzrə təlim keçən ingilis dili müəllimlərinə sertifikat təqdim olunub.  ]]>
İyulun 9-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində yerinə yetirilən vəzifələrə dair iclas keçirilib.
İclasda təhsil naziri Misir Mərdanov son illər peşə təhsilinin inkişafı istiqamətində atılan addımlardan danışıb, bu sahəyə olan dövlət qayğısını xüsusi qeyd edib. Nazir texniki-peşə təhsilini müvafiq sistemin mühüm pillələrindən biri kimi dəyərləndirərək, onun sosial-iqtisadi inkişafın təmin edilməsində aparıcı rol oynadığını bildirib.
Misir Mərdanov məlumat verib ki, hazırda ölkəmizdə 114 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir, onlardan 47-si peşə liseyi, 60-ı peşə məktəbidir.
Sonra nazir ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın təsdiq edildiyini və bu proqramda texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə və kadr hazırlığı işinin təkmilləşdirilməsinin prioritet istiqamət olduğunu diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov bu proqrama əsasən görülən işlər barədə məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib. 
N.Məmmədov bildirib ki, qeyd olunan proqrama əsasən Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Britaniya Şurası, YUNESKO, Cənubi Koreyanın “DAEWOO” şirkəti və digər beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırılıb. Eyni zamanda şöbə müdiri texniki-peşə təhsili sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması, Bakıda və regionlarda sahibkarlıq kurslarının təşkili, əmək bazarının öyrənilməsi ilə əlaqədar birgə sorğuların keçirilməsi, peşə təhsili sahəsinə aid olan məlumat bazası və internet səhifəsinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb. 
N.Məmmədov məlumat verib ki, 2008-ci ildə dövlət vəsaiti hesabına 8 texniki-peşə məktəbinin əsaslı təmiri və 1 məktəbin yenidən qurulması planlaşdırılır, habelə yaxın müddət ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin açılışı gözlənilir. Şöbə müdiri Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birlikdə Bakıda inşası nəzərdə tutulan “Ali Texniki Peşə Təhsili Mərkəzi”nin yaradılması istiqamətində görülən işlərdən də danışıb.
Sonda N.Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.  ]]>
<![CDATA[ Böyük Britaniyanın “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində 5 günlük təlim kursu keçirib. 
Təlim kursunun əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıq və peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi, müvafiq təlim vasitələrinin öyrədilməsindən ibarət olub. 
Təlimlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalından, Gəncə, Sumqayıt, Lənkəran Dövlət universitetlərindən, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş kimya, biologiya və fizika fənlərini tədris edən müəllimlər, rayon təhsil şöbələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodistləri iştirak ediblər. 
Layihə üzrə növbəti təlim kursu yeni dərs ilində keçiriləcək.  ]]>
<![CDATA[ İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi üzrə layihənin tətbiqi”nə dair təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib. 
Layihənin əsas məqsədi müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlanması, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanmasıdır. 
Onu da qeyd edək ki, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sisteminin qarşısında da mühüm vəzifələr qoyur, xarici dillərin tədrisinin təkmilləşdirilməsini, dünyada uğurla tətbiq edilən metodikaların Azərbaycanda da həyata keçirilməsini aktuallaşdırır.
Məhz bu zərurət nəzərə alınaraq layihə 2008-2009-cu dərs ilindən Bakı şəhərinin 7, 23, 27 saylı məktəbləri, “İntellekt” liseyi, S.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, Ankara liseyi, Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək. 
Qeyd olunan sənədə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Eyni zamanda layihədə müvafiq siniflərdə dərs deyəcək müəllimlər üçün treninqlər keçirilməsi, bununla bağlı proqramların işlənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi də öz əksini tapıb. 
Treninqlərə cəlb olunan müəllimlərin ilk qrupu iyulun 7-dən 11-dək, II qrup isə 14-dən 18-dək təlim keçəcək. Sonda həmin müəllimlərə sertifikatlar təqdim olunacaq.  ]]>
<![CDATA[ İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib. İmtahanda təhsil naziri Misir Mərdanov iştirak edib. 
Məlumat üçün bildirək ki, bu ali təhsil ocağında ötən semestrdən etibarən kompüter mərkəzi fəaliyyətə başlayıb. Yay sessiyasında 2 mindən artıq tələbə bir fəndən imtahanı bu üsulla verib. 
Cari ildə ADPU-da Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq bütün ixtisaslar üzrə dövlət imtahanları İKT- nin tətbiqi ilə aparılır. 
Misir Mərdanov universitetin rektoru Yusif Məmmədovla birgə otaqları gəzərək imtahanların gedişini izləyib. Nazir imtahan komissiyalarının üzvləri və tələbələrlə bu mühüm addımla bağlı söhbət aparıb. ADPU-da həyata keçirilən müvafiq işi yüksək dəyərləndirdiyini diqqətə çatdıran Misir Mərdanov tezliklə digər ali məktəblərin də bu üsulu tətbiq edəcəyinə ümidvar olduğunu bildirib. Nazir həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edib. 
Sonda nazir tələbələrə bilik sınağında uğurlar arzulayıb.  ]]>
<![CDATA[ Nazir bildirib ki, YUNİSEF təşkilatı ötən müddətdə öz missiyasını uğurla yerinə yetirib, uşaq hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində əhəmiyyətli layihələr reallaşdırıb. Misir Mərdanov bu uğurların əldə edilməsində xanım Hanaa Singerin və proqramlar üzrə rəhbər Gülanə Hüseynovanın xidmətlərinin danılmaz olduğunu diqqətə çatdırıb, onları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edib. Eyni zamanda nazir mövcud əməkdaşlığın davamlılığına əminliyini də vurğulayıb.
Sonra Misir Mərdanov xanım Hanaa Singerə ölkəmizdə aparılan təhsil islahatlarına göstərdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
Tədbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov “Təhsil Nazirliyi və YUNİSEF: birgə uğurlu əməkdaşlıq” mövzusunda təqdimat edib. F.Qədirov təqdimatında YUNİSEF-lə birgə həyata keçirilən layihələrin məqsədini açıqlayaraq qeyd edib ki, bu layihələr ümumilikdə 200-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisələrini, 20000-ə yaxın uşaq və şagirdi, 5000-ə qədər valideyni, 2500-dək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. 
F.Qədirov həmçinin birgə reallaşdırılan “Erkən yaş dövründə uşaqların inkişafı”, “Fəal təlim siyasəti”, “Məktəb uşağın dostudur”, “Valideyn-Müəllim Assosiasiyalarının yaradılması” və s. layihələr, eləcə də qarşıda duran perspektivlər barədə iştirakçılara geniş məlumat verib. 
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer ona göstərilən bu yüksək diqqətə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda çalışmaqdan, həyata keçirilən layihələrə göstərilən dəstəkdən razılığını ifadə edib. 
Mərasimdə millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, rayon təhsil şöbələrinin müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.  ]]>
<![CDATA[ Bu günlərdə Təhsil Nazirliyi və YUNİSEF–in 2008-ci il üçün birgə fəaliyyət planına əsasən “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində məktəblər üçün keyfiyyət standartlarının hazırlanması məqsədilə üç günlük seminar keçirilib.  
<![CDATA[ İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub. 
Mərasimdə təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. 
Qonaqları salamlayan cənab Masamitsu Oki Yaponiya Hökumətinin öz yardımını Azərbaycandan əsirgəmədiyini qeyd edib və həyata keçiriləcək layihələrin uğurlu töhfələr verəcəyinə əmin olduğunu bildirib. Səfir qeyd olunan qrant proqram üzrə ölkəmizdə ayrı-ayrı sahələr üzrə ümumi məbləği 7 327 691 ABŞ dolları olan 106 layihənin həyata keçirildiyini diqqətə çatdırıb, eləcə də imzalanacaq müqavilə haqqında da məlumat verib. 
Təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdə təhsil sahəsi üzrə görülən işlərə dəstək göstərdiyini xüsusi qeyd edib, eyni zamanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. Ölkəmizin ucqar kəndlərində Yaponiyanın maliyyə vəsaiti hesabına məktəblərin tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Misir Mərdanov görülən işlərə görə səfirə təşəkkür edib. 
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu proqram çərçivəsində həyata keçirilən tədbirlərin ilkin tibbi yardımın səviyyəsinin yüksəlməsində böyük əhəmiyyətindən danışıb. 
Sonra ümumi dəyəri 351 289 ABŞ dolları olan Ağcabədinin Taxtakörpü kəndində köçkün məktəbi və Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi, habelə Zaqatalanın Faldarlı, İmişlinin Xalaflı kəndlərində isə ilkin təcili yardım məntəqəsinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalanıb. 
Müqavilələri Yaponiya tərəfdən cənab Masamitsu Oki, Azərbaycan tərəfindən isə icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalayıblar.  ]]>
İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb.
<![CDATA[ İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb. Təhsil Nazirliyi, YUNESKO və bu qurumun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminar üç gün davam edəcək. 
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə tədbiri açdıqdan sonra sözü təhsil naziri Misir Mərdanova verib. 
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini deyən nazir son dövrlər bu sahədə keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov şagirdbaşına maliyyələşmənin də təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən ən əsas amillərdən biri olduğunu vurğulayıb, bununla bağlı 3 pilot rayonunda aparılan işləri diqqətə çatdırıb. Nazir iştirakçılara mövzu ilə bağlı beynəlxalq təcrübəni dərindən öyrənməyi tövsiyə edib və əmin olduğunu bildirib ki, seminarın keçirilməsi ölkəmizdə müvafiq istiqamətdə işlək mexanizmin yaradılmasında böyük rol oynayacaq.
Sonra “Maliyyə formulası nədir?” mövzusunda mühazirələr dinlənilib və müzakirələr aparılıb. 
Tədbirdə YUNESKO-nun təmsilçisi Muriel Puasso “Maliyyə formulasına dair ümumi təqdimat: beynəlxalq təcrübə”, Litva Təhsil və Elm Nazirliyi Ümumtəhsil departamentinin direktoru Arunas Plikşnys “Litvada təhsilin maliyyələşmə islahatları” və digər şəxslər çıxış ediblər. 
Mərasimdə Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları, şagirdbaşına maliyyələşmə üzrə 3 pilot rayonun nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər iştirak edib. 
Seminar öz işini davam etdirir.  ]]>
<![CDATA[ İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib. 
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin reallaşdırılmasından, bu sahənin əhəmiyyətindən danışıb. Misir Mərdanov bildirib ki, son illərdə məktəbəqədər təhsilin inkişafında müsbət addımlar atılıb, beynəlxalq təşkilatlarla birgə yeni təhsil texnologiyalarının tətbiqi, təlim və inkişaf mühitinin yaradılması istiqamətində müəyyən uğurlar əldə edilib. 
Nazir məktəbəqədər təhsilə olan dövlət qayğısını xüsusi vurğulayıb, müvafiq proqramın icrası ilə bağlı görülən işləri, mövcud binaların əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisəsi binalarının inşası, zəruri avadanlıqlarla təchizatı üzrə nəzərdə tutulan tədbirləri iştirakçıların diqqətinə çatdırıb. 
Eyni zamanda Misir Mərdanov hazırda 21 uşaq bağçasında əsaslı təmir işlərinin aparıldığını bildirib.   
Müşavirədə nazir məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması, bu planda müvafiq strukturların rolunun müəyyənləşdirilməsi, əlaqələndirici Şuranın təsis edilməsi və s. tədbirlərin təxirəsalınmadan həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov cari ilin aprelində Londonda “Erkən yaş dövründə uşaqların inkişafı” mövzusunda keçirilən təlim kursunda Təhsil Nazirliyi əməkdaşlarının da iştirak etdiyini qeyd edib. 
Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təqdimatında keçirilən təlim kursu barədə məlumat verib, müzakirə olunan problemlər, əsas tendensiyalardan söz açıb. F.Qədirov həmçinin erkən yaş dövründə uşaqların inkişafı ilə bağlı London təcrübəsi haqqında danışaraq yerli orqanların, valideynlərin və icmanın bu sahədə rolunu, beynəlxalq təcrübədən yararlanaraq gələcək perspektivlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd edib. 
Sonra Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə 2008-ci ilə dair tədbirlər planında nəzərdə tutulan məsələlərdən söz açıb. N.Alnağıyeva bu sahə üzrə mövcud normativlərin, məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində görülən işlər, valideynlərin maarifləndirilməsi məqsədilə treninqlər, seminarların keçirilməsi və s. barədə ətraflı məruzə edib. 
Müşavirədə iştirak edən YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer hər iki təqdimat üzrə verilən məlumatlardan razılığını ifadə edib, eyni zamanda müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıqlayıb.  ]]>
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Amerini səmimi salamlayaraq onun ölkəmizə gəlişini, iki ölkə arasında təhsil sahəsində rəsmi sənədə imza atılmasını yüksək dəyərləndirib. 
Azərbaycan-ABŞ əlaqələrinin son illər daha da inkişaf etdiyini qeyd edən nazir ölkəmiz müstəqillik qazandıqdan sonra azərbaycanlı gənclərin müvafiq ölkənin tanınmış universitetlərində təhsil almasına böyük önəm verdiyini alqışlayıb. Misir Mərdanov imzalanacaq sazişi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu açıqlayıb. Nazir həmçinin müvafiq sənəd imzalandıqdan sonra azərbaycanlı gənclərin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması üçün daha əlverişli şərait yaradılacağını, bu sahədə yüksək addımlar atılacağını inamla vurğulayıb, eyni zamanda qısa müddət ərzində bu sənədi hazırlayanlara təşəkkürünü bildirib. 
Xanım Qoli Ameri Azərbaycana gəlişindən məmnunluq duyduğunu ifadə edib. Təhsil sahəsində sənədin imzalanmasına xüsusi önəm verdiyini qeyd edən xanım Ameri ABŞ-la Azərbaycan arasında mövcud olan təhsil əlaqələrindən, Fulbrayt mübadilə proqramı çərçivəsində görülən işlərdən və müvafiq proqramların uğurlu nəticələrindən söz açıb. Qonaq bu sazişin ölkələr arasında təhsil sahəsində əlaqələrin, mübadilə proqramlarının genişləndirilməsinə təkan verəcəyinə ümid bəslədiyini qeyd edib. 
Sonra Azərbaycan Respublikası Hökuməti adından təhsil naziri Misir Mərdanov, Amerika Birləşmiş Ştatları Hökuməti adından isə ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar. 
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi və səfirliyin məsul əməkdaşları mərasimdə iştirak edib.  ]]>
<![CDATA[ İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur. 
Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar.  
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər. 
Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adının verildiyi bildirildi.  
Təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin memarı və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır. 
Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrindən bəhs edən nazir bu sahədə əməkdaşlığın genişlənməsində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın mühüm rolu olduğunu bildirmişdir. 
Türkiyə Böyük Millət Məclisinin sədrinə Qafqaz Universitetinin fəxri doktoru mantiyası, diplom və hədiyyələr təqdim edilmişdir. 
Öz ölkəsi ilə Azərbaycanın tarixi birliyi və geniş əlaqələri olduğunu qeyd edən Köksal Toptan bu əlaqələrin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, ulu öndərin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. O, ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Türkiyə Böyük Millət Məclisinin sədri yüksək ada – Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü üçün məmnun olduğunu qeyd etmiş, təşəkkürünü bildirmişdir. 
Bu il Türkiyədə keçirilmiş VI Beynəlxalq Türkcə Olimpiadasının qalibi olan və medallara layiq görülən azərbaycanlı tələbə və şagirdlərə mükafatlar təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.
Nümayəndə heyəti universitetin tədris şəraiti ilə də tanış olmuşdur. 
AzərTAc  ]]>
<![CDATA[ İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu liseyində olub.   
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanı və onunla birgə gələn qonaqları səmimi salamlayıb. 
Liseylə tanışlıqdan sonra qonaqlar təhsil müəssisəsinin konfrans zalında təşkil olunan məzun gecəsində iştirak ediblər. Gecədə türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunub. 
Mərasimi giriş sözü ilə açan Bakı Türk Anadolu Liseyinin direktoru Cahit Altınçiçək 1993-cü ildən fəaliyyət göstərən təhsil ocağının uğurlarından danışıb, liseyi bitirən məzunların xoş soraqlarının dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərindən gəldiyini deyib. C.Altınçicək liseyi bu il qurtaran 43 məzundan 28-nin Türkiyənin tanınmış universitetlərinə qəbul olunduğunu diqqətə çatdırıb, habelə nüfuzlu nümayəndə heyətinin gəlişindən böyük şərəf duyduğunu bildirib. 
Sonra səhnəyə bu il liseyi uğurla bitirən məzunlar dəvət edilib. Türkiyə Respublikasının ali məktəblərinə daxil olan gənclərin adları xüsusi qeyd olunub, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan gənclərə liseyi bitirmələri haqqında diplom və xatirə hədiyyələri təqdim edib. Təhsil naziri Misir Mərdanov məzunlara orta təhsil haqqında attestatları təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb. 
Tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən ölkəmizdə fəaliyyət göstərən Azərbaycan –Türkiyə özəl liseylərinin, Qafqaz Universitetinin uğurlarından danışıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Nazir xüsusilə hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib, bu sahədə əldə olunan uğurlardan danışıb. Nazir Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın və onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycandan öz vətənlərinə gözəl təəssüratlarla dönəcəklərinə ümidvar olduğunu deyərək ən xoş arzularını çatdırıb. 
Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan çıxış edərək hər iki ölkə parlamentləri arasında mövcud olan işgüzar əməkdaşlıqdan danışıb. Qardaş və dost Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Türkiyə Parlamentinin sədri burada özünü vətənindəki kimi hiss etdiyini bildirib və məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. 
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.  ]]>
<![CDATA[ İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.   
Qonağı səmimi salamladıqdan sonra Misir Mərdanov “British Council” təşkilatı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıqdan söz açıb. Nazir bildirib ki, bu təşkilat ölkəmizdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi, bu dili öyrənənlərə yardım göstərilməsi və digər mühüm layihələr istiqamətində əhəmiyyətli işlər həyata keçirib. Nazir həmçinin təşkilatın ölkəmizdəki 15 illik fəaliyyəti dövründə təhsil sahəsinə göstərdiyi dəstəkdən razılığını ifadə edib və aparılan işi daha səmərəli şəkildə davam etdirməyin labüdlüyünü vurğulayıb. 
Yeni tədris ilindən ölkəmizin 7 orta məktəbində pilot layihə reallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayan nazir bu layihənin məqsədindən danışaraq bildirib ki, həmin məktəblər üçün xüsusi tədris planı təsdiq ediləcək, ingilis dilinin tədrisinə ayrılan vaxt artırılacaq və burada müvafiq fənni tədris edən müəllimlər treninqlərə cəlb olunacaq. Nazir, layihə uğurlu olduğu təqdirdə bu işin davamlı olacağını da diqqətə çatdırıb. 
Misir Mərdanov ölkəmizin orta ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi vəziyyətindəki mövcud problemləri sadalayaraq qeyd edib ki, hazırda bu istiqamətdə məqsədyönlü iş aparılır. 
Sonra nazir müvafiq layihəyə, eləcə də ingilis dili dərsliklərinin və dərs komplektlərinin hazırlanması işinə “British Council” təşkilatı tərəfindən dəstək göstərilməsinin məqsədəuyğunluğunu bildirib, qarşılıqlı səfərlərin təşkilinin aparılan işə yardım edəcəyini qeyd edib. Eyni zamanda nazir bu təşkilatın təbiət fənlərinin tədrisi üzrə yaxın günlərdə keçirəcəyi seminarın əhəmiyyətindən də söz açıb, bu işi dəstəklədiyini açıqlayıb. 
Xanım Nikol lə Os de Lalüvye səmimi qəbula və görülən işləri yüksək qiymətləndirdiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Qonaq ölkəmizdə ingilis dilinin tədrisi və təkmilləşdirilməsi üzrə aparılan layihələrə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib. 
Cari ilin payızında texniki-peşə təhsili sahəsi ilə bağlı mütəxəssislərin Bakıya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdıran xanım Lalüvye onların peşə təhsili müəssisələrində görüşlər keçirməsinin əhəmiyyətdən danışıb. 
Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almasına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitorinq keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  ]]>
<![CDATA[ İyunun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair saziş imzalanıb. 
Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Misir Mərdanov açıb. Qonaqları səmimi salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun qaldığını bildirib. Ölkəmizlə Alman Akademik Mübadilə Xidməti arasındakı mövcud əlaqələrdən danışan nazir hər iki tərəf üçün faydalı əməkdaşlığın son illər xeyli inkişaf etdiyini, azərbaycanlı tələbələr arasında Almaniya universitetlərində təhsil almağa marağın artdığını bildirib. Misir Mərdanov hər il təxminən 60-70 nəfərin DAAD-ın təklif etdiyi müxtəlif təhsil proqramlarında iştirakını da vurğulayıb. Ölkəmizdə gənclərin xaricdə təhsil almasına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd edən nazir bu məqsədlə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan Proqram barədə qonağa məlumat verib və imzalan sazişin məhz həmin proqramın tərkib hissəsi olduğundan söz açıb. 
Hazırda ölkəmizdə yüksək ixtisaslı həkimlərə, kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə böyük ehtiyac olduğunu vurğulayan nazir bu sahədə Almaniya universitetləri ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Misir Mərdanov Almaniya tərəfinin təklif etdiyi hər iki istiqamətdə-humanitar və texniki təhsildə əməkdaşlığa, aparılan işlərin şəffaflığı üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. 
Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti cənab Maks Huber təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlıq edib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan arasında 17 ilə yaxın dövr ərzində davam edən əlaqələri yüksək dəyərləndirib, habelə imzalanan sazişin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini açıqlayıb. 
Tədbirdə DAAD-ın 1000-dən artıq azərbaycanlı alim və tələbəyə təhsil təqaüdü ayırdığı da qeyd edilib.    
Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Per Kristofer Stankina da çıxış edərək imzalanan sazişin əhəmiyyətindən, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan söz açıb. 
Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti Maks Huber azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair sazişi imzalayıb. 
İmzalanma mərasimindən sonra nazir və vitse-prezident jurnalistlərin suallarını cavablandırıb.  ]]>
<![CDATA[ İyunun 13-də Təhsil Nazirliyində mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələrinə dair mətbuat konfransı keçirilib. 
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov 52 min şagirdi əhatə edən buraxılış imtahanının nəticələrindən, müvəffəqiyyət göstəricisindən razı qaldığını bildirib. Mərkəzləşdirilmiş imtahanların keçirilməsində əsas məqsədin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin, müəllim və şagirdlərin fəallığının artırılması olduğunu qeyd edən nazir konfransda hər bir rayon üzrə nəticələri media nümayəndələrinin diqqətinə çatdırıb. 
Sonra Misir Mərdanov bildirib ki, şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Nazir həmçinin yekun qiymətin toplanması düsturu ilə iştirakçıları tanış edib və bu düstura əsasən şagirdlərin X-XI siniflərdəki illik qiymətinin, mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələrinin nəzərə alınacağını açıqlayıb. Eyni zamanda Misir Mərdanov imtahanda müvəffəqiyyət qazanmayan şagirdlərin iyunun 19-da təkrar imtahan vermək imkanına malik olduğunu vurğulayıb. 
Mətbuat konfransının sonunda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.  ]]>
İyunun 13-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu günün Azərbaycanın müasir tarixində mühüm rolundan danışıb.
Nazir ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin qüdrətlənməsi, dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində yeritdiyi uğurlu siyasətdən söz açıb. Eyni zamanda nazir bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. 
Sonra Misir Mərdanov qarşıda duran bir sıra mühüm məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən razı qaldığını bildirib, qısa müddətdə elan olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir həmçinin imtahanın əhatə etdiyi bölgələrdəki məktəblərin göstərdiyi nəticələri də açıqlayıb. 
Nazir müvafiq imtahanların gələn ildən etibarən ölkəmizin bütün bölgələrində, habelə IX sinif üzrə də keçiriləcəyini qeyd edib, test tapşırıqları yoxlanılarkən daha da təkmilləşmiş metodlardan istifadə edilməsinin məqsədəuyğunluğunu nəzərə çatdırıb. 
Hazırda ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı ciddi iş aparıldığını bildirən Misir Mərdanov ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki- peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Nazir bildirib ki, həmin proqrama uyğun olaraq yaxın vaxtlarda Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi açılacaq. 
Müşavirədə nazir Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə Təhsil Nazirliyi arasında memorondumun, ABŞ hökuməti ilə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının nəzərdə tutulmasından, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və gənclərin seçim qaydalarının təsdiqi üzrə qərarın icrasından, eləcə də məktəbəqədər təhsilin təkmilləşdirilməsi, istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı ilə bağlı məsələlərdən danışıb.  
Sonra nazir bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirib. Eyni zamanda nazir bu ayın əvvəllərində İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfər etdiyini açıqlayıb. Nazir məlumat verib ki, qonaq Azərbaycanda İKT-nin daha çox tətbiq olunduğu akademik Zərifə xanım Əliyeva adına orta məktəbdə olub və burada tətbiq olunan modeli yüksək dəyərləndirib. Misir Mərdanov görüş zamanı Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birgə Niyyət Protokolu imzalandığını da vurğulayıb. 
Müşavirədə ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisaslar üzrə təcrübələrinin təşkili vəziyyəti, problemlər və onların həlli yolları ilə bağlı məsələnin kollegiya iclasında müzakirə edilməsi, Azərbaycan müəllimlərinin III qurultayının keçirilməsi üzrə təşkilat komitəsinin yaradılması, “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqəsinə yekun vurulmasının vacibliyi qeyd edilib. 
Təhsil naziri Misir Mərdanov öz çıxışında ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatının əsas şərt olduğunu nəzərə çatdıraraq bildirib ki, cari ildə bu iş 327 məktəbdə həyata keçiriləcək. 
Daha sonra nazir 2008-2009-cu dərs ilində dərsliklərin çapı, məktəblərin istilik sistemi ilə təminatı, orta məktəblərdə ingilis dilinin tədrisi vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. 
Misir Mərdanov onu da əlavə edib ki, 2008-ci ildə 113 yeni məktəb binası tikiləcək, 33 məktəbdə 625 əlavə sinif otağının, 2 internat məktəbinin, 4 rayon təhsil şöbəsinin inzibatı binasının tikintisi, eləcə də 91 məktəbin, 21 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulur. Nazir bu sıraya internat və peşə məktəblərinin də əlavə ediləcəyini qeyd edib. 
Sonda Misir Mərdanov cari ilin 6-8 oktyabr tarixlərində islam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək konfransına hazırlıq işlərinin aparılması liə bağlı məsul şəxslərə göstərişlər verib.  ]]>
<![CDATA[ İyunun 5-də İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. 
Səfərin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi ilə tanış olmaq, təhsil sahəsi üzrə həyata keçirilən proqramlara dəstək vermək olub. 
Səfər müddətində qonaqlar ölkəmizdə İKT-nin ən çox tətbiq olunduğu akademik Zərifə xanım Əliyeva adına orta məktəblə tanış olublar. Tanışlıq zamanı təhsil naziri Misir Mərdanov qonağa son illər orta məktəblərin kompüterləşməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir burada tətbiq olunan “Elektron məktəb”, “Noutbuk-proyektor” modelini nümayiş etdirərək Azərbaycanın digər məktəblərində də mövcud sistem üzrə iş aparılmasının nəzərdə tutulduğunu bildirib. 
Məktəbdə “1 şagird -1 kompüter” modeli ilə tanış olan cənab Barrett bu modeli yüksək qiymətləndirib.    
Sonra Cənab Kreyq Barrett, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov birgə görüş keçirib, İKT-nin ölkə iqtisadiyyatına təsiri, müəllimlərin treninqlərdən keçirilməsi, “Xalq kompüterləri” layihəsi və tədrisdə noutbuklardan effektiv idarə olunma modeli müzakirə olunub. 
Görüşdə İNTEL Korporasiyası, Təhsil, Rabitə və İnformasiya nazirlikləri arasında Niyyət Protokolu imzalanıb. Həmin protokola əsasən 2009-cu tədris ilinədək İNTEL Korporasiyası Təhsil Nazirliyinə 1000 ədəd noutbuk hədiyyə edəcək.  ]]>
<![CDATA[ İyunun 12-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru cənab İsmayıl Serageldinlə görüşüb. 
Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Son illər Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılan addımlar, ölkələrarası səmimi münasibətdən danışan nazir ikitərəfli əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayıb. Nazir, həmçinin azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində təhsil aldıqlarından da söz açıb.
Sonra nazir kitabxananın hər bir xalqın inkişafında oynadığı rolu qeyd edərək, İsgəndəriyyə kitabxanasının bu baxımdan mühüm əhəmiyyətini diqqətə çatdırıb.    
Cənab İsmayıl Serageldin səmimi qəbul üçün nazirə minnətdarlıq edib, eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumat verib. Qonaq həmin layihəyə əsasən, İsgəndəriyyə kitabxanası ilə əlaqələrin yaradılması, kompüter şəbəkəsi vasitəsilə lazımi məlumatların əldə edilməsi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və bu istiqamətdə digər tədbirlərdən danışıb. 
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd əl-Şarkavi ölkələr arasındakı mövcud təhsil əlaqələrini xüsusi vurğulayıb və bu əməkdaşlıqdan məmnunluğunu qeyd edib. 
Görüşdə ölkəmizin ali təhsil müəssisələrində tələbələrin İsgəndəriyyə kitabxanasının materiallarından istifadə imkanları, universitetlərarası əlaqələr və s. məsələlər müzakirə olunub.  ]]>
<![CDATA[ İyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib. İmtahan vermiş şagirdlərin 37 601 nəfəri bütün fənlərdən müvəffəq olub, 5124 nəfəri 1 fəndən, 1791 nəfəri 2 fəndən, 2400 nəfəri isə 3 və daha çox fəndən “2” qiymət alıb.  
16.06.2008-ci il tarixində şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcək.  ]]>
<![CDATA[ İyunun 12-də Təhsil Nazirliyində müşavirə keçirilib.    
Təhsil naziri Misir Mərdanov müşavirəni açaraq bildirib ki, cari ilin 6-8 oktyabr tarixlərində Bakıda islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Nazir konfransa ciddi hazırlıq işlərinin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu məqsədlə Təşkilat Komitəsinin yaradılacağını bildirib. 
Misir Mərdanov İSESKO nümayəndələrinin konfransın keçiriləcəyi vaxtadək ölkəmizə səfər edəcəklərini, eləcə də həmin təşkilatın rəhbərinin tədbirdən bir neçə gün öncə ölkəmizə gələcəyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, İSESKO tərəfindən artıq konfransın proqramı hazırlanıb, bəzi ölkələrə dəvət məktubları da göndərilib.
Sonra Misir Mərdanov qonaqların təmsil olunduqları ölkələrin dilində Azərbaycan haqqında məlumat hazırlanması, proqramın mədəni tədbirlər hissəsinin müəyyənləşdirilməsi barədə nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, digər mühüm məsələlərə də toxunub. 
Müşavirədə iştirak edən İSESKO təşkilatının məsul nümayəndəsi cənab Əhməd Səid Ould Bax konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilatı tədbirlərin həyata keçirilməsinin məqsədəuyğunluğunu bildirib. Konfransda 250-yə yaxın nümayəndənin iştirak edəcəyini bildirən Əhməd Səid Ould Bax öz çıxışında qonaqların dəvət olunması, tərcümə işinin təşkili, bəzi ölkələrin iştirakına Azərbaycan tərəfindən dəstək göstərilməsi, viza probleminin həll edilməsi və s. məsələləri qeyd edib. 
Sonda konfransın uğurla keçəcəyi əminliklə vurğulanıb.  ]]>
<![CDATA[ Bu günlərdə “İrşad” otelində “Hüquq müdafiəçisi” adlı tədbir keçirilib. ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində təşkil edilən bu tədbirdə Təhsil Nazirliyinin əməkdaşı, “Uşaqların xilası” təşkilatının rəhbərliyi, müvafiq proqrama maliyyə dəstəyi göstərən İsveçrə səfirliyinin nümayəndəsi, eləcə də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Quba, Şəki və Lənkəran rayonları məktəblərinin I-IV siniflər üzrə ibtidai sinif müəllim və şagirdləri iştirak edib. 
Tədbirdə məktəblilər uşaq hüquqlarını əks etdirən kiçik tamaşalar, süjetli oyunlar nümayiş etdiriblər.    
Sonda uşaq hüquqlarının müdafiəsi ilə bağlı maraqlı müzakirələr aparılıb.  ]]>
<![CDATA[ İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Misir Mərdanov qonağı səmimi salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb, eyni zamanda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumun təşkilində göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin Azərbaycanın qonağın rəhbərlik etdiyi qurumda aparıcı üzvlərdən birinə çevrildiyini qeyd edib. 
Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV  konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. Misir Mərdanov öz çıxışında tədbirə dəvət olunacaq şəxslər, qonaqların yerləşdirilməsi və bu kimi məsələlərə də toxunub. 
Cənab Əbdüləziz Bin Osman Əl-Tüveycri öncə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən, habelə cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq istiqamətində görülən işlərdən söz açıb. 
Görüşdə konfransa dair proqram layihəsinin hazırlanması, eləcə də birgə görüləcək digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi edilib.  ]]>
<![CDATA[ Bu gün saat 18.00 - da orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri Təhsil Nazirliyinin saytında (www. edu.gov.az) yerləşdiriləcək. 
Təhsil Nazirliyi tərəfindən attestat almaq hüququ olan məzunlar barədə məlumatın isə iyunun 16-da nazirliyin internet səhifəsində verilməsi nəzərdə tutulur.  ]]>
İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, bu təhsil ocağının ölkəmizin bir neçə universiteti ilə sıx əlaqələri vardır. 
Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb. 
Cənab Çarlz Rifsnider səmimi qəbul üçün nazirə təşəkkür edib. İndiana Universiteti barədə nazirə məlumat verən qonaq əlavə edib ki, təmsil olunduğu təhsil müəssisəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində fəal iş aparır. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu açıqlayıb. 
Görüşdə tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin gələn ildən həmin universitetdə daha önəmli ixtisaslar üzrə təhsili, eləcə də digər mühüm məsələlər ətrafında fikir mübadiləsi ediblər. 
Təhsil naziri Misir Mərdanov bu görüşün mövcud əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.  ]]>
İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları nazirlikdə görməkdən məmnunluq duyduğunu ifadə edib. 
ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası Prezidentinin bu görüşdə iştirak etdiyini vurğulayan nazir son illər ölkəmizdə akkreditə üzrə aparılan işlər haqqında danışıb, müvafiq qayda və əsasnamələrin hazırlandığını diqqətə çatdırıb. Eyni zamanda nazir bu sahədə ABŞ təcrübəsindən yararlanmağın da əhəmiyyətini qeyd edib. 
Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb. 
Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir bildirib ki, 2015-ci ilədək 5000-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulur. 
ABŞ Dövlət Departamentinin Təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi cənab David Plak öncə bu ilin əvvəllərində Azərbaycana rəsmi səfər edən ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrellin salamını nazirə çatdırıb. Təmsil olunduğu təşkilatın bir sıra proqramlar həyata keçirdiyindən, Fulbrayt proqramı çərçivəsində əlaqələrdən danışan qonaq bu görüşü gələcək dialoqun başlanğıcı adlandırıb. 
Ali Təhsilin Akkreditasiyası Şurasının Prezidenti xanım Judis İton qəbul üçün nazirə təşəkkür etdikdən sonra rəhbəri olduğu qurumun məqsəd və məramı, akkreditasiya sahəsində gördüyü işlər haqqında məlumat verib. Qonaq əlavə edib ki, 3 000-dən artıq dərəcə verən kollec və universiteti özündə birləşdirən bu təşkilat milli qurum səviyyəsində müvafiq istiqamətdə iş aparır, ona, habelə 60 təşkilat daxildir. 
Nazir öz növbəsində ölkəmizdə akkreditə işinin aparılmasına yardım edilməsi təklifi ilə çıxış edib və mövcud sahə üzrə normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində rəy bildirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. 
Beynəlxalq Təhsil Universiteti Qəbul xidmətinin direktoru xanım Linda Tobaş da mübadilə proqramlarının əhəmiyyətini qeyd edərək, bu işin daha da inkişaf etdirilməsindən danışıb. L.Tobaş təmsil olunduğu qurumun gördüyü işlər və ABŞ-da fəaliyyət göstərən universitetlər barədə məlumat verib. 
Görüşdə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın təsdiq edilməsi, gənclərin müxtəlif proqramlarda iştirakı, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub. 
ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri cənab Conatan Henk görüşdə iştirak edib.  ]]>
<![CDATA[ İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək.     
İyunun 6-da ölkəmizin 19 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək. 
133 mərkəzdə keçiriləcək imtahanlarda 52 minə yaxın şagird iştirak edəcək. Ötən tədris ilində müəyyən fənlərdən “qeyri-kafi” qiymət alaraq attestat almayan 1500-ə yaxın şagird onlar üçün yaradılmış 4 mərkəzdə ayrıca imtahan verəcək.   
Təlimata uyğun olaraq səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alan şagirdə attestat verilməyəcək.  ]]>
<![CDATA[ İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib. 
Təhsil naziri Misir Mərdanov bu sahənin əhəmiyyətini qeyd edərək ərizə və şikayətlərə vaxtında baxılmasının, aparılan işlərin daha da təkmilləşdirilməsinin və mövcud çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini vurğulayıb. 
Sonra nazir müavini Elmar Qasımov bu barədə geniş məlumat verərək bildirib ki, 2007-ci ildə Təhsil Nazirliyinə 16 437 ərizə və şikayət, 20 742 məktub olmaqla, ümumilikdə 37 184 sənəd daxil olub. Onlardan 356 ərizə və 259 məktub nəzarətə götürülüb. Eyni zamanda nazirliyin bütün şöbələrinə daxil olan ərizə, şikayət və digər məzmunlu müraciətlərə baxılıb, onların mövcud qaydalara uyğun icrası təmin olunub və ətraflı cavab verilib. 
Nazir müavini  ərizə xarakterli müraciətlərdə, əsasən, xaricdə təhsil alan tələbələrin problemləri, işlə təminat, azad təyinat, ali məktəblərə bərpa, təhsil xərclərinin ödənilməsinə kömək, yaşı 6-ya çatmayanların məktəbə qəbulu və s. məsələlərin üstünlük təşkil etdiyini açıqlayıb. E. Qasımov həmçinin Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrində kargüzarlıq işlərinin daha da yaxşılaşdırılması məqsədilə İKT-nin tətbiqi və bu işlərin lazımi səviyyədə aparılmasının zəruriliyini bildirib. 
Kollegiyada “Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti” üzrə digər bir məsələ müzakirə olunub. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bu fənnin tarixi mərhələləri, onun tədrisinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar haqqında danışıb. A. İbrahimov Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində işləyən gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərin tərkibi, fənn kabinetlərinin vəziyyəti barədə məlumat verib, eləcə də müvafiq dərsliklərin təkmilləşdirilməsinə dair təklifləri qeyd edib. 
Sonda müzakirə olunan məsələlərlə bağlı kollegiyanın qərarı qəbul olunub.  ]]>
<![CDATA[ İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib. 
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günkü tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb, imtahanların keçirilməsi ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Nazir mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları barədə fikirlərini açıqlayaraq, bir sıra neqativ hallara yol verildiyini bildirib, bəzi imtahan rəhbərlərinin işə məsuliyyətsiz yanaşması səbəbindən yaranan neqativ hallara da toxunub. 
Sonra qeyd olunan mövzu üzrə nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyeva iştirakçılara ətraflı məlumat verib. T. Hacıyeva bildirib ki, üçüncü mərkəzləşdirilmiş yoxlama imtahanı ölkəmizin 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan orta məktəbləri, peşə liseylərini əhatə edib. İmtahana 51557 şagird cəlb edilsə də, 49780 şagird iştirak edib. 
T.Hacıyeva fənlər və məktəblər üzrə müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb, yoxlama imtahanında nümunəvi fəaliyyəti ilə fərqlənmiş, eləcə də işə məsuliyyətsiz yanaşan nəzarətçilər, məktəb direktorlarının səhlənkarlığı üzündən qeyd olunmuş faktlar barədə məlumat verib. Eyni zamanda iyunun 6-da keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlərdən danışıb. 
İclasda həmçinin “2006-2007-ci dərs ilində kənd rayonları və şəhərlər üzrə ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər, fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti” mövzusu üzrə nazirliyin müvafiq şöbə müdirlərinin hesabatları dinlənilib. 
Sonda Misir Mərdanov yoxlama imtahanında iştirak edən nəzarətçilərin işinə qiymət verilməsinin vacibliyini bildirib və qeydə alınan neqativ halların təkrarlanmaması məqsədilə nəzərdə tutulan yeniliklərdən söz açıb, habelə imtahanlarda şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsinə dair tapşırıq verib.  ]]>
<![CDATA[ Mayın 25-dən 31-dək Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının “Peşə təhsili, təlimi (PTT) islahatı strategiyası və Azərbaycanın seçilmiş regionlarında sınaq tətbiqi” layihəsinin tenderi üzrə təkliflərinin qiymətləndirilməsi məqsədilə Qiymətləndirmə Komitəsinin iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ekspert qismində iştirak edib.
Qiymətləndirmə Komitəsi iclasının keçirilməsində əsas məqsəd İsmayıllı rayonunda tikilən Turizm və Otelçilik üzrə Peşə Məktəbinə texniki yardım edən şirkətin müəyyənləşdirilməsi olub. 
Qeyd olunan komitənin qərarına əsasən qısa siyahıya düşən 8 konsorsiumdan biri qalib seçilib. Bu təşkilat İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılmasında, turizm və otelçilik ixtisasları üzrə kurrikulum, dərsliklər və dərs vəsaitlərinin hazırlanması, peşə təhsilinin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində və s. iştirak edəcək.
Məlumat üçün bildiririk ki, yaxın 1 ay ərzində Təhsil Nazirliyi ilə həmin təşkilat arasında rəsmi müqavilə imzalanması nəzərdə tutulub.  ]]>
<![CDATA[ İyunun 1-də Ağcabədi rayonu 2, 5 və 11 saylı məktəblərin şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda bilik yarışması olub.
Tədbir Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində reallaşdırdığı İnsan Hüquqlarının tədrisi layihəsi çərçivəsində keçirilib. Onu da qeyd edək ki, İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA) tərəfindən maliyyələşdirilən layihəyə əsasən Ağcabədi rayonunda müəllim, şagird və tələbələr üçün insan hüquqları, eləcə də fəal təlim metodologiyaları üzrə mütəmadi olaraq maarifləndirmə aparılır.
Bilik yarışmasında müxtəlif mövzular üzrə plakat yarışı və uşaq hüquqları üzrə sual-cavab sessiyaları keçirilib. 
I yerin qalibləri olan Ağcabədi şəhər 5 saylı orta məktəbin şagirdlərinə diplom təqdim olunub, digər məktəblər isə iştirakçı diplomları ilə təltif edilib. Eyni zamanda tədbir iştirakçısı olan məktəblərə hədiyyələr verilib.  ]]>
<![CDATA[ Mayın 29-da Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulunun ( YÖK) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrindən danışan Misir Mərdanov son illər bu istiqamətdə yüksək addımlar atıldığını diqqətə çatdırıb. Nazir həmçinin diplomların tanınması, zəruri ixtisaslara tələbatın ödənilməsi, ali təhsildə proqramların uyğunlaşdırılmasından da söz açıb, xüsusilə, tibb, müəllim hazırlığı üzrə proqramların yaxınlığını irəli sürüb. 
Sonra Misir Mərdanov türkiyəli müəllimlərin Azərbaycan universitetlərində çalışması imkanlarının araşdırılması məsələsinə də toxunub.    
Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YÖK-ün səlahiyyətli nümayəndəsi, professor Ənvər Həsənoğlu ölkələrarası təhsil əlaqələrinin inkişafını xüsusi qeyd edib, bu istiqamətdə sistemli iş aparılmasının məqsədəuyğunluğunu vurğulayıb. Qonaq, eyni zamanda ölkəmizin bir neçə ali məktəblərində keçirdikləri görüşlərdən, tədris prosesi ilə tanışlıqdan söz açıb və mövcud vəziyyətdən razılığını bildirib. 
Görüşdə iştirak edən digər qonaqlar Azərbaycan - Türkiyə təhsil əlaqələrinin daha da yaxınlaşması istiqamətində təkliflər irəli sürüblər. 
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil üzrə nümayəndəsi Səlahəddin Dikmən görüşdə iştirak edib.  ]]>
<![CDATA[ 1. Dövlət və qeyri dövlət gündüz ümumtəhsil məktəbləri üzrə :
IX sinfi bitirənlərin sayı- 156 101 nəfər 
XI sinfi bitirənlərin sayı - 121 244 nəfər 
Bundan:
a) Dövlət gündüz ümumtəhsil məktəbləri üzrə
IX sinfi bitirənlərin sayı- 155 252 nəfər 
XI sinfi bitirənlərin sayı - 120 656 nəfər 
b) Qeyri-dövlət gündüz ümumtəhsil məktəbləri üzrə : 
IX sinfi bitirənlərin sayı - 849 nəfər 
XI sinfi bitirənlərin sayı - 588 nəfər 
 2. Axşam (qiyabi ) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin bazasında axşam sinifləri və qiyabi qruplar üzrə : 
XII sinfi bitirənlərin sayı - 651 nəfər 
2008-2009-cu dərs ili üzrə Təhsil Nazirliyi sistemində olan gündüz ümumtəhsil məktəblərinin I sinfinə 122 546 nəfər şagird qəbulu gözlənilir.  ]]>
<![CDATA[ Mayın 27-də “Ankara məktəbi” məktəb-liseyində xüsusi istedada malik uşaqlardan ən istedadlılarının biologiya və riyaziyyat fənləri üzrə yekun seçim turu keçirilib. 
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək öncə istedadlı uşaqları son mərhələyə seçilmələri münasibətilə təbrik edib. Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”barədə məlumat verib və bildirib ki, əsas məqsəd ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir. Nazir, həmçinin proqramın icrası istiqamətində hazırda həyata keçirilən tədbirlərdən danışıb. 
Sonra Misir Mərdanov qeyd edib ki, müvafiq işlər respublika fənn olimpiadaları üzrə münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək və yekun turda VIII-X sinif şagirdlərinin göstərdiyi nəticələr haqqında məlumat yerlərə göndəriləcək. Nazir istedadlı uşaq və gənclərlə iş sahəsində fəaliyyətləri tənzimləyən normativ hüquqi bazanın yaradılması, həmin kateqoriyadan olan uşaqların təhsilinə, onların inkişaf edib formalaşmasına dövlət qayğısının daha da gücləndiriləcəyindən də söz açıb. 
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və akademik Urxan Ələkbərov istedadlı uşaqları təbrik edərək onlara bilik yarışında uğurlar arzulayıb. 
Məlumat üçün onu da qeyd edək ki, biologiya fənni üzrə yekun turda respublikanın ümumtəhsil məktəblərindən 221, riyaziyyat fənni üzrə isə 330 nəfər iştirak edib.  ]]>
Mayın 27-də təhsil naziri Misir Mərdanov Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü cənab Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan nazir son illər bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. 
Misir Mərdanov qonaqlara Çexiya Respublikasına etdiyi səfər zamanı bu ölkənin təhsil sistemi ilə tanış olduğunu qeyd edib. Azərbaycan-Çexiya əlaqələrindən söz açan nazir təhsil sahəsi üzrə əməkdaşlığın yaradılmasına önəm verdiyini açıqlayıb. Nazir hər iki ölkənin universitet, kollec və orta məktəbləri ilə əlaqələr qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov Bakı Slavyan Universitetində çexiyaşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlandığı barədə qonağa məlumat verib. 
Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın bir sıra nüfuzlu ali məktəblərində təhsil aldığını vurğulayan nazir bu istiqamətdə işin hazırda davam etdirildiyini bildirib.
Cənab Peter Pleva səmimi qəbul üçün nazirə təşəkkür edib, cəmiyyətin tərəqqisində təhsilin mühüm rol oynadığını vurğulayıb, eyni zamanda öz ölkəsində bununla bağlı görülən işlər haqqında məlumat verib. Qonaq Azərbaycan-Çexiya təhsil əlaqələrinin yaradılmasında maraqlı olduğunu açıqlayıb. 
Görüşdə qonağa ölkəmizin ümumtəhsil, peşə və ali təhsil sistemi, ali məktəblərə qəbul qaydaları, eləcə də digər məsələlərlə bağlı ətraflı məlumat verilib.  ]]>
<![CDATA[ Mayın 22-də Təhsil Nazirliyində məktəblilər arasında keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub. 
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq keçirilmiş fənn olimpiadaları haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, 3 mərhələdə keçirilən bilik yarışında 399 064 IX-Xİ sinif şagirdindən 46 422 nəfəri I, 17 128 nəfəri II, 1112 nəfəri isə son mərhələdə iştirak edib, onlardan 371-i isə I-II-III və IV yerlərə layiq görülüb. 
Ölkəmizdə istedadlı yeniyetmə və gənclərə xüsusi diqqət yetirildiyini qeyd edən təhsil naziri bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın müstəsna əhəmiyyətindən söz açıb. Nazir eyni zamanda bu istiqamətdə görüləsi vacib işlərdən danışıb. 
Tədbirdə o da məlum olub ki, olimpiadanın yekun turunda Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı, Balakən, Zaqatala, Qax, Salyan, Ucar və Füzuli rayonlarının məktəbliləri fəal iştirak ediblər.    
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda fənn olimpiadalarının keçirilməsində əməyi olanlara təşəkkür edib. 
Sonda respublika fənn olimpiadası qaliblərinin adları açıqlanıb, onlara medal, diplom və hədiyyələr təqdim olunub.  ]]>
<![CDATA[ Mayın 21-də Bakı şəhərindəki “Ankara məktəbi” məktəb-liseyin yeni tədris korpusunun açılış mərasimi keçirilib. 
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər ifa edib. 
Təhsil naziri Misir Mərdanov yeni tədris korpusunun açılışının əlamətdar bir hadisə olduğunu deyərək məktəbin pedaqoji və şagird kollektivini bu münasibətlə təbrik edib. 
Nazir qeyd edib ki, 2006- ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “Ankara məktəbi” məktəb- liseyi ən müasir avadanlıqlarla tam təchiz olunub, bu gün isə məktəbin həyətində 4 mərtəbəli 240 şagird yerlik və geniş idman zalı olan yeni tədris korpusu şagird və müəllimlərin ixtiyarına verilir. 
Nazir məktəbin Azərbaycanla-Türkiyə arasında körpü olacağına ümidvar olduğunu deyərək kollektivə ən xoş arzularını çatdırıb. “Ankara məktəbi” məktəb-liseyin Türkiyənin Ankara şəhərindəki “Heydər Əliyev adına ilk öyrətim okulu” ilə qardaşlaşmış təhsil müəssisəsi olduğunu qeyd edən nazir hər iki məktəbin gələcəkdə uğurlu layihələr həyata keçirəcəklərinə əmin olduğunu bildirib. 
Misir Mərdanov dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayıb, burada yaradılan yüksək səviyyəli şəraitin həmin qayğının təzahürü olduğunu diqqətə çatdırıb.   
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən də çıxış edərək pedaqoji kollektivi və şagirdləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. 
Təhsil ocağının direktoru Səmayə Eynullayeva rəhbərlik etdiyi məktəb haqqında ətraflı məlumat verərək bildirib ki, burada 1400 şagirdin təlim- tərbiyəsi ilə 140 müəllim məşğul olur. 
Sonda qonaqlar yeni tədris korpusu ilə yaxından tanış olub.  ]]>
<![CDATA[ Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın “DAEWOO” Şirkəti tərəfindən “Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi” üzrə hazırlanmış layihənin təqdimatına həsr olunan mərasim keçirilib. 
Öncə iştirakçılar Koreyanın “İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu” nun fəaliyyət istiqamətləri və qeyd olunan layihəyə dair təqdimatla tanış olub. Sonra təhsil naziri Misir Mərdanov ölkəmizdəki peşə təhsili müəssisələri, onların mövcud vəziyyəti barədə məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu sahə üzrə Dövlət Proqramının təsdiq olunduğunu qeyd edən nazir hazırda müvafiq istiqamətdə ciddi iş aparıldığını bildirib. Nazir peşə təhsili sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin xeyli artdığını da vurğulayıb. 
Misir Mərdanov mövcud sahənin inkişafı ilə əlaqədar beynəlxalq təşkilatlarla yaranan əlaqələr, hazırda 6 layihə üzrə həyata keçirilən tədbirlərdən söz açıb. Cənubi Koreya Respublikası ilə qurulan əməkdaşlıq çərçivəsində Peşə Təlimi Mərkəzinin yaradılmasına dair müvafiq ölkənin “DAEWOO” Şirkəti ilə ötən il memorandum imzalandığını diqqətə çatdıran nazir eyni zamanda həmin mərkəzin fəaliyyət istiqamətləri haqqında danışıb. 
“DAEWOO” Şirkətinin vitse-prezidenti cənab Jonq Hvan Pak layihənin reallaşdırılması ilə əlaqədar birgə görülən səmərəli işlər, keçirilən görüşlər və qarşılıqlı səfərlərdən söz açıb. Qonaq Azərbaycanda Koreya tipli Peşə Təlimi Mərkəzi yaratmaqla yüksək ixtisaslı kadrların hazırlanmasına, bu sahənin inkişafına çalışdıqlarını açıqlayıb. 
Sonda tədbirdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.  ]]>
<![CDATA[ Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 saylı orta məktəbin 80 illik yubiley mərasimi keçirilib. 
Mərasimi giriş sözü ilə məktəbin direktoru Gülnaz Mehdizadə açaraq qədim təhsil ocağının pedaqoji kollektivi adından tədbir iştirakçılarını salamlayıb və məktəbin tarixi barədə məlumat verib. 
Sonra kiçikyaşlı şagirdlərin ifasında mahnılar oxunub, seirlər dinlənilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fraqmentlər göstərilib və məktəbin yaxın, uzaq keçmişini əks etdirən film nümayiş etdirilib. 
Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib, eləcə də bir neçə məzun onlara dərs demiş müəllimlər haqqında xatirələrini danışıb. 
Təhsil naziri Misir Mərdanov pedaqoji kollektivi məktəbin 80 illik yubileyi münasibətilə təbrik edib, onlara daha yüksək nailiyyətlər qazanılmasında uğurlar arzulayıb. Nazir qeyd edib ki, mövcud olduğu illər ərzində vətənpərvər, dərin bilik və bacarıqlara malik nəsillər tərbiyə edib yetişdirən qocaman təhsil ocağı bu gün də öz missiyasını layiqincə davam etdirir. 
Sonda nazir məktəbin bir qrup müəlliminə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərman təqdim edib.  ]]>
<![CDATA[ Mayın 19-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası “DAEWOO” Şirkətinin prezidenti cənab Younq-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Öncə nazir qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib və onları səmimi salamlayıb. Nazir Koreya Respublikası Baş nazirinin ölkəmizə səfərinin uğurlu nəticələr verəcəyini əminliklə vurğulayıb. 
Sonra Misir Mərdanov Koreya ilə Azərbaycan arasında olan əlaqələrin sürətlə inkişafından və səmərəli əməkdaşlıqdan söz açıb. Ötən ilin avqustunda “DAEWOO” Şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış Memoranduma əsasən ölkəmizdə Peşə Təhsili Mərkəzinin yaradılması istiqamətində aparılan işləri qeyd edən nazir onu da vurğulayıb ki, bu təhsil ocağının açılması Azərbaycan üçün prioritet məsələdir. Nazir mərkəzdə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanması, peşə təhsili sistemində çalışan işçilərin biliklərinin artırılması və digər istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb. 
Cənab Younq-Von Kanq səmimi qəbul üçün nazirə təşəkkür edib. Eyni zamanda qonaq Peşə Təhsili Mərkəzinin yaradılması layihəsi üzrə görüləcək işlərdən danışıb, qısa zaman ərzində bu layihənin həyata keçiriləcəyini əminliklə vurğulayıb. Öz ölkəsində peşə təhsili sahəsində qazanılan uğurlardan bəhs edən qonaq bu nailiyyətləri ölkəmizlə paylaşmağa hazır olduqlarını bildirib və mövcud layihənin ikitərəfli əlaqələrin qurulmasına şərait yaradacağını diqqətə çatdırıb.     
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə müvafiq sahə üzrə bir sıra məsələlər müzakirə edilib.  ]]>
<![CDATA[ Mayın 17-də “Uşaq dünyası” rəsm qalereyasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunan “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi”nin final mərhələsi keçiriləcək. 
Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır. 
Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilən müsabiqədə 8-18 yaşadək uşaq və yeniyetmələr iştirak edir. 
Onu da qeyd edək ki, zona mərhələsində ölkəmizin 63 şəhər və rayonundan 300 nəfərdən artıq məktəbli iştirak edib, respublika mərhələsində isə 48 rayon və şəhərdən 220 məktəbli iştirak etmək hüququ qazanıb.Hər nominasiya üzrə I, II və III yelər üçün mükafatlar müəyyən edilib. x  ]]>
<![CDATA[ Görüşdə əsas məqsəd “Hilfsverk Austrya” təşkilatı tərəfindən Biləsuvar rayonunun yeni istifadəyə verilən qəsəbələrinin birində kənd təsərrüfatı istiqamətli peşə məktəbində müəllim  hazırlığı, avadanlıqlarla təminat üzrə lazımi işlərin həyata keçirilməsi olub.
Bu günlərdə təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının nümayəndəsi Brigit Stoepler, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevlə görüşüb.    
Onu da bildiririk ki, artıq qeyd olunan peşə məktəbinin açılması ilə əlaqədar hazırlıq işləri aparılıb, orta məktəbin binasında müvafiq yerin ayrılması razılaşdırılıb, aqronom ixtisası üzrə müəllimlər treninqdən keçib və tədris proqramları hazırlanaraq Avstriyaya ekspertizaya göndərilib. 
Təhsil naziri Misir Mərdanov Azərbaycan Repsublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”na (2007-2012-ci illər) əsasən görülən işlərdən danışıb. Eyni zamanda nazir Biləsuvar rayonunda yaradılacaq peşə məktəbinin regionun iqtisadi inkişafında, məşğulluq probleminin həll edilməsində xüsusi əhəmiyyət daşıyacağını qeyd edib və gənclərin peşə təhsili almaq imkanlarının genişlənəcəyini diqqətə çatdırıb. 
Sonda Misir Mərdanov nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova həmin məktəbin yeni tədris ilində açılması üzrə müvafiq işlərin tamamlanması barədə tapşırıq verib.  ]]>
Bakıda “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda YUNESKO-nun regional konfransi başlanmişdir.
<![CDATA[ Mayın 14-də Bakının “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı başlanmışdır. 
YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirlər. 
“Gülüstan” sarayında mövzu ilə bağlı “BMT-nin Savad Onilliyi” mövzusunda sərgi də təşkil olunmuşdur. Sərgidə VIII əsrdən XX əsrin əvvəllərinə qədər məktəb və mədrəsələrdə dərs vəsaiti kimi istifadə edilən müqəddəs “Qurani-Kərim”in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda mövcud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar, əlifba kitabları və lügətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsaiti nümayis etdirilir. 
Avropanın 31 ölkəsini əhatə edən konfransı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açaraq, qonaqları salamladı. 
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu. 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində çıxış etdi. 
AzərTAc  ]]>
<![CDATA[ Öncə təhsil naziri Misir Mərdanov müşavirə iştirakçıları ilə birgə Heydər Əliyev Mərkəzində, rayonun A.Mustafayev adına Həsənsu kənd orta məktəbində və Ağstafa Tikiş Fabrikində olublar.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Ağstafa  Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda təhsil sahəsində görülmüş işlər və təhsil işçilərinin fəaliyyəti barədə qısa məlumat verib.
Tədbirdə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 2009-cu ildə imzaladığı təhsil sahəsinə dair sərəncamların əhəmiyyətindən bəhs edib.   “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda təqdimat edən nazir son beş ildə Ağstafa, Qazax və Tovuz  rayonlarının ümumtəhsil məktəblərinin I sinif şagirdləri, XI sinfi bitirənlər, attestat alanlar, ümumtəhsil məktəbləri şəbəkəsi, siniflərdə şagird sıxlığı, şagird-müəllim nisbəti, müvafiq rayonlarda 2003-2009-cu illərdə məktəb və əlavə sinif otaqlarının tikintisinin aparılması, məktəblərin avadanlıqlarla təminatı məsələlərinə toxunub. Hər üç rayonda 2008-2009-cu tədris ilində  ümumtəhsil məktəblərinin fəaliyyətindən, ali məktəblərə qəbul imtahanlarında  həmin rayonlar üzrə abituriyentlərin göstərdiyi nəticələrdən söz açan nazir müəllimlərin dərs yükü və  dövlət təltifi alanlar haqqında da məlumat verib. 
Müşavirədə qeyd olunan rayonlarda təhsil sahəsində mövcud problem və pespektivləri diqqətə çatdıran Misir Mərdanov ümumtəhsil məktəblərində görülmüş və həlli vacib işlərdən söz açıb, regionun sosial-iqtisadi inkişafına uyğun olaraq peşə təhsili mərkəzlərinin artırılmasının vacibliyindən, habelə təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. Müəllimlərin ixtisasının artırılması, orta məktəblərin IX-XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlar, həmçinin bu regionda ümumtəhsil və peşə təhsili müəssisələrində ayrı-ayrı fənlərin tədrisi vəziyyətini daha da yaxşılaşdırmaq üçün İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra təhsil naziri Misir Mərdanov Qazax rayonundan olan iki müəllimə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanını, Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil müəssisələrində işləyən bir qrup müəllimə isə Fəxri fərmanlar təqdim edib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Nizami Cəfərov  çıxış edib.
Təhsil naziri  Misir Mərdanov  rayonun 1 və 2 saylı Dağ Kəsəmən kənd, 2 saylı şəhər orta məktəblərində, həmçinin 2 saylı uşaq bağçasında da olub, burada çalışan pedaqoji kollektivlərlə  görüşərək  onların arzu və istəklərini dinləyib.  ]]>
Mayın 15-də YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransında iştirak edən bu qurumun baş direktoru cənab Koişiro Matsuura "Hyatt-Regency" otelinin Quba zalında mətbuat konfransı keçirib.
<![CDATA[ Konfransı təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV nümayəndələrini salamlayıb. Nazir YUNESKO-nun belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini, cənab Koişiro Matsuuranın iştirakını xüsusi qeyd edib və bunu ölkəmizə göstərilən etimad kimi dəyərləndirib. Nazir YUNESKO ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə Azərbaycanın təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayıb. Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini, peşə təhsili ilə bağlı əldə olunmuş razılaşmanı qeyd edib. 
Nazir bildirib ki, regional konfransın sonunda da YUNESKO ilə Azərbaycan arasında yeni layihələr üzrə təkliflər irəli sürmək fikrindədirlər. Həmin layihələr barədə media nümayəndələrinə məlumat verən nazir vurğulayıb ki, gələcəkdə yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması, məktəbəqədər təhsilin məzmunu, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi, ali məktəblərin akkreditasiyası ilə bağlı ekspert köməyinin göstərilməsi xahişi ilə YUNESKO-ya müraciət etmək nəzərdə tutulub.
Mətbuat konfransında çıxış edən YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura regional konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, onun savadlılıq və yaşlı əhalinin təhsilinə münasibətdə ölkələrin məlumatlılığının yüksəldilməsində, yaşlıların təhsil və savadlılığın təbliğində, savadlılıq və yaşlıların təhsil sahəsində problemlərin müəyyənləşdirilib müzakirə olunması və s. məsələlərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Başçılıq etdiyi təşkilatla Azərbaycanın sıx əlaqələr qurmaq təşəbbüsünü, mövcud əməkdaşlıq əlaqələrinin getdikcə daha da inkişaf etməsini yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbəri YUNESKO-nun irəli sürdüyü bir sıra qlobal proqramlarda ölkəmizin daha yaxından iştirakını zəruri sayıb. 
Ali qonaq çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. 
Mətbuat konfransında cənab Koişiro Matsuura və Misir Mərdanov jurnalistlərin suallarını cavablandırıblar. ]]>
Bakıda YUNESKO- nun regional konfransi keçiriləcək
<![CDATA[ Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 14-16 may tarixlərində Bakıda “Dünyada savadlılığın dəstəklənməsi” üzrə YUNESKO-nun regional konfransı keçiriləcək.       
Regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan beşincidir. Bu konfranslar BMT- nin savadlılıq onilliyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil olunur.   
Regional konfransların keçirilməsi ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransında meydana gəlib. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və daha artıq dəstək yolu ilə qlobal, ölkə miqyasında savadlılıq səviyyəsinin yüksəldilməsidir. 
Məlumat üçün qeyd edək ki, nəzərdə tutulan silsilə konfranslar aşağıdakı regionları əhatə edir: Ərəb ölkələri, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa, Latın Amerikası və Karib hövzəsi. Hər bir konfransda müvafiq regionun savadlılıqla bağlı spesifik problemləri müzakirə obyekti olur. 
Ərəb ölkələrini əhatə edən I regional konfrans 2007-ci ilin martında Qətərin paytaxtı Dohada bu ölkənin birinci xanımı Şayxa Mozhar bin Nasser Əl-Missnedin himayəsi altında keçirilib. Şərqi və Cənub- Şərqi Asiya bölgəsini əhatə edən II konfrans 2007-ci ilin avqustunda Çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən III konfrans 2007- ci ilin sentyabrında Malidə, Cənub və Cənub Qərbi Asiya bölgəsini əhatə edən IV konfrans isə həmin ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilib. 
Onu da qeyd edək ki, Avropa regionu üzrə Bakıda keçiriləcək V regional konfrans bölgənin 30 ölkəsini əhatə edəcək. 
Beynəlxalq tədbirdə Avropa regionu, o cümlədən də Azərbaycan üçün bu günədək dərindən araşdırılmayan savadlılıqla bağlı müxtəlif aspektlər müzakirə ediləcək. Konfrans, eyni zamanda Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu alimləri ilə səmərəli, işgüzar əlaqələrin yaradılmasına, gələcəkdə bu sahədə birgə layihə və proqramların həyata keçirilməsinə imkanlar açacaq. 
Tədbirdə YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın, YUNESKO katibliyinin 20-dək əməkdaşının, qeyd olunan region ölkələrinin savadlılıq problemi sahəsində ixtisaslaşmış 160- dək nüfuzlu ekspertinin iştirakı təmin olunacaq. Konfransda həmçinin bir neçə ölkənin təhsil nazirinin, birinci xanımının və YUNESKO-nun bir neçə xoşməramlı səfirinin iştirakı gözlənilir. 
Konfrans plenar iclaslar və işçi qruplarda müzakirələr formasında keçiriləcək. 
Plenar iclaslarda “Savadlılıq konsepsiyası, onun təkamülü və müasir dünyada yaşlıların təhsili”, “Qiymətləndirmə: savadlılıq göstəricilərinin və əsas bacarıqlarının qiymətləndirilməsi”, “Pedaqoji yanaşmalar: keyfiyyətli əsas təhsilin təmin olunması”, “Yeni tələblərə cavab və təhsil almaq imkanlarının genişləndirilməsi: tələb və təklifin təhlili” mövzuları müzakirə olunacaq. 
Konfransın ikinci və üçüncü günlərində işçi qrupların iclaslarının keçirilməsi nəzərdə tutulur.  ]]>
<![CDATA[ Mayın 7-də Bakının Nərimanov rayonundakı 177 saylı orta məktəbdə Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Canlı hüquq” proqramında iştirak etmiş III sinif şagirdləri üçün “Yekun dərs”- məzunların buraxılış mərasimi olub. 
Məlumat üçün qeyd edirik ki, “Canlı hüquq” proqramı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ( USAİD) maliyyə dəstəyi ilə 2004-cü ildən Təhsil Nazirliyi ilə ABA-CEELİ təşkilatı tərəfindən ölkəmizin ümumtəhsil məktəblərində həyata keçirilir. Bu proqramda 8 universitetin hüquq və beynəlxalq hüquq fakültəsindən 100-dən çox tələbə, eləcə də 1200 şagird iştirak edib. 2008-ci ildə isə proqrama 35 ümumtəhsil məktəbi qoşulub.    
Tədbirdə ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Ders, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, ABA -CEELİ-nin ölkə üzrə direktoru Devid Rubino çıxış ediblər. 
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, ABA-CEELİ, USAİD-in əməkdaşları və proqram üzrə çalışan tələbələr iştirak edib. 
Səfir Enn Ders “Canlı hüquq” proqramı üzrə məzun olan şagirdlərə sertifikatlar təqdim edib və şagirdlərlə xatirə şəkilləri çəkdirib. 
Sonda qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət olan sərgi ilə tanış olublar.  ]]>
<![CDATA[ Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsi qaliblərinə mükafatların təqdim olunması mərasimini keçirib.  
Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Ulu öndərin möhtəşəm xidmətlərindən danışan N.Rzaquliyeva onun mənalı həyatı, çoxcəhətli fəaliyyəti və zəngin irsinin böyüməkdə olan nəslə dərindən öyrədilməsinin zəruriliyini vurğulayıb. 
N.Rzaquliyeva rəhbərlik etdiyi qurumda, paytaxtın təlim-tərbiyə ocaqlarında bu yöndə sistemli iş aparıldığını diqqətə çatdırıb və keçirilən müsabiqənin də müvafiq məqsədə xidmət etdiyini bildirib. 
Mərasimdə “Ədəbi-bədii”, “Elmi-tədqiqat”, “İnternet layihələri” nominasiyaları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb, qaliblərə mükafatlar təqdim olunub. 
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edib. Qalibləri təbrik edən nazir müsabiqənin yüksək səviyyədə, ümummilli liderimizin adına layiq təşkil olunduğunu vurğulayıb. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu yöndəki fəaliyyətini xüsusi dəyərləndirib. 
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin bu günlər ölkəmizin hər yerində geniş qeyd olunmasını böyük öndərə ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirib. Dahi şəxsiyyət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə milli təhsilimizin inkişafına böyük önəm verdiyini, onu ölkənin tərəqqisi üçün ən vacib amil saydığını qeyd edən nazir ulu öndərin müvafiq sistem üzrə çalışan işçilərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirib. 
Nazir öz çıxışında ümummilli liderin ideyaları, arzu və istəklərinin, başlamış olduğu nəhəng quruculuq işlərinin onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. 
Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov da qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar. 
Mərasimdə məktəblilər maraqlı konsert proqramı ilə çıxış edib.  ]]>
<![CDATA[ Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib. 
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir qonaqların Oslo Universitetinin idarəolunması, maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə bu sahə üzrə ətraflı məlumat verəcəklərini diqqətə çatdırıb. Nazir, həmçinin Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı mövcud əlaqələr, qurulan əməkdaşlıqdan söz açıb və bildirib ki, təqdimatın keçirilməsində bu təhsil müəssisəsinin rolu böyükdür. 
Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən görüş barədə danışıb və həmin görüşdə Oslo Universiteti əməkdaşlarının nazirlikdə təqdimat-məruzə etməsinin qərara alındığını açıqlayıb. Səfir universitet əməkdaşlarını iştirakçılara təqdim edərək onların hazırladıqları təqdimatdan söz açıb. 
Oslo Universitetinin professoru xanım Vibeke Roggen “Oslo Universiteti: dünən, bu gün və sabahın tələbləri” mövzusunda təqdimat-məruzə edib. V.Roggen məruzəsində Norveç Krallığı haqqında ümumi məlumat, ali təhsil islahatı, təhsil siyasəti, Oslo Universitetinin fəaliyyət istiqamətləri, Boloniya prosesinə uyğun görülən işlər, tələbə mübadiləsi və s. məsələlərə toxunub. 
Tədbirdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak edib.  ]]>
<![CDATA[ Mayın 5-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, nəşri və çapı işlərinə dair tender proseduru keçirilib.   
Dövlət əhəmiyyətli bu məsələnin mühümlüyünü nəzərə alaraq Təhsil Nazirliyinin tender komissiyasının iclasında nazir Misir Mərdanov da iştirak edib. 
İclasda 2008-2009-cu tədris ilinə I siniflər üçün dərslik komplektlərinin hazırlanması məsələsi ətrafında danışılaraq qeyd olunub ki, növbəti tədris ilinə 13 adda dərslik, 21 adda müəllim üçün vəsait və 15 adda şagirdlər üçün iş dəftərinin çapı nəzərdə tutulub. O da bildirilib ki, 34 adda 740 500 nüsxə dərslik və müəllim üçün vəsait dövlət hesabına çap olunaraq ümumtəhsil məktəblərinə pulsuz veriləcək. Şagirdlər üçün iş dəftəri isə nəşriyyatların hesabına çap olunacaq. 
Eləcə də tenderin «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ikimərhələli qaydada keçirildiyi, bununla bağlı elanın dövrü mətbuatda dərc olunduğu, tenderdə 10 nəşriyyat-poliqrafiya müəssisəsinin iştirakı barədə müraciət edildiyi və onlara tenderin “Əsas şərtlər toplusu”nun, “İbtidai təhsilin milli kurrikulumu” sənədlərinin verildiyi də qeyd olunub. Bildirilib ki, ikimərhələli tenderin I mərhələsi üçün təqdim olunası 31 təklifdən nazirliyə yalnız 19-u daxil olub, digər təkliflər ya işlənilməyib, ya da təqdim edilməyib. 
Məlumat üçün qeyd edək ki, təqdim olunan dərslik komplektləri kodlaşdırılaraq məzmun və poliqrafik keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil qurum kimi yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasına təqdim ediləcək. Təsdiq olunmuş qiymətləndirmə meyarları üzrə bu qurum tərəfindən dəyərləndirilən dərslik komplektləri müəyyən edilmiş keçid balını topladıqdan sonra təsdiq olunaraq, tenderin II mərhələsinə buraxılacaq və satınalma müqavilələri əsasında çap ediləcək. 
Sonra tender proseduru davam etdirilərək V və VI Lotlar üzrə təklif zərfləri açılaraq kodlaşdırılıb və Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edilib. 
Tender prosedurunda komissiya üzvləri ilə bərabər, təklif vermiş nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri də iştirak edib.  ]]>
<![CDATA[ Aprelin 27-də  mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələri mayın 1-də nazirliyin internet saytında yerləşdirilib. Hər məktəbin göstəriciləri isə mayın 2-dən yerlərə göndəriləcək. 
Yoxlama imtahanı ölkəmizin 9 bölgəsində yerləşən 129 mərkəzdə keçirilib. 51 556 şagirdin cəlb edildiyi imtahanın davamiyyət faizi 96, 55, müvəffəqiyyət göstəricisi isə 44 faiz olub. 
Məlumat üçün bildiririk ki, münaqişə komissiyasına ərizələr mayın 5-dən 10-na kimi qəbul ediləcək.  ]]>
<![CDATA[ Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. 
Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. 
Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb.  ]]>
<![CDATA[ Mayın 2-də Təhsil Nazirliyində “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirilib. 
Konfrans ümummilli liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ulu öndərimizin zəngin həyat yolu, təhsil sahəsi ilə bağlı çıxışları və təhsil müəssisələrində keçirdiyi görüşlərdən ibarət sənədli film iştirakçılara təqdim olunub. 
Təhsil naziri Misir Mərdanov çıxış edərək Heydər Əliyevin 30 ildən artıq ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın yüksəlişi, iqtisadiyyatının inkişafı, dünyada tanınması sahəsində atdığı tarixi addımları xüsusi qeyd edib. Nazir ümummilli liderimizin milli ruhun, dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində əvəzsiz xidmətləri olduğunu və gələcək nəsillərə dəyərli ideyalarla zəngin irs bəxş etdiyini vurğulayıb. 
Konfransda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ulu öndərlə bağlı xatirələri yada salıb, onun dövlət idarəçiliyi sahəsindəki xidmətlərini xüsusi qeyd ediblər. Natiqlər ümummilli liderimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasi kursu uğurla davam etdirdiyini diqqətə çatdırıblar.  ]]>
<![CDATA[ Mayın 1-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib. 
Müşavirədə təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsinin üçüncü mərhələsi üzrə nəzərdə tutulan tədbirlərdən danışıb və bu mərhələdə müəllimlərin 10 dəqiqəlik təqdimatla çıxış edəcəyini bildirib. Nazir həmin müəllimlərin qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının vacibliyini qeyd edib. 
Tədbirdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, “İlin ən yaxşı məktəbi” müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. 
Sonra Misir Mərdanov bu günlərdə keçirilən sınaq imtahanının nəticələrindən söz açaraq, təşkilati işlərin daha mütəşəkkil şəkildə qurulmasından danışıb. Nazir, həmçinin imtahan mərkəzlərinin sayının artırılması və məktəb direktorlarının bu işə cəlb olunmasının müsbət nəticələr verdiyini qeyd edib. 
Müşavirədə nazir qarşıda duran bir neçə mühüm məsələyə toxunub, eyni zamanda orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi vəziyyəti barədə fikirlərini açıqlayıb və müvafiq istiqamətdə pilot layihə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.  ]]>
<![CDATA[ Aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII-XI sinif şagirdləri arasında birgə keçirdiyi “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, millət vəkili Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər. 
Mərasim iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Təhsil naziri Misir Mərdanov çıxış edərək 3 mərhələdə keçirilmiş bu müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verib və qeyd edib ki, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” nominasiyası üzrə məktəb, şəhər mərhələsində 800 mindən artıq ümumtəhsil və texniki- peşə məktəbinin VII-XI sinif şagirdləri iştirak edib. Nazir yekun müsabiqədə isə respublika mərhələsinə vəsiqə almış 126 nəfərin öz bilik və bacarığını nümayiş etdirdiyini bildirib. 
Tədbirdə məlum olub ki, yazılar Təhsil Nazirliyinin xüsusi əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən qiymətləndirilib və 32 nəfər müsabiqənin qalibi elan edilib. Onlardan 5-i I, 5-i II, 10- u III yerə, 12 nəfər Təhsil Nazirliyinin Fəxri fərmanına, 63 nəfər isə həvəsləndirici yerə layiq görülüb. 
Nazir bildirib ki, müsabiqədə müvafiq yerlər tutanlarla yanaşı, digər Fəxri fərman almış şagirdlərin, eyni zamanda Naxçıvan Muxtar Respublikasında da bu nominasiya üzrə keçirilən müsabiqənin 10 nəfər qalibinin inşa yazılarından ibarət “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabı nəşr olunub. 
Misir Mərdanov bu dəfəki müsabiqədə keçən illə müqayisədə daha çox məktəblinin iştirak etdiyini deyərək, bu işi müsbət qiymətləndirib. Eyni zamanda nazir müsabiqədə yer tutan qalibləri, onların valideyn və müəllimlərini təbrik edib.  
Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş filmə tamaşa ediblər. 
Filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış üçün söz alaraq Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclərimiz arasında təbliğ edilməsi baxımından belə bir müsabiqənin keçirilməsinin müstəsna əhəmiyyətindən danışıb, habelə qaliblərə xoş arzularını çatdırıb.  ]]>
<![CDATA[ Aprelin 29-da Təhsil Nazirliyində dövlət uşaq müəssisələrinin hazırlanmış sorğu əsasında qiymətləndirməsi ilə əlaqədar müşavirə keçirilib. 
Müşavirədə uşaq evləri və internat məktəblərinin direktorları iştirak edib. 
Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na əsasən görülən işlərdən danışıb. Nazir bu proqramın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. 
Sonra nazir cari il üçün nəzərdə tutulan məsələlərdən söz açaraq uşaq müəssisələrinin sorğu əsasında qiymətləndirməsinin  əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, bu məqsədlə Dövlət Proqramının həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu, eləcə də YUNİSEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu tərtib olunub. Eyni zamanda nazir artıq Bakı və Sumqayıtda yerləşən müəssisələrdə monitorinqin başlandığını diqqətə çatdırıb. Qiymətləndirmənin məqsədini açıqlayan Misir Mərdanov bu işin olduqca vacibliyini bildirib, həmçinin toplanacaq məlumatların nazirlikdə yaradılan məlumat bazasına daxil ediləcəyi, uşaqların adlı siyahısının təhlili əsasında bu sahədə islahatlar strategiyasının hazırlanacağını diqqətə çatdırıb. 
Misir Mərdanov onu da əlavə edib ki, toplanacaq hərtərəfli məlumatlar əsasında uşaqlara göstərilən qayğı, müəssisənin infrastrukturu və yerləşmə keyfiyyəti qiymətləndiriləcək. Nazir qiymətləndirmənin nəticəsinə uyğun olaraq bu plan əsasında növbəti dövr ərzində hər bir müəssisənin yerləşdiyi ərazinin ehtiyacları nəzərə alınaraq hansı istiqamətdə fəaliyyət göstərəcəyinin müəyyənləşdiriləcəyini bildirib. 
Tədbirdə qeyd olunan monitorinq başa çatdıqdan sonra əldə olunmuş nəticələrə dair kollegiya iclasının keçiriləcəyi məlum olub. 
Sonda nazir uşaq müəssisələrinin rəhbərlərinə cari məsələlərlə bağlı tapşırıqlar verib, işə məsuliyyətlə yanaşmağın ən mühüm şərt olduğunu onların diqqətinə çatdırıb.  ]]>
<![CDATA[ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.     
Sonra məktəbin açılışı oldu. Prezident İlham Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxdı. 
Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısına məktəbdə tədris üçün yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq tikilib istifadəyə verilmişdir. 840 şagird yerlik məktəb müasir tədris avadanlığı, kompüterlərlə təchiz olunmuşdur. Kompüterlər internet şəbəkəsinə qoşulmuşdur. Prezident İlham Əliyev müasir tipli tədris laboratoriyaları, kompüter mərkəzinə baxdı, ingilis dili kabineti və ən müasir ədəbiyyatla təmin edilmiş kitabxana ilə tanış oldu. 
İnformatika, xarici dil və riyaziyyat fənləri üzrə ixtisaslaşdırılmış məktəb IX-XI sinif şagirdlərinin təhsil almaları üçün nəzərdə tutulmuşdur. 
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu. Burada şagirdlərin fiziki hazırlığı üçün bütün şərait yaradılmışdır. 
Dövlətimizin başçısı akademik Zərifə xanım Əliyevanın xatirə otağına da baxdı. Burada görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanmışdır. 
Prezident İlham Əliyev məktəbin açıq idman meydançası ilə də tanış oldu. 
AzərTac  ]]>
<![CDATA[ Aprelin 26-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Respublika Təhsil Şurasının ümumi yığıncağı keçirilib. 
Öncə Təhsil Şurasının üzvləri və qonaqlar Fəxri Xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. 
Yığıncaqda Təhsil Şurasının sədri Əjdər Ağayev “Son illərdə ölkəmizdə təhsil sahəsində görülmüş işlərin dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi qurumun 1998- ci ildə Azərbaycan Müəllimlərinin XI qurultayında ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yarandığını bildirən Ə. Ağayev Təhsil Şurasının ölkəmizin təhsil həyatında yaxından iştirak etdiyini qeyd edib. 
Təhsil naziri Misir Mərdanov çıxış edərək Respublika Təhsil Şurasının fəaliyyətini yüksək qiymətləndirib və ümummilli liderimiz Heydər Əliyevin müəllimlərin XI qurultayındakı tarixi çıxışını, təhsil işçilərinin ünvanına dediyi dəyərli fikirləri xatırladıb. 
Misir Mərdanov müəllim peşəsinə yüksək qiymət verən ulu öndərin şəxsiyyətinə nəinki müəllimlər, habelə bütün xalqımız tərəfindən böyük hörmət və ehtiramla yanaşıldığını bildirib, Heydər Əliyevi tariximizin ən böyük azərbaycanlısı adlandırıb. Ümummilli liderimizin ölkəmizdə əsasını qoyduğu böyük quruculuq işlərinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən təhsil naziri ölkə başçısının apardığı siyasət nəticəsində son illər Azərbaycanda qlobal dəyişikliklərin baş verdiyini, digər sahələr kimi bu sahədə də bir çox irimiqyaslı proqram və layihələrin həyata keçirildiyini, yüzlərlə təhsil işçisinin dövlət mükafatlarına layiq görüldüyünü bildirib. 
Tədbirdə bir sıra rəhbər təhsil işçiləri çıxış edərək ümummilli liderimizin dövlət quruculuğu sahəsindəki xidmətlərindən, Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğıdan söz açıblar. 
Yığıncaqda qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edilib.  ]]>
<![CDATA[ Bu günlərdə T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında məktəblilərin rəsm müsabiqəsi keçirilib. 
Tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda tanınmış təbiətşünas, akademik Həsən Əliyevin xatirəsinə həsr edilib. 
Tədbirdə Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, aparıcı məsləhətçi Elnur Əlizadə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar tərbiyə sektorunun məsləhətçisi Rövşən Əliyev, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Füzuli Əhmədov və digər şəxslər iştirak edib.    
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə respublika üzrə 2000-ə yaxın şagird iştirak edib. Müsabiqə 3 yaş qrupu üzrə 3 mərhələdə təşkil olunub. Müsabiqənin yekun mərhələsinə ölkəmizin regionları əhatə olunmaqla 310 məktəblinin rəsm işləri təqdim edilib.   
“Ətraf mühit və insan sağlamlığı”, “Biomüxtəlifliyin qorunması”, “Su həyatdır”, “Təbiətin mühafizəsi” mövzusunda çəkilmiş rəsmlərdə Azərbaycanın zəngin təbiəti, təbii ehtiyatları, insanın təbiətə münasibəti, qoruq və yasaqlıqlar əks olunub. 
Münsiflər heyətinin qərarı ilə Sumqayıt, Balakən, Saatlı məktəbliləri I, Bakı şəhəri Şüvəlan qəsəbəsi, Sabirabad və Zərdab rayonlarından olan məktəblilər II, Naxçıvan MR, Şahbuz, Qəbələ, Oğuz rayon məktəbliləri III yeri, Bakı şəhəri Nizami rayonu, Neftçala, Qazax rayon məktəbliləri isə həvəsləndirici yer tutublar.  ]]>
<![CDATA[ Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə Bağça-məktəb-lisey kompleksində “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində “İcbari təhsil”, “Özəl təhsil”, “Təhsilin dəyərləri” mövzuları ətrafında “Təhsil haqqında” Qanun layihəsinin ictimai müzakirəsini keçirib. 
Tədbirin məqsədi ölkədə aparılan təhsil islahatlarına dəstək vermək, təhsildə maraqlı tərəflərin fəallığını artırmaq və bu istiqamətdə ictimaiyyətin fikirini öyrənməkdən ibarət olmuşdur. 
Müzakirələrdə məktəb direktorları, müəllim, valideyn və şagirdlər, eləcə də qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Müzakirələr zamanı səslənmiş fikir və təkliflərin müvafiq dövlət qurumlarına təqdim olunması qərara alınıb. 
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırılıblar. 
Qeyd edək ki, “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində növbəti müzakirələr aprelin 30-da Əli Bayramlı şəhərində keçiriləcək.  ]]>
<![CDATA[ Aprelin 25-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada növbəti sınaq imtahanının keçirilməsinə dair müşavirə olub. 
Müşavirədə təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərinin buraxılış siniflərində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsinin təhsilin keyfiyyətini yüksəltməyə xidmət etdiyini bildirib. Bu sahədə artıq müəyyən uğurların qazanıldığını deyən Misir Mərdanov imtahanların yeni qaydada aparılmasının cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını söyləyib. Eyni zamanda nazir bu sahədə bir sıra çətinliklərin də olduğunu vurğulayıb. 
Sonra Misir Mərdanov imtahan prosesinə mənfi təsir göstərən halların aradan qaldırılması və imtahanların daha səmərəli keçirilməsi üçün həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib. Nazir bildirib ki, nizam-intizamın möhkəmləndirilməsi, imtahan prosesinin daha keyfiyyətli idarə edilməsi məqsədi ilə hər mərkəzdə 25-ə qədər otağın olması, hər otağa 18 şagirdin yerləşdirilməsi qərara alınıb. İmtahan otaqlarında şagirdlərin sayının azaldılması mərkəzlərin sayının artmasına səbəb olub. Məhz buna görə də nazir sonuncu yoxlama imtahanının əvvəlkilər kimi 89 mərkəzdə deyil, 129 mərkəzdə keçiriləcəyini bildirib, habelə onların paytaxt və bölgələr üzrə bölgüsü ilə müşavirə iştirakçıları tanış edib. 
Misir Mərdanov cavab kartlarının doldurulması ilə bağlı edilmiş yenilik barədə məlumat verib. Nazir bildirib ki, cavab kartlarının şagirdlər tərəfindən doldurulması zamanı çətinliklərin yaranmaması məqsədilə hər bir şagirdin cavab kartında onun kodunu, variantını, adı və soyadını bildiriən məlumat xüsusi qurğu tərəfindən əvvəlcədən qeyd olunub.      
Nazir çıxışında imtahan rəhbərlərinin təyin olunduqları mərkəzlərə getmə vaxtı, imtahan başa çatdıqdan sonra materialların Təhsil Nazirliyinə təhvil verilməsi, imtahanların aparılmasında mövcud təlimatın tələblərinə əməl edilməsi və s. məsələlərə də toxunub, eyni zamanda öz tövsiyələrini verib.  ]]>
<![CDATA[ Aprelin 25-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müşavirə keçirilib. 
Müşavirədə Səhiyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin əməkdaşı iştirak edib. 
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidentinin təsdiq etdiyi müvafiq proqramın icrası istiqamətində görülən işləri qeyd edib. Nazir bildirib ki, bu məqsədlə ötən ilin iyulunda Təhsil Nazirliyində proqramın həyata keçirilməsi və idarəolunması üzrə beş nəfərdən ibarət işçi qrup yaradılıb. Eyni zamanda nazir görülən işlərin daha da səmərəliliyini artırmaq məqsədilə digər dövlət qurumları ilə birgə çalışmağın, yaxından əməkdaşlıq etməyin əhəmiyyətini qeyd edib. Proqramdan irəli gələn prioritet məsələlərdən danışan Misir Mərdanov müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla cari il üçün fəaliyyət planının təsdiq edildiyini də diqqətə çatdırıb. 
Misir Mərdanov həmin plana əsasən qarşıda duran vəzifələrdən söz açıb və dövlət uşaq müəssisələrində monitorinqin aparılmasının əsas məsələlərdən biri olduğunu vurğulayıb. Nazir qeyd olunan sahə üzrə mütəxəssislər tərəfindən sorğu anketinin hazırlandığını açıqlayaraq diqqətə çatdırıb ki, monitorinqin keçirilməsində əsas məqsəd müəssisələrdə yaşayan uşaqlar barədə hərtərəfli məlumatların yığılaraq təhlil edilməsi, nazirlikdə yaradılan məlumat bazasına daxil edilməsi, eləcə də həmin müəssisələrin infrastrukturunun, işçi heyətinin və yerləşdiyi ərazinin ehtiyaclarının öyrənilməsidir. Nazir, həmçinin dövlət uşaq müəssisələrinin toplanacaq hərtərəfli məlumatlar əsasında qiymətləndiriləcəyini diqqətə çatdırıb. 
Sonra nazir monitorinqin bu ayın əvvəllərindən başlandığını və cari tədris ilinin sonunadək yekunlaşdırılacağını açıqlayıb. 
Müşavirədə Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov Dövlət Proqramında nəzərdə tutulan məsələlərin zəruriliyindən, bu sahə üzrə normativ-hüquqi aktlardan danışıb. Eyni zamanda proqramın icrası istiqamətində stimullaşdırıcı amillərin də polundan, müvafiq istiqamətdə treninqlərin keçirilməsindən söz açıb. 
Tədbirdə YUNİSEF-in ölkəmizdəki nümayəndəsinin müavini xanım Cillian Vilkoks, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, respublikanın baş pediatrı Nəsib Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsində şöbə müdiri Sənubər Əlizadə və digər dövlət qurumlarını təmsil edən şəxslər uşaq müəssisələrində monitorinqin keçirilməsini dəstəklədiklərini qeyd edib, proqramın icrası istiqamətində həyata keçirilən tədbir və layihələr barədə danışıb, eləcə də rəy və təkliflərini bildiriblər.  ]]>
Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Ayrı-ayrı dövlət qurumları nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, pedaqoqların, deputatların, Rusiya, Ukrayna və digər ölkələrdən olan alimlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamında yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müddəanın əhəmiyyətini vurğulamışdır.
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən bəhs edən rektor, 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış, Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr vermiş alimin şərəfli ömür yolunun layiqli örnək olduğunu bildirmişdir. Akademik A.Məhərrəmov, eyni zamanda, elmi konfransda 100-dən artıq məruzənin dinləniləcəyini söyləmişdir. 
Sonra professor Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Üç zirvənin fatehi” sənədli filmi nümayiş etdirilmişdir. 
Böyük alimin nəvəsi, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva XX əsr Azərbaycan ədəbi prosesinin inkişafında böyük ədib və alim Mir Cəlal Paşayevin mühüm rolunu vurğulamışdır. Professor N.Paşayeva heç zaman aktuallığını itirməyən 300-dən artıq hekayə və romanın, neçə-neçə monoqrafiyanın müəllifi olan Mir Cəlal Paşayevin əsərlərinin əhəmiyyətini diqqətə çatdırmışdır. Professor qeyd etmişdir ki, Mir Cəlal Paşayev qələminin məhsulu olan “Azərbaycanda ədəbi məktəblər” kitabı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu əsər ədəbiyyatşünaslıq elmimizə çox dəyərli bir töhfədir. 
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev professor Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən bəhs etmişdir. Bildirmişdir ki, böyük ədib və alim Mir Cəlal Paşayev çox müdrik insan, nadir bir şəxsiyyət idi. Onun müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. İctimai fikrimizin formalaşmasında və inkişafında böyük xidmətləri olmuş dərin zəka sahibi M.C.Paşayev Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacaqdır. 
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yevgeni Sidorov M.C.Paşayevin 100 illik yubileyinin YUNESKO-nun təşəbbüsü ilə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. 
Akademik Bəkir Nəbiyev və digər natiqlər də professor Mir Cəlal Paşayevin ədəbiyyatımızın, elmimizin, təhsilimizin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlərindən, gözəl insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər. 
Böyük yazıçı və alim Mir Cəlal Paşayevin oğlu, akademik Arif Paşayev yubileyin keçirilməsi ilə bağlı verilən müvafiq Sərəncama görə dövlətimizin başçısına və YUNESKO-nun rəhbərliyinə minnətdarlığını, atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir. 
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir. 
Sonra elmi konfrans ayrı-ayrı bölmə iclaslarında işini davam etdirmiş, məruzələr dinlənilmişdir. 
AzərTac  ]]>
<![CDATA[ Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Təhsil Nazirliyi və AMEA-nın birgə təşkil etdiyi tədbirə dəvət olunan xarici qonaqlar, alimlər, elm və təhsil ictimaiyyətinin nümayəndələri öncə foyedə hazırlanmış “Heydər Əiyev irsi və onun tədqiqi” adlı sərgi ilə tanış olublar. 
AMEA-nın prezidenti Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. M.Kərimov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə çox mühüm məna yükü daşıyan fenomenə çevrildiyini, məhz bu səbəbdən xalqın onun doğum gününü ən əziz bayramlardan biri kimi qeyd etdiyini bildirib. M.Kərimov Heydər Əliyevin keçdiyi ömür yolunun zəngin bir həyat ensklopediyası olduğunu, hələ neçə-neçə nəslin bu ensklopediyanı özünə bir əqidə yolu seçəcəyini vurğulayıb. 
Sonra söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda ölkəmizin böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Eyni zamanda ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin, təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi daim mühüm yer tutub. 
Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, təhsilin aktual problemlərini və incəliklərini bilən, onun cəmiyyətin inkişafındakı rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyaları müasir təhsil tariximizin nadir incilərindəndir. Nazir ulu öndərimizin zəngin ideyalarının, yeritdiyi siyasətin hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini bildirib.         
Konfransda AMEA Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev “Heydər Əliyev və Azərbaycan mənəviyyatı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin dekanı Oqtay Sultanov “Heydər Əiyev və Azərbaycan praqmatik xarici siyasət kursu” mövzularında məruzə ediblər. Tədbirdə, həmçinin “Varlıq” jurnalının yaradıcısı və redaktoru Cavad Heyət, TRT-nin “Azərbaycan” redaksiyasının rəhbəri Seyfəddin Altaylı, akademik İsmayıl İbrahimov Heydər Əliyevin xalq və dövlət üçün müstəsna xidmətlərindən bəhs ediblər.  ]]>
<![CDATA[ Təhsil Nazirliyi ilə YUNİSEF-in birgə apardığı “Məktəb uşağın dostudur” layihəsi cərçivəsində Quba, Lənkəran və Masallı rayonlarının pilot məktəblərində keçirilən monitorinqlər artıq başa çatdırılıb. 
Məlumat üçün qeyd edirik ki, monitorinqin məqsədi həmin rayonlarda pilot məktəblərin “Fəal təlimin tətbiqi” mövzusu üzrə treninqlərdən keçirilmiş ibtidai sinif müəllimlərinin iş təcrübəsi, məktəbdə fəal təlim metodlarının tətbiqi imkanları, real vəziyyət və mövcud problemlərin, eləcə də Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətinin araşdırılmasından ibarət olub.
Monitorinq zamanı müəyyənləşdirilmiş məktəblərin direktorları və sinif müəllimləri ilə görüşlər keçirilib, müvafiq qrup I-IV siniflərdə keçirilən dərslərdə iştirak edib.  ]]>
Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.
Təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsinin artıq başa çatdığını qeyd edib. Nazir bildirib ki, “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət edib, onlardan 208 nəfəri müvafiq bal toplayaraq müsabiqənin II mərhələsinə buraxılıb. Həmin müəllimlərdən 123-nün Bakı şəhərinin məktəblərindən, 28-nin nazirliyin tabeliyindəki lisey və gimnaziyalardan olduğunu açıqlayan Misir Mərdanov onu da əlavə edib ki, bu müsabiqədə 21 nəfər Sumqayıtı, 221 müəllim isə ölkəmizin digər rayon və şəhərlərini təmsil edib. 
Görüşdə nazir II mərhələyə buraxılan müəllimləri bu münasibətlə təbrik edib, onlara nəzərdə tutulan işlər və yeni mərhələ haqqında məlumat verib. Nazir həmin müəllimlərin sınaq dərsləri keçmək üçün Bakı şəhərində artıq 28 məktəbin müəyyən olunduğunu qeyd edib. Eyni zamanda aprelin 23-dən 26-dək keçiriləcək sınaq dərslərinin müəyyənləşdirilmiş 12 meyar üzrə qiymətləndiriləcəyini bildirib. 
Misir Mərdanov əlavə edib ki, hər fənn müəllimi sınaq dərsini öz ixtisasına uyğun keçəcək, dərslərdə isə rəsmi təsdiqlənmiş komissiya üzvləri iştirak edəcək. Nazir, həmçinin müasir müəllimi şərtləndirən əsas keyfiyyətlərdən danışaraq bildirib ki, bugünün müəllimi daha çox təşkilatçılığı və istiqamətvericiliyi ilə fərqlənməli, şagirdlərə dövrün tələblərinə uyğun həyati bacarıqlar aşılamalıdır. 
Sonda müsabiqənin II və III mərhələsi ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.  ]]>
<![CDATA[ Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Hulusi Qılıncla görüşüb. 
Öncə nazir səfiri ölkəmizdə yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. 
Misir Mərdanov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın yüksək səviyyədə inkişafını xüsusi qeyd edib. Nazir ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin fəaliyyətindən razılıqla söz açaraq həmin müəssisələrin qazandıqları nailiyyətlərdən məmnunluqla danışıb.Eyni zamanda nazir iki ölkənin təhsil proqramlarının yaxınlaşması, ortaq dərsliklərin çap edilməsi istiqamətində addımlar atılmasını irəli sürüb, universitetlərarası əlaqələr, birgə müvafiq layihələr həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Cənab Hulusi Qılınc ona göstərilən yüksək münasibətə və səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Azərbaycanda özünü öz ölkəsində olduğu kimi hiss etdiyini bildirən səfir iki ölkə arasında münasibətlərin sürətlə inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Səfir, həmçinin türk liseylərinə göstərdiyi diqqət və qayğı üçün Misir Mərdanova minnətdarlıq edib. Türkiyə ilə Azərbaycan arasında olan tarixi əlaqələrdən söz açan səfir təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişafının zəruriliyini bildirib və bu sahə üzrə aparılan işlərə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. 
Görüşdə ali məktəblərimizdə təhsil alan türkiyəli tələbələrin mövcud vəziyyəti, “23 Nisan-Çocuk bayramı”nın ölkəmizdə də qeyd olunması, habelə digər məsələlər ətrafında söhbət aparılıb.  ]]>
<![CDATA[ Aprelin 18-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilinə milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı müşavirə keçirilib. 
Müşavirədə təhsil naziri Misir Mərdanov milli kurrikulum əsasında 13 adda dərslik, 21 adda müəllimlər üçün vəsait, 15 adda şagirdlər üçün iş dəftəri hazırlanacağını və bu məqsədlə görülən işləri qeyd edib. Nazir aparılan tədbirlərə müvafiq olaraq beynəlxalq məsləhətçilərlə keçirilən görüşləri, onların verdikləri məsləhət və tövsiyələrin nəzərə alındığını diqqətə çatdırıb. Nazir, həmçinin hazırlanacaq dərslik komplektlərinin qiymətləndirilməsi işinin müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçiriləcəyini bildirib. 
Nazir müşavirədə iştirak edən nəşriyyat rəhbərlərinə və digər şəxslərə qeyd olunan istiqamətdə konkret tapşırıqlar verib. 
Sonra Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə şuranın görəcəyi işlər, qarşıda duran vəzifələr haqqında məlumat verib, habelə nəşriyyat direktorlarının müvafiq məsələlərlə bağlı sualları cavablandırılıb.  ]]>
<![CDATA[ Aprelin 16-da Bakının Səbail rayonunun 20-ci sahəsində yeni inşa olunmuş 332 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib. 
Mərasimdə təhsil naziri Misir Mərdanov, Səbail rayonu İcra Hakimiyyətinin başcısı Sahib Ələkbərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və digər qonaqlar iştirak ediblər. 
Təhsil naziri Misir Mərdanov bağçanın rəmzi açılışını bildirən qırmızı lenti kəsdikdən sonra məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olub. Nazir yeni tikilib istifadəyə verilmiş məktəbəqədər təhsil müəsissəsində uşaqlar üçün yaradılan şəraitindən razı qaldığını vurğulayıb. 
Misir Mərdanov ölkə başcısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, habelə məktəbəqədər təhsil müəssisəsinin tikintisini bu qayğının təzahürü kimi qiymətləndirib. 
Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov belə bir gözəl bağçanın tikilib istifadəyə verilməsini bu ərazidə yaşayan aztəminatlı ailələrin uşaqları üçün gözəl bir hədiyyə olduğunu bildirib.  ]]>
<![CDATA[ Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı cənab Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru cənab Filip Lyonu qəbul edib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və digər şəxslər iştirak ediblər. 
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş miqyasda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. 
Misir Mərdanov yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin böyük rolundan bəhs edərək qonaqlara son illər ölkəmizdə bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda Türkiyə ilə Azərbaycan qardaşlığının parlaq simvolu olan “Qafqaz” Universitetinin böyük uğurlarından söz açıb. 
Sonra çıxış edən cənab Don Hines Azərbaycanda qarşıladıqları yüksək qonaqpərvərlik və səmimiyyətə görə təşəkkürünü bildirib. “Qafqaz”la Troy universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəb olduğunu deyən qonaq tədbir iştirakçılarına bu təhsil ocağı haqqında ətraflı məlumat verib. 
Görüşdə “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc və Troy Universitetinin dekanı cənab Don Hines beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanmasına dair qarşılıqlı əməkdaşlığa dair anlaşma sənədini imzalayıblar.
Məlumat üçün bildirək ki, müqaviləyə görə “Qafqaz” Universitetinin bir qrup tələbəsi 2 il bu ali məktəbdə, 2 il isə ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunacaq. Proqramı başa vurmuş tələbələrə hər 2 universitetin biznes bakalavrı dərəcəsi veriləcək. Eyni zamanda biznes magistr proqramının həyata keçirilməsi də gözlənilir.  ]]>
<![CDATA[ Aprelin 15-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı fənn komissiyalarının üzvləri ilə görüş keçirilib. 
Görüşü təhsil naziri Misir Mərdanov açaraq ölkə başçısı cənab İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi ilə bağlı ötən müddət ərzində lazımı təşkilatı işlərin görüldüyünü qeyd edib. Nazir görüş iştirakçılarının diqqətinə “Ən yaxşı müəllim” müsabiqəsi ilə üzrə məlumatları çatdıraraq bildirib ki, bu müsabiqədə iştirak etmək üçün Təşkilat Komitəsinə müraciət edən 393 nəfərdən 208-i növbəti mərhələyə buraxılıb.
Misir Mərdanov həmin müəllimlərin sınaq dərsi deyəcəklərini, dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarının da artıq müəyyən edildiyini bildirib. Eyni zamanda dinləniləcək sınaq dərslərinin müəyyən edilmiş 12 meyar əsasında maksimum 10 balla dəyərləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Nazir, həmçinin fənn komissiyaları üzvlərinə işə olduqca məsuliyyətli yanaşmağı və diqqətli olmağı tövsiyə edib. 
Tədbirdə sınaq dərslərinin dinlənilməsi və bununla bağlı digər məsələlər haqqında müvafiq suallar cavablandırılıb.  ]]>
<![CDATA[ Aprelin 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə keçirilib. 
Tədbiri açan təhsil naziri Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin I mərhələsinin başa çatdığını bildirib. 
Müşavirədə o da məlum olub ki, Təhsil Nazirliyində aidiyyəti şəxslərin iştirakı ilə keçirilən müzakirə zamanı növbəti mərhələyə keçid balı minimum 16 müəyyən edilmiş və buna müvafiq olaraq təşkilat komitəsinin qərarı ilə müsabiqənin növbəti mərhələsinə 208 müəllim buraxılıb. 
Misir Mərdanov bildirib ki, II mərhələyə vəsiqə qazanmış müəllimlərin sınaq dərsləri keçəcəklərini bildirib. Bu isə böyük məsuliyyətlə yanaşmağın zəruriliyini məktəb rəhbərlərinin diqqətinə çatdıran nazir tədbirin yüksək səviyyədə həyata keçirilməsinin onların təşkilatçılıq qabiliyyətindən asılı olduğunu vurğulayıb.
Daha sonra “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi haqqında məlumat verən Misir Mərdanov iştirak üçün 126 məktəbin müraciət etdiyini, onlardan 102 məktəbin II mərhələyə buraxıldığını qeyd edib. 
Müşavirədə “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi ilə bağlı digər məsələlər də müzakirə olunub.  ]]>
<![CDATA[ Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsi artıq başa çatıb. 
“İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət etmiş, 31-i müəyyən edilmiş şərtlərə uyğun gəlmədiyindən (pedaqoji iş stajı az olanlar, Prezident təqaüdçüsü, məktəb direktoru, direktor müavini, psixoloq olanlar, əsas iş yeri məktəb olmayanlar) siyahıdan çıxarılmışdır.
Təhsil Nazirliyində aidiyyəti şəxslərin iştirakı ilə keçirilən müzakirə zamanı növbəti mərhələyə keçid balı minimum 16 müəyyən edilib. Müvafiq bal toplayanların sayı 208 nəfərdir. Onlardan 31-i ingilis dili, 29-u ibtidai sinif, 29-u riyaziyyat, 24-ü Azərbaycan dili və ədəbiyyat, 16-sı fizika, 11-i biologiya, 11-i informatika, 9-u kimya, 9-u coğrafiya, 5 nəfəri rus dili müəllimidir. Qalan 10 nəfəri isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, alman dili, fransız dili, əmək hazırlığı, iqtisadiyyatın əsasları, ərəb dili müəllimləri təşkil edir. 
Təşkilat Komitəsinin qərarı ilə 208 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılmışdır. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində iştirakçı müəllimlərin dərsi dinləniləcəkdir. 
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində isə iştirak üçün müraciət etmiş 126 məktəbdən 102-nin ikinci mərhələyə buraxılması məqsədəuyğun hesab edilib. Hər iki müsabiqənin iyunun 25-dək yekunlaşdırılması nəzərdə tutulur. II mərhələnin nəticəsindən asılı olmayaraq, hər iki müsabiqənin iştirakçıları III tura buraxılacaqlar. Qaliblər üç mərhələ üzrə toplanan ballara görə müəyyən ediləcəkdir.  ]]>
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası birgə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirib.
Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, Səməd Seyidov açaraq konfransın keçirilməsinin əsas məqsədini açıqlayıb. Ali təhsil sahəsində gedən dəyişikliklərdən, ölkəmizin 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğu barədə danışan professor S.Seyidov bildirib ki, ali təhsil müəssisələrimizin Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanına inteqrasiyasına geniş imkanlar açılıb. O, rektoru olduğu universitetdə kredit sistemi üzrə geniş iş aparıldığını, bu istiqamətdə aparılan tədbirlərin uğurla həyata keçirildiyini bildirib. 
S.Seyidov beynəlxalq konfrans haqqında ətraflı məlumat verdikdən sonra çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun inkişafına diqqətin daha çox artırılmasının təqdirəlayiq olduğunu deyərək keçirilən tədbirin bu baxımdan əhəmiyyətini qeyd edib. Nazir son illər ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi üzrə əsaslı işlər görüldüyü barədə geniş söz açıb. Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə bağlı görüləsi, eləcə də həlli vacib işlərdən danışıb. Nazir ali təhsil sahəsində diqqət yetirilməsi zəruri olan bir sıra məqamlar üzərində xüsusi dayanaraq fikir və mülahizələrini söyləyib. Misir Mərdanov beynəlxalq əməkdaşlığın ali təhsilimizin inkişafına müsbət təsir göstərdiyini bildirərək konfransın işinə uğurlar arzulayıb. 
Belçika universitetləri üzrə dövlət komissarı, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun Təhsil qanunu üzrə nümayəndəsi, bir neçə Avropa universitetlərinin professoru Jan De Groof çıxışında Avropa ölkələrində ali təhsil sahəsində gedən son dəyişikliklərdən, tətbiq olunan bir sıra yeniliklərdən danışıb. Eyni zamanda iştirakçılara Avropa ölkələrində ali təhsil istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. 
Çıxış üçün söz alan Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən Boloniya prosesi və Türkiyənin təcrübəsindən danışıb. 
Daha sonra təhsil mühiti və universitetlərin potensialı, akademik prosesin genişlənməsi, tədrisin səmərəliliyi, keyfiyyətin təminatı və digər bölmələr üzrə ayrı-ayrı yerli, eyni zamanda xarici ölkələrin ali təhsil sahəsində çalışan mütəxəssislərin məruzələri dinlənilib.  ]]>
<![CDATA[ Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirilib. 
Məlumat üçün qeyd edək ki, üç mərhələdə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil və peşə liseylərinin VII-XI sinif şagirdləri iştirak edib. Fevral ayında keçirilən məktəb mərhələsinə 600 mindən artıq məktəbli qatılmış, onlardan 300 minə yaxını martda təşkil olunan rayon, şəhər mərhələsində iştirak etmişlər. Respublika mərhələsində hər rayondan 1 nəfər, Bakı şəhərindən 22 nəfər olmaqla cəmi 127 məktəbli iştirak etmək hüququ qazanıb. 
Təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər ümummilli liderimiz Heydər Əliyevin liseyin həyətindəki büstü önünə gül dəstələri qoyduqdan sonra içəri daxil olublar. Müsabiqədən öncə çıxış edən nazir final mərhələsinə vəsiqə qazanmış hər bir məktəblini bu böyük uğurları münasibətilə təbrik edib. 
Heydər Əliyevin Azərbaycanın tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən Misir Mərdanov bu gün malik olduğumuz hər şey üçün məhz ona borclu olduğumuzu qeyd edib. Nazir ulu öndərimizin irəli sürdüyü siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində dövlətimizin bütün sahələrdə inkişaf edərək dünya miqyasında tanındığını xüsusi vurğulayıb. 
Misir Mərdanov müsabiqənin Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırıb və bu tədbirə gələcəkdə daha çox məktəblinin cəlb olunmasını arzulayıb. Nazir, həmçinin müsabiqəyə aprelin 30-da yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında təşkil olunacaq təntənəli mərasimdə qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini bildirib və Təşkilat Komitəsinin adından bütün iştirakçılara uğurlar diləyib. 
Sonra müsabiqə iştirakçılarının respublika mərhələsində yazacaqları “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı mövzusu lövhəyə qeyd edilib.  ]]>
<![CDATA[ Aprelin 9-da Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 336 və Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 330 saylı uşaq bağçalarının açılış mərasimi keçirilib. 
Öncə Kürdəxanı qəsəbəsindəki 336 saylı uşaq bağçasında rəmzi açılışı bildirən qırmızı lent kəsilib, təhsil naziri Misir Mərdanov və digər qonaqlar bu tərbiyə müəssisəsi ilə yaxından tanış olublar. Bağçanın müasir mebel və digər avadanlıqlarla təmin olunmasından, ümumilikdə yaradılan yüksək şəraitdən razılığını ifadə edən nazir bu işdə əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir xüsusilə diqqətə çatdırıb ki, qeyd olunan sahə ölkə Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın diqqət mərkəzindədir. 
Mərasimdə məlum olub ki, qəsəbədə yeganə məktəbəqədər tərbiyə müəssisəsi olan bu bağça 120 uşağı əhatə edəcək, onların tərbiyəsi ilə isə 12 tərbiyəçi məşğul olacaq. Təhsil naziri Misir Mərdanov bağçanın pedaqoji kollektivini, kiçik sakinləri yeni binanın açılışı münasibətilə təbrik edib, eləcə də bağçanın rəy və təkliflər kitabına ürək sözlərini yazıb. 
Elə həmin gün Bülbülə qəsəbəsindəki 330 saylı körpələr evi-uşaq bağçasının da açılışı olub. Nazir müasir standartlara uyğun inşa olunmuş və avadanlıqlarla təchiz edilmiş bu tərbiyə ocağında pedaqoji kollektivin apardığı məzmunlu tərtibat işlərindən də razı qalıb, bağçanın rəhbərliyinə müəssisəni bu səviyyədə saxlamağı tövsiyə edib. 
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, qəsəbələrin bələdiyyə sədrləri iştirak edib.  ]]>
<![CDATA[ Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində görüş keçirilib.     
Görüşdə şagird nailiyyətlərinin ana dili, riyaziyyat və təbiət elmləri ilə bağlı beynəlxalq qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda şagirdlərin təkcə yaşa görə deyil, siniflər və kurrikulum üzrə qiymətləndirilməsi əsasında fənn kurrikulumlarının təkmilləşdirilməsi, müəllimlərin ixtisasartırmasının təşkili və digər məsələlər müzakirə edilib.  ]]>
<![CDATA[ Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub. 
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb. 
Sonra Misir Mərdanov səfərlə bağlı təqdimat etmək üçün sözü nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova verib.   
F.Qədirov öncə məlumat verib ki, Dünya Bankı, YUNİCEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Treninqin mahiyyətini açıqlayan F.Qədirov bildirib ki, burada əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub.  
Tədbirdə şöbə müdiri dünyada təhsil problemləri və inkişaf tendensiyaları, təhsil siyasətinin formalaşdırılması sistemi,  idarəetmə və maliyyələşdirmə, müəllimlərin peşəkarlıq səviyyəsi, təhsil  tədqiqatları  və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib, habelə iştirakçı ölkələrin nümayəndə heyətlərinin təqdim etdikləri milli layihələr barədə danışıb. Eyni zamanda F.Qədirov həmin treninqdə etdiyi “Müəllimlərin ixtisasartırma sisteminin islahatı” mövzusunda təqdimatdan söz açıb, Azərbaycanda bu sahənin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutan yeni tendensiyaları xüsusi qeyd edib. 
Sonda nazir təqdimatın xüsusi əhəmiyyətini vurğulayaraq, təqdim edilən yeni təhsil tendensiyalarının nazirliyin fəaliyyətində nəzərə alınması barədə tapşırıq verib.  ]]>
<![CDATA[ Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb. 
Öncə nazir qonağı Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib və onu səmimi salamlayıb. Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müasir tələblərə cavab verən yeni mexanizmin hazırlanması üzrə atılan müsbət addımlardan danışıb və ölkəmizin PİSA-Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olduğunu xatırladıb. Eyni zamanda Misir Mərdanov Dünya Bankının dəstəyi ilə beynəlxalq qiymətləndirmə üzrə iş həyata keçirildiyi barədə qonağa məlumat verib.Nazir, həmçinin ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi, gələn ildən bu imtahanların ölkəmizin bütün orta məktəblərini əhatə etməsinin nəzərdə tutulduğunu açıqlayıb.    
Nazir qonağın təmsil olunduğu təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu və ikitərəfli əlaqələrin yaradılacağına əminliyini vurğulayıb. 
Cənab Simus Hiqarti Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın həyata keçirdiyi tədbirlər, qiymətləndirmə sahəsində gördüyü işlər barədə məlumat verərək bildirib ki, burada əsas olaraq riyaziyyat və təbiət elmləri, oxu bacarıqlarının qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Qonaq beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə istiqamətləri üzrə müvafiq məsələlər barədə də danışıb, assosiasiyaya üzv olan ölkələrin nümayəndələri üçün treninq və təlimlər keçirildiyini bildirib. 
Görüşdə Azərbaycanı təmsil edən nümayəndənin bu qurumda təmsil olunması, assosiasiyaya üzv olan ölkələrlə əlaqələr yaradılması və digər məsələlər müzakirə olunub.  ]]>
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə təşkilatçılığı ilə qeyd edilən təhsil müəssisəsində “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Ölkəmizdə Boloniya prosesinin ikinci mərhələsinin tətbiqinə və qazanılmış təcrübəyə həsr olunmuş beynəlxalq konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Belçikanın Universitetlər üzrə dövlət komissarı, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun təhsil qanunu üzrə nümayəndəsi Jan De Qroof, Türkiyə Respublikasının ölkəmizdəki təhsil müşaviri Səlahəttin Dikmən, ABŞ-ın Fulbrayt təqaüdçüsü Alison Mandaville və başqalarının məruzə ilə çıxış etməsi nəzərdə tutulub.   
Konfransın işində Təhsil Nazirliyinin şöbə müdirləri, dövlət və özəl ali məktəblərin rektorları, eləcə də ABŞ, Türkiyə və Belçikanı təmsil edən nümayəndələr iştirak edəcək.  ]]>
<![CDATA[ Müşavirəni Misir Mərdanov açaraq qarşıda duran bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamına müvafiq olaraq Təhsil Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib. Eyni zamanda bununla əlaqədar olaraq nazirliyin müvafiq struktur bölmə rəhbərlərindən ibarət Təşkilat Komitəsinin yaradıldığını bildirib və komitənin üzvlərinə həmin Sərəncama əsasən görüləcək işlər barədə tapşırıqlar verib. 
Sonra nazir cari ilin aprel və mayında keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq iştirakçılara bununla əlaqədar öz tövsiyələrini bildirib. 
Müşavirədə Misir Mərdanov müvafiq şəxslərə verdiyi tapşırıqların icra vəziyyəti ilə maraqlanıb, eləcə də orta məktəblərdə xarici dilin tədrisi, ali məktəblərin strukturunda dəyişikliklər aparılmasının labüdlüyü və həlli vacib olan bir sıra mühüm məsələlərə toxunub.  ]]>
<![CDATA[ Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib. 
Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onları səmimi salamlayıb. 
Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiada da 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu açıqlayıb. Nazir, həmçinin olimpiadanın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurğulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür edib. 
Tədbirdə Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi, son illər qazanılan uğurlar barədə ətraflı məlumat verib. 
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər. 
Görüşdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən iştirak edib.  ]]>
<![CDATA[ Martın 24-dən 28-dək Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda treninq keçirilib. Dünya Bankı, YUNİSEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya (AMA) ölkələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və həmin şöbənin aparıcı məsləhətçisi Z.Kəlbəliyev, Texniki-peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Dünya Bankının təhsil üzrə nümayəndəsi T.Mustafayev və YUNİSEF-in proqram rəhbəri G.Hüseynova iştirak edib. 
Treninqin keçirilməsində əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub. 
İlk sessiyada iştirakçı ölkələrin nümayəndə heyətinin hər bir üzvünün təqdimatları dinlənilmiş və həmin təqdimatlar gizli səsvermə yolu ilə qiymətləndirilmişdir. Səsvermənin nəticəsi olaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov 12 ölkədən olan 100 nəfər iştirakçı arasında I yerə layiq görülüb.       
Proqrama uyğun olaraq ayrı-ayrı sessiyalarda ümumi orta təhsil məsələlərinə aid olan resurs planlaşdırılmasından nəticə planlaşdırılmasına keçid, məktəbdaxili qiymətləndirmə, əks-mərkəzləşdirmə prosesinin həyata keçirilməsi və təhsil sisteminin funksiyaları, region ölkələrdə təhsilin maliyyələşdirilməsi və şagirdbaşına maliyyələşdirməyə keçid, müəllim hazırlığı, ixtisasartırma və s. mövzular üzrə təqdimatlar keçirilib, beynəlxalq səviyyəli ekspertlərin məruzələri dinlənilib. 
Treninqin sonunda iştirakçı ölkələrin təhsil sistemində aparılacaq islahatlarla bağlı təhsil siyasəti və strategiyalarının işlənməsinə dair əvvəlcədən verilmiş tapşırıq əsasında hazırlanmış milli layihələrin təqdimatı olub. Azərbaycan nümayəndə heyəti “Müəllimlərin ixtisasartırma sistemində islahat” mövzusu üzrə milli layihəni təqdim edib. Nümayəndə heyətinin rəhbəri F.Qədirov təqdimatda Azərbaycan haqqında ümumi məlumatları, təhsil sistemi, həyata keçirilən islahatlar, məktəb tikintisi, milli kurrikulum, qiymətləndirmə sistemi və digər sahələr üzrə əldə edilmiş nailiyyətlər barədə məlumat verdikdən sonra müəllimlərin ixtisasartırma ilə bağlı yeni strategiyanı da iştirakçıların diqqətinə çatdırıb.
Dərslik siyasəti, məktəblərin kompüterləşdirilməsi və elektron resurslarla təmin edilməsi, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təmin edilməsi üzrə ölkəmizin əldə etdiyi nəticələr Dünya Bankının mütəxəssisləri, həmçinin digər beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarında xüsusi qeyd edilib.  ]]>
Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb.
Nazir qonaqları səmimi salamlayaraq DAAD təşkilatı ilə yaradılmış əlaqələr, mövcud əməkdaşlıq, ümumilikdə, bu təşkilatın həyata keçirdiyi müsbət işlərdən danışıb. Nazir, həmçinin ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin yaradılması sahəsində görülən işləri xüsusi qeyd edib. 
Səmimi qəbul üçün nazirə təşəkkür edən cənab Benedikt Briş təmsil olunduğu təşkilatla Azərbaycan Təhsil Nazirliyinin qurduğu əməkdaşlıqdan razı qaldığını diqqətə çatdırıb. Eyni zamanda DAAD-la Azərbaycan Dövlət Neft Şirkətinin ali məktəb tələbələri arasında birgə keçirdiyi müsabiqə əsasında 9 nəfərin seçildiyini, həmin şəxslərin Almaniyaya təhsil almağa göndəriləcəklərini qeyd edib. 
Görüşdə o da məlum olub ki, müvafiq razılıq əldə edildikdən sonra DAAD-la Təhsil Nazirliyi arasında memorandum imzalanması nəzərdə tutulub. Nazir ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışıb, həmçinin tibb, iqtisadiyyat, İKT, bank işi, kənd təsərrüfatı sahələri üzrə Almaniyada kadr hazırlığını təklif edib. 
Qonaq da öz növbəsində bu təkliflə razılaşdığını və namizədlərin seçilməsi məsələsini irəli sürüb. 
Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən görülən işlər barədə qonağa məlumat verib, müvafiq Proqramın hazırlanmasında alman mütəxəssislərinin rəy və təcrübələrindən yararlanmağın faydalı olduğunu diqqətə çatdırıb. 
Görüşdə tərəflər qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə aparılan işlərə dair konfrans keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.  ]]>
<![CDATA[ Martın 18-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub.      
İclasda təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” fevralın 25-də verdiyi Fərmandan irəli gələn vəzifələrdən söz açıb. Hər iki müsabiqə üzrə sənədlərin qəbulunun artıq martın 15-də başa çatdığını qeyd edən nazir bildirib ki, Təşkilat Komitəsinə “İlin ən yaxşı müəllimi” müsabiqəsi üzrə 400-ə yaxın, “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə isə 124 sənəd daxil olub. 
Sonra nazir ayrı-ayrı zonalar üzrə müəllim və məktəblərin sayı, qəbul edilən sənədlər, eləcə də nəzərdə tutulan kvotalar barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün müraciətlər arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, ingilis dili, tarix, kimya fənlərini tədris edən müəllimlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hər iki müsabiqə üzrə təqdim olunan sənədlər ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən qaydalara uyğun meyarlarla qiymətləndirilməlidir. 
Tədbirdə Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsi iştirakçılarının növbəti mərhələyə buraxılmazdan öncə onların elmi-nəzəri və intellektual səviyyələrinin müəyyənləşdirilməsi üçün müvafiq suallar əsasında yaradıcı iş yazmaları təklifini Təşkilat Komitəsinin müzakirəsinə təqdim edib. 
İclasda yaradıcı yazı işinin aprelin əvvəllərində Bakının bir orta məktəbində keçirilməsi, qiymətləndirmənin müvafiq şəxslər tərəfindən aparılaraq nəticələrin operativ elan olunması, iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsinin xüsusi testlər vasitəsilə yoxlanılması, müsabiqələrin gedişi vəziyyətinin müntəzəm işıqlandırılması, zəruri məlumatların ictimaiyyətə çatdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi edilib. 
Sonda Təşkilat Komitəsinin növbəti iclasınadək nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün konkret təkliflər verilməsi qərara alınıb.  ]]>
<![CDATA[ Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib. 
Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, eləcə də ayrı-ayrı ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və qabaqcıl ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. 
Qonaqları səmimi salamlayan “İntellekt” məktəb-liseyinin direktoru Ceyran Kuliyeva giriş sözündə 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verib. 
Sonra söz “Kiçik Akademiya”nın üzvlərinə verilib. Şagirdlər müasir təlim texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış “Tarix və şəxsiyyət”, “Qızıl kəsişmə”, “Bəşəriyyət qadınla süslənəcək” və başqa mövzularda 7 elmi iş təqdim edib. 
Tədbirdə iştirakçılar liseyin istedadlı şagirdlərinin slayd və kino- kadrlarla müşayiət olunan məruzə-təqdimatlarını maraqla dinləyiblər. 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə istedadlı gənclərlə tanışlıqdan məmnun olduğunu bildirib və təqdimat mərasiminin İKT-nin tətbiqi ilə təşkil edilməsində xüsusi əməyi olan X sinif şagirdi Şəhriyar Məhərrəmova noutbuk hədiyyə edib. 
Mərasimin sonunda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hamıya xoşbəxtlik arzulayıb. T.İsmayılov adına “İntellekt” məktəb- liseyinin ən nümunəvi təhsil ocaqlarından biri olduğunu qeyd edən nazir qazanılan böyük uğurlara görə liseyin rəhbərliyinə, pedaqoji və şagird kontingentinə minnətdarlığını bildirib. 
Sonda Misir Mərdanov tədbirin hazırlanmasında yaxından iştirak etmiş liseyin müəllimi Təranə Səmədovaya Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təltif olunduğu “Qabaqcıl təhsil işçisi” döş nişanını təqdim edib.  ]]>
<![CDATA[ 2008-ci ilin martından etibarən “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” adlı yeni layihəni həyata keçirməyə başlayıb.   
Layihənin əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıqlarının, peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi və müvafiq təlim vasitələrinin hazırlanmasından ibarətdir. Layihənin 3 mərhələdə aparılması, eyni zamanda I mərhələ üzrə təlimlərin keçirilməsi məqsədilə müəyyənləşdirilmiş şərtlər əsasında təlimçilərin seçilməsi nəzərdə tutulub . 
Layihə Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayonlarının müəyyənləşdirilmiş 3 ümumtəhsil məktəbində təbiət fənlərini tədris edən müəllim, metodist, universitet və məktəb rəhbərlərini əhatə edib. x  ]]>
<![CDATA[ Təhsil Nazirliyi və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb. İbtidai sinif müəllimləri üçün vəsaitlər “Sülh mədəniyyətinə dair tədris vəsaiti”, şagirdlər üçün isə “Qısa hekayələr toplusu” adlanır. 
Layihə çərçivəsində hazırlanmış həmin tədris vəsaitlərinin cari ilin mart-aprel aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Abşeron, Quba, Qazax, Şəki, Lənkəran, Goranboy və Kürdəmir rayonlarının seçilmiş pilot məktəblərinin müəyyənləşdirilmiş I-IV siniflərində sınaqdan keçirilməsi nəzərdə tutulub. 
Onu da qeyd edək ki, həmin vəsaitlər Təhsil Nazirliyi tərəfindən yerlərə göndərilmiş rəsmi məktublar əsasında sınaqdan keçiriləcək.  ]]>
<![CDATA[ Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub.
Təhsil naziri Misir Mərdanov iclası açaraq bildirib ki, ikinci yoxlama imtahanı ötən sınaqdan fərqli olaraq daha mütəşəkkil keçib. Yeni qaydada keçirilən imtahanın başlıca məqsədinin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, məktəb və müəllimin nüfuzunun yüksəldilməsi olduğunu qeyd edən nazir görülən işin artıq ictimaiyyət tərəfindən də müsbət qarşılandığını söyləyib. Nazir ikinci yoxlama imtahanının nəticələrinin yüksək olduğunu vurğulayaraq, bu dəfə tətbiq olunan bir neçə yenilikləri, xüsusilə də nəticələrin qısa müddətdə yoxlanılaraq, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini də müsbət addım kimi dəyərləndirib. 
Misir Mərdanov bu proses zamanı problemlərin, çatışmamazlıqların da olduğunu istisna etməyib. Nazir, həmçinin bəzi məktəb direktorlarının keçirilən imtahana məsuliyyətsiz yanaşmalarını, nəzarətçi müəllimlərin bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiklərini qeyd edib və bununla bağlı məktəb direktorlarına ciddi iradlarını bildirib. Məktəblərdə təkcə şagirdlərin deyil, müəllimlərin də biliyinin qiymətləndirilməsinin labüdlüyünü diqqətə çatdıran nazir direktorlara rəhbərlik etdikləri təhsil müəssisələrində bu istiqamətdə iş aparmalarını tövsiyə edib. 
Sonra Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyevanın yoxlama imtahanının nəticələrinə dair hesabatı dinlənilib. Aydın olub ki, imtahanlar rayon və şəhərlərdə yaradılmış 89 mərkəzdə keçirilməklə 51 727 şagirdi və 895 məktəbi əhatə edib. 94 imtahan rəhbəri, 89 bina rəhbəri təyin edilib. 1772 otaqda 4000-dən çox nəzarətçi müəllim imtahan prosesində iştirak edib. Yoxlama imtahanlarında 42 məktəb 90-100, 218 məktəb 70-90, 351 məktəb 50-70, 174 məktəb 30-50, 110 məktəb 0-30 faiz arasında nəticə göstərib. 7 məktəbin müvəffəqiyyət faizi 0 olub. 
İclasda reytinq cədvəlində ilk və son 50 yeri tutan məktəblər haqqında məlumat verilib, statistik təhlillər iştirakçıların diqqətinə çatdırılıb. Hər bir fənn üzrə məktəblərin göstəricilərinin ayrı-ayrılıqda təhlilini aparan T.Hacıyeva siyahıda yüksək yerləri tutan təhsil ocaqlarının adlarını qeyd edib. 
Misir Mərdanov aprelin 27-də keçiriləcək növbəti sınaq imtahanına ciddi hazırlıq işlərinin aparılmasının zəruri olduğunu diqqətə çatdıraraq nazirliyin müvafiq şöbəsinə müəyyən göstərişlər verib. Nazir digər məsələlərə də geniş toxunaraq öz fikir və mülahizələrini bildirib. 
Kollegiyada ayrı-ayrı təhsil işçiləri də ikinci yoxlama imtahanı ilə bağlı təkliflərlə çıxış edib.  ]]>
<![CDATA[ Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib. 
Mərasimdə təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan layihələrin əhəmiyyətli rolundan danışaraq bu işdə əməyi olan “British Council”un Azərbaycan üzrə direktoru cənab Əndi Uilyamsın xüsusi xidmətlərini qeyd edib. Eyni zamanda nazir cari ilin mayından etibarən xanım Nikol de Laluvyerin həmin səlahiyyətləri icra edəcəyini açıqlayıb. 
Sonra Misir Mərdanov “Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council” tərəfindən həyata keçirilən birgə layihələr” mövzusunda məruzə-təqdimat edib. Nazir öz təqdimatında təşkilatın ölkəmizdə 1993-cü ildən fəaliyyətə başlaması, Böyük Britaniya ilə Azərbaycan arasında qarşılıqlı və faydalı əlaqələrin qurulması istiqamətində atılan addımlar, təhsil sahəsində həyata keçirilən 15 layihənin hər biri haqqında ətraflı məlumat verib.   
Tədbirdə təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndirib və cənab Əndi Uilyamsın Böyük Britaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə, müəllim hazırlığı üzrə birgə layihələrin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin Fəxri Fərmanı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. 
Cənab Əndi Uilyams onun əməyinə verilən bu diqqət üçün təşəkkürünü bildirib və birgə əməkdaşlığın verdiyi töhfələrdən danışıb, habelə hər iki ölkə arasında əlaqələrin yaradılmasına çalışdıqlarını diqqətə çatdırıb. 
Yeni təyin olunan direktor xanım Nikol de Laluvyer isə aparılan işin davam etdiriləcəyini, əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.  ]]>
<![CDATA[ Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb. 
Misir Mərdanov qonağa ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni zamanda yerli və beynəlxalq qurumlarla birgə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. 
Sonra nazir ölkəmizin texniki-peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb. Eyni zamanda müvafiq layihə üzrə Bakı şəhərində 1, Saatlı rayonunda isə 2 peşə təhsili müəssisəsində iş aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb və müvafiq tələbatın öyrənilməsinin əsas şərt olduğunu vurğulayıb. Layihənin əsas məqsədinin texniki-peşə təhsili müəssisələrinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması olduğunu bildirən Misir Mərdanov bununla bağlı rəy və təkliflərini qeyd edib. 
Nazir layihənin “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na uyğun olaraq həyata keçiriləcəyini açıqlayıb. 
Cənab Məhəmməd Rza Yusifxan təmsil olunduğu qurumun öz fəaliyyətində təhsilin inkişafına xüsusi yer ayırdığını, nəzərdə tutulan layihəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. Qonaq, həmçinin layihənin maliyyələşdirilməsi və bir sıra mühüm istiqamətlərlə bağlı fikirlərini qeyd edib. 
Görüşdə milli və beynəlxalq məsləhətçilərin layihə sənədini hazırlaması, nümunəvi peşə təhsili müəssisəsinin yaradılması, peşə məktəblərinin modelinin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb.  ]]>
<![CDATA[ Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə edilən uğurlardan danışıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmçinin Azərbaycan idmançılarının qazandığı qələbələri, bu qələbələrdə məktəbli gənclərin də rolu olduğunu vurğulayıb. 
Sonra açılış rəmzi olan qırmızı lent kəsilib. Misir Mərdanov İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin gələcək fəaliyyətinə uğurlar arzulayaraq iştirakçılarla birgə idman məktəbinin otaqları, üzgüçülük hovuzu ilə tanış olub.
Məktəbin direktoru Elçin Mehdizadə qonaqlara məlumat verərək bildirib ki, hazırda bu müəssisədə həndbol və taekvondo bölməsi fəaliyyət göstərir, eyni zamanda 500 şagirdi olan məktəbdə 15 məşqçi müəllim çalışır. E. Mehdizadə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə məktəbin şagird və pedaqoji kollektivi adından dərin minnətdarlığını bildirib.  
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Ülvi Quliyev və digər şəxslər iştirak ediblər.  ]]>
<![CDATA[ Müşavirədə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən görülən işlər barədə məlumat verib. Nazir həmin Sərəncamın icrası ilə əlaqədar “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın hazırlıq vəziyyətindən söz açıb. Nazir, həmçinin layihə sənədində Proqramın məqsəd və əsas istiqamətlərinin, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, eləcə də burada öz əksini tapan digər mühüm məsələləri xüsusi qeyd edib. 
Sonra Misir Mərdanov ali məktəblərimizin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq və nəzərdə tutulan əlaqələri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir. 
Tədbirdə ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması, məzunların yerləşdirilməsi, onlara təyinatların verilməsi və s. məsələlər müzakirə olunub, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. 
Sonda Misir Mərdanov ali məktəb rektorlarına “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihə sənədi üzrə rəy və təkliflər verilməsi, habelə ali təhsilin müzakirə edilən bir sıra istiqamətləri barədə tapşırıqlar verib.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov “2008-ci il fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən fənn olimpiadalarının Respublika turu martın 16-dan 18-dək Bakı şəhərində keçiriləcək.    
Olimpiadaların Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə Fizika- riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə isə Kimya-biologiya təmayüllü liseydə keçirilməsi qərara alınıb. 
Yekun turun qeyd olunan fənlər üzrə olimpiada iştirakçılarının yerləşdiyi müəssisələrdə, yalnız informatika fənnindən isə Bakı Dövlət Universitetində keçirilməsi müəyyənləşdirilib. 
Onu da qeyd edək ki, olimpiadaların bağlanışı martın 18-də hər fənn üzrə iştirakçıların yerləşdiyi müəssisələrdə təşkil ediləcək.  ]]>
<![CDATA[ Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov da iştirak edib. 
Latviya Respublikasının birinci xanımı Lilita Zatlerenin iştirak etdiyi konfransda müvafiq ölkənin təhsil və elm naziri xanım Tatyana Koke, UNESCO-nun maarif üzrə direktoru xanım Asedo Klementina, qeyd olunan təşkilatın Avropa regional təhsili üzrə məsləhətçisi cənab Aleksandr Sannikov, Avropa Komissiyasının Latviya nümayəndəliyinin başçısı xanım İveta Şults və digər şəxslərin məruzələri dinlənilib.        
Sonra məruzələr ətrafında çıxışlar olub, Ə.Adıgözəlov Azərbaycanda inkluziv təhsil sahəsində həyata keçirilən pilot layihələr barəsində məlumat verib, bu sahədə müəllim hazırlığı, valideynlərlə iş, proqram materiallarının təkmilləşdirilməsi haqqında təkliflərini konfrans iştirakçılarına çatdırıb. 
Üç gün davam edən tədbirdə cari ilin noyabrında Cenevrədə keçiriləcək 48-ci Beynəlxalq Konfransda inkluziv təhsilin qorunub saxlanması, inkişafı, siyasi və praktiki tədqiqatların davam etdirilməsi, yerli şərait nəzərə alınmaqla müvafiq təhsilin həyata keçirilməsi yolları, prioritetlərin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi vacib hesab edilib. Konfransda 35 ölkədən 185 nəfər iştirak edib.  ]]>
<![CDATA[ Aprelin 27-də Təhsil Nazirliyinin birbaşa nəzarəti ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeron rayonlarının ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərinin buraxılış siniflərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçiriləcək. İmtahanda şagirdlər 8 əsas fəndən 125 suala 7 variant üzrə cavab verəcəklər. 
Məlumat üçün bildiririk ki, keçiriləcək yoxlama imtahanının nəticəsi attestata yazılacaq yekun qiymətin 10 %-ni təşkil edəcək. Onu da qeyd edək ki, fevralın 24-də orta ümumtəhsil məktəblərində keçirilən ikinci yoxlama imtahanında 52 minə yaxın şagird iştirak edib, müvəffəq göstəricisi isə 61% olub.  ]]>
<![CDATA[ Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirilib. 
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin Dövlət Proqramı çərçivəsində İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq aparılıb. 57 nəfərdən ibarət işçi qrupu yaradıldığını qeyd edən nazir onu da diqqətə çatdırıb ki, monitorinq Bakı şəhərində 304, Sumqayıtda 47, Abşeron rayonu üzrə 5, ümumilikdə isə 356 məktəbdə keçirilib. 
Sonra Misir Mərdanov aparılmış monitorinqin nəticələrinin ötən ilin 25 dekabrında keçirilən kollegiya iclasında müzakirə olunduğunu, 85 məktəbdə İKT ilə təchizat və tədris prosesində onun tətbiqi sahəsində ciddi problemlər aşkarlandığını vurğulayıb. Eyni zamanda həmin məktəblərdə təkrar monitorinqin keçirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.Yanvarın ikinci ongünlüyündə təkrar monitorinq aparıldığından söz açan Misir Mərdanov ciddi nöqsanlar aşkarlanan 85 məktəbdən 56-da problemlərin həll edildiyini, vəziyyətin normal olduğunu bildirib. Nazir əlavə edib ki, 29 məktəbdə İKT avadanlıqlarının quraşdırılması və onlardan istifadə üzrə problemlərin həll edilmədiyi də məlum olub. Misir Mərdanov həmin problemlərin məktəb rəhbərliyindən asılı olmayan səbəblərdən, habelə bəzi direktorların laqeyd münasibətindən bu işin həllini tapmadığını qeyd edib.      
Kollegiya iclasında nazir problemlərin mövcud olduğu məktəblərin adlarını sadalamış, burada aşkarlanan faktları diqqətə çatdırmışdır. Eyni zamanda məktəb direktorlarının müvafiq sahəyə biganə yanaşdığını açıqlayaraq işə məsuliyyətlə yanaşmağın vacib şərt olduğunu xüsusi vurğulayıb. Nazir, həmçinin bu günlərdə keçirilən ikinci sınaq imtahanı barədə də danışaraq işin təşkilindən razı qaldığını bildirib. Buna baxmayaraq bir sıra nöqsanların da aşkarlandığından söz açan nazir bəzi məktəb direktorlarının müvafiq işə laqeyd yanaşmasını, neqativ hallara yol verdiklərini də vurğulayıb. Misir Mərdanov eyni zamanda qeyd edib ki, bu iş davam etdiriləcək və üçüncü sınaq imtahanı aprelin 27-də keçiriləcək. 
Sonda ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri nəzərə alınaraq kollegiya qərarı qəbul olunub.  ]]>
Martın 1-də Təhsil Nazirliyində ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması üzrə görülmüş işlər və mövcud problemlərin həlli yollarına dair seminar keçirilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 azərbaycanlı gənc- Azər Hüseynov, Fərhad Haqverdiyev, Emil Abbasov, Rüstəm Əliyev və Nazim Mikayıllı öz təhsillərini Koreya Respublikasının Kyunq Hi Universitetində davam etdirmək imkanı qazanıblar.
<![CDATA[ Fevralın 21-də “Park İNN-Azərbaycan” otelində “Elektron məktəb və təhsilin elektron idarə edilməsi” mövzusunda pilot layihənin təqdimatına həsr olunmuş konfrans keçirilib. 
“Ultra” şirkətinin prezidenti Tahir Mirkişili konfransda iştirak edən təhsil, rabitə və informasiya texnologiyaları nazirlərini, millət vəkillərini səfirliklərin, layihəni həyata keçiriən beynəlxalq təşkilatların nümayəndələrini, və digər ölkələrdən gəlmiş qonaqları salamlayaraq tədbiri açıq elan edib. T.Mirkişili tədbir iştirakçılarına layihə barədə qısa məlumat verərək bildirib ki, ötən ilin avqustunda təhsil naziri Misir Mərdanovla görüşdən sonra Təhsil Nazirliyi, “Ultra”, eləcə də “SİVECO”, “Microsoft”, “HP” və “İntel” şirkətlərindən ibarət beynəlxalq konsorsium ölkəmizin 2 qabaqcıl orta məktəbində uğurlu pilot layihə həyata keçirməyə başlayıb. 
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müasir dövrdə dünyanın bütün ölkələrində təhsilin inkişafının İKT-nin tətbiqi səviyyəsi ilə müəyyən edilməsinin danılmaz həqiqət olduğunu bildirib. Ölkəmizdə bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verən nazir bu işlərin davamı olaraq 2008-2012-ci illəri əhatə edəcək yeni proqramın hazırlandığını qeyd edib. Sonra Misir Mərdanov qeyd olunan layihənin həyata keçirildiyi Bakı Avropa liseyi və 23 saylı orta məktəbdə görülən işlərlə tanış olduğunu, nəticədən razı qaldığını bildirib. 
Konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov ölkədə aparılan uğurlu İKT siyasətindən, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova “Elektron məktəb” təcrübəsindən söz açıblar. 
Tədbirdə, həmçinin “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrinin biznesin inkişafı üzrə direktoru Cim Levi, “İntel” korporasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Emin Axundov, “SİVECO” şirkətinin beynəlxalq satış direktoru Florin Ciolacu və digər şəxslər İKT-nin təhsil sistemində tətbiqi ilə bağlı ayrı -ayrı məsələlər barədə çıxış ediblər. 
Tədbirdə təhsil naziri Misir Mərdanov Bakı Avropa liseyi, 23 saylı orta məktəbin layihədə fəal iştirak edən 2 müəllimini kompüterlə mükafatlandırıb və İKT-nin tətbiqi sahəsində fərqlənən ən yaxşı 50 informatika müəlliminə mükafat veriilməsi təşəbbüsünü irəli sürüb. 
Plenar iclasdan sonra konfrans zalında virtual sinif otağı nümayiş etdirilib.  ]]>
<![CDATA[ Fevralın 20-də Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
Misir Mərdanov son illər ölkəmizdə idmanın inkişafı və müvafiq sahəyə dövlətimizin başçısı tərəfindən göstərilən diqqət barədə danışaraq bu müsabiqələrin ölkəmizdə idmana marağın daha da artmasına əlverişli şərait yaratdığını bildirib. Nazir məlumat verib ki, hazırda Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 61-i Uşaq-Gənclər Şahmat Məktəbi, 9-u İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. 
Mərasimdə o da məlum olub ki, 2007-ci ildə beynəlxalq yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəbləri tərəfindən 43 medal qazanılıb. Onlarda 15-i qızıl, 14-ü gümüş və 14-ü isə bürünc medaldır. 
Sonra nazir “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə qalibləri mükafatlandırıb, onları qazandıqları uğur münasibətilə təbrik edib. 
Tədbirdə “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov fəaliyyətində qazandığı uğurlara görə və 55 yaşının tamam olması münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
Mərasimdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmanın yüksək sürətlə inkişaf etməsindən söz açaraq bildirib ki, bu gün idmançılarımız ölkəmizi dünya və beynəlxalq olimpiadalarda layiqincə təmsil edirlər. İ.İsmayılov bu sahədə Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın zəruriliyini də qeyd edib. 
Sonda yüksək nailiyyətləri ilə fərqlənən idman məktəblərinin adları da qeyd olunub.  ]]>
<![CDATA[ Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib.
Fevralın 15-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Qarslıoğlu ilə görüşüb. Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Nazir, həmçinin iki ölkə arasında mövcud təhsil əlaqələrinin inkişafı, həyata keçirilən tədbirlər və digər məsələlərdən də söz açıb. Eyni zamanda Misir Mərdanov gələcək perspektivlərdən də danışaraq ortaq bağça-məktəbin açılması məsələsinə də toxunub. Cənab Qarslıoğlu nazirə səmimi qəbul və xoş münasibət üçün təşəkkürünü bildirib. Tarixi, mədəni və iqtisadi baxımdan qurulan əlaqələrdən danışan qonaq təhsil sahəsi üzrə yaradılan əməkdaşlığın dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Qonaq fəaliyyəti dövründə ona göstərilən diqqət və yardıma görə razılığını da ifadə edib. Eyni zamanda ölkəmizə təyin olunacaq yeni səfirin mövcud əlaqələrin daha da inkişafına çalışacağını əminliklə qeyd edib. Sonda Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.  ]]>
<![CDATA[ İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. 
Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. Çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq. 
Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar. 
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.  ]]>
<![CDATA[ Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri və məktəb direktorları iştirak edib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar respublikanın bütün bölgələrində belə müşavirələr keçirib. Misir Mərdanov onu da qeyd edib ki, müşavirənin əsas qayəsi Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə təkan verməkdən ibarətdir.
"Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təqdimat edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, rəhbərlik etdiyi qurum hər il ali və orta ixtisas məktəblərinə ərizə verən abituriyentlər və onların qubul göstəriciləri barədə ölkə ictimaiyyətinə məlumatlar verir. İlk dəfə 2008-2009-cu tədris ilinin yekunlarında respublikanın bütün bölgələrində XI siniflər üzrə mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən bəhs edən M.Abbaszadə attestat alan məzunlardan 20 faizinin ali və orta ixtisas məktəblərinə sənəd vermədiyini diqqətə çatdırıb, qabiliyyət imtahanları tələb olunan ali məktəblər və digər məsələlər barədə fikirlərini bildirib.
Müşavirədə ali məktəblərin reytinq göstəricilərindən söz açan TQDK-nın sədri qəbul zamanı imtahan fənləri  üzrə  yüksək nəticə  göstərən təhsil müəssisələrinin adlarını çəkib və  abituriyentlərin topladıqları ballara görə  Bakı məktəblərinin  yaxşı nəticə qazandığını vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib ki, 2008-2009-cu tədris ilində ali və orta ixtisas   məktəblərinə qəbul olanların 45 faizi Bakı şəhər məktəblərinin payına düşür. Bakı şəhər məktəblərinin məzunlarının  ali məktəblərə qəbul zamanı topladıqları orta balın 400-dən yuxarı olduğunu söyləyən M.Bayramov respublikamızın ən sanballı  ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayının əvvəlki illərlə müqayisədə xeyli artığını qeyd edib.
Ali və orta ixtisas məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin məzunlarının da  yüksək nəticələr göstərdiyini  vurğulayan Məhəmməd Bayramov qəbul imtahanlarında bəzi variantlarda  verilmiş  test suallarının çətin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda Təhsil Nazirliyi ilə TQDK-nın səmərəli əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov bundan sonra da belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, cari tədris ilində təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb. ]]>
            I hissə (4,83 MB)
            II hissə (6,16 MB)
<![CDATA[ Elitar Gimnaziyanın və Avropa Liseyinin ingilis dili müəllimləri üçün keçirilən treninqlərin məqsədi “1 şagird-1 kompüter” layihəsində iştirak edən məktəblərdə quraşdırılacaq linqafon sinif otaqlarının informasiya texnologiyaları vasitəsilə idarəsi, şagirdlərin noutbuk linqafon sinif otaqlarında effektiv istifadəsi və ingilis dilinin tədrisinin keyfiyyətinin artırılmasından ibarətdir. Təlim zamanı müəllimlərə avadanlıqdan və proqramlardan istifadə üzrə nəzəri və praktiki biliklər verilib.
Onu da qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “1 şagird-1 kompüter” layihəsi şagirdlərin həm məktəbdə, həm də evdə informasiya texnologiyalarının effektiv istifadəsini təmin etməyə yönəlib. Odur ki, layihə çərçivəsində pilot siniflərin şagirdlərinə məktəbdə və evdə istifadə üçün noutbuklar verilir. ]]>
Yanvarın 11-dən 29-dək ABŞ Dövlət Departamenti tərəfindən “ABŞ-da universitetlərin idarə olunması” mövzusunda təşkil olunmuş Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin nümayəndələri iştirak ediblər.
Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aygül Hacıyeva və Azərbaycan Diplomatik Akademiyasının Tələbələrə xidmət şöbəsinin əlaqələndiricisi Rəna Rzayeva təmsil ediblər.
Səfər müddətində iştirakçılar ABŞ-ın Vaşinqton şəhərində, Merilənd, Alabama, Kaliforniya, Kanzas və Missuri ştatlarında olub, təhsil departamentlərində ali təhsillə bağı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökümət assosiasiyalarında, ABŞ-ın 12 kollec və universitetlərində təşkil olunmuş 30-dan çox görüşlərə qatılıblar. Bu müddətdə iştirakçılar ali təhsilin strukturu, idarəedilməsi, maliyyələşdirilməsi, müəllim heyəti və tələbələr qarşısında duran məsələlər haqqında məlumatlar əldə ediblər. Bununla yanaşı, proqram iştirakçıları ABŞ-da kollec və universitetlərin akkreditasiya sistemi, ali təhsil siyasətinin təbliğində qeyri-hökümət təşkilatları və peşəkar assosiasiyaların rolu barədə məruzələr dinləyib və müzakirələr aparıblar.
Səfər müddətində iştirakçılar həmçinin Vaşinqton, Montqomeri, San-Fransisko və Nyu-York şəhərlərinin tarixi və mədəni abidələri, parkları və muzeyləri ilə tanış olublar.
Səfərin sonunda iştirakçılara ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət məsələləri bürosunun xarici qonaqlar idarəsi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.
<![CDATA[ Konfransda “Ultra”, “İntel”, HP şirkətlərinin və “Mədəd” humanitar təşkilatının nümayəndələri, paytaxt məktəblərinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindəki bir sıra təhsil müəssisələrinin direktorları və qabaqcıl müəllimləri iştirak ediblər.
Tədbiri “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə əməkdaşlıq” proqramının meneceri E.Axundov açaraq bir sıra məsələlərin geniş müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələrinin açıqlanacağını bildirib. Qeyd olunub ki, müsabiqə Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na müvafiq olaraq keçirilib. Müsabiqədə paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən 200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala vəsiqə qazanıb. Həmin finalçılar arasından I, II, III yerləri tutan qaliblər müəyyənləşdirilib.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Təhsil naziri keçirilən tədbirin vacibliyini diqqətə çatdıraraq “Microsoft” şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışıb, bu şirkətin ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərdiyini qeyd edib. Eyni zamanda nazir bildirib ki, ölkəmizdə müvafiq sahə üzrə fəaliyyət göstərən digər şirkətlər də təhsildə İKT-nin tətbiqi işində fəallıq göstərirlər. Bunu müsbət hal kimi dəyərləndirən nazir təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edib. Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Misir Mərdanov belə tədbirlərin təhsil işçiləri üçün faydalı və əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələri açıqlanıb, II-III yerin qaliblərinə DVD pleyer və noutbuklar hədiyyə edilib. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu il martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcək.  ]]>
Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
<![CDATA[ Görüşdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də iştirak edib.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Belarus arasında təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan danışıb və bu əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.
Səfir Nikolay Pastkeviç səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və görüşdə iştirak edən qonaqları nazirə təqdim edib.
Sonra Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviç rəhbərlik etdiyi təhsil ocağı, burada tətbiq olunan yeniliklər və gələcək planlar barədə geniş məlumat verib. Rektor, eyni zamanda təhsil naziri Misir Mərdanovun Belarus təhsil sistemi ilə bağlı bir sıra suallarına aydınlıq gətirib.
 Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunan təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetləri barədə ətraflı məlumata malik olmaları məqsədilə gələcəkdə ölkəmizdə müvafiq təhsil sərgisinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında qonaqlara məlumat verib, azərbaycanlı gənclərin Belarus ali təhsil müəssisələrində təhsil almalarının önəminə diqqət çəkib.                                                                                              
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. ]]>
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
<![CDATA[ Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. 
Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. 
Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası məqsədilə 
QƏRARA ALIRAM:
1. 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin.
2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunsun.
3. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
4. Müəyyən edilsin ki:
4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir;
4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir;
4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin;
5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin;
5.3. ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılsın ki:
7.1. 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin;
7.2. dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin. 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti. 
Bakı şəhəri, 
10 fevral 2010-cu il. ]]>
<![CDATA[ Tədbirdə təhsil nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru,  professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə tədris olunan «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar məlumat verib və ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda təşkil olunan treninqlərdən danışıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd edib və  bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirib. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən nazir AMİ-də «Təhsilin əsasları» fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürüb və bu işlərin həyata keçirilməsində maddi-texniki cəhətdən çətinlik olarsa, Təhsil Nazirliyi tərəfindən köməklik göstəriləcəyini vurğulayıb. Misir Mərdanov müəllimlər tərəfindən «Təhsilin əsasları» fənninin tədrisi metodikasına dair məqalələrin hazırlanıb «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını da tövsiyə edib.
Tədbirdə iştirak edən «Təhsilin əsasları» fənnini tədris edən müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, «Təhsilin əsasları» fənninin tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu fənnin interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin özündən asılıdır.   
Sonda təhsil naziri Misir Mərdanov tərəfindən «Təhsilin əsasları» fənninin tədrisinə dair təşkil olunmuş təlim kurslarının II mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub. ]]>
<![CDATA[ Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü ildən fəaliyyətə başlamış Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni qiymətləndirmə sisteminin işlənib hazırlanması olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin təmin olunması, qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi və digər mühüm məsələlərdən söz açıb. Şöbənin fəaliyyət planında nəzərdə tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva 2004-2005-ci tədris ilində beynəlxalq qiymətləndirmə sahəsində görülən işlər barədə fikirlərini bildirib.
Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində Xətai və İmişli rayonlarının məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi, 172 məktəbin 5011 şagirdinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin aparılması məsələlərinə toxunub. 2006-2007-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının Bakı şəhərinin Xətai, Səbail rayonlarını, Təhsil Nazirliyinə tabe olan məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu əhatə etdiyini söyləyən Təranə Hacıyeva imtahanlarda iştirak edən 11866 şagirddən 10865-nin, yəni 91,56 faizinin müsbət qiymət aldığını vurğulayıb.
Ötən il respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən, əvvəlki dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləş­dirilmiş qaydada  keçirildiyini diqqətə çatdıran Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri onu da bildirib ki, qazanılan təcrübə bu istiqamətdəki işlərin gələcəkdə daha yaxşı təşkilinə yol açır.
Milli və beynəlxalq qiymətləndirmə sahəsində həyata keçirilən tədbirlərin ilkin nəticələrindən söz açan Təranə Hacıyeva onu da qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı  müəyyənləşdirməkdən ibarətdir.
Azərbaycanda təhsil islahatlarının uğurla nəticələnməsi üçün mütərəqqi yeniliklərin tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu baxımdan beynəlxalq və milli qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə diqqətin artırılmasını gərəkli hesab etdiyini bildirib. Nazir onu da qeyd edib ki, bu barədə ölkənin təhsil ictimaiyyətində daha aydın təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə diqqət artırılmalı, bu istiqamətdə zəruri tədqiqatların aparılması təmin olunmalıdır.
Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq təkliflər səsləndirilib. ]]>
<![CDATA[ “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının əsas məqsədi elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, onların təhsil portalında yerləşdirilməsi və daha effektiv formada tətbiqidir. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin informasiyalaşdırılması idarəsi əlaqələndirəcəkdir.
Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, “Mədəd” humanitar təşkilatı, Microsoft Azərbaycan şirkəti, Azedunet təşkilatı, müəllimlər və qeyri-hökumət təşkilatları daxildir.
Şuranın əsas vəzifələri sırasına bütün orta məktəb kurikulumlarına aid fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlərin işlənməsi və yayımı üzrə tövsiyələrin hazırlanması, elektron tədris və metodiki resurslar kataloqunun yaradılması, təhsil portalında yerləşdirilməsi üzə tövsiyələrin verilməsi, beynəlxalq standartlara uyğun elektron təhsil resurslar bazasının yaradılması, təhsil müəssisələrinin elektron resurs standartlarının və normativlərinin hazırlanmasına dair təkliflərin irəli sürülməsi və digər məsələlər daxildir. ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov, “Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək xidmətin işinə uğurlar arzulayıb.
Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım və dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə, eləcə də təxirəsalınmaz köməyin göstərilməsidir. Bu xidmətdən dövlət uşaq müəssisələrində olan, küçədə  yaşayan, işləyən, istismara, zorakılığa məruz qalan, psixoloji problemlərlə üzləşən, fiziki və əqli cəhətdən qüsurlu, qaçqın və məcburi köçkün, habelə böhranlı ailələrdən olan, hüquqları pozulmuş, xüsusi qayğıya, müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilərlər.
Verilən məlumata görə ötən il QHT Alyansı və bu qurumun üzvü olan “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Azercell Telekom”-un maliyyə dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin yaradılması ilə bağlı təşəbbüs göstərilib. «Uşaqların Xilası» və «Dünyaya Baxış» beynəlxalq təşkilatları da xidmətin fəaliyyətə başlaması üçün köməklərini əsirgəməyiblər.
Bundan sonra xidmətdə çalışacaq əməkdaşlar üçün təlim kursları təşkil edilib, müvafiq beynəlxalq təcrübə öyrənilib və sayt (www.childhelpline.az) hazırlanıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətinə daim xüsusi önəm verən Təhsil Nazirliyi “Uşaq Qaynar Xətt” xidməti üçün yer ayırıb və lazımi texniki dəstək göstərib. 
“Uşaq Qaynar Xətt” xidmətinin açılmasının əhəmiyyətini qeyd edən təhsil naziri Misir Mərdanov bu işdə xidməti olan, zəruri maddi və texniki dəstəyi göstərən bütün ictimai qurumlara, təşkilat və şirkətlərə minnətdarlığını bildirib. Belə bir xidmətin yaradılmasının xeyli müddətdir ki, gözlənildiyini vurğulayan nazir bu gün Azərbaycanın müasir dünya və Avropa ölkələrinə inteqrasiyası istiqamətində növbəti addımın atıldığını nəzərə çatdırıb.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verən nazir sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin, sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması məqsədilə günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin açıldığını, Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq konfransın keçirildiyini, bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradıldığını söyləyib. Misir Mərdanov hələlik ancaq Bakı şəhərini əhatə edən xidmətin gələcəkdə bölgələrdə, xüsusilə daha çox problemləri olan rayonlarda da təşkil olunacağına inamını ifadə edib və mərkəzin əməkdaşlarına uğurlar arzulayıb.
“Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar.
Onu da qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən uşaqların anonimliyi qorunacaq və yalnız uşağın özünün arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell”  nömrələrindən edilən zənglər ödənişsizdir. ]]>
<![CDATA[ Fevralın 22-dən 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcək.
“Microsoft” şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın əsas məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir.
Seminarda “Tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “Öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “Tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları barədə də danışılacaq.
 “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin “Microsoft Azərbaycan” şirkəti ilə imzaladığı “Təhsildə Əməkdaşlıq” Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan nümayəndə heyəti də bu seminarda iştirak edəcək. Ölkəmizi seminarda Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edəcəklər.  ]]>
<![CDATA[ Yubiley mərasimində bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri ziyalılar, məktəbin məzunları və pedaqoji kollektivi, KİV nümayəndələri iştirak ediblər.
Öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən film nümayiş olunub. «Butafilm» studiyasının hazırladığı «Dağların ziyalı yaddaşı» filmində Minkənd məktəbinin təşəkkülü və inkişaf yolundan, tədris ocağının təhsilin inkişafında, ziyalıların yetişməsindəki rolundan söhbət açılıb.
Mərasimi giriş sözü ilə açan Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir iştirakçılarını salamlayıb məktəbin yubileyinin keçirilməsi təşəbbüslərinə dəstək vermiş müvafiq dövlət qurumlarının rəhbərlərinə, Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edən R.Cəbrayılov yubiley ərəfəsində Minkənd kənd orta məktəbinin iki müəlliminin «Tərəqqi» medalı ilə təltif olunmasını, bir müəllimin isə «Əməkdar müəllim» fəxri adına layiq görünməsini nəinki yubilyar məktəbin pedaqoji kollektivinin, bütövlükdə Laçının təhsil ictimaiyyətinin, rayon ziyalılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı Minkənd məktəbinin məzunları arasında 10 elmlər doktoru, 22 elmlər namizədi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısının qaçqın və köçkünlərə göstərdiyi qayğıdan, onların sosial problemlərinin həlli, o cümlədən də təhsil şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər atılmış addımlardan bəhs edib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Minkənd kənd məktəbinin yubileyinin yüksək təntənə ilə keçirilməsini, bu münasibətlə düzənlənən mərasimdə dövlət rəsmilərinin, milli məclis üzvülərinin, ölkənin tanınmış ziyalılarının iştirakını təhsilə, məktəbə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Müvafiq təşəbbüslə çıxış etmiş Laçın və mərasimin təşkilinə kömək göstərmiş Abşeron rayonlarının icra başçılarına təşəkkür edən nazir belə bir yubileyin keçirilməsinin Azərbaycan mədəniyyətinin, təhsil tarixinin zənginliyini dünyaya göstərmək baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Misir Mərdanov Minkənd məktəbinin təhsilimizin inkişafı tarixindəki rolunu xüsusi vurğulayaraq qeyd edib ki, vaxtilə Azərbaycan Demokratik Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi 100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu məktəbin məzunu olub.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində görülmüş böyük işlərə toxunaraq ölkəmizdə son illər ərzində 2000-dən çox yeni məktəb binasının və əlavə korpusun tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter düşən məktəblərdə indi 20 şagirdin 1 kompüterlə təmin olunduğunu, təhsilin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş işlərin uğurla davam etdirildiyini, təhsilin, elmin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində məqsədyönlu addımlar atıldığını nəzərə çatdırıb.
Təhsil naziri çıxışının sonunda 120 yaşlı Minkənd məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim edib.
Daha sonra yubilyar məktəbin məzunu, BDU-nun professoru Maarif Cəfərov çıxış edib, təhsil ocağının inkişaf yolu barədə söz açıb.
Tədbirdə bir sıra rayonların icra hakimiyyətləri tərəfindən yubilyar məktəbə kompüter dəstləri hədiyyə edildiyi bildirilib, tədris ocağının bir qrup müəlliminə Laçın rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Yubiley tədbiri incəsənət ustalarının ifasında bədii proqramla davam etdirilib. ]]>
Bülbül adına orta ixtisas musiqi məktəbində muğam ustaları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.
<![CDATA[ Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin komissiya sədri, professor Ziyad Səmədzadə, respublikanın görkəmli ziyalıları, muğam ustadları, xalq artistləri, bəstəkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əskərova açaraq qonaqları salamladıqdan sonra sözü akademik Vasim Məmmədəliyevə verib.
Akademik hər iki sənətkarın yaradıcılıq məziyyətləri barədə söz açaraq bildirib ki, böyük bir dühanın adını daşıyan bu məktəbdə çox mahir musiqiçilər, bəstəkar, xanəndələr yetişib. Hər iki yubliyarın Azərbaycanın muğam sənətinin inkişafı, xalq musiqisinin zənginləşməsi, muğamın tədrisi sahəsində misilsiz xidmətlər göstərdiyini vurğulayan Vasim Məmmədəliyev onlarin əməyinin dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalq artisti Əlibaba Məmmədovun «İstiqlal», Ağaxan Abdullayevin isə «Şöhrət» ordenləri ilə təltif edilməsini musiqi sənətinə, Azərbaycan muğam ifaçılığına verilən mükafat kimi səciyyələndirib. Muğamlarımızın artıq beynəlxalq status qazandığını söyləyən akademik bu işdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük zəhmət çəkdiyini, onun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa olunduğunu, muğamlarımızın YUNESKO-nun qeyri-maddi mədəni irsi kimi qəbul edildiyini nəzərə çatdırıb.
İlk öncə qonaqları salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Nazir qeyd edib ki, yubileyləri qeyd olunan Əlibaba Məmmədov və Ağaxan Abdullayev müəllim kimi də olduqca uğurla fəaliyyət göstərirlər. Odur ki, onların həm yaxşı sənətkar, həm də professional müəllim kimi sevildiklərini vurğulayan Misir Mərdanov Azərbaycanda, Şərqdə və müsəlman aləmində tanınan ustad xanəndələrimizin yüksək insani keyfiyyətlərindən söz açıb.
Daha sonra xalq artisti Əlibaba Məmmədovu 30 ildən çoxdur ki, tanıdığını bildirən nazir qeyd edib ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu daim izləyir. Azərbaycanda insanların əməyinin vaxtında dəyərləndirilməsi və layiqincə qiymətləndirilməsi ənənəsinin formalaşmasının rəğbvətlə qarşılaqndığını bidirən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindan hər iki sənətkarın təltif olunmasını bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi qəbul edildiyini bildirib.
Çıxışının sonunda nazir hər iki yubilyarı ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim edib.
Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru, professor  Nazim Kazımov, millət vəkili Ziyad Səmədzadə, «Xəzər» Universitetinin rektoru, professor Hamlet İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova və başqaları çıxış edərək yubilyar haqqında ürək sözlərini söyləyiblər.
Sonda gənc muğam ifaçılarının çıxışları məclisi daha da rövnəqləndirib. ]]>
<![CDATA[ Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndələri, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.
Qonaqları salamlayan məktəbin direktoru Vaqif Hüseynov keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib.
Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə yaxından tanış olub, Ia sinfində Nazirə Hümbətovanın Ana dili, Ic  sinfində Rəna Ağazadənin Riyaziyyat, Iç  sinfində Mehriban Qarayevanın Həyat bilgisi, IIa sinfində Mehriban Qocayevanın Təsviri incəsənət, rus bölməsinin Ia sinfində Afaq Axundovanın Texnologiya və IIb sinfində Səbinə Musazadənin Musiqi dərslərində iştirak ediblər. Sonra «Dəyirmi masa» arxasında dinlənilən dərslər təhlil olunub.
Ic sinfində Rəna Ağazadənin “Həndəsi fiqurların qruplaşdırılması” mövzusunda riyaziyyat dərsini dinləyən təhsil naziri Misir Mərdanov bildirib ki, müəllimin dərsə olduqca yaradıcı yanaşması və milli kurikulumun tələb etdiyi standartlara əməl etməsi sayəsində dərs yüksək səviyyədə başa çatıb. Dərsdə əyani vəsaitlərdən və digər zəruri vasitələrdən lazımınca istifadə olunmasını və fənlərarası inteqrasiya yaradılmasını yüksək dəyərləndirən nazir qeyd edib ki, müəllim şagirdləri qruplarla çalışdırmağa, qruplar arasında düzgün qiymətləndirmə aparmağa nail olub və bununla da müasir dərsə verilən tələbləri keyfiyyətlə yerinə yetirib.
Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva və başqaları dinlənən ayrı-ayrı dərslər barədə öz fikirlərini söyləyib və müəllimlərin fəaliyyətindən razı qaldıqlarını bildiriblər.
Sonda məktəbdə tədris prosesinin daha səmərəli təşkil olunması baxımından belə tədbirlərin əhəmiyyətindən söz açılıb və təhsil müəssisəsində aparılan pedaqoji işin keyfiyyətindən razılıq ifadə olunub. ]]>
<![CDATA[ Qonağı səmimi salamlayan nazir son illər Azərbaycanla Almaniya arasındakı mövcud əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.  İki ölkə arasında təhsil sahəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra uğurların əldə edildiyini bildirən Misir Mərdanov peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs edib. Nazir həmçinin,  Azərbaycanda peşə təhsilinə marağın artmasından söz açaraq bu məsələnin ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb və mövcud istiqamətdə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib.
Təhsil naziri Misir Mərdanov Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib və qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir sıra peşə təhsili müəssisələrində olmasının əhəmiyyətini qeyd edib. Nazir eyni zamanda  bu əməkdaşlığın inkişafı baxımından müvafiq təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirən qonaq ölkələrimiz arasındakı mövcud əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter həmçinin, birgə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq məlumat verib ki, 2010-2011-ci tədris ilinə 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur, onlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. Nazir III siniflər üçün dərslik komplektlərinin çapının tender yolu ilə müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb.
Sonra Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Nazir son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərimizdə diqqət artırılması vacib olan bir sıra məqamlara toxunub. Nazir dərsliklərin hazırlanması işində orta məktəb müəllimlərinin sayının daha da artırılmasının olduqca zəruriliyini vurğulayıb və bildirib ki, orta məktəb müəllimlərinin dərslik müəllifi olması, dərsliklərin redaktə və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi bu sahədəki nöqsanların azaldılmasına gətirib çıxarır. 
Misir Mərdanov xüsusi qeyd edib ki, dərsliklər hazırlanarkən şagirdlərin yaşı və qavrama səviyyəsi nəzərə alınmalı, onların elmi yükü və dili bir qədər yüngülləşdirilməlidir. Nazir həmçinin, ayrı-ayrı fənlər üzrə ekspert müəllimlərdən onlara təqdim olunan dərslikləri oxuyarkən bu və digər məqamlara diqqəti artırmalarını, ümumiyyətlə dərslik hazırlığı ilə məşğul olan hər bir kəsə bu işə daha məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Müşavirədə dərsliklər, onların nəşri və çapa hazırlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb, tanınmış alimlər, ayrı-ayrı fənləri tədris edən müəllimlər rəy və təkliflərini bildiriblər. ]]>
<![CDATA[  “Məktəb liderliyi” layihəsi üzrə keçirilən təlimlərdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əbdülrəhimov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram rəhbəri Nailə İsmayılova, Bakı və Sumqayıtdakı bir neçə orta məktəbin direktoru, direktor müavini və müəllimləri iştirak edib.
Səfər müddətində ölkəmizi təmsil edən iştirakçılar Cənubi Konnektikut ştatındakı bir neçə ibtidai, əsas, orta məktəblərin rəhbərləri ilə görüşlər keçirib, məktəblərin idarə olunması, fəaliyyətləri və müəyyən lazımi sənədləri ilə tanış olub, dərs proseslərini müşahidə edərək müəyyən tədqiqatlar aparıblar. Eyni zamanda nümayəndə heyəti Cənubi Konnektikut Dövlət Universitetində liderliyə dair seminarlarda iştirak edərək bir sıra təqdimatlar dinləyib, müzakirələr aparıb. 
Sonra həmin təhsil müəssisəsində ölkəmizin təhsil sistemi, həyata keçirilən islahatlar və dövlət proqramları, beynəlxalq əlaqələr, “Məktəb liderliyi” layihəsi çərçivəsində görülən işlər barədə ümumi məlumat verilib, məktəbəqədər, orta ümumtəhsil, peşə və ali məktəblərin foto şəkilləri nümayiş etdirilib, həmçinin, universitetin professor-müəllim heyəti və tələbələri tərəfindən verilən suallar cavablandırılıb. 
Nümayəndə heyəti Konnektikut Dövlət Təhsil Departamentində “Liderlik standartları və onların məktəblərdə tətbiqi”, “Təhsildə bərabərlik” mövzuları üzrə təqdimatları dinləyib və həmin mövzular ətrafında fikir mübadiləsi aparıb. 
Səfər çərçivəsində Nyu-Yorkdakı Kolumbiya Universitetinin Müəllimlər Kollecində professor-müəllim heyəti və tələbələr ilə görüşən nümayəndə heyəti ölkəmizdə pedaqoji kadrların fəaliyyəti, müəllimlərin dərs yükü, eyni zamanda, Azərbaycan təhsilində aparılan islahatlar və yeni mexanizmlərin tətbiqinə dair verilən tədqiqat xarakterli sualları cavablandırıblar. 
Səfərin sonunda ölkəmizi təmsil edən iştirakçılara Cənubi Konnektikut Dövlət Universiteti tərəfindən sertifikatlar təqdim edilib. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, Azərbaycanda gürcülərə xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürcü məktəblərinin fəaliyyətindən bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunub.
Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirərək ilk xarici səfərini məhz Azərbaycan Respublikasına etdiyini vurğulayıb. İki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açan qonaq Gürcüstanda azərbaycanlılar üçün yaradılmış şəraitdən, Azərbaycan məktəblərindən, bu məktəblərin təmiri və inkişafı üçün Gürcüstan dövlətinin ayırdığı vəsaitdən bəhs edib. Gürcüstanın təhsil sistemi haqqında məlumat verən David Kirkitadze təhsil sahəsində qarşıda duran məsələlərin həlli, yeni qəbul edilmiş konsepsiya haqqında danışıb.
Görüş zamanı Gürcüstanda yerləşən Azərbaycan məktəblərində pedaqoji kadrların, xüsusilə Azərbaycan dili müəllimlərinin çatışmaması nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülüb, eləcə də Azərbaycanda gürcü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılıb. ]]>
<![CDATA[ Öncə nazir qonağı səmimi salamlayıb və bu görüşdən məmnun olduğunu diqqətə çatdırıb. 
Görüşdə müzakirə olunacaq məsələlərdən danışan ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açıb və mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün müvafiq təkliflərlə çıxış edib. Qonaq Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin artırılması, bu istiqamətdə mövcud kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı məsələlərə toxunub. Ölkəmizin jurnalistika ixtisası tədris edilən bir neçə ali təhsil müəssisəsində müvafiq iş aparıldığını qeyd edən qonaq bununla bağlı işçi qrupun yaradılmasını, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunmasını təklif edib. 
Sonra Əli Bilgə Cankorel uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsinin təşkilindən də bəhs edərək Təhsil Nazirliyinin nəzdində Təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını dəstəklədiyini qeyd edib. Qonaq Uşaq Hüquqları Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə başlayan idarənin sıx əlaqə yaratmasından məmnunluğunu bildirib, bu sahədə birgə iş aparılmasına lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb. 
ATƏT-in Bakı ofisinin Təhsil Nazirliyi ilə ekoloji təhsil sahəsində olan əməkdaşlığını yüksək qiymətləndirən Əli Bilgə Cankorel həyata keçirilmiş Yaşıl paket çərçivəsində aparılan işlərin uğurla nəticələndiyini diqqətə çatdırıb, habelə rəhbərlik etdiyi ofisin ölkəmizdə reallaşdırdığı digər layihələrdən də söz açıb.
Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli sürdüyü təklifləri müsbət qiymətləndirib. Nazir bildirib ki, ölkəmizin bir neçə ali təhsil müəssisəsində tələbələr jurnalistika ixtisasına yiyələnir. Bu ixtisas üzrə kurikulum çərçivəsində birgə iş aparılması təklifini dəstəklədiyini qeyd edən təhsil naziri müvafiq istiqamətdə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıb. 
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışan təhsil naziri bu sahədə bir sıra təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələrlə bağlı qonağa ətraflı məlumat verib. Misir Mərdanov qeyd olunan məsələlər üzrə nazirlik tərəfindən  lazımi dəstək göstəriləcəyini bildirib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə təhsil sahəsi ilə bağlı bir sıra digər məsələlər barədə də söhbət aparılıb. ]]>
<![CDATA[ Mərasimdə təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard iştirak edib.
Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın digər dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildiyindən danışıb. Nazir bildirib ki, bu məqsədlə “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsi hazırlanıb, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə olunub. Qeyd edilən qurumlarla “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı olduğunu vurğulayan Misir Mərdanov həmin sənədi dövlətin uşaqların müdafiəsi sahəsində atdığı uğurlu addım kimi yüksək qiymətləndirib. Nazir layihənin əsas məqsədinin pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında uşaqların bioloji və ya alternativ ailələrə verilməsi, alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırıb. 
Sonra nazir bildirib ki, Anlaşma Memorandumunun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF arasında müvafiq öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır.
Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqətini vurğulayan Misir Mərdanov Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin əsaslı təmir olunması, yenidən qurulması istiqamətində gördüyü mühüm işləri iştirakçıların nəzərinə çatdırıb. Nazir həmçinin, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan dövlət uşaq müəssisələri barədə də məlumat verib.
Tədbirdə layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınacağı, etibarlı müdafiə sisteminin yaradılacağı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlərin təşkil ediləcəyi, övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının hazırlanacağı qeyd olunub.
 Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard çıxış edərək Anlaşma Memorandumunu uşaq hüquqlarının qorunması üzrə mühüm sənəd kimi dəyərləndirib və onun uşaqların müdafiəsi istiqamətində xüsusi əhəmiyyəti olacağını qeyd ediblər. 
Sonra təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Mərasimin sonunda müvafiq qurumların rəhbərləri media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. ]]>
<![CDATA[ Qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si   elektron poçtla göndərilib.
Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.
Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
“Qaynar xətt” xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 nömrəli məktəblər) töhmət verilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya  yönəldilib.
2010-cu ilin yanvar-fevral ayları ərzində nazirliyin “Qaynar xətt” xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub.
Onu da qeyd edək ki, 2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir.
Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun martın 3-də iclası  keçirilib, bu müraciətlərin ən qısa müddətdə araşdırılması üçün tədbirlər görülüb. Anonim olmasına baxmayaraq müraciətlərdə göstərilən məktəblərdə monitorinqlər təşkil olunub, şagird və müəllimlər arasında maarifləndirmə işi aparılıb. ]]>
<![CDATA[ Tədbirdə otaq bitkilərindən, plakat və rəsmlərdən ibarət əl işləri sərgilənib.
Tədbir iştirakçılarını salamlayan məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədova sözü tədris ocağının direktoru Fərhad Həsənova verib.
Çıxışında ekoloji problemlərə toxunan F.Həsənov məktəbdə ekologiyanın qorunması, şagirdlərə təbiətə məhəbbət hisslərinin aşılanması baxımından görülən işlərdən söhbət açıb. O, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasının məktəblilər tərəfindən də rəğbətlə qarşılandığını nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirliyinin şöbə müdiri Şövkət Bəkirov, Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, Respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru Əli Şükürov, müəllim və valideynlər bioloji müxtəliflik haqqında söhbət açıb, ətraf mühitə doğma münasibətin əsil vətənpərvərlik meyarı olduğunu bildiriblər. Çıxışlarda qlobal ekoloji problemlərə toxunulub, atmosferin çirklənməsi səbəbləri və bu problemlərin həlli yollarından bəhs olunub. Suların qorunması, içməli su problemləri barədə fikirlərini bildirən natiqlər ekoloji mədəniyyətin hər bir insan üçün vacib olduğunu vurğulayıblar.
Məktəblilər ətraf mühit və ekologiyanın mühafizəsi, meşələrin qorunması, flora və fauna, ekoloji mədəniyyət mövzularından bəhs edib, günümüzün vacib tələblərindən olan qlobal ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair məsələlərdən söz açaraq onların həlli yollarını araşdırıblar.
Tədbirdə məktəblilərin hazırladıqları “Tullantılar və qənaət” mövzusunda səhnələşdirilmiş kompazisiya təqdim olunub, şeirlər və mahnılar səsləndirilib.
Tədbirin sonunda fəal şagirdlərə diplom və hədiyyələr təqdim olunub, məktəblilər və qonaqlar ağacəkmə aksiyasında iştirak ediblər. ]]>
<![CDATA[ Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında keçirilən ilk yarımfinal olan bilik yarışının əsas məqsədi məktəblərdə ekoloji maarifləndirmə işlərini genişləndirmək, şagirdlərdə ətraf mühitə və təbii sərvətlərə maraq, qayğı və məhəbbət duyğularını daha da inkişaf etdirmək, gənclərdə ekoloji mədəniyyət və ətraf mühitin qorunmasına məsuliyyətli münasibət formalaşdırmaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və  46 saylı Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən Breyn-rinqdə 58 saylı orta məktəbin “Xəzər”, 194 saylı orta məktəbin “Günəş”, 64 saylı orta məktəbin “Həyəcan”, 269 saylı orta məktəbin “Səma”, Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin “Xarı bülbül” komandaları yarışıblar.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı mütəxəssisi Elnur Əlizadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin sosial-siyasət şöbəsinin müdir müavini Lalə Dadaşova, RETTM-nin əməkdaşları, müəllim və valideynlər iştirak ediblər.
Qonaqları salamlayan RETTM-nin direktoru Əli Şükürov bilik yarışmasında məktəblilərə uğurlar diləyib, Breyn-rinqin təşkilinə dəstək vermiş hər kəsə minnətdarlığını bildirib.
 “Eko-Erudit” ekoloji Breyn-rinqin yarımfinal mərhələsində daha çox bal toplayan 58 saylı orta məktəbin “Xəzər” komandası I, 194 saylı orta məktəbin “Günəş” komandası II, 269 saylı orta məktəbin “Səma” komandası III yeri tutublar.
Yarışın sonunda qalib gələn komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub. ]]>
<![CDATA[ Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə tərəflər arasında fəaliyyət planından irəli gələn vəzifələr müzakirə edilib. Müzakirələrdə uşaqların müdafiəsi sahəsində görüləcək işlər və perspektiv planlar, eyni zamanda ümumtəhsil məktəblərində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər barədə təkiliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəb rəhbərlərinə idarəetmə, menecment bacarıqları ilə bağlı təlimlərin keçirilməsinin zəruri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin rəhbərləri üçün treninqlərin təşkili ilə bağlı artıq kifayət qədər təcrübə toplanılıb. Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşlığı çərçivəsində 2009-cu ilin may ayından başlayaraq idarəetmə və menecment bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlərin təşkil edildiyini nəzərə çatdıran Misir Mərdanov səmərəli qarşılıqlı əlaqələrə və göstərilən dəstəyə görə Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevarda təşəkkürünü bildirib.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib, uşaqların müdafiəsi və təhsil sahəsində aparılan islahatlara xüsusi diqqət ayırdığına görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. ]]>
<![CDATA[ “British Council” təşkilatı tərəfindən təşkil edilən həmin seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müdiri Əmralı Şirəliyev iştirak edib.
Seminarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Xorvatiya, İsrail, Serbiya, Bolqarıstan və Ermənistandan nümayəndələr iştirak edib.
Seminarda hər bir ölkənin nümayəndə heyəti təqdimatla çıxış edib, ingilis dili müəllimlərinin ilkin hazırlığı, statusu, ixtisasının artırılması sistemi barədə məlumat verilib.
Azərbaycan tərəfindən edilən təqdimatda son illərdə ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “British Council” təşkilatı ilə birgə layihələr, səmərəli əməkdaşlıq nəticəsində əldə olunan əhəmiyyətli nailiyyətlər, eyni zamanda ingilis dili müəllimlərinin ilkin hazırlığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ibtidai siniflərdə ingilis dili fənni üzrə yeni kurikulum hazırlanıb və I-II siniflərdə tətbiq edilib. Həmin siniflər üçün ingilis dili üzrə dərslik komplektləri hazırlanıb və istifadə edilməkdədir. Sonrakı illərdə bu prosesin davam etdiriləcəyi də diqqətə çatdırılıb.
Azərbaycanda cari tədris ilindən ixtisasartırma sahəsində yeni modelin tətbiqi barədə də seminar iştirakçılarına məlumat verilib. Ölkəmizdə ingilis dilinin tədrisi ilə əlaqədar həyata keçirilən tədbirlər və tətbiq edilən yeni ixtisasartırma modeli “British Council”in mütəxəssisləri və seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Seminarda “British Council”in “Uğura doğru addımlar” adlı yeni layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin cari ilin mayından Cənub Şərqi Avropanın 16 ölkəsində, o cümlədən Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi universitetin sonuncu kursunda ingilis dili müəllimi ixtisası üzrə təhsil alan tələbələrə müvafiq bacarıqların aşılanması və 5 ilədək pedaqoji stajı olan ingilis dili müəllimlərinin peşəkarlığının və səriştəsinin artırılmasıdır. Layihənin əhəmiyyəti ondan ibarətdir ki, burada gənc ingilis dili müəllimlərinin ehtiyacları öyrəniləcək, həmin ehtiyaclara uyğun olaraq müvafiq strategiya seçilib tətbiq ediləcək, prosesdə həm onlayn, həm də üzbəüz kurslar təşkil olunacaq və portfolilolar hazırlanaq.
Məlumat üçün bildirək ki, “British Council” təşkilatı ilə birgə həyata keçiriləcək yeni layihə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu layihə pedaqoji profilli ali təhsil müəssisələrində ingilis dili müəllimi ixtisası üzrə təhsil alan 900 nəfərədək sonuncu kurs tələbəsini, hazırda məktəblərdə işləyən və 5 ilədək pedaqoji stajı olan 1000 nəfərədək ingilis dili müəllimini əhatə edəcək. ]]>
<![CDATA[ 17-24 mart tarixləri ölkə məktəbliləri üçün yaz tətili günləridir. Bu il mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bayram günlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar tədris beş gün aparılan müəssisələrdə dərslər martın 29-da, altı gün aparılan müəssisələrdə isə martın 26-da başlayacaq.
 Təhsil Nazirliyinin Mətbuat xidməti ]]>
<![CDATA[ Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri həmin sərgidə təmsil olunaraq layiqli yerlər tutublar. Müsabiqəyə rəsmləri göndərilmiş dərnək üzvləri Tural Həsənov və Cahid Əzizovun rəsmləri I yerə, Arzu Məmmədova, Nərmin İsmayılzadə, Mərcan Məmmədova II yerə, Nicat Məmmədov isə III yerə layiq görülüblər.
Qaliblərə Yunanıstandan diplom və medallar, müsabiqənin kataloqu və “5-ci Biennale” Dünya Uşaq Rəsm müsabiqəsində iştirak etmək üçün xüsusi dəvətnamələr göndərilib. Mərkəzin yeniyetmə rəssamı Arzu Məmmədovanın işi müsabiqəyə təqdim olunan dünya uşaqlarının rəsm əsərləri arasından seçilərək müsabiqənin kataloqunun üz qabığına salınıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, sazişin əsas məqsədi müvafiq proqram çərçivəsində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə bağlı tərəflərin üzərinə götürdükləri öhdəliklər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında əməkdaşlığın qurulmasıdır. Misir Mərdanov Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının birgə hazırladığı bu layihənin Avropa Komissiyası tərəfindən qəbul edildiyini diqqətə çatdırıb. Nazir layihənin ümumi dəyərinin 640.770 avro olduğunu, onun Avropa Komissiyasının və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının ayırdığı vəsait hesabına maliyyələşdiriləcəyini vurğulayıb. Misir Mərdanov bildirib ki, layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. 
Tədbirdə o da qeyd edilib ki, 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq və onun icrası müddətində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlərdən 50 ailənin seçilməsi, onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda himayədar (foster) ailələrə yerləşdiriləcək uşaqların bu ailədəki vəziyyətinin dövri monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması və onların Əzizbəyov rayonu ərazisində yerləşən dövlət uşaq müəssisələrində çalışan tərbiyəçi-müəllim kontingenti içərisindən seçilməsi planlaşdırılır.
Çıxışının sonunda nazir layihənin hazırlanmasında əməyi olan şəxslərə təşəkkürünü bildirib və onun uğurla həyata keçirilməsinə inamını vurğulayıb.
Mərasimdə iştirak edən “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka, Avropa Komissiyası ofisi rəhbərinin müavini Jan Lui Lavrov, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevard və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Brigitte Stoeppler öz çıxışlarında bu layihəni birgə əməkdaşlığın əsası olduğunu və YUNİSEF-in mövcud sahədə aparılan işlərə dəstək göstərdiyini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster) alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyət kəsb etdiyini vurğulayaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib və gözlənilən nəticəyə nail olunacağına ümid etdiklərini bildiriblər . 
Sonra Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişi imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka imzalayıb.
Mərasimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  ]]>
<![CDATA[ Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru Ənvər Şeyxov tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi qurumun bir il ərzində Azərbaycanda gördüyü işlər barəsində məlumat verib. 
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycanla Rusiya arasındakı qarşılıqlı əlaqələrdən danışaraq, iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq istiqamətində həyata keçirilən proqram və layihələrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ümumtəhsil məktəblərində həyata keçirilən rus dilinin intensiv tədrisi layihəsinin şagird, müəllim və valideynlər tərəfindən bəyənildiyini və digər məktəblərin də bu layihəyə qoşulmaq arzusunda olduqlarını diqqətə çatdırıb. Nazir həmçinin, bu istiqamətdə həyata keçirilən, nəzərdə tutulan tədbirlərdən və mövcud sahədəki problemlərdən danışıb.
Sonra təhsil naziri Misir Mərdanov və Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ölkəmizin ümumtəhsil məktəblərində rus dilinin intensiv tədrisi layihəsi üzrə 2010-cu il üçün tədbirlər planını imzalayıblar.
Mərasimdə  Təhsil Nazirliyinin və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin əməkdaşları rus dilinin intensiv tədrisi layihəsi istiqamətində görüləcək işlər,  perspektiv planlar və problemlərin həllinə dair müzakirələr aparıblar, habelə, tədbir iştirakçılarının təklifləri dinlənilib. Eyni zamanda tədbirlər planında nəzərdə tutulan məsələlərdən danışılıb, pilot məktəblərin direktorlarına müsabiqə və olimpiadalarda iştirak edəcək şagirdlərin seçim şərtləri barədə məlumat verilib.
Sonda tədbir iştirakçıları Rusiya Məlumat-Mədəniyyət Mərkəzində yaradılmış kitabxana və buradakı metodik ədəbiyyatlarla tanış olub, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə pilot məktəb kimi seçilmiş Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumtəhsil məktəblərinin rəhbərləri və rus dili müəllimləri iştirak edib. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, işlərində müvəffəqiyyət qazanmağı arzulayıb. Nazir son vaxtlar elmin inkişafı istiqamətində mühüm işlər görüldüyündən,  vacib sənədlərin qəbul edildiyindən danışaraq bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasını da elmin inkişafı yolunda önəmli addımlardan biri kimi dəyərləndirib.
 Sonra nazir elmi-tədqiqat işlərinin müasir səviyyədə aparılması, bu sahəyə yönəldilən vəsaitin artırılması, ali təhsil müəssisələrində elmin inkişafı istiqamətində mühüm addımların atılması məsələlərindən, eləcə də elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsində böyük əhəmiyyət daşıyan ali məktəblərin kitabxanalarının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, onların internet şəbəkəsinə qoşulması üzrə görülən işlərdən danışıb. Eyni zamanda nazir elmin inkişafı istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsinin, elmi məqalələrin sanballılığına və keyfiyyətinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. Misir Mərdanov çıxışının sonunda konfransda fərqlənmiş iştirakçıların hər birini qazandıqları uğur münasibətilə təbrik edib. 
 Mərasimdə təhsil nazirinin müavini İradə Əliyeva çıxış edərək doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə məlumat verib və gənclərə xoş arzularını çatdırıb.
Tədbirdə qeyd olunub ki, doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransına 20 ali məktəbdən 298 tezis təqdim edilib. Konfransın 19 bölməsində 222 məruzə dinlənilib və müzakirə edilib. Bölmələrin qərarlarına görə məruzəçilərdən 58 nəfəri işin aktuallığı, yeniliyi və mövzunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 nəfərin məruzəsi isə ən yaxşı məruzə kimi qiymətləndirilib.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov mərasimdə çıxış edib, elmi konfransın yüksək səviyyədə təşkil olunduğunu və onun gənclərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasında, istedadlı gənclərin aşkar edilməsində mühüm əhəmiyyətindən danışıb. 
Sonda doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirak etmiş 58 doktorant və gənc tədqiqatçıya sertifikat təqdim edilib, 5 nəfər noutbukla mükafatlandırılıb, konfransın bölmələrinə səmərəli rəhbərlik etmiş 28 alimə isə Təhsil Nazirliyinin təşəkkürü elan olunub. ]]>
<![CDATA[ Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qarşıda duran bir sıra məsələlərə toxunub. Öncə Misir Mərdanov Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətinin fəaliyyətinin daha da gücləndirilməsindən, aparılan işlərin səmərəliyinin təmin olunmasından söz açıb, xidmətin işinin təkmilləşdirilməsi üçün vacib olan məqamlara toxunub.
Sonra nazir yaxın günlərdə keçirilməsi nəzərdə tutulan kollegiya iclaslarına hazırlıq işlərinin təşkili vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, həmin tədbirlərdə əcnəbi tələbələrin Azərbaycanda təhsili, ölkə üzrə metodik xidmətə dair mövcud vəziyyət və onun yaxşılaşdırılması, IX-XI siniflərdə keçirilən yoxlama imtahanlarının yekunu, buraxılış imtahanına hazırlıq məsələləri müzakirə olunacaq.
Müşavirədə nazir, həmçinin, “İlin ən yaxşı ümumtəhsil məktəbi”, “İlin ən yaxşı müəllimi” müsabiqələri üzrə işin gedişi, məktəblərin rasionallaşdırılması, peşə təhsili, elm, dərslik və digər sahələrlə bağlı bir sıra məsələlərə də toxunub, eyni zamanda bu və ya digər istiqamətdə aparılan işlərə dair konkret tapşırıqlar verib.  ]]>
<![CDATA[ “Cresent-Beach” otelində keçiriləcək olimpiadada MDB və Baltikyanı ölkələrin, həmçinin, azərbaycanlı şagirdlərin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Mendeleyev Olimpiadasına Bolqarıstan, Rumıniya, Makedoniya və digər bir sıra ölkələrin nümayəndələrinin də qatılacağı gözlənilir. Olimpiadanın keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 220 750 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, son 10 ildə Beynəlxalq Mendeleyev Olimpiadası bir çox ölkələrdə keçirilib. Onların arasında Rusiya Federasiyası, Qazaxıstan, Moldova, Tacikistan, Ermənistan, Belorus, Özbəkistan və Türkmənistan da var. 2000-ci ildə isə 34-cü Beynəlxalq Mendeleyev olimpiadası Azərbaycanda keçirilib. Mendeleyev Olimpiadasının dəfələrlə iştirakçısı olmuş Azərbaycan məktəblilərinin də əksəriyyətinin adı qaliblər sırasındadır. Onların bir çoxu təhsillərini Moskva Dövlət Universitetində davam etdirir, bəziləri isə artıq bu nüfuzlu təhsil ocağının məzunları olublar. ]]>
<![CDATA[ Rəsm sərgisi “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsinə təqdim edilən rəsm əsərlərindən təşkil olunub. 
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım XX əsrin ən dəhşətli faciələrindəndir. E. Qasımov belə faciələrin ölkəmizin müxtəlif bölgələrində müəyyən dövrlərdə sistemli şəkildə törədildiyini və həmin genosidin izlərinin hələ də açılmaqda olduğunu diqqətə çatdırıb. Nazir müavini  31 mart 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırıma 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsini iştirakçılara xatırladaraq bu sənədin əhəmiyyətindən danışıb. E.Qasımov əlavə edib ki, erməni qəddarlıqları barədə məlumatlar dünyanın bütün xalqlarının diqqətinə çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir.
Nazir müavini  bildirib ki, qalereyada cəmləşən rəsm əsərləri erməni vəhşiliyinə qarşı nifrəti əks etdirməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə olduğunu göstərir. 
Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya verilib. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı yeritdiyi məkrli siyasətdən söz açan A.Sofiyeva belə müsabiqə və tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Tədbirdə ən yaxşı rəsm müəllifi olan, I, II və III yerləri qazanan 36 iştirakçıya Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
Məlumat üçün qeyd edək ki, “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsində on minlərlə şagird və tələbə iştirak edib, rəsmlərin seçilməsi ilə bağlı yerlərdə münsiflər heyəti yaradılıb və ən yaxşı işlər seçilərək Respublika turuna təqdim edilib. Respublika mərhələsinə təqdim edilmiş 400 rəsm işinə Azərbaycan Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən baxılıb və onlardan 250 iş seçilib.
Sonda iştirakçılar erməni vəhşiliyini əks etdirən rəsm əsərlərinə baxıblar. ]]>
<![CDATA[ İ.Əkbərova Azərbaycanı "Məzmunda innovasiyalar"  nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib. 
Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında İlhamə Əkbərova cari ilin oktyabr ayında Keyptaun şəhərində (CAR) keçiriləcək Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində iştirak etmək hüququnu qazanıb. 
İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "Mədəd", "Ultra", "İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi kimi təmsil edib.  ]]>
<![CDATA[ Kollegiyada təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb və bu sahənin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. Əcnəbi vətəndaşların ölkəmizin ali məktəblərində təhsilindən söz açan nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alır.
Sonra təhsil nazirinin müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda təqdimatla çıxış edib. Nazir müavini təqdimatda əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrində təhsili, onların sayının ildən-ilə artması,  bir neçə ali məktəbdə əcnəbi vətəndaşları ali təhsilə hazırlayan mövcud strukturlar, ən çox əcnəbi tələbə qəbul edən universitetlər barədə məlumat verib. Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə müxtəlif ixtisaslar – mühəndislik, humanitar, mədəniyyət və incəsənət, tibb, iqtisadiyyat, idarəetmə və s. sahələrdə təhsil alır. E.Qasımov bu sahə üzrə ötən illərdə olan vəziyyət, əcnəbi vətəndaşların son 3 tədris ilində qəbul dinamikası, habelə, digər bu kimi məsələlər haqqında ətraflı danışıb, səmərəli təkliflər irəli sürüb.
 Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar. ]]>
<![CDATA[ Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində Böyük Vətən Müharibəsinin 65 illiyi münasibəti ilə təşkil edilmiş olimpiadanın açılış mərasiminə mərkəzin əməkdaşları və Təhsil Nazirliyinin nümayəndələri qatılıblar. Mərasimdə Bakı şəhəri 142 saylı məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Olimpiadanın birinci günü Bakı, Sumqayıt şəhərləri, Abşeron, Lənkəran və Masallı ryonları üzrə pilot məktəblərin IV və V sinif şagirdləri, ikinci günü isə  Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və Xaçmaz rayonu üzrə pilot məktəblərin VI və VII sinif şagirdləri rus dili fənni üzrə öz biliklərini nümayiş etdiriblər.
Olimpiadada hər sinif komplekti üzrə verilən tapşırıqlar rəngarəng və maraqlı olub. Şagirdlər test tapşırıqlarından əlavə şer nümunələri və monoloqlar söyləyiblər.
Olimpiadanın nəticələri haqda məlumat bir həftə sonra açıqlanacaqdır. ]]>
<![CDATA[ Təhsil Nazirliyi nəzdindəki Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında idarənin rəisi Samir Məmmədov qeyd edib ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir. 
Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirib. O.Gündüz qeyd edib ki, müsabiqəyə dair məlumatlar www.musabiqe.edu.az rəsmi internet səhifəsində yerləşdirilib. 
Tədbirdə qeyd olunub ki, müsabiqə “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni daha da inkişaf etdirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müvafiq istiqamətlərə əsasən müəyyən edilən 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər mükafatlar təqdim olunacaq. ]]>
<![CDATA[ Qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i   elektron poçt vasitəsilə göndərilib. Daşıdığı informasiyanın əhəmiyyətindən və mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq araşdırılmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.
Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə cari ilin fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədar olub. Belə müraciətlər ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 90 faizdən çoxu ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi Gəncə, Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. Eyni zamanda Abşeron, Qəbələ, Gədəbəy, Şəki, Şamaxı, Beyləqan, Lənkəran rayonlarından daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.  ]]>
<![CDATA[ Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Təhsil Nazirliyində keçirdikləri görüşlərin, apardıqları bir sıra müzakirələrin görülən işlərin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacağını qeyd edib. Nazir Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirlərdən, reallaşdırılan işlərdən danışıb. Nazir, həmçinin, Dünya Bankı tərəfindən hazırlanmış “Yaşayış səviyyəsinin qiymətləndirilməsinə dair hesabat”la tanış olduğunu və bununla bağlı bir sıra qeydlərini bildirib.
Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak səmimi qəbula və müvafiq hesabat haqqında fikirlərinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Ölkəmizin təhsil sektorunda aparılan işlərdən danışan qonaq Azərbaycanın onlar üçün ən yaxşı tərəfdaş olduğunu vurğulayıb. 
Sonra Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Meskerem Mulatu Təhsil Nazirliyinin müvafiq şöbələrində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası istiqamətində keçirilmiş görüşlərdən, aparılan müzakirələrdən söz açıb. Xanım Mulatu görülən işlərin yaxın gələcəkdə təhsil sahəsinin daha da inkişafına səbəb olacağını nəzərə çatdırıb, müəllim hazırlığı, ixtisasartırma təhsili üzrə aparılan yenilikləri təqdirəlayiq hal kimi dəyərləndirib. PİSA-Beynəlxalq Qiymətləndirmə Proqramında ölkəmizin iştirakından danışan qonaq bununla bağlı bir sıra məqamlara toxunub.
Nazir də öz növbəsində qeyd olunan istiqamətlərdə aparılan işlərdən söz açıb, son illər ali və orta təhsil sahəsində həyata keçirilən tədbirlər, Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində yaradılan şöbələrin gördükləri iş, 10 təhsil ocağının nümunəvi məktəbə çevrilməsi barədə qonaqlara məlumat verib.
Sonda təhsil naziri Misir Mərdanov bu görüşdən məmnun qaldığını ifadə edib və qonaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və onlara bu olimpiadada uğur qazanmağı arzulayıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Nazir ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan bu ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını, bu il  33 ölkədən 300-dək iştirakçının yarışacağını qeyd edib.
Misir Mərdanov bildirib ki, 2010-cu il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunub. Məhz bu baxımdan olimpiadanın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdıran nazir bu işin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti və təhsil sahəsi ilə tanış olmağı tövsiyə edib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına dair fikirlərini bildirib. 
Sonda Gürcüstan, Malayziya və Türkiyədən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıblar. ]]>
<![CDATA[ Ümumilikdə, qeydiyyatdan keçmiş 10 ali təhsil müəssisəsinin 42 komandasından ikinci final mərhələsinə 6 tədris ocağını təmsil edən 20 komanda vəsiqə qazana bilib. Xatırladaq ki, ilk turda 30 faiz bal toplayan komandalar final mərhələsinə vəsiqə qazanıblar.
Finalda Qafqaz Universiteti 8 , Moskva Dövlət Universitetinin Bakı filialı 5, Bakı Dövlət Universiteti 4, Azərbaycan Texniki Universiteti 1, Azərbaycan Dövlət Neft Akademiyası 1 və Naxçıvan Dövlət Universiteti 1 komanda ilə mübarizə aparacaqlar.
Bu ilki olimpiada birinci mərhələdə respublikanın regionlarından iştirak edən komandaların sayının artması ilə yanaşı, tədbirə ilk dəfə qatılan və 5 komanda ilə iştirak edən Moskva Dövlət Universitetinin Bakı filialının bütün komandalarının final mərhələsinə vəsiqə qazanması ilə əlamətdardır.
Olimpiadanın final mərhələsi 2010-cu il mayın 8-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Onu da qeyd edək ki, informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında Azərbaycanı təmsil edəcək komandanın seçimi və hazırlanması işinə xidmət edən olimpiadanın sponsorları HP-nin Azərbaycan nümayəndəliyi, Sinam, Ultra, Bakcell, Azerfon, Detla Telecom və R.I.S.K şirkətləridir. ]]>
<![CDATA[ Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın orta məktəb şagirdləri iştirak ediblər.
Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cü illər)»nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini söyləyib. Son illər məktəblilər arasında müxtəlif mövzularda bilik yarışlarının, olimpiadaların, inşa yazı, rəsm, plakat müsabiqələrinin, baxış-sərgilərin, idman yarışlarının təşkil edildiyini bildirən N.Rzaquliyeva cari dərs ilində də bu baxımdan səmərəli işlərin görüldüyünü nəzərə çatdırıb.
«Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans haqqında ətraflı məlumat verən Nailə Rzaquliyeva onu da bildirib ki, 13 bölmə üzrə keçirilən konfransda şagirdlər ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, respublikamızın beynəlxalq aləmdə mövqeyi, onun siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyət həyatında gənclərin rolu, dünya dövlətləri, ekoloji problemlər və digər məsələlərlə bağlı yaradıcılıq işlərinin təqdimatını edəcəklər.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müstəqil Azərbaycan dövlətinin banisi və  qurucusu ümummilli lider Heydər Əliyevin hər zaman təhsilə, gənclərə xüsusi diqqət və qayğı göstərməsindən söz açıb, ölkə başçısı cənab İlham Əliyevin də bu məsələlərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Nazir Azərbaycanda elmin, təhsilin inkişafı, istedadlı gənclərin aşkara çıxarılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizin orta ümumtəhsil məktəblərində kifayət qədər istedadlı uşaqların təhsil aldığını deyən təhsil naziri Misir Mərdanov onlarla aparılan işlərin davamlı olacağını qeyd edib. İstedadlı uşaqların yaradıcılıq potensialının daha da inkişaf etdirilməsində belə tədbirlərin müstəsna rolundan danışan nazir şagirdlərə müvəffəqiyyətlər arzulayıb, konfransın təşkilinə yardım edənlərə təşəkkürünü bildirib.
Konfransda iştirak edən millət vəkili Məlahət İbrahimqızı son illər ölkə təhsilinin, elminin inkişafı yolunda müsbət nəticələrin əldə olunduğunu bildirib, dövlət siyasətində təhsil sahəsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə müxtəlif mövzularda məruzə və təqdimat ediblər.
Bölmələr üzrə müəyyənləşdirilmiş ayrı-ayrı sinif otaqlarına baş çəkən nazir Misir Mərdanov məktəblilərin hazırlıq səviyyəsi ilə maraqlanıb, şagirdlərə ən xoş arzularını çatdırıb və uğurlar arzulayıb. ]]>
<![CDATA[ Tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, hər iki nazirliyin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər işçiləri, millət vəkilləri, bir sıra dövlət qrumlarının təmsilçiləri iştirak ediblər. 
Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, bu müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə qərarı ilə keçirilib.
Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8 yaşından 18 yaşadək uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 195 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib, qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Sonra qaliblərə mükafatlar-diplomlar və hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər sərgidə nümayiş etdirilən eksponatlara baxıblar.
Sərgidə gördüklərindən məmnun olduğunu bildirən təhsil naziri Misir Mərdanov son illər məktəbdənkənar təhsil müəssisələrinin inkişafına ciddi fikir verildiyini söyləyib. Nazir qeyd edib ki, bu müəssisələr uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün çox vacibdir. Misir Mərdanov uşaqların məktəbdənkənar təhsil müəssisələrində müxtəlif sahələrlə məşğul ola bilməsinin əhəmiyyətini nəzərə çatdırıb və bunun onların hərtərəfli yetişməsinə, asudə vaxtlarının səmərəli təşkilinə kömək etdiyini bildirib. ]]>
<![CDATA[ 24 komandanın qatıldığı çempionatda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız I yeri tutub. 
Şəxsi hesabda şahmatçılarımız aşagıdakı nəticələri göstəriblər:
I YER
1. Xələfova Nərmin -   Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə) 
2. Piriverdiyev Aqil -   Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə) 
3. Əsədli Vüqar       -  Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (8-9 yaş qrupu üzrə)
II YER
4. Bağırova Xatın     -  Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (12-13 yaş qrupu üzrə)
5. Kazımova Nərmin - Bakı Şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə) 
6. Fətəliyeva Ülviyyə - Gəncə Şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə) 
Onu da qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov həmin yarışda hakim kimi təmsil olunub. ]]>
Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
<![CDATA[ Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov öncə Azərbaycanın təhsil sistemi və görülən işlər barədə məlumat verib. Son 6 ildə ölkə Prezidentinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 mindən çox yeni məktəbin, tədris ocaqları üçün əlavə korpusların tikildiyini, əsaslı təmir olunduğunu nəzərə çatdıran nazir ölkəmizdə təhsil sahəsində əldə edilən nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirib. Təhsilimizin keçdiyi inkişaf yolu, qazanılan uğurlardan söz açan Misir Mərdanov ölkəmizin qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin işğal olunması, azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsi, buradakı təhsil müəssisələrinin dağıdılması barədə də məlumat verib. Nazir təhsil müəssisələrinin İKT ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərək 1000-dən çox orta məktəbin genişzolaqlı internet şəbəkəsinə qoşulduğunu bildirib. 
Misir Mərdanov qonaqlara ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, dünya təhsil sisteminə inteqrasiya yolunda aparılan islahatlar, Azərbaycanın Boloniya prosesinə qoşulması və bu istiqamətdə atılan addımlar haqqında söhbət açaraq qeyd edib ki, hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində, 7 minə yaxın əcnəbi tələbə isə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır. Nazir “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində gənclərimizin müxtəlif ixtisaslar üzrə dünya universitetlərində təhsil aldıqlarını da vurğulayıb.
Hələ Sovet dönəmində ölkəmizin ali məktəblərinin bir çox dünya universitetləri ilə yaratdığı əlaqələrdən, müxtəlif ölkələrdən olan mütəxəssislərin burada çalışmasından bəhs edən Misir Mərdanov bildirib ki, Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin qurulması xalqların bir-birini yaxından tanımasına, təhsil və elm sahəsində yeni nailiyyətlər qazanılmasına səbəb ola bilər.
Səmimi qəbul üçün təşəkkür edən Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Azərbaycana səfərindən məmnun olduğunu bildirib. U.Cammeh Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin yaradılmasına böyük önəm verdiklərini açıqlayıb və son illərdə öz ölkəsində bu sahədə görülən işləri diqqətə çatdırıb. Ali təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətlərindən söz açan qonaq qambiyalı gənclərin Azərbaycanın universitetlərində, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında, Milli Aviasiya Akademiyasında təhsil almasında maraqlı olduqlarını qeyd edib. U.Cammeh iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın təşəkkül tapacağına əmin olduğunu ifadə edib.
Sonra Qambiya Respublikasının ali təhsil, tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu Tanqara öz ölkəsinin təhsil sistemi, yeni yaradılan universitetlər və digər məsələlərdən söz açıb.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Qambiyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.  ]]>
Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Nazir Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, ölkəmizin təhsil işçilərindən ibarət olan nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb.
Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak öz növbəsində rəhbəri olduğu ali təhsil ocağı barədə nazirə məlumat verərək qeyd edib ki, hazırda burada 37 azərbaycanlı tələbə təhsil alır və 10-dək müəllim müxtəlif ixtisaslar üzrə çalışır. Sonra qonaq Doğu Akdəniz Universitetinin tarixi, mövcud olan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Görüşdə Doğu Akdəniz Universiteti ilə ölkəmizdə fəaliyyət göstərən müvafiq kollec və bir neçə ali təhsil müəssisəsi arasında müxtəlif istiqamətdə əlaqələrin qurulması, azərbaycanlı tələbələrin həmin universitetdə təhsil alması və bu işin həyata keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Aprelin 15-də təhsil naziri Misir Mərdanov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb. 
<![CDATA[ Səmimi qəbul üçün təşəkkür edən M.Baldi Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Azərbaycanla İtaliya arasında yüksək əməkdaşlığın mövcud olduğunu nəzərə çatdıran səfir ölkələrarası təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb.
Təhsil naziri Misir Mərdanov öncə səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycan və İtaliya əlaqələrinin son illər genişləndirilməsi istiqamətində görülən işləri qeyd edən nazir təhsil sahəsi üzrə əməkdaşlığın daha səmərəli təşkilini önə çəkib. Nazir bildirib ki, hazırda “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində 4 azərbaycanlı gənc İtaliyada təhsil alır. İtaliyanın Avropanın ən qədim və böyük ölkələrindən biri olduğunu vurğulayan Misir Mərdanov bu ölkə ilə, eyni zamanda, peşə və incəsənət təhsili sahəsində əlaqələrin qurulması təklifini diqqətə çatdırıb. Nazir iki ölkənin təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, paytaxtın bir neçə orta məktəbində xarici dil kimi italyan dilinin tədris olunması fikirlərini irəli sürüb. Misir Mərdanov yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələrinin möhkəmləndirilməsi üzrə mühüm addımlar atılacağına ümidvar olduğunu vurğulayıb.
Nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdıran Mario Baldi  qeyd edilən məsələlərə münasibətini bildirib.
Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, əməkdaşlığın səmərəli təşkil olunması baxımından cari ilin payızında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin İtaliyaya səfər etməsi, azərbaycanlı gənclərin bu ölkədə təhsili və digər məsələlər haqqında söhbət aparılıb. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Nazir “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Həmin məqsədlə Bakı şəhərində 26 məktəbin seçildiyini nəzərə çatdıran Misir Mərdanov məlumat verib ki, bu il müsabiqəyə 460 nəfər sənəd verib, onlardan 203 nəfəri müsabiqənin II və III mərhələsində iştirak etmək hüququ qazanıb. Nazir əlavə edib ki, fənlər üzrə təsnifata görə iştirakçılardan 47-si ibtidai sinif, 40-ı ingilis dili, 19-u tarix, 17-si Azərbaycan dili və ədəbiyyat, 16-sı riyaziyyat, 12-si coğrafiya, 10-u biologiya, 8-i fizika, 7-si informatika, 7-si rus bölməsində rus dili, 6-sı kimya, 5-i fiziki tərbiyə, 4-ü alman dili, hər birindən 1 nəfər olmaqla fransız dili, Azərbaycan bölməsində rus dili, əmək hazırlığı, təsviri incəsənət, musiqi müəllimləridir. Təhsil naziri sınaq dərslərinin 20-23 aprel tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Misir Mərdanov hər bir fənn üzrə sınaq dərslərinin keçirilmə tarixi və yeri barədə söz açaraq, məktəb direktorlarına sınaq dərslərinin keçirilməsinə hərtərəfli şərait yaradılması və bu işin mütəşəkkil təşkil olunmasına dair tapşırıqlar verib. ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimin üzə çıxarılması olduğunu vurğulayan Misir Mərdanov iştirakçıların 20-23 aprel tarixlərində Bakı şəhərinin müəyyən edilmiş məktəblərində sınaq dərsi keçəcəklərini nəzərə çatdırıb. Nazir iştirakçı müəllimlər üçün həmin məktəblərdə lazımi şəraitin yaradılması barədə müvafiq şəxslərə tapşırıqlar verildiyini bildirib. Sınaq dərsləri deyəcək müəllimlərin Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş ekspert qrupları tərəfindən dinlənilərək, müəyyən edilmiş meyarlar üzrə qiymətləndiriləcəyini qeyd edən Misir Mərdanov hər ekspert qrupuna obyektivliyi təmin etmək üçün 3 mütəxəssisin daxil edildiyini diqqətə çatdırıb. Təhsil naziri sınaq dərslərində toplanılan balın həmin gün elan olunacağını, iştirakçı müəllimlərin III mərhələdə fəaliyyətlərinin əsas istiqamətləri, uğurları, rəy və təkliflərinin əksini tapdığı 10 dəqiqəlik təqdimatla çıxış edəcəklərini vurğulayıb.
Daha sonra nazir “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Sonda iştirakçı müəllimləri maraqlandıran suallar cavablandırılıb. ]]>
<![CDATA[ Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim”  müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb.
Sonra Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sınaq dərslərinin keçirilməsi üçün Bakı şəhərində 26 təhsil müəssisəsinin müəyyənləşdirildiyini, artıq bu istiqamətdə bir sıra işlərin reallaşdırıldığını diqqətə çatdırıb. İştirakçıların sayından asılı olaraq bəzi fənlər üzrə bir neçə ekspert komissiyası yaradıldığını qeyd edən nazir bu komissiyaların əksəriyyətinin tərkibinin 3 nəfərdən ibarət olduğunu bildirib. Nazir əlavə edib ki, sınaq dərsləri ötən il olduğu kimi, bu il də 12 meyarla və onların hər biri maksimim 10 balla qiymətləndiriləcək. Sınaq dərslərində iştirak edəcək ekspertlərə obyektivliyin təmin olunması, ədalətlilik prinsipinin qorunması və işə məsuliyyətlə yanaşılmasının mühüm şərt olduğunu xatırladan Misir Mərdanov, eyni zamanda, onlara öz tapşırıq və tövsiyələrini də verib.  ]]>
<![CDATA[ Müsabiqənin təntənəli açılış mərasimində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iştirak edib.
Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. Nazir məktəblilərin bu müsabiqələrə böyük maraq və həvəs göstərməsini əlamətdar bir hal kimi dəyərləndirib və ilk mərhələdə yarım milyona yaxın şagirdin iştirakı, onlardan 97 nəfərin respublika mərhələsinə vəsiqə qazandığı barədə məlumat verib. Nazir bildirib ki, müsabiqədə ölkəmizin ayrı-ayrı rayon və şəhərlərinin, eləcə də Bakının ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin tabeliyində olan, ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların, özəl orta məktəblərin və peşə liseylərinin yuxarı sinif şagirdləri iştirak edib. 
 Misir Mərdanov inşa yazmaq üçün iştirakçılara 3 saat vaxt verildiyini, yazıların bir neçə gün ərzində mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşəcəyini bildirib. Nazir müsabiqəyə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında keçiriləcək təntənəli mərasimdə qaliblərə mükafat və hədiyyələrin təqdim olunacağını və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini də diqqətə çatdırıb. Çıxışının sonunda Misir Mərdanov müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyevi düşünərkən…” adlı inşa yazmağa başlayıblar. ]]>
<![CDATA[ Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından və təhsil sahəsində də geniş əməkdaşlığın yaradıldığından söz açıb. Nazir bu əlaqələr çərçivəsində tələbə mübadiləsinin də mühüm əhəmiyyət daşıdığını, azərbaycanlı gənclərin Türkiyə universitetlərində, türkiyəli vətəndaşların isə ölkəmizin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını xüsusi qeyd edib.
Okan Universitetinin rektoru Sadık Kırbaş bu görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən, mövcud sahədə müvafiq işlərin həyata keçirilməsindən danışıb. Qonaq, eyni zamanda, rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verib.
Sonra qonaqlar Bakıdakı bir sıra liseylərdə olduqlarından, burada yaradılan şəraitdən danışıb, müəllimlərin fəaliyyətini yüksək qiymətləndiriblər. 
Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, müəllim-tələbə mübadiləsinin aparılması və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu görüşdə iştirak ediblər. ]]>
<![CDATA[ Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, səfir Hulusi Kılıç, sözügedən universitetin ölkəmizdəki nümayəndə heyəti, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların direktorları, müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qardaş ölkə təmsilçilərini və mərasimin digər iştirakçılarını salamlayıb. Nazir Türkiyədə 7 il öncə qurulmuş Okan Universitetinin rektoru və onun rəhbərlik etdiyi çoxsaylı nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu qeyd edib. Səfərin əsas məqsədinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da möhkəmlətmək, Okan Universitetini Azərbaycanda tanıtmaq olduğunu vurğulayan Misir Mərdanov əlavə edib ki, qonaqlar ölkəmizdə olduqları iki gün ərzində Bakı şəhərinin bir neçə məktəbi ilə yaxından tanış olub və gördüklərindən razı qalıblar. 
Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən söz açan nazir iki ölkənin təhsil sahəsində əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini, hazırda Türkiyə universitetlərində ölkəmizdən 5 minədək gəncin təhsil aldığını diqqətə çatdırıb. 
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç tədbirin təşkilindəki dəstəyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. Səfir müasir dünyada təhsilin rolunun getdikcə artdığını qeyd edib, hər iki ölkədə bu sahənin inkişafına böyük önəm verildiyini bildirib.
Sonra  tədbirdə çıxış edən Okan Universitetinin rektoru Sadık Kırbaş rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səmimi qarşılandığına görə məmnunluq duyduğunu ifadə edib. Ölkəmizə ikinci dəfə səfər etdiyi qeyd edən rektor rəhbəri olduğu universitet haqqında məlumat verərək bildirib ki, burada 5 fakültədə müxtəlif ixtisaslar üzrə türk və ingilis dillərində yüksək səviyyədə təhsil verilir. Rektor, həmçinin, 2009-2010-cu tədris ilində Okan Universitetində 5 mindən artıq tələbənin təhsil aldığını nəzərə çatdırıb.
Tədbirdə İstanbul və Okan Universiteti haqqında qısametrajlı filmlər nümayiş olunub. Daha sonra Okan Universitetinin ədəbiyyat fakültəsinin dekan yardımçısı Hülya Arslan bu ali təhsil ocağı barədə geniş təqdimatla çıxış edib. 
Sonda təhsil naziri Misir Mərdanov, Okan Universitetinin rektoru Sadık Kırbaş şagirdlərin çoxsaylı suallarını cavablandırıblar.  ]]>
<![CDATA[ Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın idarə heyətinin üzvləri, qəzet redaktorları, paytaxtın bəzi məktəb direktorlarının iştirak etdiyi tədbirdən öncə qonaqlar 60 saylı məktəblə tanış olub, müasir metodlar üzrə tədris edilən dərslərdə iştirak ediblər. Daha sonra təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılıb. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı təmsil olunduğu idarənin mətbuatla sıx əməkdaşlıq etdiyini və bu sahədə görülən işləri diqqətə çatdırıb, mövcud problemlərdən söz açıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov təhsil müəssisələri ilə media arasında əlaqələrin daha da genişləndirilməsinin, təhsildən yazan jurnalistlərin bu sahədəki problemlərin həllinə yardımçı olmalarının vacibliyinə toxunub, həmçinin, rəhbəri olduğu təşkilatın Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlığından danışıb. Sonra Mətbuat Şurasının sədri ölkənin və cəmiyyətin inkişafı üçün əsas strateji istiqamətlərdən biri olan təhsil sahəsinə xüsusi önəm verilməsini media rəhbərlərinə və jurnalistlərə tövsiyə edib. Azərbaycan təhsilində görülən işləri yüksək dəyərləndirən Ə.Amaşov ictimaiyyətin bu istiqamətdə mütəmadi olaraq məlumatlandırılmasının zəruri olduğunu bildirib.
Təhsil naziri Misir Mərdanov müzakirə edilən məsələnin əhəmiyyətinə diqqəti çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. Nazir onu da qeyd edib ki, mətbuatla əməkdaşlıq bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların müsbət nəticələnməsinə təkan verir. Belə müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edən nazir mətbuat nümayəndələri və qəzet redaktorlarının ucqar kənd məktəblərinə getmələri, buradakı təhsil şəraiti ilə yaxından tanış olmaları təklifi ilə çıxış edib. 
“Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov Azərbaycan jurnalistikasının bugünkü durumu haqqında iştirakçılara geniş məlumat verib, Mətbuat Şurasının “qara siyahı”sında olan kütləvi informasiya vasitələrinə qarşı mübarizədə dövlət qurumları və jurnalistlərin birgə mübarizə aparmasının məqsədəuyğun olduğunu bildirib. Daha sonra B.Sadıqov ziyalıları, təhsil müəssisəsi rəhbərlərini ictimai fəallığın artırılmasına və sıx əməkdaşlığa dəvət edib, rəhbərlik etdiyi qəzetin təhsil sahəsinə diqqət göstərdiyini və bu işin davamlı olacağını qeyd edib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, rəhbərlik etdiyi qurumun kütləvi informasiya vasitələri ilə birgə gördüyü işlərdən danışıb, fondun təsdiq etdiyi proqram və layihələrdə təhsil sahəsinə xüsusi önəm verildiyini və müvafiq istiqamətdə görülən işlərin bundan sonra da gücləndiriləcəyini diqqətə çatdırıb. 
Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında “reket qəzet”lərlə mübarizə üzrə işçi qrupuna rəhbərlik etdiyini, istər təmsil olunduğu qəzetdə, istərsə də Mətbuat Şurasında təhsil sahəsinə yüksək diqqətlə yanaşıldığını qeyd edib.
Dəyirmi masada çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə nazirliklə kütləvi informasiya vasitələri arasındakı münasibətlərdən söz açıb, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması üçün rəy və təkliflərini bildirib.
Tədbirdə çıxış edən məktəb direktorları bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri ətrafında danışıblar.
Sonda təhsildən yazan jurnalistlərin ixtisasının artırılması, Təhsil Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə müsabiqə təşkil etməsi barədə müzakirələr aparılıb və tədbirlər planı hazırlamaq məqsədilə işçi qrup yaradılıb.
Tədbirdə iştirakçılara Mətbuat Şurasının “reket mətbuat” elan etdiyi və 94 qəzetin yer aldığı “qara siyahı” təqdim edilib.  ]]>
<![CDATA[ Yubiley mərasimindən əvvəl ali təhsil ocağının kollektivi, dəvət olunmuş qonaqlar Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən yubiley tədbirində təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Türkiyə Respublikasının Yüksək Öyrətim Kurumunun məsul şəxsləri, Hacəttəpə Universitetinin əməkdaşları, millət vəkilləri, ölkəmizin tanınmış alim və pedaqoqları, bir sıra dövlət və qeyri-dövlət ali məktəblərinin rəhbərləri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov açaraq iştirak edən qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnunluq hissi keçirdiyini bildirib. Rektor ölkəmizdə yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ilə yaxın şərəfli inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sahəsindəki xidmətlərindən danışıb. Ali təhsil ocağında fəaliyyət  göstərən fakültələr arasında pedaqoji fakültənin xüsusi yeri və rolu olduğunu qeyd edən Y.Məmmədov 1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə yaradılmış bu fakültənin 50 il ərzində 15 minə yaxın məzunu olduğunu diqqətə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, tətbiq edilən yeniliklərdən, universitetin beynəlxalq əlaqələrindən ətraflı söz açıb. 
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ölkə təhsilinin, elminin uğurlu inkişafından danışaraq, ümummilli liderimiz Heydər Əliyevin hər zaman müəllimlik sənətinə yüksək dəyər verdiyini, onun layiqli davamçısı, ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən də Azərbaycan təhsilinə, elminə diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğulayıb. Müəllimin təhsildə əsas sima, ən nüfuzlu şəxs olduğunu deyən təhsil naziri onların hər zaman cəmiyyət tərəfindən hörmətlə qarşılandığını qeyd edib.
Nazir yubileyi qeyd olunan pedaqoji fakültənin səmərəli fəaliyyətini müsbət qiymətləndirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin bir qrup əməkdaşına yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və fakültənin 50 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını və Fəxri fərmanlar təqdim edib. Misir Mərdanov çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyini, pedaqoji fakültənin müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Yubiley mərasimində pedaqoji fakültənin dekanı Fərrux Rüstəmov “Şərəfli 50 il” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə pedaqoji fakültənin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açılıb.
Çıxış edənlərdən Türkiyə Respublikası Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı Buket Akkoyunlu, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 50 il şərəfli ömür yolu keçmiş pedaqoji fakültənin kollektivini təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Yubiley tədbiri ali təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.  ]]>